Livanın yeni baş naziri seçildi .....                        İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri başa çatdı .....                        Valideynlər Səhiyyə Nazirliyi qarşısında etiraz etdi .....                        Ev sahibinə xəsarət yetirib, pulunu və telefonunu aldılar .....                        Lavrov Rusiyada vurulan Azərbaycan təyyarəsindən danışdı: "Maraqlı məlumatlar var" .....                        Xəzər dənizində "kabus adaları" üzə çıxdı - AÇIQLAMA .....                        Əməliyyat zamanı ad günü qeyd edilən cərrah işdən çıxarıldı .....                        Əməliyyat zamanı ad günü qeyd edilən cərrah işdən çıxarıldı .....                        "Qarabağ"dan Juninyo ilə bağlı rəsmi açıqlama .....                       
Dünən, 17:23
Cəbrayıla köçənlərə evlərin açarları təqdim olundu


Cəbrayıla köçənlərə evlərin açarları təqdim olundu

Bu gün növbəti köç karvanı ilə yola salınan 39 ailə olmaqla 165 nəfər Cəbrayıl şəhərinə çatıb. Ailələrə evlərinin açarları təqdim olunub.
Cəbrayıla qədəm qoyan ailələr qarşılandıqdan sonra onlara ANAMA əməkdaşları tərəfindən mina və partlamamış silah sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Tanımadıqları naməlum əşyalar və cisimlərdən uzaq durmaları və belə hallarla qarşılaşdıqları zaman aidiyyəti qurumlara xəbər vermələri tövsiyə olunub.
Açarların təqdim edilməsi mərasimində, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər. Ailələr sevinc hissi ilə açarları təhvil alıb və öz evlərində məskublaşıblar. Köçürülən ailələrin Cəbrayıl şəhərində dövlətimizin başçısının göstərişi əsasında yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 30 minə yaxın insan yaşayır.



Dünən, 17:10
Yaponiyada güclü zəlzələ - Sunami xəbərdarlığı


Yaponiyada güclü zəlzələ - Sunami xəbərdarlığı

Yaponiyanın cənub-qərbində 6,9 maqnitudalı zəlzələ baş verib.
Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Zəlzələdən sonra sunami ilə bağlı xəbərdarlıq edilib.
Yeraltı təkanların dərinliyi 30 km olaraq qeydə alınıb.
Dünən, 17:02
Bakıda 3 nəfərin 23 min manatı dələduzluqla ələ keçirilib


Bakıda 3 nəfərin 23 min manatı dələduzluqla ələ keçirilib

Nəsimi rayonunda dələduzluq edən 2 şəxs saxlanılıb. Bu barədə DİN-dən bildirilib.
Nəsimi rayonu ərazisində 3 nəfərin ümumilikdə 23 min manatdan çox pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirilməsi barədə polisə məlumatlar daxil olub.
Keçirilən tədbirlərlə dələduzluq əməllərini törətməkdə şübhəli bilinən - əvvəllər eyni əmələ görə məhkum olunmuş 44 yaşlı T.Yunisov və 42 yaşlı S.Səmədov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.
Araşdırmalar aparılır.
Dünən, 17:00
Suriyada qadağalar ləğv edildi: mağazalarda "Pepsi", "Snickers" satılır


Suriyada qadağalar ləğv edildi: mağazalarda "Pepsi", "Snickers" satılır

Suriyada Bəşər Əsəd rejiminin süqutundan sonra yeni hakimiyyət ölkəyə xarici məhsulların idxalına qoyulan məhdudiyyətləri aradan qaldırıb.
Bu barədə "Financial Times" nəşri yazıb.
Bildirilir ki, Suriya mağazalarının piştaxtalarına xaricdən gətirilən "Pepsi" içkisi, "Pringles" çipsləri, "Twix" və "Snickers" şokaladları, "Heinz" ketçupu, ​​Livanda yetişdirilən banan və s. görmək mümkündür.
Bəşər Əsədin hakimiyyəti dövründə Suriyaya qarşı tətbiq edilən beynəlxalq sanksiyalar səbəbindən xarici malların idxalı çətin idi, hətta hakimiyyət bu məhsulların gətirilməsini qadağan etmişdi. Suriyada qonşu Livan şirkətləri ilə və ya başqa adlar altında müştərək müəssisələr vasitəsilə çoxlu xarici məhsullar istehsal olunurdu.
Bundan başqa, Bəşər Əsədin dövründə büdcə gəlirlərini artırmaq üçün bəzi idxal mallarına rüsumlar artırılıb. Məsələn, keçən il "iPhone"lar üçün rüsum 900 dollara qədər idi.
Dünən, 16:53
Paşinyan Avropa Şurasının yeni sədri ilə Azərbaycan haqda danışdı


Paşinyan Avropa Şurasının yeni sədri ilə Azərbaycan haqda danışdı

Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasının sədri Antonio Kosta ilə telefon danışığı aparıb.
Bu barədə Ermənistan mediası məlumat yayıb.
Paşinyan Avropa İttifaqı Şurasının sədrini yüksək vəzifəyə seçilməsi münasibətilə təbrik edib, ona uğurlar arzulayıb, Ermənistan-Avropa İttifaqı əməkdaşlığının hazırkı durumundan məmnunluğunu bildirib.
Kostanın sualına cavab olaraq baş nazir Paşinyan Ermənistan-Azərbaycan sülh prosesinin hazırkı vəziyyəti barədə ona məlumat verib və İrəvanın sülh gündəliyindən kənara çıxmayacağını vurğulayıb.
Həmsöhbətlər gələcəkdə müvafiq vaxtlarda dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.
Dünən, 16:27
Buraxılış imtahanlarında hansı yenilik olacaq? - DİM-dən AÇIQLAMA


Buraxılış imtahanlarında hansı yenilik olacaq? - DİM-dən AÇIQLAMA

2025-ci ildə keçiriləcək bəzi imtahanların qrafiki və qeydiyyat tarixləri elan olunub. Belə ki, bu il tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı iki zona olmaqla 2 və 9 mart tarixlərində keçiriləcək. İmtahandan 1 ay öncə zonalara aid olan şəhər və rayonlar haqqında məlumat paylaşılacaq.
Dövlət İmtahan Mərkəzini (DİM) mətbuat katibi Xanlar Xanlarzadə imtahanlarla bağlı bir sıra detalları açıqlayıb.
Onun sözlərinə görə, 9-cu və 11-ci sinif üzrə buraxılış imtahanında fənnlər olduğu kimi qalacaq:
“Ancaq 9-cu sinifdə xarici dil fənnləri üzrə şagirdlərin biliklərinin qiymətləndirilməsində yeni bir tapşırıqdan istifadə olunacaq. Tapşırıqda 3 şəkil təqdim olunur, həmin şəkillər arasında əlaqə var. İmtahan iştirakçısı da şəkillər arasındakı əlaqəni müəyyən etməlidir”.
Dünən, 16:22
Mars və Yer bir-birinə maksimal yaxınlaşacaq


Mars və Yer bir-birinə maksimal yaxınlaşacaq

Bu günlərdə Marsı gecə səmasında adi gözlə asanlıqla izləmək mümkündür.
Bu barədə Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Qeyd edilib ki, hesablamalara əsasən, Mars və Yer arasında maksimal yaxınlaşma 15 yanvar tarixində baş verəcək və bu tarixdən sonra da qırmızı planet uzaqlaşana qədər bir müddət gecə səmasında parlamağa davam edəcək.
Çünki planet Yerə maksimum yaxınlaşıb və Mars gecə səmasında qırmıztıl parlaq “ulduz” kimi görünür.
Planetlər qarşıdırmada Yerə yaxın konfiqurasiyada olsalar da, hər iki planet öz orbitinin perihelisində olduqda Mars Yerə maksimum yaxınlaşa bilir. Növbəti belə yaxınlaşma isə 27 iyun 2033-cü ildə baş verəcək.
Əlavə olaraq isə bu axşam ilin ilk bədrlənmiş Ayını görəcəyik. Ayın diski 99.5% işıqlanmış olacaq.
Dünən, 15:56
Təbii qaz uğrunda qlobal mübarizə başlayır


Təbii qaz uğrunda qlobal mübarizə başlayır

2025-ci ildə təbii qaz uğrunda qlobal mübarizə başlaya bilər.
Qlobal mübarizə Asiyadan Cənubi Amerikaya qədər inkişaf etməkdə olan yoxsul ölkələri bazardan kənarlaşdıra bilər. Avropada yaşanan enerji çatışmazlığı sözügedən senarini tətikləyə bilər.
“Şübhəsiz ki, bu il Avropada enerji qıtlığı olacaq. Bu o deməkdir ki, bu il bazarlara çıxacaq may qazın bütün əlavə həcmi Rusiyanın qaz defisitini doldurmaq üçün istifadə olunacaq”, – "Bank of America"nın analitiki Fransisko Blanş deyir.
Havaların soyuması səbəbindən qaz ehtiyatlarının tükənməsi Avropanı dünyanın ən böyük istehlakçılarının yerləşdiyi Asiya bazarına üz tutmağa məcbur edə bilər. Bu səbəbdən də qiymətlər o qədər arta bilər ki, Hindistan, Banqladeş və Misir kimi ölkələrdən idxalçılar qaz almağa pulları çatmasın.
2025-ci ilin əvvəlində Asiya Avropaya əsas qaz tədarükünü itirə bilər, çünki Çin idxalçıları yenidən enerji satmağa başlayıb. Almaniyada qaza alternativ tapmaq çətindir, çünki 2022-ci ilə qədər o, daxili tələbatının 50%-dən çoxunu Rusiya enerjisi hesabına ödəyirdi. Bəzi enerji istehsalçıları istehsal gücünü artırsa, vəziyyət 2026-cı ilə qədər yaxşılaşa bilər. Analitiklər ABŞ-dan qaz ixracının artacağını proqnozlaşdırır, lakin temp hələ də yavaş olacaq.
Yanvarın əvvəlinə Aİ-yə üzv ölkələrin anbarlarındakı qaz ehtiyatları 70% təşkil edib. "Bloomberg"in məlumatına görə, 2025-ci ilin əvvəlində Avropada hərracda qazın qiyməti 2023-cü ilin oktyabrından bəri ən yüksək həddə çatıb.
Dünən, 15:27
BDU-nun sabiq prorektoru vəfat etdi


BDU-nun sabiq prorektoru vəfat etdi

Bakı Dövlət Universitetinin sabiq prorektoru polkovnik Rövşən Abdullayev 55 yaşında vəfat edib.
Bu barədə APA-ya BDU-nun dosenti Fikrət Şiriyev məlumat verib.
O bildirib ki, mərhumun cənazəsi sabah 14:00-da Qələbə dairəsinin yaxınlığında yerləşən evindən götürüləcək.
Qeyd edək ki, Rövşən Müslüm oğlu Abdullayev 1969-cu il sentyabrın 18-də Bakıda anadan olub. O, 2005–2014-ci illərə BDU-nun Ümumi işlər üzrə rektor köməkçisi vəzifəsində çalışıb.
Dünən, 15:10
Ərdoğan komandasını yeniləyir - Yeni seçkilər istisna edilmir


Ərdoğan komandasını yeniləyir - Yeni seçkilər istisna edilmir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəhbəri etdiyi hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) rəhbərliyində dəyişikliklər etməyi planlaşdırır. Bu barədə “Türkiye” qəzeti yazıb.
Qəzetin məlumatına görə, partiya İdarə Heyətinin 60 faizinin yenilənməsi nəzərdə tutulub. Mənbələr dəyişikliklərin növbəti seçkilərlə əlaqəli olduğunu bildirib.
Nəşr qeyd edib ki, Ərdoğan artıq 2028-ci ilə planlaşdırılan prezident və parlament seçkiləri üçün partiyası üçün yeni komanda toplamağa başlayıb. Ötən il keçirilən bələdiyyə seçkilərində hakim partiyanın yüksək nəticə göstərməməsi də Ərdoğanın qərarına təsir edib.
AK Partiyanın yalnız mərkəzi aparatında deyil, yerli təşkilatlarında, ən kiçik sturukturlarında da dəyişikliklər olacağı qeyd olunur.
Fevral ayında hakim partiyanın qurultayının keçiriləcəyi gözlənilir. Qurultayda partiya İdarə Heyətində ciddi dəyişikliklər açıqlanacaq. Məqalədə deyilir ki, partiyanın ali rəhbərliyində yeni simalarla bağlı məsləhətləşmələr aparılır. Aralarında qadınların da olduğu çoxlu sayda gənc siyasətçinin AKP-yə keçəcəyi gözlənilir.
Qeyd edək ki, bəzi türk ekspertlər dəyişikliyin yalnız növbəti - 2028-ci ildə keçiriləcək parlament seçkiləri ilə əlaqəli olmadığını düşünür. Belə ki, Türkiyədə qarşıdakı aylarda referendum keçiriləcəyi, konstitusiya dəyişikliklərinin müzakirəyə çıxarılacağı gözlənilir. Ərdoğan və komandası bu barədə dəfələrlə açıqlama verib və yeni konstitusiyaya ehtiyac olduğunu bildiriblər.
Türkiyədə növbədənkənar seçkilərin keçirilməsi də istisna edilmir. Qeyd edək ki, son günlər Ərdoğanın üçüncü dəfə namizəd olub-olmaması barədə müzakirələr aparılır. Türkiyə liderinin baş müşaviri Mehmet Uçum bildirib ki, Ərdoğan müvafiq Konstitusiya müddəasından istifadə edərək, üçüncü müddətə dövlət başçısı kimi namizəd ola biləcək.
“Konstitusiyanın 116/3-cü maddəsinə görə, prezident Ərdoğanın namizədliyini irəli sürmək üçün müstəsna imkan var. Onun namizədliyinin müzakirəsi 2027-ci ilin ikinci yarısında gündəmə gələ bilər", - deyə baş müşavir X-də yazıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!