Təbrik təbrik üstündən...Köhnə ili bəd xəbərlə yola salsaq da, yeni ili yeni ovqatla, yeni uğurlarla, dostların xoş xəbərləri ilə qarşıladıq. Bu səhər Ramiz Əsədov dostlara Səlvər müəllimin doğum günü olduğu xəbərini verdi. Beləcə Zəngəzur mahalının Qafan Rayonunun Gığı kənd orta məktəbinin 1975-ci il məzunları Rasim, Xürrəm, Sayad, Sara, Gülnarə, Fatma, Firudin, Tamxil sinif yoldaşları Səlvər Azadalı oğlu Azadəliyevi doğum günü münasibətilə təbrik etdilər. Özbəkistandan Şahlar həkim də uşaqlıq dostlarının səsinə səs verdi. Səlvər müəllimə ən xoş arzularını çatdırdı. Dostların sırasında Səlvər müəllimin qudası Əli bəy də vardı. Bir-birindən xoş arzuların hamısı səbəbkara ünvanlandı.
Bu arada Mahmudlu kənd İcmasının üzvü Qəribəli Məhəmmədəli oğlu Azadəliyevin təbrikini də qeyd etmək yerinə düşər.
Qəribəli qeyd edir ki, bu yeni il ərəfəsində elimizin dəyərli insanlarından biri Mahmudlu kənd icmasının sədri Səlvər Azadalı oğlu Azadəliyevin 67-yaşı tamam olur. Səlvər Azadəliyevin Azərbaycan xalqının şərəfi, mənafeyi naminə çox töhfələr verib. Beləki 33 il ərzində müəllim, direktor vəzifələrində çalışaraq övladlarımıza təhsil verib, Vətənimizə savadlı Dövlət xadimləri, məmurları və digər sahələr üzrə mütəxəssislər, Vətənə xeyir verən dəyərli insanlar yetişdirməkdə böyük əməyi olub. Həmçinin xalqına xidmət edən Dövlət məmuru vəzifəsində çalışan yüksək tərbiyəyə sahib olan 3 övlad böyüdüb.
Səlvər Azadəliyev uzun illər Abşeron rayonunun seçki məntəqə sədri və hal-hazırda Sumqait şəhərində seçki dairəsinin katibi vəzifəsində çalışır. O, Qərbi Azərbaycan Gənclər Təşkilatına töhvə verən müvafiq xidmətinə görə həmin təşkilatın Təşəkkürnaməsi ilə təltif edilib.
Bu Şərəfli-dəyərli ömür yollarını uğurla addımlamış Mahmudlu kənd İcmasının sədri Səlvər Azadalı oğlu Azadəliyevi doğum günü münasibəti ilə təbrik edir, ona həyatının bundan sonrakı dövründə də Xalqımıza,Vətənimizə Bütöv Azərbaycanımıza xidmət edən Şərəfli 💯 il ömür arzulayırıq.