Bir kəndin əhvalatı .....                        Azərbaycanda qəbiristanlıqdan oğurluq .....                        İsrail HƏMAS-ın komandirlərini öldürdü .....                        Naxçıvanda qəza: şəhərdə su kəsildi .....                        Plastik əməliyyatlarla bağlı yerli protokollar mövcud deyil - RƏSMİ .....                        Overçuk Ermənistanı hədələdi .....                        Yanğına görə 200 min nəfərə xəbərdarlıq edildi .....                        Ərdoğan Baxçalını evində ziyarət etdi .....                        İran generalı ölkəsini ifşa etdi - Şok səs yazısı yayıldı .....                       
12-12-2024, 19:02
Hərbi xidmətə çağırılan şəxslərin nəzərinə


Hərbi xidmətə çağırılan şəxslərin nəzərinə

Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinələrin aparılması prosesi davam etdirilir.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) məlumatında deyilib.
Bildirilib ki, prosesin elektron infrastruktur üzərindən həyata keçirilməsi təmin edilir ki, bu da müayinələrin çevikliyini və şəffaflığını şərtləndirir:
"Belə ki, çağırışçının yekun tibbi müayinəsinin aparılması üçün Mərkəzi Hərbi-Həkim Komissiyasının rəyi təsdiq edilərək Nazirliyin "Tibbi şəhadətləndirmə" altsisteminə müvafiq göndəriş daxil edilir. Göndəriş əsasən çağırışçılar, onlar üçün avtomatik təyin edilən e-növbəlilik qaydasında Agentliyin Tibbi Qiymətləndirmə Mərkəzində əyani müayinələrdən keçirlər. Müayinə edilənlər aşağıdakı 4 kateqoriya üzrə yekun tibbi müayinələrə cəlb edilirlər:

Sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında ("B" kateqoriyası);

Həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında ("Ç" kateqoriyası);

Dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında ("C" kateqoriyası);

Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında ("D" kateqoriyası)

Müayinənin yekun qərarı da e-sistemə daxil edilir və həmin qərar barədə çağırışçıya elektron qaydada məlumat göndərilir".
12-12-2024, 18:50
G7-dən Suriyaya dəstək


G7-dən Suriyaya dəstək

“Böyük Yeddilik” (G7) ölkələrinin dövlət və hökumət başçıları Suriya xalqına və inklüziv siyasi keçid prosesinə tam dəstək ifadə ediblər.
Bu barədə G7-nin sədri İtaliyanın Nazirlər Şurası məlumat yayıb.
“Bütün tərəfləri Suriyanın müstəqilliyinə və suverenliyinə hörmət edərək, ərazi bütövlüyünü və milli birliyini qorumağa çağırırıq. Bu çərçivədə qanunun aliliyinə, ümumbəşəri insan hüquqlarına, o cümlədən qadın hüquqlarına və bütün suriyalıların müdafiəsinə hörməti təmin edən etibarlı, əhatəli və məzhəbsiz hökumətə aparan keçid prosesini dəstəkləməyə hazırıq. G7 bu standartlara hörmət edən gələcək Suriya hökuməti ilə işləyəcək və onu tam dəstəkləyəcək. Biz Suriya xalqının yanındayıq, terrorizmi və onun bütün formalarında zorakı ekstremizmi pisləyirik”, - deyə məlumatda qeyd olunur.
12-12-2024, 17:56
Paşinyan Baş katiblə sülh danışıqlarını müzakirə etdi


Paşinyan Baş katiblə sülh danışıqlarını müzakirə etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Avropa Şurasının baş katibi Alen Berset arasında telefon danışığı olub.
Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Həmsöhbətlər Ermənistan-Avropa Şurası əməkdaşlığı, eləcə də regional sabitlik məsələlərini müzakirə ediblər.
Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ətrafında müzakirələrə toxunulub.
12-12-2024, 17:36
Dövlət Komitəsində Heydər Əliyevin xatirəsi anılıb - FOTO


Dövlət Komitəsində Heydər Əliyevin xatirəsi anılıb - FOTO

Diasporla İş üzrə Dövlət Komitəsində müasir Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunan anım tədbiri keçirilib.
Əvvəlcə Ümummilli Liderin büstü önünə gül dəstəsi qoyulub.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Ulu Öndərin həyat və fəaliyyətindən, onun müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmlənməsində, eyni zamanda Azərbaycan diasporunun formalaşmasındakı misilsiz xidmətlərindən bəhs edib. Dahi şəxsiyyət Heydər Əliyevin siyasi xəttinin Azərbaycanın uğurlarının əsası olduğunu və bu xəttin Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirildiyini bildirib. Dövlət başçısının tapşırıqları, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə milli-mədəni irsimizin qorunub saxlanması, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl işlərin görüldüyünü diqqətə çatdırıb.
Sonra Ulu Öndər Heydər Əliyevə həsr olunmuş “Heydər Əliyev və diaspor quruculuğu” filmi nümayiş olunub. Diaspor fəalları və komitənin gənc əməkdaşları çıxışlarında Azərbaycan xalqının onun taleyində və tarixində silinməz izlər qoyan Ulu Öndər Heydər Əliyevin xatirəsini hər zaman dərin ehtiramla yad etdiyini bildirib, Ümummilli Liderin xalqımızın yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi yaşayacağını söyləyiblər.
Sonda Respublika və beynəlxalq müsabiqələr laureatı, Prezident mükafatçısı, pianoçu, bəstəkar Vüsal Aydəmirovun Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr etdiyi “İthaf” adlı videoçarx göstərilib.
DİDK-nın kollektivi, eləcə də diaspor fəalları Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla yad ediblər. Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyulub.



12-12-2024, 17:13
Ərdoğanla daim əlaqə saxlayırıq - Putin


Ərdoğanla daim əlaqə saxlayırıq - Putin

Rusiya və Türkiyə liderləri daimi təmasdadırlar.
Bunu Rusiya prezidenti Vladimir Putin Moksvada keçirdiyi böyük mətbuat konfransında deyib.
“Biz Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla daim əlaqə saxlayırıq. Onunla sonuncu dəfə nə vaxt danışdığımızı xatırlamıram, amma biz təbii ki, regiondakı, Yaxın Şərqdəki vəziyyəti müzakirə etdik”, - Putin bildirib.
12-12-2024, 17:05
Bolqarıstan və Rumıniya Şengen sazişinə qoşulur


Bolqarıstan və Rumıniya Şengen sazişinə qoşulur

Avropa İttifaqı Şurası 2025-ci il yanvarın 1-dən etibarən Bolqarıstan və Rumıniyanın Şengen sazişinə qoşulacağını və həmin ölkələrlə quru sərhədlərində nəzarətin ləğv ediləcəyini təsdiqləyib.
Bu barədə Avropa İttifaqı Şurasının bəyanatında deyilir.
Sofiya və Buxarestin Şengen zonasına qəbulu prosesində yekun qərar Avropa İttifaqı liderlərinın dekabrın 19-20-də Brüsseldə keçiriləcək sammitində veriləcək, lakin bu, formal xarakter daşıyacaq. Belə ki, ədliyyə və daxili işlər nazirləri artıq qərarı Aİ Şurasında təsdiqləyiblər.
Xatırladaq ki, Bolqarıstan və Rumıniya 2007-ci ildə Avropa İttifaqına üzv qəbul edilmişdi. Lakin onların Şengen sazişinə qoşulması bir sıra problemlər, əsasən də korrupsiya ilə mübarizə məsələsi həll olunanadək təxirə salınmışdı. Proses 2015-ci ildə Aİ-də miqrasiya böhranından sonra tamamilə dayanmışdı. 2024-cü ilin martında Brüssel bu ölkələrin hava və su nəqliyyatında pasport nəzarətini ləğv etmişdi.
Bolqarıstan və Rumıniyanın sazişə qəbulu onların Avropa İttifaqı üzvü olmasından 18 il sonra reallaşıb.
12-12-2024, 17:03
Türk lirəsi rekord səviyyədə ucuzlaşdı


Türk lirəsi rekord səviyyədə ucuzlaşdı

Türk lirəsi ABŞ dollarına nisbətdə 34,88 civarında olub və rekord aşağı səviyyəyə düşüb.
Lirənin dəyərdən düşməsinin əsas səbəbləri arasında cari hesab balansındakı kəsir və özəl sektorun yüksək xarici borcu göstərilir. Qeyd edək ki, Türkiyə Mərkəzi Bankı noyabr ayında əsas faiz dərəcəsini səkkizinci dəfə ardıcıl olaraq 50%-də sabit saxladı. Bu arada, inflyasiya oktyabrda 48,58%-ə düşüb, sentyabrda isə 49,38% idi. Lakin inflyasiya həm sentyabr, həm də oktyabr aylarında bazar gözləntilərini üstələyib. Bu səbəbdən investorlar faiz endirimi ilə bağlı proqnozlarını gələn ilə qədər təxirə salıblar.
Ayın əvvəlində Mərkəzi Bank 2024-cü ilin sonu üçün inflyasiya proqnozunu 38%-dən 44%-ə, 2025-ci ilin sonu üçün isə 14%-dən 21%-ə yüksəltdi. Eyni zamanda, bəzi hesabatlar göstərir ki, dövlət banklarının zəif lirə səviyyələrində dollar satışı ilə müdaxilələrindən sonra bəzi ticarətçilər artıq “kerri ticarətini” dayandırmağa başlayıblar.
Türkiyə lirəsi 2029-cu ilə kimi Azərbaycan manatı qarşısında ucuzlaşmaqda davam edəcək.
"Economist Intelligence Unit"in (EIU) ölkə ilə bağlı proqnozuna görə lirə manat qarşısında 4 il ərzində 24% civarında ucuzlaşacaq. Türkiyə lirəsinin məzənnəsi 2024-cü il üzrə 0,050 AZN, 2025-ci ildə 0,042 AZN, 2026, 2027 və 2028-ci illərdə isə 0,038 AZN səviyyəsində formalaşacaq.
12-12-2024, 16:51
Tramp "İlin adamı" elan edildi - FOTO


Tramp "İlin adamı" elan edildi - FOTO

"Time" jurnalı "İlin adamı" nominasiyası üzrə qalibi açıqlayıb.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı ilin adamı elan edilib.
Redaktorların fikrincə, Trampı son 12 ayda dünyaya ən çox təsir edən şəxs olub.
Qeyd edək ki, bu il “İlin adamı” adına on nəfərin namizədliyi irəli sürülüb.
Jurnal 1927-ci ildən bəri hər dekabr sayında "İlin Adamı"nı seçir və onların şəklini üz qabığında yerləşdirir. Bu ilki namizədlər aşağıdakılar idi:

ABŞ-ın vitse-prezidenti Kamala Harris;
Uels şahzadəsi Kate Middleton;
Milyarder Elon Musk;
Mərhum rusiyalı müxalifət lideri Aleksey Navalnının arvadı Yuliya Navalnaya;
İsrailin baş naziri Benyamin Netanyahu;
Federal Ehtiyat Sisteminin sədri Cerome Pauell;
Amerikalı komediyaçı Co Roqan;
Meksika tarixində ilk qadın prezidenti Klaudia Şeinbaum;
"Meta"nın sahibi Mark Zukerberq.

12-12-2024, 16:30
Ərdoğan Orbanı qəbul etdi


Ərdoğan Orbanı qəbul etdi

Türkiyədə səfərdə olan Macarıstanın baş naziri Viktor Orban Prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Viktor Orbanın Ərdoğanla Rusiya-Ukrayna müharibəsi və digər regional məsələlər ətrafında fikir mübadiləsi apardığı bildirilir.
12-12-2024, 16:22
Deputatlar Ulu öndərin məzarını ziyarət ediblər


Deputatlar Ulu öndərin məzarını ziyarət ediblər

Dekabrın 12-də xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin vəfatının 21-ci ildönümüdür. Bu münasibətlə dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri Fəxri xiyabanda Ulu öndərin məzarını ziyarət edib, xatirəsini ehtiramla anıblar.
Milli Məclisin deputatları da Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.
Parlamentin Gənclər və İdman Komitəsinin sədri və üzvləri Ulu öndərin məzarüstü abidəsinin önünə gül dəstələri qoyub, əbədiyaşar liderimizin ruhu qarşısında baş əyib, əziz xatirəsi dərin ehtiramla yad ediblər.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!