Sağ qalan 7 sərnişin Bakıya gətirildi .....                        Öldüyü deyilən Mahirin atası: "Sağ olduğunu bu gün öyrəndik" .....                        Kimliyi müəyyənləşənlərin sayı 10-a çatdı - 4-ü Azərbaycan vətəndaşıdır .....                        Rusiya Azərbaycana təzminat ödəməli olacaq .....                        Təyyarə qəzasında həlak olanlardan biri futbolçudur - RƏSMİ .....                        İnsanların faciəli surətdə həlak olmaları xəbərindən sarsıldım - Çin lideri .....                        Rusiyada hava limanlarının fəaliyyəti məhdudlaşdırıldı .....                        Elfaq Nağıyev anıldı .....                        İlahə HƏBİB Yazır: Camaat nə deyər?! .....                       
14-11-2024, 14:10
İlham Əliyev Nepal Prezidenti ilə görüşüb


İlham Əliyev Nepal Prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Nepalın Prezidenti Ramçandra Paudel ilə görüşüb.
Nepal Prezidenti qonaqpərvərliyə görə minnətdarlığını bildirdi.
COP29-un yüksək səviyyədə keçirildiyini deyən Ramçandra Paudel ölkəmizə səfəri zamanı Azərbaycan mədəniyyəti ilə tanış olduğunu məmnunluqla qeyd etdi. O, ümidvar olduğunu bildirdi ki, COP29 Nepal kimi inkişaf etməkdə olan ölkələrin maraqlarını nəzərə alacaqdır.
Azərbaycan ilə Nepal arasında dostluq münasibətlərinin mövcud olduğunu vurğulayan ali qonaq beynəlxalq təşkilatlarda, həmçinin iqlim dəyişmələri və davamlı inkişaf məsələlərində əməkdaşlığımıza toxundu.
Nepal Prezidenti Azərbaycanda şahidi olduğu inkişafın onda dərin təəssürat hissi yaratdığın dedi. O, ölkəsinin uzun keçid prosesindən sonra davamlı inkişaf mərhələsinə qədəm qoyduğunu bildirərək xarici sərmayədarları dəvət etmək istədiklərini vurğuladı, turizm və hidroenergetika sahələrinin önəminə toxundu.
Ramçandra Paudel bildirdi ki, Nepalın karbon emissiyası az olsa da, onlar iqlim dəyişmələrinin mənfi fəsadları ilə üzləşirlər.
Azərbaycan və Nepal prezidentlərinin ilk görüşünün tarixi əhəmiyyətini qeyd edən dövlətimizin başçısı bu görüşün əlaqələrimizin inkişafına təkan verəcəyinə ümidvarlığını bildirdi.
Azərbaycan Prezidenti iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsinin önəminə toxundu.
Söhbət zamanı BMT və bir sıra digər beynəlxalq təşkilatlarda əməkdaşlıq və qarşılıqlı dəstək, Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr, həmçinin Azərbaycanın COP sədrliyi dövründə iqlim dəyişikliyi mövzusunda işbirliyi ilə bağlı fikir mübadiləsi aparıldı.
Nepal Prezidenti dövlətimizin başçısını ölkəsinə rəsmi səfərə dəvət etdi.
Prezident İlham Əliyev dəvətə görə minnətdarlığını bildirdi.
Nepal Prezidenti dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.
14-11-2024, 13:58
Paşinyandan etiraf: Bu bəyannamə ermənilər üçün faciədir


Paşinyandan etiraf: Bu bəyannamə ermənilər üçün faciədir

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Müstəqillik Bəyannaməsini “böyük problem və faciə” adlandırıb.
Bu barədə o, parlamentdə çıxışı zamanı danışıb.
“Son illərdə mən Müstəqillik Bəyannaməsini onlarla dəfə təkrar oxudum və dəhşətli nəticəyə gəldim. Bu Bəyannamənin mahiyyəti ondan ibarətdir ki, Ermənistan Respublikası mövcud ola bilməz. Bu, bizim ən böyük problemimiz və faciəmizdir. İndi sual budur ki, əsl Ermənistan və Ermənistan vətəndaşı kimdir. Əsl Ermənistan vətəndaşı odur ki, Vətənini, Vətənini bu yerdən kənarda axtarmır”, - o qeyd edib.
Qeyd edək ki, Ermənistan Konstitusiyasının preambulasında yer alan Müstəqillik Bəyannaməsində həm Türkiyəyə, həm də Azərbaycana qarşı ərazi iddiaları var. Belə ki, Bəyannamə “1915-ci ildə Osmanlı Türkiyəsində və Qərbi Ermənistanda gerçəkləşən soyqırımın tanınması”nı dəstəkləyir. Burada həm qondarma erməni soyıqımı barədə iddialar, həm də Türkiyənin “Qərbi Ermənistan” adlandırılması narazılığa səbəb olub. Ermənilər “Qərbi Ermənistan” dedikdə Türkiyə Respublikasının 6 şərq vilayəti - Ərzurum, Van, Bitlis, Diyarbakır, Harput və Sivası nəzərdə tuturlar. Azərbaycan konstitusiyanın dəyişdirilməsini tələb edir.
14-11-2024, 13:47
İlham Əliyev Efiopiya Prezidenti ilə görüşüb


İlham Əliyev Efiopiya Prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Taye Atske Sellasiye ilə görüşüb.
Taye Atske Sellasiye Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əlinin salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Efiopiyanın Baş nazirinə çatdırmağı xahiş etdi.
COP29-a dəvətə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Taye Atske Sellasiye bu tədbirin mükəmməl səviyyədə təşkil edildiyini, uğurla keçirildiyini və burada iştirak səviyyəsinin çox yüksək olduğunu dedi. Qonaq dövlətimizin çıxışının dolğun və məzmunlu olduğunu vurğulayaraq, buna görə təşəkkürünü bildirdi.
Efiopiya Prezidenti ölkəmizə səfəri çərçivəsində Azərbaycanın “ASAN xidmət” təcrübəsi ilə tanışlığın onda çox böyük təəssüratlar yaratdığını və bu təcrübənin ölkəsində tətbiqi məsələsinə baxıldığını dedi. O, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Efiopiya Federativ Demokratik Respublikasının Dövlət Xidməti Komissiyası arasında Anlaşma Memorandumunun imzalandığını qeyd etdi.
Efiopiya Prezidenti azad ticarət zonaları sahəsində Azərbaycanın təcrübəsinin ölkəsi üçün maraqlı olduğunu vurğuladı, turizm, kənd təsərrüfatı, investisiyalar və digər sahələrdə əməkdaşlıq imkanlarına toxundu, böyük perspektivlərin olduğunu dedi.
İnkişaf etməkdə olan dövlətlər arasında həmrəyliyin gücləndirilməsinin önəmini vurğulayan Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan Afrika ölkələri ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verir.
“ASAN xidmət” təcrübəsinə toxunan dövlətimizin başçısı bu sahədə Azərbaycanın hər cür dəstək göstərməyə hazır olduğunu dedi.
Söhbət zamanı ölkələrimiz arasında beynəlxalq təşkilatlarda, bərpaolunan enerji və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunuldu, iqtisadi məsələlər üzrə hökumətlərarası komissiyanın yaradılmasının vacibliyi vurğulandı.
Efiopiya Prezidenti dövlətimizin başçısını ölkəsinə rəsmi səfərə dəvət etdi.
Prezident İlham Əliyev dəvətə görə minnətdarlığını bildirərək, Efiopiya Prezidentini və Baş nazirini Azərbaycana rəsmi səfərə dəvət etdi.
14-11-2024, 12:55
Emin Əmrullayev Rusiyanın maarif naziri ilə görüşüb - FOTO


Emin Əmrullayev Rusiyanın maarif naziri ilə görüşüb - FOTO

Noyabrın 13-də elm və təhsil naziri Emin Əmrullayev BMT–nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29–cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının maarif naziri Sergey Kravtsov ilə görüşüb.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı elm və təhsil sahəsində hər iki ölkənin qarşılıqlı maraqlarını əhatə edən məsələlər müzakirə edilib.
Daha sonra qonaqlar Bakı şəhəri 67 nömrəli tam orta məktəbi ziyarət edərək təhsil müəssisəsində yaradılmış şəraitlə tanış olublar. Məlumat verilib ki, əsası 1897–ci ildən qoyulmuş məktəb ilk dərs ilində 2 müəllim və 73 şagirdlə fəaliyyətə başlayıb. 1989–cu ilə qədər məktəbdə təhsil yalnız rus dilində aparılıb.
Qeyd olunub ki, görkəmli ictimai xadim, Rusiya–Azərbaycan Dostluğu Cəmiyyətinin sədri, Azərbaycan neft sənayesinin qocaman nümayəndəsi Nikolay Konstantinoviç Baybakovda sözügedən məktəbdə təhsil alıb.



14-11-2024, 12:44
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Noyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 7-10° isti, gündüz 12-15° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət gecə və gündüz 70-80 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5-9° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 3-8° isti olacaq.
14-11-2024, 12:29
Daha bir ölkənin lideri Azərbaycana gəldi


Daha bir ölkənin lideri Azərbaycana gəldi

Palau Respublikasının Prezidenti Surangel Samuel Vips noyabrın 14-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı səhiyyə nazirinin müavini Nadir Zeynalov və digər rəsmi şəxslər qarşılayıblar.
14-11-2024, 12:15
Prezident Avropa Şurasının Baş katibi ilə görüşüb


Prezident Avropa Şurasının Baş katibi ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşüb.
COP29-a dəvətə görə dövlətimizin başçısına təşəkkürünü bildirən Avropa Şurasının Baş katibi bu tədbirin qısa müddət ərzində təşkil edilməsini yüksək qiymətləndirdi.
Prezident İlham Əliyev qeyd etdi ki, adətən sədr ölkələrin COP-un təşkil edilməsi üçün iki ilə qədər vaxtları olduğu halda, Azərbaycanın cəmi 11 ayı var idi və təşkilatçılıq işləri bu müddət ərzində həyata keçirilib.
Dövlətimizin başçısı dedi ki, mahiyyəti üzrə COP29-da danışıqlar prosesində artıq irəliləyişlər var. Belə ki, 10 ildən artıq müzakirə olunan Paris Sazişinin altıncı bəndi üzrə ilkin nəticələr əldə olunub və bu istiqamətdə danışıqlar davam etdiriləcək. Həmçinin yeni maliyyə hədəfinin müəyyən olunması ilə əlaqədar beynəlxalq maliyyə strukturları tərəfindən verilən açıqlamalar da müsbət mesajlar kimi qiymətləndirilir. COP29-da yeni maliyyə hədəfinin müəyyən olunacağına ümidvarlığını ifadə edən Azərbaycan Prezidenti dedi ki, xüsusən inkişaf etməkdə olan dövlətlərin bu məsələdə böyük gözləntiləri var.
Alen Berse vurğuladı ki, Avropa Şurası ətraf mühitlə bağlı cinayətlərə və iqlim dəyişmələri ilə əlaqədar məsələlərə böyük əhəmiyyət verir və bunlar təşkilatın gündəliyində yer alıb.
Qonaq Avropa Şurası çərçivəsində dövlətlərin müxtəlifliyi prinsipinin xüsusi əhəmiyyət daşıdığını dedi.
Dövlətimizin başçısı Azərbaycanın Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində ölkəmizin bu təsisatın 76 müxtəlif konvensiyasına qoşulduğunu qeyd etdi.
Görüşdə müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu, Azərbaycanın təşəbbüsü ilə Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatı arasında yaradılmış Bakı Prosesinin əhəmiyyəti vurğulandı.
14-11-2024, 12:03
Prezidentlərin açılışını etdiyi Xankəndi fabrikində bu məhsullar tikilir - AÇIQLAMA


Prezidentlərin açılışını etdiyi Xankəndi fabrikində bu məhsullar tikilir - AÇIQLAMA

Xankəndi şəhərində tikiş fabriki inşa edilib. Ötən gün Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə fabrikin videobağlantı vasitəsilə açılış mərasimi olub.
Qeyd edək ki, tikiş fabrikinin inşası Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsinə dair iki ölkə prezidentlərinin tapşırıqlarına əsasən həyata keçirilib. Layihənin ümumi investisiya dəyəri 11 milyon manat təşkil edir. Fabrikin xammal tədarükü üçün birgə sənaye əməkdaşlığı həyata keçirilir.
Müəssisə həm yerli, həm də Özbəkistan xammalı əsasında fəaliyyət göstərəcək. Regionda qeyri-neft ixracının artımına əhəmiyyətli töhfə verəcək fabrikdə istehsal olunacaq məhsulların 80 faizi müxtəlif ölkələrə ixrac ediləcək. Ərazisi 1,2 hektar olan fabrikdə ildə 3-5 milyon ədəd müxtəlif trikotaj məhsulları istehsal ediləcək.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin kommunikasiya məsələləri üzrə əməkdaşı Tural Qurbanov bildirib ki, hazırda fabrikdə 250-ə qədər işçi çalışır, onların da əksəriyyəti Qarabağa geri qayıtmış keçmiş məcburi köçkünlərdir:
“Gələcəkdə işçi sayı 800 nəfərə qədər artacağı gözlənilir. Əsas məhsullar isə qısaqol və düyməli köynəklərdir ki, onların da hər biri xarici bazar üçün nəzərdə tutulub”.
14-11-2024, 11:23
İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb


İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana Silyanovska-Davkova ilə görüşüb.
Qordana Silyanovska-Davkova COP29-un yüksək səviyyədə təşkil edildiyini vurğulayaraq, tədbirin açılış mərasimində Azərbaycan mədəniyyəti ilə bağlı maraqlı təqdimatın olduğunu dedi. Mədəni diplomatiyanı dəstəklədiyini qeyd edən ali qonaq Azərbaycan mədəniyyəti ilə tanış olmaqdan məmnunluğunu bildirdi. O, Azərbaycanla əməkdaşlıq üçün geniş imkanların olduğunu vurğuladı.
Prezident İlham Əliyev Qordana Silyanovska-Davkovanın ölkəmizə səfərinin münasibətlərimizin genişləndirilməsinə, iqtisadi-ticari və mədəni əlaqələrin inkişaf etdirilməsi işinə təkan verəcəyinə ümidvarlığını bildirdi.
Dövlətimizin başçısı COP29-la əlaqədar Azərbaycana qarşı ədalətsiz təbliğatın aparıldığını vurğuladı.
Şimali Makedoniyada sərmayələr imkanlarına toxunan Prezident İlham Əliyev Azərbaycanın Balkan ölkələri ilə əlaqələrinin inkişafına önəm verdiyini qeyd etdi.
Görüşdə sərmayələr, kənd təsərrüfatı, turizm, təhsil, mədəniyyət sahələrində əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Prezident İlham Əliyev Şimali Makedoniya dövlətinin başçısını ölkəmizə, Qordana Silyanovska-Davkova isə öz növbəsində dövlətimizin başçısını Şimali Makedoniya rəsmi səfərə dəvət etdi. Dəvətlərlə bağlı qarşılıqlı minnətdarlıq ifadə olundu.
14-11-2024, 10:50
İlham Əliyev Monteneqro Prezidenti ilə görüşüb - FOTO


İlham Əliyev Monteneqro Prezidenti ilə görüşüb - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Monteneqronun Prezidenti Yakov Milatoviç ilə görüşüb.
Yakov Milatoviç COP29-un yüksək səviyyədə keçirilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi. O vurğuladı ki, COP29-u uğurlu tədbir adlandırmaq olar. Monteneqro Prezidenti COP29-da 80-dən çox dövlət və hökumət başçısının iştirak etdiyini dedi və bildirdi ki, bu tədbir, eyni zamanda, Azərbaycanın nailiyyətlərini dünyada göstərir.
Yakov Milatoviç vurğuladı ki, Monteneqro Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəkləyib. Qonaq Azərbaycanın işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işlərini qeyd edərək, ölkəmizin çox böyük və nadir inkişaf yolu keçdiyini məmnunluqla vurğuladı.
Azərbaycanın COP29-u qısa müddət ərzində təşkil etdiyini deyən Prezident İlham Əliyev bildirdi ki, ölkəmiz COP-a sədrliyə başladığı vaxtdan bizə qarşı feyknyus və qarayaxma kampaniyasına start verilib. Bu kampaniyada elə təqdim edilir ki, guya Azərbaycan ətraf mühiti çirkləndirir. Amma reallıq belə deyil. Dövlətimizin başçısı dedi ki, bəzi dairələr Azərbaycanın uğurlarını, inkişafını və müstəqil siyasətini həzm edə bilmirlər.
Prezident İlham Əliyev Azərbaycanın 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik etdiyini də xatırlatdı.
İşğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığını deyən dövlətimizin başçısı qeyd etdi ki, ermənilər həmin ərazilərimizi minalayıblar, müharibə bitəndən indiyədək 300-dək Azərbaycan vətəndaşı minaların partlaması səbəbindən ya həlak olub, ya da ağır yaralanıb. İşğal dövründə Ermənistan şəhərlərimizi və kəndlərimizi dağıdıb.
Görüşdə ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olundu, turizm, sərmayələr sahələrində əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparıldı.
Monteneqro Prezidenti dövlətimizin başçısını ölkəsinə, Azərbaycan Prezidenti isə Monteneqro dövlətinin başçısını ölkəmizə rəsmi səfərə dəvət etdi. Dəvətlərlə bağlı qarşılıqlı minnətdarlıq ifadə olundu.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!