TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
5-12-2024, 16:30
Fransada yeni baş nazir postuna namizədlər açıqlandı


Fransada yeni baş nazir postuna namizədlər açıqlandı

Fransada yeni baş nazir postuna namizədlərin adları məlum olub.
Bunlar müdafiə naziri Sebastien Lecornu, Pau icmasının rəhbəri Fransua Bairou, Troyes icmasının rəhbəri Fransua Barouindir.
Məlumatı “Le Parisien” nəşri yayıb. Yeni baş nazir bu gün, dekabrın 5-də təyin oluna bilər.
Xatırladaq ki, dünən Fransa parlamenti artıq keçmiş baş nazir Mişel Barnyenin kabinetinə etimadsızlıq səsverməsi keçirib. Parlament 1962-ci ildən bəri ilk dəfə baş naziri istefaya göndərib.
5-12-2024, 14:34
Bugünkü uşaqların bacarıqları yaşlı nəsildən daha yaxşıdır - Nazir


Bugünkü uşaqların bacarıqları yaşlı nəsildən daha yaxşıdır - Nazir

"Azərbaycanın bugünkü uşaqlarının istər oxu, istər yazı, istər digər bacarıqları birmənalı olaraq yaşlı nəsildən daha yaxşıdır".
Bunu bunu Elm və təhsil naziri Emin Əmrullayev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığı çərçivəsində Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda deyib.
O bildirib ki, kifayət qədər bacarıqlı, hazırlıqlı bir nəsil yetişir. Bu PISA və TIMSS qiymətləndirmələrində də özünü göstərir.
5-12-2024, 14:21
Könüllülər COP29-da vəzifələrinin öhdəsindən layiqincə gəldilər - Prezident


Könüllülər COP29-da vəzifələrinin öhdəsindən layiqincə gəldilər - Prezident

Ümummilli Lider Heydər Əliyevin xeyir-duası ilə ötən əsrin 90-cı illərindən ölkəmizdə xüsusi vüsət almağa başlamış və milli-mənəvi dəyərlərə bağlılığın, Vətənə xidmətin nümunəsinə çevrilmiş könüllülük hərəkatı Azərbaycan gənclərinin vahid məqsəd ətrafında hazırkı uğurlu fəaliyyətinin təcəssümüdür. Dövlətimizin hərtərəfli dəstəyi sayəsində sıraları durmadan genişlənən bu hərəkat yüksəliş yolu ilə irəliləyərək indiki inkişaf səviyyəsinə çatmış və cəmiyyət həyatının bütün sahələrinə nüfuz etməyə müvəffəq olmuşdur.
Bu fikirlər Prezident İlham Əliyevin Azərbaycan könüllülərinin VII həmrəylik forumunun iştirakçılarına müraciətində yer alıb.
Bu forumun “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkilinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirən Azərbaycan Prezidenti əlavə edib: “Belə ki, əməli fəaliyyətlərində daim xeyirxahlıq, fədakarlıq və təmənnasız yardım kimi ali bəşəri keyfiyyətləri rəhbər tutan könüllülərimiz təbiətin və ətraf mühitin qorunması istiqamətində vətəndaşlar arasında maarifləndirmə işinə böyük töhfə verirlər. Onlar ölkəmizdə dünyanın ən irimiqyaslı və mühüm tədbirlərindən olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi günlərdə vəzifələrinin öhdəsindən layiqincə gəldilər”.
Prezident İlham Əliyev qeyd edib ki, dövlət suverenliyimizin və ərazi bütövlüyümüzün tam bərpası nəticəsində müstəqillik tariximizin artıq yeni mərhələsini yaşayırıq. İşğaldan azad olunmuş ərazilərimizdə həyatın sürətlə yenidən canlandırılması üçün misilsiz quruculuq işləri aparılmaqdadır. Gənclər siyasətinin başlıca prinsiplərinə uyğun innovativ sosial təşəbbüsləri ilə ölkəmizin davamlı tərəqqisinə xidmət göstərən könüllülər Böyük Qayıdış prosesində də fəal iştirak edirlər.
“İnanıram ki, siz milli dövlətçiliyə dərin sədaqəti bundan sonra da həyatınızın amalı biləcək, Vətənimizin qüdrətinin artırılması naminə bilik və bacarığınızı əsirgəməyəcəksiniz”, - deyə vurğulayan Azərbaycan Prezidenti könüllülərə gələcək işlərində nailiyyətlər arzulayıb.
5-12-2024, 12:30
Zelenski İvanişvilini "qara siyahı"ya saldı - ŞOK QƏRAR


Zelenski İvanişvilini "qara siyahı"ya saldı - ŞOK QƏRAR

Ukrayna Gürcüstana sanksiya tətbiq edib.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski fərman imzalayıb.
Fərmana əsasən, Gürcüstan hakimiyyətinin 19 nümayəndəsi "qara siyahı"ya salınıb.
Sanksiya tətbiq edilənlər arasında hakim “Gürcü arzusu” partiyasının təsisçisi Bidzina İvanişvili, Gürcüstanın baş naziri İrakli Kobaxidze, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Qriqol Liluaşvili, daxili işlər naziri daxil edilib Vaxtanq Qomelauri, Tbilisi meri Kaxa Kaladze, o cümlədən Gürcüstan parlamentinin bir sıra deputatları var.
5-12-2024, 12:27
Ərdoğan Təhlükəsizlik Şurasının ən kritik iclasını keçirəcək


Ərdoğan Təhlükəsizlik Şurasının ən kritik iclasını keçirəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada vəziyyətin gərginləşməsi fonunda Təhlükəsizlik Şurasının ən kritik iclaslarından birini keçirmək niyyətindədir.
Bu barədə iqtidaryönlü “Hürriyet” qəzeti yazıb.
İclasın bu gün keçiriləcəyi gözlənilir.
Suriyadakı böhran noyabrın 29-da “Heyətt Təhrir əl-Şam” silahlı qruplaşmasının digər silahlı birləşmələrlə birgə təşkil etdiyi genişmiqyaslı əməliyyatın başlamasından sonra kəskinləşib.
Suriya müxalifətinin hərbi qüvvələri ölkənin şimal-qərbindəki İdlib şəhərindən Hələb və Həma şəhərlərinə doğru irəliləyiblər.
Noyabrın 30-da müxaliflər Suriyanın ikinci böyük şəhəri Hələbi, o cümlədən beynəlxalq hava limanı və Kuveyris hərbi aerodromunu nəzarətə götürüblər.
2011-ci ildə Suriya münaqişəsi başlayandan bəri Hələbin silahlılar tərəfindən tamamilə ələ keçirilməsi ilk dəfədir baş tutub. 2016-cı ilin sonuna qədər silahlı müxalifət şəhərin yalnız şərq hissəsinə nəzarət edirdi, lakin Rusiya Aerokosmik Qüvvələrinin dəstəyi ilə Suriya ordusu tərəfindən oradan qovulmuşdu.
Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası Suriyada vəziyyətin son dərəcə gərgin olaraq qaldığı, silahlı qrupların irəliləyişinin regionda sabitliyi pozmaq təhlükəsi yaratdığı bir şəraitdə keçiriləcək.
5-12-2024, 00:53
Fransa baş naziri istefa verdi - Makron çətin durumda


Fransa baş naziri istefa verdi - Makron çətin durumda

Fransa Milli Assambleyasında 1962-ci ildən bəri görünməmiş bugünkü səsvermə Baş naziri istefaya məcbur etdi və ölkəni siyasi və büdcə qeyri-müəyyənliyinə sürüklədi.
Milli Assambleya Yeni Xalq Cəbhəsinin (NFP) təqdim etdiyi sensasiya təklifi qəbul etdi. Mətnin lehinə 331 deputat və ya onun qəbulu üçün tələb olunan 288 səsin mütləq əksəriyyətindən 43 deputat çox səs verib. Beləliklə, Barnye hökumətinə son qoyuldu.
Baş nazir Mişel Barnyenin sosial müdafiənin maliyyələşməsi qanun layihəsinin qəbul edilməsi üçün Konstitusiyanın 49.3 maddəsinə müraciət etməsi hökumətin fəaliyyətinə son qoydu.
NFP partiyasının təklifi qəbul edildikdən sonra ifrat sağçı Milli Birlik (RN) partiyasının da ikinci təklifi aktuallığını itirib.
Barnye hökumətinin süqutundan sonra “Əyilməz Fransa” (“La France insoumise-LFI”) partiyasının prezidenti Matild Panot solçu partiyalar tərəfindən irəli sürülən etiraz təklifinin qəbulunu alqışlayıb və Prezident Emmanuel Makronu istefa verməyə çağırıb.
Fransa 60 ildən çoxdur ki, belə siyasi vəziyyət görməyib. Səsvermədən əvvəl, 1962-ci ilin oktyabrında yalnız bir etiraz təklifi qəbul edilmişdi. Bu, Jorj Pompidu hökumətinin istefasına səbəb olmuşdu. Həmin vaxt general de Qoll dərhal reaksiya göstərərək Milli Assambleyanın buraxıldığını elan etdi. Amma bu gün Emmanuel Makron eyni şeyi edə bilməz. Konstitusiya onun qanunvericilik seçkilərindən sonrakı bir il müddətindən əvvəl buraxılmasını qadağan edir.
5-12-2024, 00:30
Azərbaycandan bu ölkələrə sərt cavab


Azərbaycandan bu ölkələrə sərt cavab

“Dekabrın 4-də Bakıda keçirilən tədbir zamanı Avropa İttifaqı (Aİ), eləcə də ABŞ, Böyük Britaniya və İsveçrə səfirlərinin Azərbaycanda “jurnalistlər” və “siyasi fəallar”ın saxlanması ittihamı ilə bağlı mütəşəkkil müdaxilələrini qəti şəkildə rədd edirik”.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Bu bəyanatlar Azərbaycan məhkəmə sisteminin müstəqilliyinə açıq şəkildə zərbə vurmaq cəhdidir. Məhkəmə proseslərinə müdaxilə hüquqi dövlətin əsas prinsipi olan qanunun aliliyinə ziddir”, - bəyanatda bildirilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!