Polşa prezidentindən Ukraynaya gözlənilməz səfər .....                        Rusiyalı diplomat Azərbaycan XİN-ə çağırıldı .....                        Pakistanda partlayış - 13 nəfər həlak oldu .....                        Narkotikdən istifadə edən sürücü saxlanıldı .....                        İran əsilli xarici vətəndaşların Azərbaycana təxliyəsi davam edir - FOTO .....                        Masallıda minik maşını "KamAZ"la toqquşdu - Ölən və yaralılar var .....                        Gəncədə fəhlə iş vaxtı öldü .....                        XİN-dən İran səfirinin təxribatçı çıxışlarına cavab .....                        Yekaterinburqda öldürülən azərbaycanlıların sayı 5-ə çatdı .....                       
Tarix : 5-12-2024, 14:21
Könüllülər COP29-da vəzifələrinin öhdəsindən layiqincə gəldilər - Prezident


Könüllülər COP29-da vəzifələrinin öhdəsindən layiqincə gəldilər - Prezident

Ümummilli Lider Heydər Əliyevin xeyir-duası ilə ötən əsrin 90-cı illərindən ölkəmizdə xüsusi vüsət almağa başlamış və milli-mənəvi dəyərlərə bağlılığın, Vətənə xidmətin nümunəsinə çevrilmiş könüllülük hərəkatı Azərbaycan gənclərinin vahid məqsəd ətrafında hazırkı uğurlu fəaliyyətinin təcəssümüdür. Dövlətimizin hərtərəfli dəstəyi sayəsində sıraları durmadan genişlənən bu hərəkat yüksəliş yolu ilə irəliləyərək indiki inkişaf səviyyəsinə çatmış və cəmiyyət həyatının bütün sahələrinə nüfuz etməyə müvəffəq olmuşdur.
Bu fikirlər Prezident İlham Əliyevin Azərbaycan könüllülərinin VII həmrəylik forumunun iştirakçılarına müraciətində yer alıb.
Bu forumun “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkilinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirən Azərbaycan Prezidenti əlavə edib: “Belə ki, əməli fəaliyyətlərində daim xeyirxahlıq, fədakarlıq və təmənnasız yardım kimi ali bəşəri keyfiyyətləri rəhbər tutan könüllülərimiz təbiətin və ətraf mühitin qorunması istiqamətində vətəndaşlar arasında maarifləndirmə işinə böyük töhfə verirlər. Onlar ölkəmizdə dünyanın ən irimiqyaslı və mühüm tədbirlərindən olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi günlərdə vəzifələrinin öhdəsindən layiqincə gəldilər”.
Prezident İlham Əliyev qeyd edib ki, dövlət suverenliyimizin və ərazi bütövlüyümüzün tam bərpası nəticəsində müstəqillik tariximizin artıq yeni mərhələsini yaşayırıq. İşğaldan azad olunmuş ərazilərimizdə həyatın sürətlə yenidən canlandırılması üçün misilsiz quruculuq işləri aparılmaqdadır. Gənclər siyasətinin başlıca prinsiplərinə uyğun innovativ sosial təşəbbüsləri ilə ölkəmizin davamlı tərəqqisinə xidmət göstərən könüllülər Böyük Qayıdış prosesində də fəal iştirak edirlər.
“İnanıram ki, siz milli dövlətçiliyə dərin sədaqəti bundan sonra da həyatınızın amalı biləcək, Vətənimizin qüdrətinin artırılması naminə bilik və bacarığınızı əsirgəməyəcəksiniz”, - deyə vurğulayan Azərbaycan Prezidenti könüllülərə gələcək işlərində nailiyyətlər arzulayıb.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!