Gəncədə iki minik avtomobili toqquşub, xəsarət alanlar var .....                        Daha bir ölkə öz vətəndaşlarını İrandan qaçmağa çağırdı .....                        Qəzada yaralanmış FHN əməkdaşı evə buraxıldı .....                        İran sənətçilərinin Bakı səfəri: Onları kimlər qarşılamışdı? .....                        Zakir Həsənov hərbi hissəni yoxladı .....                        UEFA “Qarabağ”ı cəzalandırdı .....                        Göldə boğulan 8 nəfərin cəsədi tapıldı .....                        Heyvandarlıq məhsullarının istehsalı azalıb .....                        Ordumuzun əsgəri vəfat etdi .....                       
Tarix : 31-01-2020, 11:53
AQTA “Könüllü Qida Nəzarətçi”lərinin təlimlərinə başladı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Könüllü Qida Nəzarətçisi” proqramına cəlb edilən könüllülər üçün təlimlərə start verilib.
Butov.az-a verilən məlumata görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) keçirilən tədbirdə könüllülərə AQTA-nın fəaliyyət istiqamətləri və ölkədə qida təhlükəsizliyinin təmin edilməsi sahəsində görülən işlərlə bağlı məlumat verilib. Qeyd olunub ki, 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi Prezident İlham Əliyevin Azərbaycan gəncliyinə növbəti dəstəyini ehtiva edir.
Daha sonra ölkəmizdə yeni qida təhlükəsizliyi sisteminin qurulması istiqamətində görülən işlər, könüllülük anlayışı, “Könüllü Qida Nəzarətçisi” proqramının məqsədi, bu fəaliyyətin gənclərin peşəkar inkişafında rolu, proqrama qoşulan gənclərin görəcəyi işlər diqqətə çatdırılıb.
Tələbələrin könüllülük proqramına cəlb edilmələrinin onların bilikli və bacarıqlı kadr kimi yetişmələrində mühüm rol oynayacağı vurğulanıb.
Tədbirdə AQTİ mütəxəssisləri tərəfindən könüllülərə qida zəncirinin nəzarət nöqtələri, istehsalçıların məsuliyyəti, risklərin qiymətləndirilməsi və idarə edilməsi, şəffaflıq, ictimaiyyətin qida təhlükəsizliyi istiqamətində dəqiq və dolğun məlumat almasının təmin olunması və s. mövzularda məlumatlar verilib.
Təlimdə könüllüləri maraqlandıran suallar cavablandırılıb, təqdimatlar edilib. Təlim 2 gün davam edəcək.
AQTA “Könüllü Qida Nəzarətçi”lərinin təlimlərinə başladı


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!