"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
30-11-2024, 20:33
Sabahın havası - Yağışlı, qarlı olacaq


Sabahın havası - Yağışlı, qarlı olacaq

Bakıda və Abşeron yarımadasında dekabrın 1-i gündüzdən 2-si səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var.
Azərbaycanın rayonlarında dekabrın 1-i gündüzdən 3-ü gündüzədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bəzi şərq rayonlarında leysan xarakterli intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.
Çaylarda sululuğun artacağı, xüsusilə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
30-11-2024, 19:14
Bakıda qızıl üzük oğurlandı - Saxlanılan var


Bakıda qızıl üzük oğurlandı - Saxlanılan var

Nəsimi rayonu ərazisində oğurluq və dələduzluqda şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Nəsimi rayonu ərazisində yerləşən mağazaların birindən 680 manat dəyərində qızıl üzüyün oğurlanması barədə polisə məlumat daxil olub. Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən 62 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.
22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə ayrı-ayrı vaxtlarda 2 nəfərin ümumilikdə 556 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar 41 yaşlı İ.Mahmudov və 64 yaşlı İ.Abiyev müəyyən olunaraq saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.
30-11-2024, 18:48
Fidan Lavrovla Suriyanı müzakirə etdi


Fidan Lavrovla Suriyanı müzakirə etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı aparıb.
Telefon danışığı zamanı Suriyadakı son vəziyyət və Astana prosesi müzakirə edilib.
30-11-2024, 18:39
Kürdəmirdə dəhşətli qəza, ölən var - Hadisə yerindən FOTOLAR


Kürdəmirdə dəhşətli qəza, ölən var - Hadisə yerindən FOTOLAR

Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə Zərdab-Kürdəmir avtomobil yolunda qeydə alınıb.
"Mercedes" markalı minik avtomobili ilə motosiklet toqquşub. Nəticədə motosikletin sürücüsü Tahir Abdullayev hadisə yerində ölüb.
Fakt araşdırılır.


30-11-2024, 18:32
Eldar Qasımova “Avroviziya”da yeni vəzifə verildi


Eldar Qasımova “Avroviziya”da yeni vəzifə verildi

“Avroviziya”nın yerli musiqi prodüseri Eldar Qasımov Lüksemburqla çalışmağa başlayıb.
Bu barədə Songfestival səhifəsi məlumat yayıb.
İfaçı sözügedən yarışmanın Lüksemburq milli finalının beynəlxalq münsifləri arasında yer alıb.
E.Qasımovla yanaşı heyətdə Dioqo Fernandes, Poli Genova, Marie Miriam və Niamh Kavanah var.
30-11-2024, 18:10
Gürcüstanda daha bir səfiri istefa verdi


Gürcüstanda daha bir səfiri istefa verdi

Gürcüstanın daha bir səfiri istefa verib.
Ölkənin Niderlanddakı səfiri David Solomonia hakimiyyətin Avropa İttifaqına inteqrasiyasının dayandırılması fonunda vəzifədən getdiyini açıqlayıb.
“Gürcüstanın diplomatik xidmətində 30 illik fəaliyyətimin böyük bir hissəsi Avropaya inteqrasiya məsələləri üzərində işləməyə həsr olunub. Peşəkar məsuliyyətləriniz həyat seçimlərinizlə üst-üstə düşərsə, bu böyük xoşbəxtlikdir. Proseslərə az da olsa təsir edə biləcəyimə inandığım müddətcə xidməti vəzifələrimi ciddi şəkildə yerinə yetirdim. Bu gün bu ümid sona çatdı”, - deyə səfir açıqlamasında bildirib.
Qeyd edək ki, bundan əvvəl Gürcüstanın Bolqarıstandakı səfiri də eyni səbəbdən istefa verib.
30-11-2024, 17:54
Qiyamçılar İdlibi də ələ keçirdilər


Qiyamçılar İdlibi də ələ keçirdilər

Suriyada qiyamçılar İdlib şəhərini tamamilə ələ keçirib.
Bu barədə "Reuters" mənbələrə istinadən yazıb.
Bildirilir ki, Suriyanın Marat ən-Numan şəhəri də qiyamçıların nəzarəti altındadır.
Suriya Mülki Müdafiəsi həmçinin bildirib ki, Suriya və Rusiya aviasiyası İdlib vilayətində yaşayış məntəqələri, yanacaqdoldurma məntəqəsi və məktəbə hava zərbələri endirib. “Reuters”in mənbələrinə görə, Moskva Dəməşqə əlavə hərbi yardım göstərəcək. Yardımın yaxın 72 saatda Suriyaya çatdırılacağı qeyd olunur.
Bundan əvvəl Suriya ordusu silahlıların Hələbin böyük hissəsini ələ keçirdiyini açıqlayıb.
Xatırladaq ki, noyabrın 26-da suriyalı üsyançılar Hələb şəhəri və İdlib vilayətinə hücuma başlayıblar.
30-11-2024, 17:40
İsmayıllıda torpaq sürüşməsi evi ikiyə böldü


İsmayıllıda torpaq sürüşməsi evi ikiyə böldü

İsmayıllı rayonunun Basqal kəndi ərazisində torpaq sürüşməsi nəticəsində ikimərtəbəli tikiliyə ciddi ziyan dəyib.
Yol tikintisi zamanı evin yan-yörəsi qazılıb. Bundan sonra isə yolda çökmə əmələ gəlib və torpaq sürüşməsi baş verib.
"Nəticədə Mais Ağayusif oğlu Əhmədova məxsus ikimərtəbəli tikili ikiyə bölünüb. Hazırda ərazi təhlükəli vəziyyətdədir", - deyə məlumatda bildirilir.
30-11-2024, 16:37
"Buna səbəb olacaq heç bir addım atmayacağıq"


"Buna səbəb olacaq heç bir addım atmayacağıq"

Beynəlxalq sistem siyasi, hərbi, iqtisadi və ətraf mühitlə bağlı çətinliklər yaradır. Bu çətinliklərə qarşı kritik geosiyasi bir dövr yaşanır və getdikcə daha da dərinləşən bir qütbləşmə müşahidə olunur. Burada sistem bizi buna məcbur edir və bu da yeni ittifaqlara aparır. Nəticədə, beynəlxalq təhlükəsizlik strukturu getdikcə zəifləyir.
Bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda keçirilən “TRT World 2024” forumunda səsləndirib.
Tədbir çərçivəsində təşkil olunan “Müharibə və nizam: Dəyişən dünyada geosiyasi dəyişikliklərə yön vermək” başlıqlı panel iclasda çıxışı zamanı Yaxın Şərq və Asiya-Sakit Okean bölgələrində silahlanmanın artdığına diqqət çəkən Fidan bunun dünyanı uçuruma, hətta nüvə müharibəsi təhlükəsinə apara biləcəyini deyib.
Nazir, eyni zamanda, texno siyasətlərin beynəlxalq tarazlığa təsir etdiyini, süni zəka və kibertəhlükəsizlik sistemlərinin də təhdidi artırdığını bildirib.
Son günlər Suriya ərazisində baş verən hadisələrə diqqət çəkən Hakan Fidan ölkəsinin Hələbdə davam edən qarşıdurmalara müdaxilə etmədiyini, Türkiyənin Suriya sərhədində lazımi tədbirlər gördüyünü vurğulayıb.
“Yeni köç dalğasına səbəb olacaq heç bir addım atmayacağıq”, - deyə Hakan Fidan əlavə edib.
30-11-2024, 16:23
Diaspor nümayəndəsi Qırğızıstanda deputat seçildi - FOTO


Diaspor nümayəndəsi Qırğızıstanda deputat seçildi - FOTO

Azərbaycan diasporunun nümayəndəsi Səlim Kərimov «Birlik» Qırğızıstan Azərbaycanlıları İctimai Birliyinin dəstəyi ilə Kant Şəhər Şurasının deputatı seçilib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Kant Şəhər Şurasının deputatı seçilən Səlim Kərimov göstərilən dəstəyə görə Birliyin rəhbərliyinə minnətdarlığını bildirib, ölkənin və xalqın rifahı naminə, həmçinin Azərbaycan diasporunun fəaliyyətində, Azərbaycan mədəniyyətinin təbliğində yaxından iştirak edəcəyini deyib.
Qeyd edək ki, Səlim Kərimov ictimai xadim olmaqla yanaşı, sahibkarlıq və xeyriyyəçilik fəaliyyəti ilə məşğuldur.
Xatırladaq ki, ölkə üzrə azərbaycanlıların ən çox yaşadığı şəhər olan Kantda türk dünyasının görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin adını daşıyan küçə mövcuddur. Bundan başqa, 2016-cı ildə Kant şəhəri ilə Quba rayonu arasında qardaşlaşma memorandumu imzalanıb.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!