Çaydan meyit tapıldı .....                        Oğuza dolu düşdü .....                        Ukraynaya 400 milyon dollarlıq yardım .....                        Bu gün parlamentdə nələr müzakirə edildi? .....                        General-mayor işdən çıxarıldı .....                        Ağadadaş Ağayevin cinayət işi üzrə hakim təyin edildi .....                        Pensiyaların ödəniləcəyi tarix açıqlandı .....                        Moldovada keçirilən referendumun ilkin nəticələri .....                        Sahibə Qafarova Cahit Bağçını qəbul edib .....                       
19-10-2024, 12:45
“Qarabağ”ın yeni rekordu


“Qarabağ”ın yeni rekordu

“Qarabağ” Azərbaycan çempionatları tarixində yeni rekorda imza atıb.
Ağdam klubu səfərdə ən çox qol vuran komanda adına sahib çıxıb.
Bu, Misli Premyer Liqasının X turunda gerçəkləşib. Qurban Qurbanovun yetirmələri rəqib meydanında “Kəpəz”i 5:0 hesabı ilə məğlub edib. Qarşılaşmada vurulan 3-cü qol “Qarabağ”ın Azərbaycan çempionatlarındakı 648-ci səfər qolu olub. Bu qola Leandro Andrade imza atıb. Bununla da Ağdam təmsilçisi 647 səfər qoluna sevinən “Neftçi”nin rekordunu keçib.
“Kəpəz”lə Tovuzdakı görüşdə vurulan sonuncu top isə klub tarixinə çempionatda rəqib meydanlarındakı 650-ci qol kimi düşüb. Yubiley topuna Aleksey Kaşuk imza atıb.
Qeyd edək ki, “Qarabağ” 650 qol vurduğu səfərdə 461 oyun keçirib.
19-10-2024, 12:21
Sabah Bakıda yağış yağacaq


Sabah Bakıda yağış yağacaq

Azərbaycanda oktyabrın 20-də hava şəraitinin yağıntılı keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 11-13° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 9-13° isti, gündüz 14-18° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-7° isti olacaq.
19-10-2024, 12:07
COP29-a məxsus xüsusi avtomobillər test edilir


COP29-a məxsus xüsusi avtomobillər test edilir

Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 iqlim konfransına hazırlıq prosesi çərçivəsində tədbir müddətində yol hərəkətinin fasiləsiz və təhlükəsiz şəkildə təşkili məqsədilə paytaxtda nəqliyyatın idarə edilməsi üzrə monitorinqlər keçirilir.
Bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, monitorinq tədbirləri çərçivəsində oktyabrın 19-u saat 11:00-dan 15:30-dək paytaxtın mərkəzində yerləşən və konfrans iştirakçıları üçün nəzərdə tutulan qonaqlama məkanları, Heydər Əliyev Mərkəzi və Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətlərində müəyyən olunmuş avtobus və COP29-a məxsus xüsusi avtomobillərin hərəkəti test edilməkdədir.
COP29 Azərbaycan Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən həyata keçirildiyi monitorinq tədbirlərinə 20-dən artıq avtomobil və 15 avtobus cəlb edilib.
Qeyd edilib ki, şəhərdaxili monitorinq prosesi yol hərəkətinə məhdudiyyətlər tətbiq edilmədən reallaşdırılır. Monitorinq tədbirlərinin keçirilməsində əsas məqsəd COP29 konfransı zamanı tətbiq olunacaq xüsusi nəqliyyat vasitələrinin hərəkət sxemlərinin sınaqdan keçirilməsi, yollarda yarana biləcək instensivliyin idarə edilməsinə hazırlıqdır. Simulyasiya prosesində konfrans dövründə yerinə yetirəcəkləri tapşırıqlara hazırlıq səviyyələrini qiymətləndirmək məqsədilə xüsusi təlimlərdən keçmiş 350-ə yaxın COP29 könüllüsü də iştirak edir.
Qeyd edək ki, monitorinqlərin davamı 20 oktyabr gecə saat 02:30-dan 04:30-dək yollarda qismən məhdudlaşmalar tətbiq edilməklə davam edəcək. Bu mərhələdə mərkəzi hotellər, tədbir məkanı olan Bakı Stadionu və Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətlərində müəyyən olunmuş avtobus, taksi və xüsusi xidmət avtomobillərin cəlb edilməsi ilə simulyasiyalar davam etdiriləcək.
19-10-2024, 11:21
22 baş heyvan oğurlandı, şübhəli tutuldu


22 baş heyvan oğurlandı, şübhəli tutuldu

Masallı rayonunda mal-qara oğurlayan şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində otlaq sahəsindən 22 baş xırdabuynuzlu heyvanı oğurlayan əvvəllər məhkum olunmuş Vaqif Məlikov saxlanılıb.
"Araşdırmalar zamanı onun daha 3 nəfərin iri və xırdabuynuzlu heyvanlarını oğurladığı müəyyən edilib. V.Məlikov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir", - məlumatda qeyd olunub.
19-10-2024, 10:43
Metroda tüstülənmə: stansiyaya giriş bağlandı, 25 dəqiqə gecikmə


Metroda tüstülənmə: stansiyaya giriş bağlandı, 25 dəqiqə gecikmə

"Nizami" -"28 may" tunel yolu mənzilində qatar maşinisti tüstülənmə müşahidə edib və dərhal dispetçer mərkəzinə məlumat verib.
Bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən məlumat verilib.
"Bakı Metopoliteni"nin normativlərinə uyğun olaraq, dərhal yüksək gərginlik çıxarılıb. Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumlarına xəbər verilərək yanğınsöndürmə xidməti çağırılıb. "Nizami" stansiyası sərnişinlərin girişinə bağlanılıb. Tüstülənmənin səbəbi aşkarlanıb. İşıqlandırma kabelində tüstülənmənin qarşısı dərhal alınıb. Bununla bağlı sərnişinlər və hərəkət təhlükləsizliyi ilə bağlı hər hansı neqativ hadisə baş verməyib. 25 dəqiqədən sonra qatarların hərəkəti bərpa olunub. "Nizami" stansiyası sərnişinlərin girişinə açılıb. Sərnişin təhlükəsizliyi ilə bağlı hər hansı problem yoxdur. Hazırda hər iki xətt üzrə qatarların hərəkətinin intervallara uyğun bərpası üzrə işlər görülür".
19-10-2024, 10:32
COP29-a hazırlıqla bağlı bəzi işlər tamamlanıb


COP29-a hazırlıqla bağlı bəzi işlər tamamlanıb

“Bu ilin noyabrında Bakıda keçiriləcək COP29 konfransına hazırlıq işləri davam edir”.
Bunu COP29-un müəyyən edilmiş Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Uniformaların paylanılması və akkreditasiya mərkəzi”nin (UDAC) açılış mərasimində deyib.
M.Babayev hazırda bu istiqamətdə bəzi işlərin tamamlandığına diqqət çəkib: “Qalan işlərin yekunlaşması, tədbir məkanının tam hazır vəziyyətə gətirilməsi üçün işlər davam edir".
19-10-2024, 00:51
İstanbulda birgə bəyanat qəbul edildi


İstanbulda birgə bəyanat qəbul edildi

“Oktyabrın 18-də İstanbulda Türkiyə Xarici İşlər Nazirliyinin ev sahibliyi, Azərbaycan, Rusiya, Ermənistan və İranın XİN rəhbərlərinin iştirakı ilə üçüncü toplantısı keçirilən Cənubi Qafqaz Regional Əməkdaşlıq Platformasının (3+3) başlıca məqsədi regional mülkiyyət anlayışı ilə Cənubi Qafqazda qarşılıqlı fayda prinsipi əsasında çoxtərəfli əməkdaşlığın inkişafıdır”.
Bu ifadələr Türkiyənin Xarici İşlər Nazirliyinin toplantı ilə bağlı açıqlamasında yer alıb.
Qeyd edilib ki, görüşdə Cənubi Qafqazda daimi sülh və sabitliyin bərqərar olması, həmçinin regional inkişaf məsələləri müzakirə olunub, konkret layihələr vasitəsilə regional əməkdaşlığın dərinləşdirilməsi mövzusunda fikir mübadiləsi aparılıb.
Toplantının sonunda iştirakçı tərəflərin birgə Bəyanatı qəbul edilib. Bəyanatda regional iqtisadi əməkdaşlığın ölkələrarası etimadın bərqərar olmasında və rifahın, sabitliyin artırılmasında oynadığı rol vurğulanıb. Nəqliyyat, kommunikasiya, ticarət, enerji, investisiya və inteqrasiya sahələrində əməkdaşlıq imkanlarını dəyərləndirmək barədə razılığa gəlinib.
Bəyanatda bölgədə sülhün və sabitliyin dialoq yolu ilə təmin edilməsinin əhəmiyyəti də vurğulanıb.
Türkiyə Cənubi Qafqazda daimi sülhün təmin edilməsi və əməkdaşlığın gücləndirilməsi məqsədilə region ölkələri ilə işləməyə davam edəcək.
XİN-in açıqlamasında bildirilib ki, toplantıdan sonra qonaq nazirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediliblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!