ABŞ-də güclü ZƏLZƏLƏ: Sunami xəbərdarlığı edildi .....                        Təcavüz edilən yeniyetmə oğlan özünü öldürüb - Tükürpədən CİNAYƏT .....                        Nazir həmkarı ilə görüşdü .....                        İğdır-Naxçıvan qaz kəmərinin tikintisi yekunlaşıb .....                        Minsk Qrupu ləğv edilməlidir! - Nazirdən ÇAĞIRIŞ .....                        Azərbaycan və Özbəkistan QHT-ləri memorandum imzaladılar .....                        Mirzoyan Fidanla bir arada .....                        Makron hökuməti istefaya göndərdi .....                        "Beşiktaş" - Fənərbaxça" oyununu bu hakim idarə edəcək .....                       
29-11-2024, 20:56
68 yaşlı kişi özünü borudan asdı


68 yaşlı kişi özünü borudan asdı

Sumqayıtda intihar hadisəsi olub.
Hadisə 47-ci məhəllədə yerləşən binalardan birində baş verib.
68 yaşlı Mobil Cəlil oğlu Hüseynov yaşadığı evin mətbəxinin pəncərəsinin çölündəki borudan özünü asıb.
Mərhumun hansı səbəbdən intihar etməsi bəlli deyil.
Faktla bağlı araşdırma aparılır.
29-11-2024, 20:49
Qiyamçılar Hələbə daxil oldular


Qiyamçılar Hələbə daxil oldular

Suriyanın şimal-qərbində hücumu davam etdirən qiyamçılar Hələb şəhərinə (Suriyanın ikinci ən böyük şəhəri) daxil olublar.
Bu barədə "Associated Press" və "CNN Arabic" məlumat yayıb.
Bildirilir ki, şəhərin kənarında silahlılar iki avtomobili partladıblar, hökumət qoşunları ilə döyüşlər davam edir.
Məlumata görə, yerli sakinlər silahlıların atəşi nəticəsində şəhərin qərb kənarındakı evlərini tərk edirlər. Üsyançılar Hələb sakinlərini onların tərəfinə keçməyə çağırır.
"Anadolu" agentliyinin mənbələri üç gün ərzində qiyamçıların ümumi sahəsi 400 kvadrat kilometr olan əraziləri nəzarətə götürdüyünü bildirib. BMT Suriyanın şimal-qərbində uşaqlar da daxil olmaqla azı 27 mülki şəxsin öldürüldüyünü açıqlayıb.
29-11-2024, 19:56
Gürcüstanda etirazçılara xəbərdarlıq edildi


Gürcüstanda etirazçılara xəbərdarlıq edildi

Gürcüstanın Daxili İşlər Nazirliyi Tbilisidəki etirazçılara xəbərdarlıq edib.
Bu barədə daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze danışıb
O qeyd edib ki, sosial şəbəkələrdə müxtəlif strateji əhəmiyyətli obyektləri bloklamağa çağırışlar, o cümlədən televiziya kanallarını, dəmir yolu stansiyalarını, mərkəzi magistralları və digər əsas obyektləri piket etməklə bağlı fikirlər səsləndirilir:
"Mitinqin təşkilatçılarına və iştirakçılarına xatırlatmaq istərdik ki, Gürcüstan qanunvericiliyi aksiya və nümayişin keçirilməsinin hüquqi çərçivələrini və miqyasını detallı şəkildə müəyyən edir, bu da aksiyaların sülhə bərabər xarakterini, ictimai təhlükəsizliyi, müxtəlif təsisatların düzgün fəaliyyətini və nəqliyyatın normal işini təmin etməyə yönəlib”.
Nazir müavini xatırladıb ki, belə cinayətlər 3 ilə qədər azadlıqdan məhrumetmə ilə nəticələnir.
29-11-2024, 19:40
Kəmaləddin Heydərov polkovniki işdən çıxardı - Yeni təyinat


Kəmaləddin Heydərov polkovniki işdən çıxardı - Yeni təyinat

Fövqəladə Hallar Nazirliyində (FHN) növbəti kadr dəyişikliyi edilib.
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə "N" saylı hərbi hissəsinin alay komandiri, polkovnik Şəmsəddin Nurəddin oğlu Əmrahov vəzifəsindən azad edilib.
Onun yerinə polkovnik Kənan Şahlar oğlu Vəliyev təyin olunub.
Qeyd edək ki, polkovnik Şəmsəddin Əmrahov Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə FHN tərəfindən aparılan humanitar yardıma nəzarət edən səlahiyyətli şəxslərdən biri olub.
29-11-2024, 19:22
Masazırda evdə uçqun - ölən və yaralananlar var


Masazırda evdə uçqun - ölən və yaralananlar var

Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində fərdi yaşayış evində uçqun baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Qeyd olunub ki, dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən fərdi yaşayış evində tikinti işləri aparılan zaman uçqun baş verdiyi müəyyən olunub.
Xilasedicilər tərəfindən vətəndaş 1994-cü il təvəllüdlü Rəsulov Camal Əzim oğlunun meyiti dağıntı altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Uçqun nəticəsində 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə noyabrın 29-da saat 15:40 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi Cantəpə ərazisindən çağırış daxil olub.
Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub:
"Təcili tibbi yardım briqadası tərəfindən 30 yaşlı şəxsin (kişi cinsli) həkimə qədər ölüm faktı qeydə alınıb. Xəsarət alan iki nəfər (kişi cinsli) müştərək travma diaqnozu ilə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə olunub".
29-11-2024, 18:03
Gürcüstanda qarşıdurma güclənir - Hərbçilər də etiraza qoşuldu


Gürcüstanda qarşıdurma güclənir - Hərbçilər də etiraza qoşuldu

Gürcüstanda vəziyyət gərginləşməkdə davam edir.
Xarici İşlər Nazirliyinin (XİN) əməkdaşları ilə yanaşı, Müdafiə Nazirliyində (MN) də hökumətin Avrointeqrasiyadan imtina qərarına qarşı etirazlar başlayıb.
Artıq Müdafiə Nazirliyinin 50-yə yaxın əməkdaşı bu gün bəyanat imzalayaraq, ölkənin Avropa kursuna sadiqliklərini bildiriblər.
Bəyanatda qeyd edilib ki, Avropa və avroatlantik strukturlara inteqrasiya Gürcüstanın suverenliyinin və təhlükəsizliyinin möhkəmləndirilməsinin yeganə yoludur. MN əməkdaşları bəyan ediblər ki, Konstitusiyanın 78-ci maddəsində təsbit olunmuş vəzifələri (avroatlantik inteqrasiya) yerinə yetirməyi borc sayırlar və ölkənin Avropa gələcəyi naminə xidmətə davam edəcəklər.
Xatıradaq ki, Gürcüstan XİN-in 100-ə yaxın diplomatı hökumətin məlum qərarına etiraz edərək, birgə bəyanat yayıb.
29-11-2024, 17:53
Milli Məclisin növbəti iclaslarının gündəliyi açıqlandı


Milli Məclisin növbəti iclaslarının gündəliyi açıqlandı

Parlamentin bugünkü plenar iclasında Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, növbəti plenar iclaslar dekabrın 3-ü və 4-ü keçiriləcək. Həmin iclasıların gündəliyi məlum olub. Gündəlikdə 10 məsələ olacaq. Gündəlikdə duran məsələlər aşağıdakılardır:

1. “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

2. “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

3. “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

4. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

5. “Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

6. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

7. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

8. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

9. “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

10. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
29-11-2024, 17:33
4400 Qarabağ ermənisinə Ermənistan vətəndaşlığı verilib


4400 Qarabağ ermənisinə Ermənistan vətəndaşlığı verilib

28 noyabr 2024-cü il tarixinə Qarabağın köçmüş təxminən 4400 erməni Ermənistan Respublikasının vətəndaşlığını qəbul edib.
Bu barədə noyabrın 29-da parlamendə “Qarabağdan məcburi köçkün düşmüş şəxslərin Ermənistan Respublikası vətəndaşlığını qəbul etmələri” mövzusunda dinləmələr zamanı daxili işlər nazirinin müavini Armen Kazaryan bildirib.
Eyni dövrün məlumatlarına görə, Daxili İşlər Nazirliyinə vətəndaşlığa qəbulla bağlı 6338 müraciət daxil olub.
“Qarabağdan məcburi köçkün düşmüş 4394 nəfər artıq vətəndaşlıq alıb”, - Qazaryan bildirib.
Nazir müavini deyib ki, vətəndaşlıq verilən zaman azyaşlılar nəzərə alınmır. Onlar pasport aldıqdan sonra vətəndaş olurlar. Əlbəttə ki, əgər valideynlər artıq Ermənistan Respublikasının vətəndaşlarıdırsa.
29-11-2024, 17:30
Rusiya "3+3"ü təşkilata çevirmək istəyir


Rusiya "3+3"ü təşkilata çevirmək istəyir

Rusiya Cənubi Qafqaz üzrə "3+3" platformasını tamhüquqlu təşkilata çevirmək istəyir.
Bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin məlumat verib.
O qeyd edib ki, rəsmi Moskva bu istiqamətdə iş aparır. Qaluzin bildirib ki, Moskva region ölkələrinin maraqlarının uzlaşmasında "3+3" regional əməkdaşlıq platformasına mühüm yer ayırır.
Qeyd edək ki, "3+3" formatı İkinci Qarabağ müharibəsindən sonra irəli sürülüb. “3+3” formatının ilk görüşü 2022-ci ildə Moskvada, 2023-cü ildə Tehranda, bu il isə Ankarada baş tutub. Platformaya Gürcüstan daxil edilsə də, Tbilisi görüşlərdə iştirak etməyib.
29-11-2024, 17:15
CHP lideri barədə istintaq başladıldı


CHP lideri barədə istintaq başladıldı

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özəl haqqında istintaq başladılıb.
Buna səbəb onun İstanbul Respublika Baş prokuroru Akın Gürlək haqqında söylədiyi fikirlər olub.
Bildirilir ki, Özəlin partiyasının qrup toplantısında və Mərmərə Cəzaçəkmə Müəssisələri Kampusu qarşısında mətbuata açıqlamasında Akın Gürlek haqqında işlətdiyi ifadələrə görə İstanbul Respublika Baş Prokurorluğu hərəkətə keçib.
Prokurorluq Özəli "dövlət məmurunu vəzifəsinə görə açıq şəkildə təhqir etmək" və "terrorla mübarizədə iştirak etmiş insanları hədəfə almaq"da ittiham edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!