Çaydan meyit tapıldı .....                        Oğuza dolu düşdü .....                        Ukraynaya 400 milyon dollarlıq yardım .....                        Bu gün parlamentdə nələr müzakirə edildi? .....                        General-mayor işdən çıxarıldı .....                        Ağadadaş Ağayevin cinayət işi üzrə hakim təyin edildi .....                        Pensiyaların ödəniləcəyi tarix açıqlandı .....                        Moldovada keçirilən referendumun ilkin nəticələri .....                        Sahibə Qafarova Cahit Bağçını qəbul edib .....                       
19-10-2024, 20:37
Kanaldan meyit tapıldı


Kanaldan meyit tapıldı

Samur – Abşeron kanalının Şabran rayonunun Gəndob kəndi ərazisindən keçən hissəsində qadın cəsədi aşkarlanıb.
Kanalın dəmir barmaqlıqlarına ilişmiş meyiti suyun səviyyəsi yüksək olduğu üçün hələ ki sudan çıxartmaq mümkün olmayıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Suda aşkarlanmış cəsədin kimliyi bəlli deyil.
Faktla bağlı araşdırma aparılır.
19-10-2024, 20:10
"Neftçi"dən 3 qolluq qələbə


"Neftçi"dən 3 qolluq qələbə

Azərbaycan Premyer Liqasının X turunda "Neftçi" "Səbail" üzərində qələbə qazanıb.
Samir Abasovun rəhbərlik etdiyi komanda "Neftçi Arena"da baş tutan görüşdə 3:1 hesablı qələbə qazanıb.
"Neftçi"dən qolları Ramil Şeydayev (45+3) və Dembo Darbo (58, 67) rəqib qapısından keçirib. "Səbail"in heyətində isə 90+3-cü dəqiqədə Samir Abdullayev fərqlənib.
Qeyd edək ki, X turda bu gün baş tutan "Şamaxı" - "Araz Naxçıvan" görüşü qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Turun ötən gün keçirilən "Kəpəz" - "Qarabağ" matçından isə Ağdam təmsilçisi böyük hesablı üstünlüklə ayrılıb - 5:0. X turun digər görüşləri sabah oynanılacaq.
19-10-2024, 19:34
Fransa Ukraynaya bu tarixdə qırıcılar verəcək


Fransa Ukraynaya bu tarixdə qırıcılar verəcək

Ukrayna yaxın aylarda Fransadan “Mirage 2000” təyyarələrini alacaq. İlk “Mirage 2000” təyyarələri artıq 2025-ci ilin əvvəlində Ukraynaya təhvil veriləcək.
Bu barədə Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro Kiyevdə keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Fransa Ukraynaya kömək edəcək və onu dəstəkləyəcək.
“Bizim köməyimiz konkret misallarda özünü göstərir. Müdafiə sektorunda biz Ukraynanı avadanlıq və hərbi texnika ilə təmin edirik. Fransa həm də bütöv bir briqadanın hazırlığı ilə məşğul olan ilk ölkədir, bu, Anna Kiyesvkayanın briqadasıdır. İlk “Mirage 2000” təyyarələri artıq 2025-ci ilin əvvəlində Ukraynaya təhvil veriləcək”, - deyə nazir bildirib.
O əlavə edib ki, Fransa həm də bu təyyarələr üçün pilotlar hazırlayacaq.
Qeyd edək ki, Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro oktyabrın 19-u şənbə günü Kiyevə gəlib. Bu, onun XİN rəhbəri kimi Ukraynaya ilk səfəridir.
19-10-2024, 18:20
İŞİD-ə qarşı yeni əməliyyat


İŞİD-ə qarşı yeni əməliyyat

Dünən İspaniyanın şimalında İŞİD terror təşkilatına mənsub olmaqda şübhəli bilinən iki şəxs həbs edilib.
İspaniya polisi və Mərakeş Milli Ərazi Nəzarəti Baş İdarəsinin birgə məlumatına görə, şübhəlilər İtsasondo və Avil şəhərlərində tutulublar.
Bu ilin əvvəlindən şübhəlilər ciddi şəkildə izlənilirdi. Onlar əvvəlcə sosial şəbəkələrdə İŞİD-i, o cümlədən zorakılıq və terrorizmi dəstəkləyən mesajlar yazaraq diqqəti cəlb ediblər.
İspaniya polisi Mərakeş Milli Ərazi Nəzarəti Baş İdarəsinin dəstəyindən istifadə edərək artıq bir neçə terrorçunu yaxalayıb.
19-10-2024, 18:01
Gürcüstan azərbaycanlıları Xankəndidə - FOTO


Gürcüstan azərbaycanlıları Xankəndidə - FOTO

Gürcüstan azərbaycanlılarının ikinci qrupunun işğaldan azad olunan ərazilərə səfəri başlayıb.
Növbəti qrup əvvəlcə Xankəndi şəhərinə gəlib. Qonaqlar üçün şəhər gəzintisi təşkil edilib, onlara Xankəndinin tarixi, erməni vandalizmi və həyata keçirilən tikinti-quruculuq işləri haqqında ətraflı məlumat verilib.
Gürcüstan azərbaycanlıları, həmçinin Qarabağ Universitetinə gəlib, burada yaradılan şəraitlə tanış olublar. Bildirilib ki, yeni tədris ilindən başlayaraq, Qarabağ Universiteti qapılarını tələbələrin üzünə açıb.
Qonaqlar oktyabrın 20-də Şuşa və Ağdama səfər edəcəklər.
Qeyd edək ki, Gürcüstan azərbaycanlılarının Şuşa, Xankəndi və Ağdama səfəri üç qrupda olmaqla, altı gün ərzində həyata keçirilir.



19-10-2024, 17:53
Bərdədə bədbəxt hadisə: 40 yaşlı kişi öldü


Bərdədə bədbəxt hadisə: 40 yaşlı kişi öldü

Bərdədə 40 yaşlı kişi ehtiyatsızlıqdan həyatını itirib.
Rayonun İmirli kənd sakini, 1984-cü il təvəllüdlü Kamran Məmmədov təsərrüfatda qaldırıcı kranla işləyərkən ehtiyatsızlıqdan yıxılıb. O, aldığı xəsarətlərdən yerindəcə ölüb.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.
19-10-2024, 17:45
Qızların təhsildən yayındırılmasının səbəbləri


Qızların təhsildən yayındırılmasının səbəbləri

Qızların təhsildən yayındırılması problemi təhsil sisteminin keyfiyyətinin yaxşılaşdırılması üçün diqqət tələb edən mühüm bir məsələdir.
Bunu təhsil məsələləri üzrə ekspert Kamran Əsədov bildirib.
O qeyd edib ki, qızların təhsildən kənarlaşdırılması onların yalnız gələcəkdə şəxsi həyatlarını məhdudlaşdırmır, həm də ümumilikdə cəmiyyətin inkişafına mənfi təsir göstərir: "Ana kimi onların rolu gələcək nəsillərin formalaşmasında mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən qızların təhsil alması cəmiyyətin hər bir sahəsində inkişafın əsasını təşkil edir".
Qızların təhsildən yayındırılmasının əsas səbəblərindən biri kimi patriarxal ənənələrin hələ də mövcud olmasını göstərən ekspert vurğulayıb ki, bəzi ailələr qızların təhsil almasını lazımsız hesab edir, onlara ev işlərinə və ailə həyatına hazırlıqla kifayətlənməyi məsləhət görürlər: "Bu düşüncə tərzini dəyişmək üçün öncə valideynlərin maarifləndirilməsi vacibdir. Ailələrə qızlarının təhsili sayəsində onların gələcəkdə öz hüquqlarını daha yaxşı müdafiə edə biləcəyi, daha çox iş imkanlarına sahib olacağı və müstəqil bir həyat quracağı barədə məlumatlar verilməlidir. Burada dövlət və qeyri-hökumət təşkilatlarının birgə səyləri mühüm rol oynaya bilər".
Kamran Əsədovun sözlərinə görə, effektiv nəticə almaq üçün bu sahədə dövlətin dəstəyi və strategiyaları vacibdir:
“Təhsil Nazirliyi və digər əlaqədar qurumlar regionlarda qızların təhsildən yayındırılmasının qarşısını almaq üçün xüsusi proqramlar həyata keçirə bilər. Bu, ailələrə təhsil haqqında məlumat verən maarifləndirici kampaniyaların genişləndirilməsi, qızlar üçün təqaüd və digər təşviq mexanizmlərinin tətbiqi ilə mümkündür. Bundan əlavə, regionlarda məktəb infrastrukturu və təhsil keyfiyyətinin yüksəldilməsi, müəllimlərin bölgələrdə daha keyfiyyətli təhsil verməsi üçün təlimlərin artırılması da vacibdir”.
Ekspert dünya təcrübəsində də söz açaraq vurğulayıb ki, qızların təhsili ölkələrin iqtisadi və sosial inkişafında böyük əhəmiyyətə malikdir. "Banqladeşdə kənd yerlərində qızların təhsil səviyyəsini artırmaq üçün xüsusi təqaüd proqramları tətbiq edilib. Bu proqramlar qızlara təhsil almağa təşviq yaratmış, onların evlilik yaşı artırılmış və iqtisadi baxımdan daha çox imkanlar əldə etmələrinə şərait yaratmışdır. Keniyada da oxşar proqramlar həyata keçirilmiş və qızların təhsil alması həm ailələr, həm də cəmiyyət tərəfindən dəstəklənmişdi.
Azərbaycanda belə təşəbbüslərin reallaşdırılması qızların təhsil səviyyəsinin yüksəlməsinə böyük təsir göstərə bilər. Qızların təhsilinə sərmayə qoymaq, uzun müddətli iqtisadi və sosial faydalar gətirən bir addımdır. Ölkənin özəl sektorlarla əməkdaşlıq edərək bu sahədə müxtəlif layihələr həyata keçirməsi həm təhsilin inkişafına, həm də regionların iqtisadiyyatına müsbət təsir göstərə bilər. Qızların təhsildən kənarlaşdırılmasının qarşısını almaq üçün isə valideynlərə və cəmiyyətə müsbət nümunələr göstərilməli, təhsilli qızların uğurları ön plana çəkilməlidir”- deyə o, sonda qeyd edib.
19-10-2024, 17:32
Sinvarın öldürülməsinin yeni detalları: onun cəsədi İsrailə lazım olacaq


Sinvarın öldürülməsinin yeni detalları: onun cəsədi İsrailə lazım olacaq

HƏMAS lideri Yəhya Sinvarın öldürülməsi ilə bağlı bir sıra detallar məlum olub.
İsrail Milli Məhkəmə Tibb Mərkəzi bildirib ki, Sinvar başından aldığı güllə yarasından ölüb.
Məlumata görə, Sinvarın bədənində başqa xəsarətlər aşkar edilib.
“Ölümün səbəbi başındakı yara olub. Ağır kəllə-beyin travması var”, - deyə Mərkəzin baş patoloqu Çen Kugel CNN-ə bildirib. Həmas liderinin sağ qolunda və döş qəfəsində qəlpə yaraları da aşkarlanıb. Onun ölümün təxmini vaxtı oktyabrın 16-sı axşamdır.
"The New York Times" nəşri yazıb ki, İsrail ordusu Yəhya Sinvarla təsadüfən rastlaşıb. İsrail hərbçiləri Qəzza zolağının cənubundakı ərazidə patrul xidməti həyata keçirib və burada HƏMAS nümayəndələri ilə qarşılaşıblar. Atışma zamanı dron binada Sinvarın olduğunu müyyən edib və bundan sonra tank onun yerləşdiyi binaya mərmi atıb. İsrail ordusu hadisənin səbəblərini hələ də araşdırdıqlarını vurğulayıb.
Xatırladaq ki, Yəhya Sinvar 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumunun əsas təşkilatçısı hesab olunur. O, bu ilin avqustunda Tehranda sələfi İsmayıl Həniyənin ölümündən sonra hərəkatın Siyasi Bürosunun rəhbəri vəzifəsinə seçilib.
CNN İsraildəki mənbələrə istinadən yazır ki, İsrail Qəzza zolağında saxlanılan israilli girovların azad edilməsi üçün danışıqlarda Sinvarın cəsədini istifadə edə bilər.
19-10-2024, 17:13
Evdən narkotik və silah tapıldı


Evdən narkotik və silah tapıldı

İsmayıllıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.
DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, əməliyyat zamanı saxlanılan 54 yaşlı İxtiyar Mehdiyevin yaşadığı ünvana baxış keçirilərkən kultivasiya edilərək yetişdirilən 25 ədəd çətənə kolu, 4 kiloqram marixuana və qanunsuz saxladığı ov tüfəngi aşkar olunub.
İ.Mehdiyevin narkotik vasitələri qazanc əldə etmək məqsədilə saxladığı müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
19-10-2024, 16:56
İsrail Beyrutu bombaladı


İsrail Beyrutu bombaladı

İsrail Hərbi Hava Qüvvələrinə Livan paytaxtı Beyrutu bombalayıb.
Bu barədə yerli mətbuat yazıb.
Hücumdan əvvəl İsrail ordusunun sözçüsü Aviçay Adraee “X” platformasında Beyrutun müəyyən bölgələrinin, xüsusən Dahiyə məhəlləsi, Haret Hreik bölgəsinin sakinlərinin təxliyə edilməsi ilə bağlı xəbərdarlıq edib.
Qeyd edək ki, İsrail hərbi hava qüvvələri sonuncu dəfə oktyabrın 16-da Beyrutun cənubuna zərbələr endirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!