Silahımız yoxdur, amma insanımız var... .....                        Anar Mehdiyevə cinayət işi açıldı .....                        Ermənistanı Rusiyaya birləşdirən yol bağlandı .....                        Ukraynanın inkişafını Putinin gözü götürmədi .....                        İranda etirazçılar prokuroru diri-diri yandırdı .....                        Qonşunun pul və qızılını oğurlayan şəxs saxlanıldı .....                        Abidələrin siyahısına dəyişiklik edildi .....                        Bakıda yaşayış binasında yanğın - Yaralı var .....                        Tehran alov içində - Etirazlar silahlı toqquşmaya çevrilir .....                       
Tarix : 3-02-2020, 12:12
BNA könüllülük proqramı elan edir
Dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edən könüllülər dövlət qurumlarının fəaliyyətində fəal iştirak edərək öz töhvələrini verməkdədir.
Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilib, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə edib.
Təsadüfi deyil ki, dövlət başçısı cənab İlham Əliyevin sərəncamı ilə 2020-ci il ölkəmizdə “Könüllülər ili” elan edilib və bu Prezident İlham Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi diqqətin xüsusi təzahürüdür. Ölkəmizdə könüllülük hərəkatının daha da artması cəmiyyətdə xeyirxahlığı təbliğ edərək gənclərin inkişafına böyük töhfələr verəcək.
Eyni zamanda, Bakı Nəqliyyat Agentliyi (BNA) də könüllülər hərakatına öz tövhəsini verməkdədir. Ötən il həyata keçirdiyimiz könüllülər proqramının iştirakçısı olan gənclərin 20 %-i hazırda sıralarımızda bizimlə birgə çalışmaqdadır. Əziz gənclər, “Könüllülər ili”çərçivəsində yeni könüllülərin cəlb edilməsi prosesinə start veririk. Qeyd edək ki, 18 yaşı tamam olan, Agentliyin həyata keçirdiyi fəaliyyətlərə dəstək olaraq, aidiyyəti sahədə bilik və bacarıqlarını inkişaf etdirmək istəyən şəxslər öz CV formalarını 01 aprel 2020-ci il tarixinədək konullu@bna.az elektron ünvanına göndərə bilərlər.
Xatırladaq ki, "Nəqliyyat Könüllüləri"ni qarşıda maraqlı bir proqram gözləyir. Könüllülərə keçiriləcəj təlimlər, təcrübə proqramı və təqdimatlar zamanı bilik və bacarıqlarını inkişaf etdirəcək, Agentliyin həyata keçirəcəyi müxtəlif sosial layihələrə, aksiyalara qatılacaq və tabeli qurumlarda təcrübə səfərlərinə yolanacaqlar. Agentliyin müvafiq şöbələrində 2 ay müddətində təcrübə keçən könüllülərə isə qiymətləndirmələrin nəticələrinə uyğun sonda sertifikatlar təqdim ediləcək.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!