ABŞ-də güclü ZƏLZƏLƏ: Sunami xəbərdarlığı edildi .....                        Təcavüz edilən yeniyetmə oğlan özünü öldürüb - Tükürpədən CİNAYƏT .....                        Nazir həmkarı ilə görüşdü .....                        İğdır-Naxçıvan qaz kəmərinin tikintisi yekunlaşıb .....                        Minsk Qrupu ləğv edilməlidir! - Nazirdən ÇAĞIRIŞ .....                        Azərbaycan və Özbəkistan QHT-ləri memorandum imzaladılar .....                        Mirzoyan Fidanla bir arada .....                        Makron hökuməti istefaya göndərdi .....                        "Beşiktaş" - Fənərbaxça" oyununu bu hakim idarə edəcək .....                       
28-11-2024, 19:19
Binəqədi-Novxanı yolunda zəncirvari qəza


Binəqədi-Novxanı yolunda zəncirvari qəza

Binəqədi-Novxanı yolunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Biri yük maşını olmaqla 5 avtomobil toqquşub.
Xəsarət alanlar haqqında məlumat yoxdur.
28-11-2024, 17:59
Beş məsələ parlamentin plenar iclasına tövsiyə edildi


Beş məsələ parlamentin plenar iclasına tövsiyə edildi

Noyabrın 28-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib.
Komitə sədri Musa Quliyev gündəliyə büdcə zərfində olan beş qanun layihəsinin daxil edildiyini deyib. Bildirilib ki, bunlar “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” qanunlarda dəyişiklik edilməsi barədə ikinci oxunuşda olan qanun layihələridir.
Musa Quliyev Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial sahədə görülən işlər, bu sahənin həmişə diqqət mərkəzində saxlanılması, vətəndaşların sosial rifahının yüksəldilməsi üçün həyata keçirilən tədbirlər və icra edilən dövlət proqramları barədə danışıb. O bildirib ki, gələn ilin dövlət büdcəsində sosial xərclər 17 milyard manat nəzərdə tutulur ki, bu da dövlət büdcəsinin 41 faizi deməkdir. Qeyd edilib ki, son 5 ildə sosial sahədə aparılmış dərin islahatlar nəticəsində böyük uğurlar əldə edilib. Ölkə başçısının təşəbbüsü və rəhbərliyi ilə 4 böyük sosial islahatlar zərfi qəbul edilib. Bu sosial islahatlar zərfinin illik xərci 7 milyard manat təşkil edir və 4 milyon vətəndaşımız hər il bu islahatlar zərfindən bəhrələnir.
Musa Quliyevin sözlərinə görə, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsi imkan verir ki, əmək pensiyalarının orta aylıq məbləği gələn ildə 535 manata, yaşa görə pensiyanın orta aylıq məbləği isə 571 manata çatdırılsın. Büdcədə sosial müavinətlər üçün 198 milyon manat ayrılıb ki, bu da cari ildəkindən çoxdur. 2025-ci il üzrə DSMF-nin büdcəsi artaraq 7,7 milyard manat proqnozlaşdırılır. Bu, cari ilin büdcəsinə nisbətən 10,5 faiz çoxdur.
Sonra “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verən komitə sədri diqqətə çatdırıb ki, 2025-ci ildə fondun büdcəsi 261 milyon manat nəzərdə tutulur, bu da cari ildəkindən 9,5 faiz çoxdur.
O bildirib ki, Azərbaycanda 2025-ci il üçün yaşayış minimumu və 2025-ci il üçün ehtiyac meyarının həddi bərabər olmaqla ölkə üzrə 285 manat təşkil edəcək.
Komitə sədri çıxışında Azərbaycanda özünəməşğulluq proqramlarının uğurla icrası, yeni iş yerlərinin açılması, həyata keçirilən aktiv məşğulluq tədbirləri, əhalinin pensiya təminatı barədə də fikirlərini açıqlayıb.
Sonra gündəliyin beşinci məsələsi olan “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin ikinci oxunuşu barədə məlumat verən Musa Quliyev bildirib ki, bu qanun layihəsi Vergi Məcəlləsinə uyğunlaşdırma məqsədilə hazırlanıb. Belə ki, Vergi Məcəlləsinə əsasən, vergi ödəyiciləri Azərbaycan Respublikasında fəaliyyətini dayandırdıqda, habelə hüquqi şəxs və ya qeyri-rezidentin daimi nümayəndəliyi ləğv edildikdə, yaxud vergi ödəyicisi olan fiziki şəxsin fəaliyyətinə xitam verildikdə həmin Məcəllədə göstərilən ümumi müddətlərdən gec olmamaq şərti ilə 30 gün müddətində ödəmə mənbəyində tutulan vergilər barədə vergi orqanına bəyannamə verməyə borcludurlar.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib ki, bu gün Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əhalinin məşğulluğu, aztəminatlı ailələr, şəhid ailələri, müharibə veteranları hər zaman dövlətimizin diqqət mərkəzində olub. Eyni zamanda, artıq dövlətimizin başçısı tərəfindən 5-ci sosial islahat zərfi barədə anons verilib. Büdcədə bu islahatların həyata keçirilməsi üçün zəruri maliyyə vəsaiti nəzərdə tutulub.
Nazir müavini qeyd edib ki, əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində işlər davam etdirilir. Ötən müddətdə əmək müqavilələrinin sayı ölkə üzrə 47 faiz artıb. Bu gün tam əminliklə deyə bilərik ki, ölkədə əməkhaqqı fondu 3 dəfəyədək artıb. Minimum əməkhaqqı 2,7 dəfə, orta aylıq əməkhaqqı 82 faiz yüksəlib. Sosial ödənişlərlə bağlı islahatlar da ardıcıl xarakter daşıyır. Bununla yanaşı, əmək pensiyaları sahəsində də islahatlar həyata keçirilib. Minimum pensiya 2,5 dəfə, orta aylıq pensiya 2,4 dəfə, yaşa görə orta aylıq pensiya 2,3 dəfə artıb.
Nazir müavini ünvanlı dövlət sosial yardımı, əlilliyin təyinatı, məşğulluq, “DOST” modelinin tətbiqi, xidmətlərin elektronlaşdırılması, işsiz şəxslərin özünəməşğulluğu, şəhid ailələrinin, müharibə əlillərinin hüquqlarının təminatı, mənzillərin, avtomobillərin paylanılması və digər istiqamətlərdə görülmüş işlərdən danışıb.
Anar Əliyev qeyd edib ki, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 2025-ci il üzrə 7,7 milyard manat proqnozlaşdırılır. Bu da 2024-cü ilə nisbətən 727 milyon manat (və ya 10,5 faiz) çoxdur. İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi isə 260,7 milyon manat nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 9,5 faiz çoxdur.
Nazir müavini bildirib ki, bu gün əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi üçün hökumət tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir.
İclasda çıxış edən Hesablama Palatasının auditoru Vəfa Mütəllimova diqqətə çatdırıb ki, Palatanın qənaətinə görə büdcədə nəzərdə tutulmuş tədbirlər ölkə Prezidentinin müəyyən etdiyi hədəflərin əldə edilməsinə istiqamətlənib. Büdcədə nəzərdə tutulmuş vəsait bu hədəflərə nail olunması üçün kifayət qədər maliyyə ehtiyatı yaradır.
Daha sonra məsələlərin müzakirəsi zamanı çıxış edən komitə üzvləri büdcə zərfinə daxil olan bu qanun layihələri barədə fikirlərini bildiriblər, qeyd və təkliflərini səsləndiriblər. Nazir müavini Anar Əliyev qaldırılan məsələlərə münasibət bildirdikdən sonra gündəlikdəki 5 məsələnin hamısı ikinci oxunuşda parlamentin plenar iclasında müzakirəyə tövsiyə olunub.
28-11-2024, 17:52
Köçəryana qarşı yeni ittiham irəli sürülüb


Köçəryana qarşı yeni ittiham irəli sürülüb

Ermənistan Prokurorluğu 2008-ci il martın 1-də baş vermiş hadisələrlə bağlı eks-prezident Robert Köçəryana və Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi Yuri Xaçaturova qarşı yeni ittihamların irəli sürülməsi barədə vəsatət qaldırıb.
Onlar vəzifə səlahiyyətlərini sui-istifadədə və ya aşmaqda ittiham olunublar.
Köçəryana, keçmiş müdafiə naziri Seyran Ohanyana, Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi Yuri Xaçaturova və baş nazirin keçmiş müavini Armen Gevorkyana qarşı Cinayət Məcəlləsinin konstitusiya quruluşunun devrilməsi maddəsi ilə cinayət işi 2018-ci ildə açılıb.
Xatırladaq ki, 2008-ci ilin fevralında Serj Sarkisyanın qalib gəldiyi prezident seçkilərindən sonra İrəvanda kütləvi etirazlar baş verib. 2008-ci il martın 1-də İrəvanın mərkəzində müxalifətlə hüquq-mühafizə qüvvələri arasında seçkidən sonra toqquşma zamanı 10 nəfər həlak olub. O zaman prezident Robert Köçəryan idi.
2021-ci ilin aprel ayında cinayət təqibinə xitam verilib.
2024-cü il sentyabrın 13-də Kassasiya Məhkəməsi Baş Prokurorluğun şikayətini təmin edib və Köçəryana qarşı işə xitam verilməsi barədə qərarı ləğv edərək işi yeni məhkəmə baxışı üçün Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə göndərib. Məhkəmə sentyabrın 23-dən davam etdirilib.
28-11-2024, 17:40
KTMT Qarabağda İrəvan uğrunda döyüşə bilməzdi - Putin


KTMT Qarabağda İrəvan uğrunda döyüşə bilməzdi - Putin

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Qarabağda İrəvan uğrunda döyüşə bilməzdi, çünki Ermənistana qarşı heç bir xarici təcavüz olmamışdı.
Bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
Rusiya prezidentinin sözlərinə görə, o, Ermənistanın KTMT üzvü kimi tam fəaliyyətə qayıdacağını güman edir.
Putin əlavə edib ki, Ermənistan hələ KTMT-dən çıxdığını elan etməyib və təşkilatın sammitinin bütün sənədlərini dəstəkləyir.
28-11-2024, 17:38
SEPAH generalı Suriyada öldürülüb


SEPAH generalı Suriyada öldürülüb

İranın Suriyadakı baş hərbi müşaviri öldürülüb.
Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Ümumi İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Məlumata görə, İranın baş hərbi müşaviri general Kiyumərs Porhəşmi Suriyanın Hələb şəhərində “təkfirçi terrorçular” tərəfindən öldürülüb.
28-11-2024, 17:35
Məsud Pezeşkianın oğluna yüksək vəzifə verildi


Məsud Pezeşkianın oğluna yüksək vəzifə verildi

İran prezidenti Məsud Pezeşkianın oğluna hökumətdə yüksək vəzifə verilib.
“Aftab News” teleqram kanalının məlumatına görə, dünən İran prezidenti Məsud Pezeşkianın böyük oğlu Yusif Pezeşkian Prezident Administrasiyası rəhbərinin müşaviri və media üzrə köməkçisi təyin edilib.
Məlumata görə, o, bu vəzifəyə Prezident Administrasiyasının rəhbəri Möhsün Hacı Mirzayi tərəfindən təyinat alıb. Qeyd olunub ki, Pezeşkianın oğlu Şərif Texnologiya Universitetinin doktorantıdır.
Xatırladaq ki, müddət öncə isə Məsud Pezeşkianın kürəkəni Həsən Məcidiyə də Prezident Administrasiyasının xüsusi köməkçisi vəzifəsinə təyinat verilib.
28-11-2024, 17:30
Flora Kərimova Nazirliyi məhkəməyə verdi


Flora Kərimova Nazirliyi məhkəməyə verdi

Xalq artisti Flora Kərimova Səhiyyə Nazirliyini məhkəməyə verib.
Bu haqda müğənninin vəkili Elcan Həsənli məlumat verib.
Vəkil bildirib ki, məhkəməyə müraciət etməkdə məqsəd Səhiyyə Nazirliyi tərəfindən Sevinc Heydərovaya verilən sertifikatın ləğv edilməsi tələbidir:
"2021-ci ildə Sevinc Heydərova plastik cərrahiyyə ixtisası üzrə sertifikasiyadan keçirilib və praktik fəaliyyətlə məşğul olunmasına icazə verilib. Biz də həmin sənədin ləğv olunması ilə bağlı məhkəməyə müraciət etmişik".
Elcan Həsənli bildirib ki, bu sənədi Sevinc Heydərovaya Səhiyyə Nazirliyi verib:
"Bizim bu məsələ ilə bağlı iki məhkəmə prosesimiz var. Onlardan biri hazırda davam edir. Həmin prosesdə tələbimiz vurulmuş ziyanla bağlıdır. İndiki iddia isə sırf Sevinc Heydərovaya verilən sertifikatın ləğv edilməsi ilə bağlıdır. Bu sənədi ona nazirlik verib və bu səbəbdən də nazirliyi məhkəməyə vermişik".
Qeyd edək ki, Xalq artisti Flora Kərimova 2021-ci ildə gözlərinin üstünü estetik əməliyyat etdirib. Əməliyyatı plastik cərrah kimi tanınan həkim Sevinc Heydərova aparıb. Müğənni əməliyyatdan sonra əks fəsadlarla qarşılaşıb, eyni zamanda gözlərinin görmə qabiliyyəti tamamilə zəifləyib.
28-11-2024, 17:26
6 nəfərin öldüyü qəzada yaralanan yeniyetmə də öldü


6 nəfərin öldüyü qəzada yaralanan yeniyetmə də öldü

TƏBİB-dən Tovuzdakı qəzada yaralanan yeniyetmənin ölümü ilə bağlı açıqlama verilib.
Qurumdan bildirilib ki, 27.11.2024-cü il tarixində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2011-ci il təvəllüdlü yeniyetmə (kişi cinsli) saat 20:40 radələrində aqonal vəziyyətdə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Başın, döş qəfəsinin, bədənin müxtəlif nahiyələrinin qapalı və açıq zədələnməsi diaqnozu ilə ona zəruri tibbi yardım göstərilib. İxtisaslı tibbi xidmət üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya təxliyə olunub.
Reanimasiya şöbəsində süni tənəffüs aparatı ilə tənəffüs dəstəyi alan yeniyetmənin göstərilən bütün reanimasiyon tədbirlərə baxmayaraq, ölüm faktı qeydə alınıb.
28-11-2024, 17:15
Borrel Avropa İttifaqındakı vəzifəsini ona təhvil verdi


Borrel Avropa İttifaqındakı vəzifəsini ona təhvil verdi

Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik üzrə ali nümayəndəsi Josep Borrel sabah - cümə günü bu vəzifə ilə vidalaşaraq, işləri estoniyalı Kaja Kallasa təhvil verəcək.
Bu barədə Borrel Brüsseldəki brifinqdə bildirib.
“Bu, Brüsseldə praktiki olaraq son tədbirim olacaq, sabah mən öz missiyamı başa vuracağam”, - Borrel deyib.
Bir gün əvvəl Avropa Parlamenti Ursula fon der Leyen və Kaja Kallasın rəhbərlik etdiyi Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib.
Rusiyanın Aİ-dəki Daimi Nümayəndəliyi hesab edir ki, Kallas sələfi Jozep Borrelin Rusiyaya qarşı “səlib yürüşünü” davam etdirəcək. Diplomatik missiya həmçinin RİA Novosti-yə bildirib ki, Avropa diplomatiyasının gələcək rəhbəri ölkələri “yaxşı” və “pis”ə bölməkdə davam edəcək və bu, Brüsselin beynəlxalq problemlərin həllinə yanaşmalarını daha da radikallaşdıra bilər.
28-11-2024, 16:46
Millimiz FIFA reytinqində irəlilədi


Millimiz FIFA reytinqində irəlilədi

Azərbaycan millisi FIFA reytinqində bir pillə irəliləyib.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv 1158,7 xalla 117-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, siyahıya dünya çempionu Argentina (1883,5) başçılıq edir. Fransa (1859,85) ikinci, İspaniya (1844,33) üçüncüdür.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!