Sabah paytaxtda bu yollar bağlanacaq - SİYAHI .....                        Ermənistan İrana yeni səfir göndərdi .....                        Ermənistan İrana yeni səfir göndərdi .....                        İran Milli Təhlükəsizlik Şurasından kritik qərar: İsrailə hərbi cavab verilsin! .....                        Rusiya qoşunları Ukraynada daha iki şəhəri ələ keçirib .....                        Xamenei ABŞ və İsraili hədələdi: “Mütləq sərt cavab alacaqlar!” .....                        Gürcüstanda müxalifətdən olan yeganə mer öldü .....                        ABŞ Rusiya ilə o sazişi imzalasaydı, Ukraynada müharibə başlamayacaqdı - Medvedev .....                        Bakıda 31 avtobus marşrutunun istiqaməti dəyişir - SİYAHI .....                       
31-10-2024, 13:11
Bakı Olimpiya Stadionunda 56 yeni kafe və restoran qurulub


Bakı Olimpiya Stadionunda 56 yeni kafe və restoran qurulub

Bakı Olimpiya Stadionunda 56 yeni kafe və restoran qurulub.
Bu barədə COP29 Əməliyyat Şirkətinin Catering, təmizlik və tullantıların təmizlənməsi departamentinin şöbə müdiri Anar Zeynalov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, stadion ərazisində ümumilikdə 4 mətbəx fəaliyyət göstərir.
“Mavi zonada 3, yaşıl zonada isə 1 mətbəx fəaliyyət göstərir. Stadion ərazisində 56 yeni kafe və restoran qurulub.Restoranlardan birində milli, digərində dünya mətbəxi təqdim ediləcək”,- deyə o bildirib.
A.Zeynalovun sözlərinə görə, COP29 zamanı portal və qida satış nöqtələrində, restoran-kafelərdə qidalanma ödənişli şəkildə həyata keçiriləcək. Yalnız COP29 Azərbaycan Əməliyyat Şirkətinin əməkdaşları və könüllülər pulsuz qida ilə təmin olunacaqlar.
O, jurnalistlərlə bağlı məsələyə də aydınlıq gətirib:
"Həm xarici, həm də yerli media nümayəndələri satış nöqtələrindən müəyyən ödəniş edərək qida əldə edə bilərlər".
Xatırladaq ki, COP29 tədbiri noyabrın 11-dən 22-dək Bakı Olimpiya Stadionunda keçirləcək.
31-10-2024, 12:39
Noyabrın ilk gününün havası


Noyabrın ilk gününün havası

Bakıda və Abşeron yarımadasında noyabrın 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə bəzi yerlərdə zəif duman olacaq.
Şimal-qərb küləyi günün ikinci yarısında mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-13° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55% olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 6-11° isti, gündüz 17-22° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti olacaq.
31-10-2024, 12:20
Buraxılış imtahanlarının vaxtı bu tarixdə açıqlanacaq


Buraxılış imtahanlarının vaxtı bu tarixdə açıqlanacaq

“İndiki dərs yükü otuz il əvvəlki dərs yükündən fərqlidir”.
Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərin suallarını cavablandırarkən deyib.
“İndi təhsil alan uşaqlar 21-ci əsrin uşaqlarıdır. Bu uşaqlar gələcəkdə işləyəcəklər və buna indidən hazırlaşmalıdırlar. Uşaqlara erkən yaşdan vaxtı düzgün idarə etməyi öyrətmək lazımdır ki, dərs yükünün ağırlığından şikayət olmasın”, - deyə Məleykə Abbaszadə qeyd edib.
Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri buraxılış imtahanlarının vaxtı ilə bağlı məsələyə də münasibət bildirib:
"Buraxılış imtahanlarının vaxtı bütün nazirliklər və təhsil idarələrinin birgə qərarı verildikdən sonra ilin sonunda elan ediləcək".
31-10-2024, 12:04
Bu tarixdə metroya yeni qatarlar buraxılacaq


Bu tarixdə metroya yeni qatarlar buraxılacaq

Daha 2 qatarın xәttә buraxılması noyabrın 8-nә qәdәr tәmin edilәcәk.
Bu barədə Prezident İlham Əliyev oktyabrın 31-də “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Bakıda komplektləşdirilən yeni nəsil metro qatarları ilə tanış olarkən məlumat verilib.
Bildirilib ki, yeni qatarlar nәzәrә alınmaqla, Bakı metropoliteninin vaqon parkında innovasiyalar baxımından sonuncu nәslә mәnsub vaqonların ümumi sayı 150-yә çatdırılıb.
31-10-2024, 11:59
Prezident yeni nəsil metro qatarları ilə tanış oldu - FOTO


Prezident yeni nəsil metro qatarları ilə tanış oldu - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də "Bakı Metropoliteni" QSC-nin Bakıda komplektləşdirilən yeni nəsil metro qatarları ilə tanış olub.
Məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov dövlətimizin başçısına qatarlar barədə məlumat verdilər.
Bildirildi ki, “Qlobalnıye Transportnıye Reşeniya” MMC ilә “Bakı Metropoliteni” QSC arasında bağlanmış müqavilәyә әsasәn, 2024-2026-cı illәr әrzindә 65 yeni vaqonun (13 qatar tәrkibi) istehsal edilәrәk Bakı metropoliteninә gәtirilmәsi nәzәrdә tutulub. Hәmin müqavilәyә uyğun olaraq, 2024-cü ildә 35 (7 qatar tәrkibi), 2025-ci ildә 20 (4 qatar tәrkibi), 2026-cı ildә isә 10 vaqon (2 qatar tәrkibi) istehsal edilməlidir.
Diqqətə çatdırıldı ki, “81-765 Б/766 Б” seriyalı qatar tәrkibi innovasiyalar baxımından 4-cü nәsilә mәnsubdur. Vaqonlar “Bakı Metropoliteni” QSC-nin texniki şәrtlәrinә uyğun istehsal olunub vә yığılaraq komplektlәşdirilmәsi Bakı metropolitenindә tәşkil edilir. Vaqonların yığılması prosesi digәr metropolitenlәr üçün nәzәrdә tutulmuş standart layihә әsasında deyil, Avropanın әn yüksәk texnoloji tәlәblәrә cavab verәn aparıcı istehsalçılarının avadanlıq vә sistemlәri ilә aparılır. Bakı metropoliteninin mürәkkәb relyefi, texniki xüsusiyyәtlәri, paytaxtın iqlimi, geoloji şәraiti nәzәrә alınmaqla avadanlıqların istismar müddәtindә yüksәk tәhlükәsizlik tәlәblәrinә cavab vermәsinə, etibarlılığına, uzunömürlülüyünə, istehsal zәmanәtinə, sәmәrәliliyinə vә digәr üstünlüklәrinә diqqәt yetirilib. Bu xüsusda, Avropa istehsalçıları ilә 9 müqavilә imzalanaraq avadanlıqların birbaşa Bakıya gәtirilmәsi tәmin edilib. Nәticәdә, vaqonların yüksәk keyfiyyәt standartları tәmin edilmәklә yığılmasının Bakıda tamamlanaraq xәttә buraxılması nәzәrdә tutulub.
Vaqonların Bakıda yığılaraq komplektlәşdirilmәsi, sazlama, hәmçinin sınaq işlәrinin aparılması mәqsәdilә Bakı metropoliteninә istehsalçı şirkәtin 54 nәfәrdәn ibarәt heyәti ezam edilib. Yeni nәsil qatarların hәr birinin baş vaqonları 315, orta vaqonları 329 sәrnişin üçün hesablanıb. Baş vaqonlarda 38, orta vaqonlarda 44 oturacaq var. Vaqonların qapıları 1400 mm olmaqla әvvәlki nәsil vaqonlarla müqayisәdә 12 faiz daha genişdir. Qatarlarda әlil arabaları, iri yüklәr vә uşaq arabaları üçün çoxfunksiyalı zonalar, mikroiqlim nәzarәti, videomüşahidә, interaktiv sәrnişin mәlumatlandırma sistemlәri, mobil cihazlar üçün USB portlar, orijinal işıq qrafikası mövcuddur. Vaqonlar hermetik olduğuna görə sәs-küysüzdür vә istilik izolyasiyasına malikdir. Әvvәlki nәsil qatarlarla müqayisәdә vaqondan-vaqona birbaşa keçidlәr sәrnişinlәrin qatar boyunca hәrәkәtini tәmin edir. Bakıya gәtirilmiş 7 qatardan 5-nin yığılaraq komplektlәşdirilmәsi, sazlanması və sınaq işlәri başa çatdırılıb. Daha 2 qatarın xәttә buraxılması noyabrın 8-nә qәdәr tәmin edilәcәk.
Dövlətimizin başçısı Bakıda komplektləşdirilən qatarların vaqonlarına baxdı.
Qeyd edildi ki, yeni qatarlar nәzәrә alınmaqla, Bakı metropoliteninin vaqon parkında innovasiyalar baxımından sonuncu nәslә mәnsub vaqonların ümumi sayı 150-yә çatdırılıb.







31-10-2024, 11:55
Gələn il buraxılış imtahanlarında 46 şəhid övladı iştirak edəcək


Gələn il buraxılış imtahanlarında 46 şəhid övladı iştirak edəcək

2025-2026-ci il buraxılış imtahanlarında 46 şəhid övladı iştirak edəcək.
Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Vətən müharibəsində şəhid olan şəxslərin məktəbli övladları ilə görüşündə deyib.
“DİM onların təhsil sahəsində bütün ehtiyaclarını qarşılamağa və daim dəstək olmağa hazırdır”, - o qeyd edib.
M.Abbaszadə şəhid övladlarının təhsilinin daim diqqət mərkəzində olduğunu bildirib:
"Bu görüş nə ilk, nə də son olacaq. Belə tədbir və görüşləri təşkil etməyə davam edəcəyik. Şəhid övladlarının təhsil sahəsində ehtiyacı olan hər cür yardımı göstərməyə hazırıq. Amma burada sizlərin də üzərinizə məsuliyyət düşür. Sınaq imtahanları təşkil ediləcək, amma iştirak edib-etməmək sizin qərarınızdır. Çalışın daim öyrənin, inkişaf edin".
31-10-2024, 11:44
Prezident daha iki səfiri qəbul etdi


Prezident daha iki səfiri qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də Banqladeş Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Amanul Haqın etimadnaməsini qəbul edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Prezident İlham Əliyev, həmçinin oktyabrın 31-də Ruanda Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Çarlz Kayonqanın etimadnaməsini qəbul edib.
31-10-2024, 11:43
Sülh müqaviləsinin daha 1-2 bəndində razılığa gələ biləcəyik - Nazir


Sülh müqaviləsinin daha 1-2 bəndində razılığa gələ biləcəyik - Nazir

"Sülh müqaviləsi layihəsində daha 1-2 tənzimləmə var, onların üzərində iş davam etdiriləcək".
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə 2025-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, bu, normal danışıqlar prosesidir.
“Bu yaxınlarda məni parlamentdə tez-tez ehtiyatlı nikbinlik ifadə etməkdə günahlandırdılar. Lakin mən ehtiyatlı nikbinliyimi bir daha ifadə etməliyəm ki, yaxın gələcəkdə biz sənədin mətninin bir və ya iki mətnində də razılığa gələ biləcəyik. Ondan sonra saziş imzalanmağa hazır olacaq”, - XİN rəhbəri bildirib.
Bundan əvvəl Azərbaycan və Ermənistan tərəfi dəfələrlə bildirib ki, sülh müqaviləsi layihəsinin 80 faizi razılaşdırılıb.
31-10-2024, 11:41
COP29 zolaqlarına girənləri bu cərimələr gözləyir


COP29 zolaqlarına girənləri bu cərimələr gözləyir

Bakının bir sıra küçələrində təşkil edilmiş COP29 zolaqlarından sabahdan minik avtomobilləri ilə hərəkət etməyə icazə verilməyəcək.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) bununla bağlı oktyabrın 15-də verdiyi icazənin müddəti bu gün başa çatır.
COP29 zolaqlarına daxil olan sürücülər 100 manat cərimə ediləcək, eləcə də onlara 3 bal yazılacaq.
31-10-2024, 11:36
Mirzoyan Ermənistanın COP29-da iştirakını istisna etmədi


Mirzoyan Ermənistanın COP29-da iştirakını istisna etmədi

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, bu gün parlament komissiyalarında 2025-ci il büdcəsinin müzakirəsi zamanı o, Bakıda keçiriləcək COP29 konfransında mümkün iştirak məsələsinə də toxunacaq. Jurnalistlərə açıqlamasında nazir deyib:
“Mən bu məsələyə də toxunacağam. Çox güman ki, COP29 konfransında iştirakla bağlı suallar olacaq”.
Mirzoyan "Sputnik Ermənistan"ın Bakıda COP29-a səfərlə bağlı qərarın olub-olmaması ilə bağlı sualını cavablandırarkən "hələlik yox" deyib:
“Dəvət almışıq, lakin bu məsələ ilə bağlı heç bir rəsmi reaksiya və ya münasibət bildirməmişik”, - deyə o bildirib.
Mirzoyan Ermənistanın sammitdə iştirakını istisna etməyib.
"Ancaq biz nədən danışdığımızı başa düşməliyik", - o deyib.
Ermənistan hakimiyyəti bundan əvvəl BMT-nin Azərbaycanda keçiriləcək böyük tədbirində iştirak etmək üçün dəvət alıb. Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, bu tədbirdə iştirakla bağlı hələ də qərar yoxdur. Öz növbəsində, Baş Nazir Aparatının rəhbəri Arayik Arutyunyan qeyd edib ki, Bakıya getmək qərarına sülh müqaviləsi çərçivəsində ciddi irəliləyişlər də daxil olmaqla, bir çox hallar təsir edə bilər.
Qeyd edək ki, noyabrın 11-22 aralığında Bakıda COP29 konfransı keçiriləcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!