Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Bu gün, 18:54
Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər

Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər

Bu gün müasir dövrün digər problemlərindən biri də cəmiyyətdə artıq çəkinin yaratdığı təzyiqlərdir. İdeal bədən quruluşunu arzulayıbda sahib ola bilməyən şəxslər sosial, emosional və psixoloji təsirlərin əhatəsində sıxılırlar. Bu, sadəcə bir kilo problemi deyil, daha çox özünə inamsızlıq və cəmiyyətin gözləntilərinin təzyiqi altında yaşamaqdır.
Cəmiyyətin gözləntiləri, fiziki görkəm üzərində böyük bir təsirə malikdir. Moda dünyası, sosial media və reklamlar ideal bədən ölçülərini təbliğ edir, bu da insanların özlərini bədənləri ilə müqayisə etməsinə səbəb olur. Sosial təzyiq, xüsusilə gənc yaşlarda, artıq çəki problemi yaşayan insanları daha çox əhatə edir. Bədənə dair mənfi düşüncələr və görünüşə yönəlmiş tənqidlər, psixoloji komplekslərin əsas mənbəyidir.
Bir çox insanlar, artıq çəkili olduqlarını hiss etdikləri zaman cəmiyyətdən kənarda qalma qorxusu yaşayır. Xüsusilə sosial mediada gözəl və ideal bədənli şəxslərin daim paylaşımlar etməsi, bədənlərini bəyənməyən və ya çəki problemi yaşayan şəxslərdə özünə inamsızlıq yaradır. Bu, bəzən sosial izolyasiya və daha dərindən psixoloji problemlər – depressiya, narahatlıq və bədən şəkli ilə bağlı düşüncələrə səbəb olur.
Nəticədə, bu, insanın özünü daha az qiymətləndirməsinə, digər insanlarla münasibətlərində çətinliklər yaşamasına və hətta peşəkar həyatda da uğur əldə etməsində maneələrə səbəb ola bilər. Artıq çəki problemi yaşayan insanlar tez-tez “gözlənilən” bədən ölçülərinə sahib olmamanın gətirdiyi sosial və şəxsi təzyiqlərlə başa çıxmaqda çətinlik çəkirlər.
Artıq çəki, mənəvi təsir etdiyi kimi, psixoloji problemlər də bədənin fiziki vəziyyətinə mənfi təsir göstərir. Çəki artdıqca, hərəkət etmək çətinləşir, fiziki fəaliyyətlərdə sərbəstlik azalır və bu, şəxsi narahatlıq yaradır. Məsələn, davamlı narahatlıq və depressiya halları, aqressiyanın artmasına və bəzi hallarda stressə bağlı yemək vərdişlərinin yaranmasına səbəb ola bilər. Bu vəziyyət öz növbəsində, əlavə kilo alımına gətirib çıxarır və artıq çəkinin yaratdığı psixoloji təsirlər dövrünü davam etdirir.
Bu dövrü qırmaq üçün psixoloji dəstək, bədənə dair müsbət düşüncələrin inkişaf etdirilməsi, sağlam qidalanma və fiziki fəaliyyətə diqqət yetirilməsi vacibdir. İnsanlar, cəmiyyətin gözləntilərindən asılı olmayaraq öz bədənlərini qəbul etməyə və özlərinə güvənməyə başladıqda, həm fiziki, həm də psixoloji sağlamlıqlarını yaxşılaşdırmağa başlaya bilərlər.
Artıq çəkidən qurtulmaq üçün effektiv və sağlam yanaşmalar mövcuddur. Bu yanaşmaların əsas məqsədi yalnız çəkini azaltmaq deyil, həm də bədənin zehni sağlamlığını qorumaqdır. Buna görə müəyyən hədəflər qarşıya qoyulmalı, balanslaşdırılmış pəhriz planı hazırlanmalı, fiziki aktivliyi artırılmalı, yuxu rejiminə diqqət etməli və digər həll yolları sadalamaq olar. Əsas olan iradəli olmağı bacarıb öhdəsindən gəlməkdir. Ətrafın düşüncələrinə deyildə öz istəklərinə və sağlamlığına görə cəhd etməkdir.
“Artıq çəki ilə mübarizə, sadəcə bədənimizin formasıyla deyil, eyni zamanda özümüzlə barışmaqdır. Hər bir kiçik addım, özümüzü daha yaxşı hiss etməyə, öz bədənimizi daha çox sevməyə və həyatın keyfini daha dolğun şəkildə yaşamağa yaxınlaşdırır. Çəki itirmək bir hədəf ola bilər, amma əsl məqsəd bədənimizi və ruhumuzu sağlam, güclü və sevdiyimiz şəkildə yaşamaqdır. Unutmayın ki, bu yol təkcə çəki atmaq deyil, eyni zamanda daxili gücümüzü kəşf etmək, özümüzə inamı bərpa etmək və həyatın hər anını dəyərləndirməkdir. Çünki ən böyük qalibiyyət, özümüzə qarşı qazandığımız mübarizədir.”

Fatimə QULİYEVA,
Bakı Slavyan Universitetinin Sosial Elmlər fakültəsinin tələbəsi





Bu gün, 16:47
Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın


Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskini müharibəni dayandırmağa çağırıb.
Bu barədə Fransanın "El Pais" nəşri yazıb.
Qeyd olunub ki, Tramp Zelenskidən atəşkəs barədə düşünməsini istəyib.
Nəşr yazır ki, rəsmi Kiyevin müvafiq qərarından sonra sülh üçün şərait yaranacaq: "Bundan sonra isə Avropa sülhməramlı qoşunları da daxil olmaqla müxtəlif mexanizmlərlə Ukraynanın təhlükəsizliyinə zəmanət veriləcək".
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb.
Bu gün, 16:10
Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi


Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi

2023-cü ilin oktyabrında anklavda hərbi əməliyyatlara başlayandan bəri İsrailin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar nəticəsində 45,2 mindən çox fələstinli həlak olub, 107,6 mindən çoxu isə yaralanıb.
Bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi öz Telegram kanalında məlumat yayıb.
“2023-cü ilin oktyabr ayından etibarən İsrail ordusunun Qəzzada keçirdiyi əməliyyatların qurbanlarının sayı 45 259 nəfərə yüksəlib, daha 107 627 nəfər yaralanıb” – məlumatda qeyd edilir.
Qəzza Səhiyyə Nazirliyi onu da bildirir ki, son 24 saat ərzində İsrailin anklavı atəşə tutması nəticəsində 32 nəfər ölüb, daha 54 nəfər yaralanıb.
Bu gün, 15:51
Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi


Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında yeni əməliyyat keçirib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, "Fərat qalxanı" və "Barış Pınar"ı bölgələrində keçirilən əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının altı üzvü öldürülüb.
Nazirlik terrorçulara qarşı mübarizənin davam edəcəyini bildirib.
Bu gün, 14:56
Dəhşətli bərə qəzası - Onlarla insan öldü


Dəhşətli bərə qəzası - Onlarla insan öldü

Konqo Demokratik Respublikasının şimal-şərqində bərənin batması nəticəsində azı 38 nəfər ölüb.
Bu barədə Cənubi Afrikanın SABC radiostansiyası məlumat yayıb.
Məlumata görə, bərə qəzası Busira çayında qeydə alınıb.
Daha 100 nəfərin itkin düşdüyü bildirilir.
Hadisə şahidlərinin sözlərinə görə, bərənin göyərtəsində 400-dən çox insan olub.
Axtarış-xilasetmə əməliyyatları davam etdirilir. İlkin ehtimala görə, bərənin aşmasına səbəb göyərtəsində çoxlu adam olması olub.
Bu gün, 14:40
Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər


Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər

Türkiyə beynəlxalq aktorları Suriyadakı yeni hakimiyyəti dəstəkləməyə çağırıb.
Bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər videokonfrans zamanı çıxışında deyib.
O, bildirib ki, Suriyada əliqanlı rejim süquta uğrayıb və artıq yeni mərhələ başlayıb: “Suriyada söz sahibi artıq xalqdır. Bu günə qədər olduğu kimi, bundan sonra da Suriya xalqının yanında olmağa davam edəcəyik. Suriyanın ərazi bütövlüyü, siyasi birliyi, təhlükəsizlik və sabitliyinin təmin olunması üçün yeni hakimiyyətlə koordinasiyalı şəkildə işləyəcəyik”.
Nazirin sözlərinə görə, Türkiyə Suriyada sabitliyin bərpası və qaçqınların ölkələrinə qayıdışı üçün öhdəsinə düşəni edəcək: “Bölgədə təsirə malik aktorlar da artıq Türkiyənin proseslərdəki açar rolunu qəbul edirlər”.
Y.Gülər bildirib ki, Suriyada PKK, YPG, İŞİD kimi terror təşkilatlarının yeri yoxdur:
“Ölkəmizin və Suriyanın təhlükəsizliyini təhdid edən bu təşkilatların addımları diqqətlə izlənilir, onlara qarşı qabaqlayıcı tədbirlər görülür. Terror təşkilatlarının ərazidəki sabitsizlikdən sui-istifadə etməsinə icazə verilməyəcək. Əməliyyatlarımız planladığımız kimi və artan templə davam edəcək. Terrorçuların olduğu hər yer Türkiyə Silahlı Qüvvələrinin qanuni hədəfidir”.
Bu gün, 14:25
Ukraynada müharibə 2025-ci ildə bitməyəcək


Ukraynada müharibə 2025-ci ildə bitməyəcək

Beynəlxalq Valyuta Fondunun (BVF) ekspertləri Ukrayna üçün neqativ ssenari ilə bağlı memorandumu yeniləyiblər.
Bu barədə UNİAN məlumat yayıb.
Məlumata görə, Ukrayna üçün 2026-cı ilin ortalarına qədər davam edəcək daha şiddətli müharibə vəziyyəti gözlənilir. Sənəddə qeyd edildiyi kimi, mənfi ssenariyə əsasən, daha uzun və gərgin müharibə nəzərdə tutulur.
Bu, vəziyyət ölkə iqtisadiyyatında daha uzun və daha güclü şoka səbəb olacaq.
Beləliklə, mənfi ssenariyə əsasən, Ukraynanın ümumi xarici maliyyə kəsirinin 177,2 milyard dollara qədər artacağı proqnozlaşdırılır. Həmçinin ekspertlər qeyd edirlər ki, bu halda inflyasiya daha yüksək və sabit olacaq.
BVF hesablamalarına görə, şok vəziyyət 2025-ci ilin birinci rübündə başlayacaq. Qeyd edilən mənfi ssenariyə həmçinin enerji infrastrukturuna daha geniş ziyan dəyməsi və elektrik enerjisinin kəsilməsi daxildir.
Bu gün, 14:04
Trampın gəlini Senata namizədliyini geri götürdü


Trampın gəlini Senata namizədliyini geri götürdü

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın gəlini Lara Tramp hazırkı senator və dövlət katibi vəzifəsinə namizəd Mark Rubionun xeyrinə Florida ştatından senator vəzifəsinə namizədliyini geri götürüb.
Bu barədə onun “X” sosial şəbəkəsindəki hesabında məlumat verilib. "Düşündükdən sonra ABŞ Senatına namizədliyimi geri götürmək qərarına gəldim", - Lara Tramp yazıb.
O, bundan əvvəl Senatda yer tutmağı düşündüyünü deyib.
Noyabrın 6-da Tramp birinci prezidentlik müddətindən fərqli olaraq, qızı İvanka Tramp və kürəkəni Cared Kuşnerin əhəmiyyətli müşavir olduqlarını, lakin yeni idarəçilikdə övladlarının yer almayacağını bildirib.
ABŞ prezidentinin andiçmə mərasimi gələn ilin 20 yanvarında Vaşinqtonda Kapitolidə keçiriləcək. Tramp and içəcək, bundan sonra ona söz veriləcək.
Mərasimdən sonra təntənəli parad və inauqurasiya balı keçiriləcək.
Bu gün, 13:42
Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var


Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var

Kəlbəcər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Niva" markalı avtomobilin dərəyə aşması nəticəsində sürücü - Kəlbəcər rayon sakini, 1974-cü il təvəllüdlü Şahlar Sabir oğlu Dadaşov aldığı xəsarətdən ölüb.
Qəza zamanı habelə sərnişin - Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Allahverdi Elşən oğlu İbrahimbəyli müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralı xəstəxanaya çatdırılıb.
İlkin məlumata görə, qəza yolun buzlu olması səbəbindən baş verib.
Faktla bağlı araşdırma aparılır.
Bu gün, 13:30
Partiya qurması səhv idi - AKP-dən Davudoğlu açıqlaması


Partiya qurması səhv idi - AKP-dən Davudoğlu açıqlaması

Bir müddət əvvəl, Türkiyədə vaxtilə bir sıra yüksək vəzifələri icra etmiş Əhməd Davudoğlu maraqlı çıxış edib. Hazırda Gələcək Partiyasının sədri olan Əhməd Davudoğlu vaxtilə üzvü olduğu hakim Ədalət və İnkişaf Partiyasından ruhunun qopmadığını deyib.
Bəs Əhməd Davudoğlu yenidən AK Partiyaya qayıtmaqmı istəyir? Əgər o belə müraciət etsə, partiyanın cavabı nə olacaq?
Məsələ ilə bağlı Türkiyə Böyük Millət Məclisində AK Partiyanı təmsil edən Adəm Yıldırım bildirib ki, son sözü Prezident Rəcəb Tayyib Ərdoğan deyə bilər:
"Partiyanın Əhməd Davudoğlunu yenidən qəbul etməsi asan olmaz. Lakin son sözü Prezidentimiz deyə bilər. Prezidentimiz son sözü söyləmədən hər hansı şərh verməyimiz doğru olmaz. Cənab Davudoğlunun mesajı da birbaşa Prezidentimizədir".
A.Yıldırım vurğulayıb ki, Əhməd Davudoğlunun partiya qurmağı düzgün addım deyildi:
"Prezidentli respublika idarə üsuluna keçdikdən sonra irili-xırdalı bu qədər partiyanın meydana çıxmağını düzgün saymayanlardanam. Türkiyədə bu gün 4 əsas partiya - AK Partiya, Cümhuriyyət Xalq Partiyası, Milliyyətçi Hərəkat Partiyası və DEM var. Digər partiyalar bu əsas partiyalardan hansı ilə siyasi baxımdan yaxındısa, qoy onunla bir yerdə olub, siyasətlərini burada davam etdirsinlər. İrili-xırdalı bu qədər partiyanın Türkiyəyə xeyirdən çox zərər gətirəcəyini düşünürəm. Nəticə etibarilə, yeni partiya qurduqdan sonra AK Partiya qarşısında siyasi fəaliyyət göstərməyinə baxmayaraq, mənim ruhum AK Partiyadan qopmayıb deyə bilirsə, deməli, ortada siyasi baxımdan çox böyük fərq yoxdur. Partiya qurmaqları səhv idi".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!