ABŞ-də güclü ZƏLZƏLƏ: Sunami xəbərdarlığı edildi .....                        Təcavüz edilən yeniyetmə oğlan özünü öldürüb - Tükürpədən CİNAYƏT .....                        Nazir həmkarı ilə görüşdü .....                        İğdır-Naxçıvan qaz kəmərinin tikintisi yekunlaşıb .....                        Minsk Qrupu ləğv edilməlidir! - Nazirdən ÇAĞIRIŞ .....                        Azərbaycan və Özbəkistan QHT-ləri memorandum imzaladılar .....                        Mirzoyan Fidanla bir arada .....                        Makron hökuməti istefaya göndərdi .....                        "Beşiktaş" - Fənərbaxça" oyununu bu hakim idarə edəcək .....                       
16-11-2024, 23:04
Yasamalda kafe yandı


Yasamalda kafe yandı

Bakının Yasamal rayonunda yanğın hadisəsi baş verib.
Hadisə Şəfayət Mehdiyev küçəsində yerləşən kafedə qeydə alınıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.
Yanğın söndürülüb. Faktla bağlı araşdırma aparılır.
16-11-2024, 22:29
Siyəzəndə ağır qəza - Ölən var


Siyəzəndə ağır qəza - Ölən var

Siyəzən rayonunun Yenikənd kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
39 yaşlı A.Teymurovun idarə etdiyi "Vaz 2106" markalı minik avtomobili ilə 31 yaşlı Yasər Bağırovun idarə etdiyi "Opel" markalı nəqliyyat vasitəsi toqquşub.
Hadisə nəticəsində A.Teymurov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
16-11-2024, 20:30
COP29-da 170 milyardlıq razılıq əldə olundu - Nazir


COP29-da 170 milyardlıq razılıq əldə olundu - Nazir

Noyabrın 16-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədilə ölkəmizdə səfərdə olan Norveç Krallığının beynəlxalq inkişaf naziri Anne Beate Tvinreym ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, görüşdə Azərbaycan və Norveç arasında əməkdaşlığın perspektivləri, ölkəmizin COP29 Sədrliyindən irəli gələn məsələlər, eləcə də regional vəziyyət müzakirə olunub.
Nazir Ceyhun Bayramov COP29 Sədrliyimiz, aparılan danışıqlar prosesi haqqında məlumat verərək, ölkəmizin iqlim fəaliyyəti gündəliyinin irəli aparılması istiqamətində apardığı səyləri nəticəsində COP29-un ilk günündə sessiyanın gündəliyinin razılaşdırılmasının gündəlikdə duran məsələlərin müzakirəsi baxımından əhəmiyyətini qeyd edib. Danışıqlar prosesində bu günədək Paris Sazişinin 6.4-cü maddəsi, habelə çoxtərəfli maliyyə institutları tərəfindən illik əsasda iqlim maliyyəsi öhdəliyinin 75 milyarddan 170 milyard ABŞ dollarına qədər artırılması üzrə razılığın əldə olunduğu diqqətə çatdırılıb.
Qarşı tərəf həmçinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi və postmünaqişə dövründə bölgədə vəziyyət, habelə ölkəmizin sülh səyləri barədə qarşı tərəfə məlumat verib. Bununla yanaşı, Ermənistanın yaratdığı mina təhdidi diqqətə çatdırılıb.
Görüşdə, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
16-11-2024, 19:59
Azərbaycan - Estoniya oyunu qolsuz başa çatdı


Azərbaycan - Estoniya oyunu qolsuz başa çatdı

Qəbələ şəhər stadionunda keçirən Azərbaycan - Estoniya matçı qolsuz başa çatıb.
C Liqasının I qrupunun oyunu heç-heçə ilə yekunlaşıb.
Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində ilk xalını qazanıb.
Millimiz əvvəlki dörd qarşılaşmada Estoniya (1:3), Slovakiya (0:2, 1:3) və İsveçə (1:3) uduzub.
Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi yığma sonuncu – VI turun görüşündə səfərdə İsveçlə qarşılaşacaq. Matç noyabrın 19-da, Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
16-11-2024, 19:53
Hikmət Hacıyev: Azərbaycan daha geniş məcralı xarici siyasəti həyata keçirəcək


Hikmət Hacıyev: Azərbaycan daha geniş məcralı xarici siyasəti həyata keçirəcək

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev APA-ya müsahibə verib.

“Münaqişədən əziyyət çəkən ölkələrin rəqəmsal iqlim transformasiyası prosesində onlara xüsusi yanaşma olmalıdır”

- Dünən münaqişədən əziyyət çəkən bir qrup ölkə iqlim dəyişikliyindən daha çox əziyyət çəkdiklərinə dair müraciət yayıb. Düzdür, Azərbaycan bu təşəbbüsün üzvü deyil, amma münaqişədən əziyyət çəkib. Bu müraciətə münasibətinizi bilmək istərdik.

- Sualınıza keçməmişdən əvvəl, fürsətdən istifadə edərək, APA informasiya agentliyinin yaranmasının 20-ci ildönümü ilə bağlı agentliyin rəhbərliyi başda olmaqla bütün kollektivi səmimi qəlbdən və ürəkdən təbrik edirəm. APA informasiya agentliyi Azərbaycan Respublikasının informasiya məkanında öz xüsusi çəkisi, rolu olan media strukturudur. APA-nın informasiyaları təkcə Azərbaycanın hüdudları ilə məhdudlaşmır, o, geniş bir informasiya məkanını əhatə edir, regionda, eyni zamanda, regiondan kənarda informasiya axınının formalaşmasında öz xüsusi yeri var. Biz həm də dünyanın aparıcı media orqanlarının APA-ya artan istinadlarını görürük. Belə desək, geniş bir anlamda APA informasiya agentliyinin ölkəmizin, həmçinin geniş bir regionun informasiya axınının və informasiya məkanının formalaşmasında öz rolu var. Bu da ağır zəhmətin, intensiv işin nəticəsidir. Bütün kollektivə gələcək işlərində uğurlar arzulayıram. Bu gün COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar Azərbaycan mediası, o cümlədən APA informasiya agentliyi digər media strukturlarımızla çiyin-çiyinə, dünya mediası ilə birlikdə bu tədbirin işıqlandırılmasında yaxından iştirak edir. Bildiyiniz kimi, informasiya məkanında da ciddi rəqabət var. Bu tədbirdə də informasiya əldə edilməsi, informasiyaların hazırlanması, ötürülməsində öncülük prinsiplərinə əsaslanaraq bir sağlam rəqabət mühiti var. Bu rəqabət mühitində də Azərbaycanın informasiya resursları çox qabaqcıl mövqelərdədir. Sizi buna görə də ayrıca təbrik etmək istərdim.
Konkret sualınıza gəldikdə isə, bəli, Azərbaycan Respublikası qeyd olunan təşəbbüsə qoşulmayıb. Çünki Azərbaycan Respublikası artıq münaqişəni həll edib. Azərbaycanda münaqişə yoxdur, lakin münaqişənin fəsadları qalmaqdadır. Biz bu baxımdan həmin ölkələri tam şəkildə başa düşürük və onların narahatlıqlarını da anlayırıq. Çünki münaqişədən əziyyət çəkən ölkələr iqlim dəyişikliyinin fəsadlarına ən çox məruz qalan ölkələr sırasındadır. Onların da müəyyən yardıma və dəstəyə ehtiyacı var. Belə desək, 30 il işğala, Ermənistanın Azərbaycana qarşı hərbi işğalı və təcavüzünə məruz qalan ölkə kimi Azərbaycan Respublikası da bunun fəsadlarını qabarıq şəkildə görmüşdü. Fikrimizi belə də ifadə edə bilərik ki, əgər Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və işğalı, 30 il davam edən bu işğal faktoru olmasaydı, Azərbaycan özünün yaşıl gündəliyində və Yaşıl konsepsiyasının həyata keçirilməsində daha da böyük nailiyyətlərə imza atmış olardı. Amma buna baxmayaraq, gördüyünüz kimi, Qarabağ və Şərqi Zəngəzur azad olunandan sonra dərhal cənab Prezidentin müvafiq qərarlarına uyğun olaraq, həmin ərazi sıfır tullantı zonası elan olundu. Dövlətimizin siyasəti bundan ibarətdir. Azərbaycan Respublikası qısa müddət ərzində yaşıl transformasiya nöqteyi-nəzərindən nə qədər ciddi nailiyyətlər əldə edib. Bunun başqa bir tərəfi ondan ibarətdir ki, işğal, təcavüz və hərbi əməliyyatlar həmin ərazinin ekoloji mühitinə və ekosisteminə də ciddi zərbə vurur. Ermənistanın bu illər ərzində işğal altındakı ərazilərimizin flora və faunasının məhv etdiyini gördük. Bütün bunların hamısı sənədləşdirilib. Hesab edirik ki, COP29 bu kimi məsələlərin qaldırılması, müzakirə olunması baxımından vacibdir. Ona görə də qeyd etdiyiniz suala bir daha qayıdaraq bildirirəm ki, biz bu dövlətlərin narahatlığını yaxından başa düşürük, anlayırıq. Hesab edirik ki, münaqişədən əziyyət çəkən ölkələrin rəqəmsal iqlim transformasiyası prosesində onlara da xüsusi yanaşma olmalıdır.

“Azərbaycanın yanaşmasında ardıcıllıq və sistemlilik var”

- Bəs münaqişəni həll etdikdən sonra Azərbaycanın qlobal xarici siyasəti necə inkişaf edir?

- Artıq Azərbaycan üçün münaqişə keçmişdə qalıb. Azərbaycan özünün ərazi bütövlüyü və suverenliyini tam şəkildə təmin edib. Ümumiyyətlə, Azərbaycan Respublikasının Ermənistanın işğalına və təcavüzünə son qoyması və BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü icra etməsi dünyada münaqişələrin həll edilməsinin çox nümunəvi modellərindən biridir. Məhz cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan siyasi və hərbi metodlarla özünün ərazi bütövlüyünü tam şəkildə təmin edib. Münaqişənin uzun müddət Azərbaycanın gündəliyində qalması müəyyən məhdudiyyətlər, müəyyən buxovlar yaradırdı. Məqsəd də bu idi ki, Azərbaycanın xarici siyasət hədəflərinin həyata keçirilməsinə müəyyən maneələr, əlavə məhdudiyyətlər yaradılsın. Münaqişənin başa çatması ilə, yəni ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi ilə Azərbaycan məxsus olduğu fərqli geosiyasi identifikliyi və kimliyi əsasında daha böyük bir coğrafi məkanda xarici siyasət həyata keçirir. COP29-un Azərbaycanda keçirilməsi bunun bariz nümunələrindən biridir. Gördüyünüz kimi, məhz Azərbaycan qlobal gündəliyin ən vacib, ən narahatedici mövzularından biri olan, dünyamiqyaslı tədbirə, COP29-a ev sahibliyi edir. Və buna da çox müvəffəqiyyətlə ev sahibliyi edir. Belə ki, təşkilatçılıq baxımından, substantiv və mahiyyəti üzrə aparılan müzakirələr baxımından Azərbaycan bunu mükəmməl şəkildə həyata keçirir. Digər tərəfdən, COP29-un davamı olaraq, 2026-cı ildə Bakı Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcək. Bu da BMT miqyasında ən böyük tədbirlərdən biridir. Hətta BMT-də belə bir deyim var ki, iqlim məsələləri şəhərlərdə meydana gəlir və iqlimlər elə şəhərlərdə də məhv olur. Çünki iqlimi ən çox çirkləndirən məkanlardan biri də şəhərlərdir. Azərbaycanın yanaşmasında ardıcıllıq və sistemlilik var. Azərbaycan postmünaqişə şəraitində 9 şəhər, yüzlərlə kəndi sıfırdan yenidən qurmaqla unikal bir model ortaya qoymuş olur. Azərbaycanın daha da qloballaşan, daha da geniş coğrafiyanı əhatə edən xarici siyasətin konturları cənab Prezident tərəfindən müəyyən edilib. Bunun başqa bir nümunəsini də qeyd edə bilərəm. Cənab Prezident bu günlər ərzində 50-dən artıq müxtəlif görüşlər keçirdi. Bu görüşlərin coğrafiyasına baxsaq görərik ki, orada Latın Amerikası, Afrika, Asiya, Avropa ölkələri təmsil olunur, dünyanın elə qitəsi yox idi ki, həmin ölkələr əhatə olunmasın. Hətta bir sıra ölkələr var idi ki, onlarla bizim diplomatik əlaqələrimiz olsa da, ticari-iqtisadi, mədəni əlaqələrimiz bir o qədər də geniş inkişaf etməyib. Bu da Azərbaycanın qarşısında yeni bir istiqaməti müəyyən etmiş oldu. Bundan sonra Azərbaycan qlobal gündəlikdə duran mövzulara töhfə verilməsi, problemlərin aradan qaldırılması nöqteyi-nəzərindən daha geniş məcralı xarici siyasət həyata keçirəcək.

“Ermənistanın iştirak edib-etməyəcəyi bizim üçün bir o qədər də maraqlı deyil”

- Ermənistan Azərbaycanın COP29-da iştirakla bağlı dəvətinə müsbət geridönüş etmədi. Bu regionda davamlı sülh yaratmaqla bağlı səylərə necə təsir edir?

- Azərbaycan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının üzvü olaraq və COP29-a ev sahibliyi edərək BMT və Konvensiyanın bütün üzv dövlətlərini bu tədbirə dəvət edib. Konvensiya tərəflərinin sayı 198-dir. Hətta burada dövlət olmayan tərəflər də var. Məsələn, Avropa İttifaqı və iki müstəqil dövlət olmayan tərəf də var ki, biz hətta onları da dəvət etmişdik. Çünki bu, bizim öhdəliyimizdir və bu öhdəlik çərçivəsində Azərbaycan Respublikası tərəfindən Ermənistana da dəvət göndərilmişdi. Açığı, Ermənistanın iştirak edib-etməyəcəyi bizim üçün bir o qədər də maraqlı deyil. Bu, Ermənistanın öz qərarıdır. Əgər Ermənistan qlobal iqlim dəyişməsi konsepsiyasında iştirak etmək istəmirsə, yəqin ki, Ermənistanın yaşıl gündəliyi ilə əlaqədar müəyyən problemləri var. Amma hər bir halda bu, Ermənistanın daxili işidir və öz qərarıdır. Amma bu günlərdə bütün dünya Azərbaycandadır. Tədbir iştirakçıların sayına baxaq, artıq qeydiyyatdan keçən iştirakçıların sayı 75 000-i aşıb. Elə COP məkanına baxmaq kifayətdir. Ermənistanı və dövlət olmayan tərəfləri kənara qoysaq, tərəflərin hamısı burada təmsil olunurlar. Qeyd etmək istərdim ki, bizim üçün bunun hər hansı bir fərqi yoxdur, yəni Ermənistan burda iştirak edir, yoxsa etmir, Azərbaycan öz üzərinə düşəni yerinə yetirib, Ermənistanı dəvət edib. Yəqin ki, Ermənistanın yaşıl transformasiya ilə əlaqədar problemləri və yaxud da başqa fikirləri var. Amma eyni zamanda, hesab edirdik ki, bu tədbir Ermənistanla Azərbaycan arasında və regionda etimad quruculuğu prosesinə də töhfə vermiş olardı. Əgər Ermənistan həqiqətən də sülh gündəliyinin, regionda etimad quruculuğu, regional əməkdaşlığın tərəfdarı idisə, burada iştirak etməsi faydalı ola bilərdi. Həmçinin də Ermənistanın burada iştirakı Qafqaz regionunda da iqlim dəyişmələrinin təsirləri kimi məsələlərin müzakirə edilməsi baxımından faydalı olardı. Bu günlərdə BMT-nin Ətraf Mühit Proqramı çox maraqlı hesabat təqdim edib. Həmin hesabatda Azərbaycanın da yerləşdiyi Qafqaz regionunda - istər Xəzər dənizinin suyunun səviyyəsinin, istər Qafqaz dağlarında buzlaqların səviyyəsinin aşağı düşməsinin, istər yağıntıların miqdarının azalmasının, istərsə də müxtəlif fəsadlar nəticəsində iqlim dəyişmələrinin parametrlərini görürük. Amma Ermənistan istəmirsə və yaxud belə qərar qəbul edibsə, bu, hər bir halda Ermənistanın öz məsuliyyətidir. Açıq söyləsək bunun bizim üçün hər hansı bir əhəmiyyəti yoxdur. Azərbaycan dünya ölkələri ilə qlobal iqlim gündəliyinin irəli aparılması üçün çox ciddi səylərini ortaya qoyub və bu konfransı da uğurla başa çatdıracaq. Konfransdan sonra Azərbaycanın işi hələ bitmir. Azərbaycan Sədr ölkə olaraq bir il ərzində bu prosesi aparacaq.

“Ümid edirik ki, G20 çərçivəsində aparılan müzakirələr COP29-da maliyyə hədəfi ilə bağlı müzakirələrə öz töhfəsini verəcək”

- COP29-da iqlim sərmayəsi ilə bağlı hədəflərə nail olunacaqmı, bu vəsaitlər toplana biləcəkmi?

- Burada bir məsələni tam aydınlaşdırmaq lazımdır. Çünki Azərbaycan Konvensiyanın üzvü, COP29-un ev sahibi və sədr dövlət olaraq nəticəyönümlü müzakirələrin aparılması üçün çox əlverişli mühit və şərait yaradıb. Amma burada qərarların qəbul edilməsi Konvensiyanın bütün tərəflərindən asılıdır. Mən təəssüflə qeyd etmək istəyirəm ki, bəzən beynəlxalq mediada məsələ elə bir formada qoyulur ki, guya bu, yalnız Azərbaycanın qərarıdır və yaxud da hər şey Azərbaycandan asılıdır, bunu ancaq Azərbaycan etməlidir. Bu, belə deyil. Azərbaycan sədr ölkədir, ev sahibi ölkədir. Azərbaycan nəticəyönümlü müzakirələrin aparılması üçün də çox real və əlverişli, münbit şərait yaradıb. Açıq və səmimi etiraf etməliyik ki, yeni maliyyə hədəfi ilə əlaqədar inkişaf etmiş ölkələrin üzərinə böyük öhdəliklər düşür. Paris razılaşmasının mahiyyətini ümumi, amma fərqli məsuliyyətlər konsepsiyası təşkil edir ki, sənaye inqilabının başlanması ilə dünyada karbon emissiyasının artmasında inkişaf etmiş ölkələrin xüsusi məsuliyyəti var. Ona görə də Azərbaycanın ev sahibliyi etdiyi COP29-da da, dünyanın inkişaf etmiş ölkələrdən gözlənti məhz yeni maliyyə hədəflərinin ortaya qoyulmasıdır. Qarşıdan G20-nin toplantısı gəlir. Ümid edirik ki, G20 çərçivəsində aparılan müzakirələr nəticə etibarı ilə COP29-da maliyyə hədəfi ilə bağlı aparılan müzakirələrə öz töhfəsini verəcək.
16-11-2024, 19:45
Gülyazla Gülyanağa ev verildi


Gülyazla Gülyanağa ev verildi

Azərbaycanın və Özbəkistanın Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacılarına Daşkənd şəhərində ev hədiyyə olunub.
Bu barədə Zaur Baxşəliyev aparıcısı olduğu “Zaurla Günaydın” verilişində məlumat verib.
Zaur proqramında qonaq olan Gülyaza “Sizi təbrik edirik. Əvvəl bacınız Gülyanağa indi isə sizə Daşkənddə ev hədiyyə olunub. Siz axı hər ikiniz Özbəkistanın “Xalq artisti” fəxri adını daşıyırsınız” sözlərini deyib.
Məmmədova “Siz haradan bunu bildiniz? Özüm buna təəccübləndim” gülərək bu məsələyə şərh bildirib.
16-11-2024, 19:38
"Barcelona" prezidenti Bakıda - FOTO


"Barcelona" prezidenti Bakıda - FOTO

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan “Barselona” klubunun prezidenti Xuan Laporta noyabrın 16-da bir sıra ölkələrin COP29-dakı pavilyonlarını ziyarət edib.
X.Laporta Azərbaycan pavilyonunda olub, həmçinin digər ölkələrin stendlərinə baxıb.




16-11-2024, 19:19
Naxçıvan Mərkəzi Seçki Komissiyasının yeni sədri kimdir? - FOTO


Naxçıvan Mərkəzi Seçki Komissiyasının yeni sədri kimdir? - FOTO

Naxçıvan Ali Məclisinin bu gün verdiyi qərara əsasən, Orxan Bağırov, Asim Əliyev, Elşən Heydərli, Çingiz Həsənli, Ramil Orucəliyev, Məlahət Rüstəmova və Nicat Yaqubov Muxtar Respublikanın Mərkəzi Seçki Komissiyasının yeni üzvləri təyin olunublar.
Komissiya ilk iclasını artıq keçirib.
İclasa Çingiz Həsənli yekdilliklə Mərkəzi Seçki Komissiyasının sədri seçilib.
Qeyd edək ki, Çingiz Həsənli əvvəllər 4 saylı Naxçıvan şəhər seçki dairəsinin sədri vəzifəsində çalışıb.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının əvvəlki sədri Əkrəm Hüseynzadə oktyabrın 8-də vəfat edib.

16-11-2024, 18:56
Ceyhun Bayramov norveçli nazirlə görüşdü


Ceyhun Bayramov norveçli nazirlə görüşdü

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində Norveç Krallığının beynəlxalq inkişaf naziri Anne Beate Tvinnereym ilə görüşüb.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycanın COP29-da sədrliyi çərçivəsində Norveçlə əməkdaşlıq imkanları, həmçinin regional məsələlər müzakirə edilib.
Ceyhun Bayramov COP29-un sədrliyinin gündəliyi, Azərbaycanın iqlimlə mübarizə və iqlimin maliyyələşdirilməsi sahəsində təşəbbüsləri barədə məlumat verib.
16-11-2024, 18:48
Paşinyan Trampa zəng etdi


Paşinyan Trampa zəng etdi

Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla telefon danışığı aparıb.
Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Paşinyan Trampı seçkilərdəki qələbə münasibətilə təbrik edib və ona son illər Ermənistan-ABŞ münasibətlərində baş verən hadisələr və hazırkı vəziyyət barədə məlumat verib.
Regional gündəliyə aid məsələlər də müzakirə olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!