TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
13-01-2025, 14:46
Taksi və yük maşını sürücüləri üçün imtahan keçiriləcək


Taksi və yük maşını sürücüləri üçün imtahan keçiriləcək

2025-ci ilin fevral ayının 13-də Dövlət İmtahan Mərkəzi tərəfindən xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün növbəti dəfə imtahan keçiriləcək.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin xüsusi hazırlığının nəticələrinin qiymətləndirilməsi məqsədilə də imtahanlar təşkil olunacaq.
İmtahanda iştirak etmək istəyən hazırlıq keçmiş şəxslər ilk növbədə DİM-in internet saytında (//ekabinet.dim.gov.az/) “Şəxsi kabinet” yaratmalı (kabineti olmayanlar) və 13 yanvar saat 14:00‑dan 31 yanvar saat 18:00-dək müvafiq olaraq aşağıdakı xidmətlər vasitəsilə qeydiyyatdan keçməlidirlər:

1. Taksi minik avtomobillərinin sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığının qiymətləndirilməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat

//exidmet.dim.gov.az/elimt/SurucuTest

2. Beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin hazırlığı və yenidən hazırlığının qiymətləndirməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat

//exidmet.dim.gov.az/elimt/BeyYukSurucuTest

3. Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin hazırlığı və yenidən hazırlığının qiymətləndirməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat

//exidmet.dim.gov.az/elimt/AvtOperTest

“Şəxsi kabinet”in yaradılması və hesaba lazımi vəsaitin əlavə olunması qaydaları ilə bağlı təlimatlar yuxarıdakı keçidl’rə yerləşdirilib.
İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak etmək üçün tələb olunan vəsaiti əlavə etməlidirlər. Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.
Test imtahanları Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 108. TÜRKPA-nın yanı, o cümlədən taksi sürücüləri üçün DİM-in Gəncə Regional bölməsində) kompüterlər vasitəsilə keçiriləcək. Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana 3-4 gün qalmış DİM-in saytından "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsi ilə çap edə biləcəklər.
İmtahanların davametmə müddəti 1 saatdır. İmtahan zamanı taksi minik avtomobili sürücülərinə xüsusi hazırlığın proqramını əhatə edən, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair 20 test tapşırığı, avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyəti operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərə isə peşəkarlıq səriştəsinə dair 25 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış taksi minik avtomobili sürücüləri, 15 və daha çox bal toplamış beynəlxalq sərnişin və yük daşımaları fəaliyyəti operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara müvafiq şəhadətnamələr təqdim ediləcəkdir.
Qeyd edilib ki, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyəti operatorunun məsul şəxsləri, habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülər peşəkarlıq səriştəsinə dair təsdiq olunmuş proqram üzrə hazırlıq və yenidən hazırlıq keçirlər. Eyni zamanda ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər peşə fəaliyyətinə və davranışına, habelə iş və istirahət rejiminin xüsusiyyətlərinə, yük və sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair, eləcə də taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair təsdiq olunmuş proqramlar üzrə xüsusi hazırlıq keçirlər.
Hazırlığın təşkili və keçirilməsi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq təhsil müəssisələri tərəfindən müqavilə bağlanılmaqla təmin edilir.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidentinin müvafiq Fərmanı ilə tədrisin nəticələrinə dair qiymətləndirmənin aparılması və aparılmış qiymətləndirməyə əsasən, müvafiq sənədlərin verilməsi Dövlət İmtahan Mərkəzinə həvalə edilib.
13-01-2025, 14:25
Müdafiə Nazirliyi Hərbi Prokurorluqla birgə plan imzaladı


Müdafiə Nazirliyi Hərbi Prokurorluqla birgə plan imzaladı

Müdafiə Nazirliyi və Respublika Hərbi Prokurorluğu arasında birgə tədbirlər planı imzalanıb. Bu barədə MN-dən bildirilib.
Məlumata görə, 2025-ci ildə Azərbaycan Ordusunda hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması məqsədilə Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında birgə tədbirlər planı imzalanıb.
Planda cari il ərzində nəzərdə tutulan birgə tədbirlər, icra vaxtı, keçirilmə yeri və məsul şəxslər müəyyənləşdirilib.
2025-ci il ərzində Müdafiə Nazirliyinin tabeliyində olan qoşun (qüvvə) növü, birlik, birləşmə və hərbi hissələrdə, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrində hərbi qulluqçularla keçiriləcək görüşlərdə şəxsi heyətin hüquqi maarifləndirilməsi, nizam-intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi, mövcud problemlərin aradan qaldırılması istiqamətində müəyyən olunmuş tədbirlərin və digər fəaliyyətlərin icra olunması öz əksini tapıb.
13-01-2025, 14:18
Bakıda 20 Yanvar qətliamının ildönümünə hazırlıq başladı


Bakıda 20 Yanvar qətliamının ildönümünə hazırlıq başladı

20 Yanvar qətliamının növbəti ildönümü ilə bağlı Şəhidlər Xiyabanında ilkin hazırlıq işlərinə başlanılıb.
Bakı Şəhər İcra Hakimiyyətinin qurumları artıq Xiyaban ərazisində zədələnmiş plitələr və yer örtüklərini yeniləri ilə əvəz edir, ərazi yuyulur, təmizlik və abadlıq işləri görülür.
Bir sıra ağacların budaqları və bəzi kollar budanır, qazon örtüyü yenilənir. Həmçinin Xiyabandakı hər iki məşəldə profilaktika işləri aparılır. Müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyaların yaradılması üçün ilkin hazırlıq işlərinə də başlanılıb.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti ilə əlaqə saxladıq. Qurumdan bildirilib ki, həmin ərazi daima Bakı Şəhər İcra Hakimiyyətinin nəzarətindədir.
"Ənənəvi olaraq Xiyaban ərazisində müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerləri cəlb olunub. Bakı Şəhər İcra Hakimiyyətinin qurumları tərəfindən ənənəvi olaraq Şəhidlər Xiyabanında geniş təmizlik və abadlıq işləri görülür, zədələnmiş plitələr dəyişdirilir, ağacların budaqları, bəzi kollar budanıb, qazon örtüyü yenilənib, yeni güllər və kollar əkilib, işıq dirəkləri rənglənir, səkilər və bütün ərazi yuyulur, Xiyabandakı hər iki məşəldə profilaktika aparılır. Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır", - açıqlamada qeyd olunub.
Xatırladaq ki, növbəti həftə 20 Yanvar hadisələrinin 35-ci ildönümü tamam olacaq.
Azərbaycanda Ümumxalq Hüzn Günü kimi qeyd olunan 20 Yanvar tarixi ölkədə qeyri-iş günüdür.
13-01-2025, 14:02
Ərdoğan 3-cü dəfə namizəd ola biləcək - Baş müşavir X-də yazdı


Ərdoğan 3-cü dəfə namizəd ola biləcək - Baş müşavir X-də yazdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müvafiq Konstitusiya müddəasından istifadə edərək, üçüncü müddətə dövlət başçısı kimi namizəd ola biləcək.
Bu fikirləri Türkiyə liderinin baş müşaviri Mehmet Ucum bildirib.
“Konstitusiyanın 116/3-cü maddəsinə görə, prezident Ərdoğanın namizədliyini irəli sürmək üçün müstəsna imkan var. Onun namizədliyinin müzakirəsi 2027-ci ilin ikinci yarısında gündəmə gələ bilər", - deyə baş müşavir X-də yazıb.
Mehmet Ucum həmçinin Ərdoğanın mümkün namizədliyinin hökumətin kürd probleminin həlli ilə bağlı hazırkı təşəbbüsləri arasında hər hansı əlaqəni inkar edib.
Türkiyədə bəzilərinin hesab edir ki, kürd probleminin həlli ilə bağlı hazırkı təşəbbüslər prezidentə seçkilər öncəsi üstünlük qazanmağa kömək edə bilər.


13-01-2025, 13:50
Azərbaycan Qafqazın ən güclü ölkəsidir - Reytinq AÇIQLANDI


Azərbaycan Qafqazın ən güclü ölkəsidir - Reytinq AÇIQLANDI

Dünya ölkələrinin hərbi gücünü əks etdirən “Global Firepower” reytinqi yenilənib.
Reytinqdə hərbi hissələrin sayından və maliyyə vəziyyətindən tutmuş maddi-texniki imkanlara və coğrafiyaya kimi kateqoriyalar üzrə hər bir ölkə üçün 60-dan çox amil nəzərə alınıb.
2025-ci ildə ilk beşliyə ABŞ, Rusiya, Çin, Hindistan və Cənubi Koreya daxil olub.
Azərbaycan siyahıda 60-cı yeri tutub. Ermənistan 91-ci, Gürcüstan 94-cü yerdədir.
Türkiyə reytinqdə 9-cu yeri tutub, İran isə 16-dı yerdədir.
Türk dünyası ölkələrindən Qazaxıstan 57-ci, Özbəkistan 58-ci, Türkmənistan 77-ci, Qırğızıstan 105-ci yerdədir.
13-01-2025, 13:44
“Cənubi Qafqazda təhlükəsizlik bizim üçün vacibdir” - İran XİN


“Cənubi Qafqazda təhlükəsizlik bizim üçün vacibdir” - İran XİN

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bekai ölkəsinin Milli Təhlükəsizlik Şurasının katibi Əhmədianın Azərbaycana son səfəri ilə bağlı açıqlama verib.
XİN sözçüsü həftəlik mətbuat konfransında bu səfərin əvvəlcədən planlaşdırıldığını bildirib, Azərbaycan və Ermənistanla əlaqələrin İran üçün vacib olduğunu vurğulayıb.
Mətbuat katibi deyib ki, Cənubi Qafqazda təhlükəsizlik İran üçün çox vacibdir.
“Biz regionda sabitliyi və təhlükəsizliyi qorumaq üçün əlimizdə olan bütün vasitələrdən istifadə edirik”.
O, həmçinin bildirilib ki, bu səfər regionda sülh və əmin-amanlığın təmin edilməsi istiqamətində başlanan proseslərin, xüsusilə 3+3 formatında həyata keçirilən əməkdaşlığın davam etdirilməsi məqsədilə həyata keçirilib.
13-01-2025, 13:34
Doğranmış meyiti tapılan şəxsin oğlu tutuldu: arvadı sərbəst buraxılmışdı


Doğranmış meyiti tapılan şəxsin oğlu tutuldu: arvadı sərbəst buraxılmışdı

Xəbər verildiyi kimi, prokurorluq və polis əməkdaşlarının birgə fəaliyyəti nəticəsində ötən ilin dekabrın 18-də itkin düşmüş Salyan rayon sakini, 1984-cü il təvəllüdlü Röyal Hüseynovun qəsdən öldürülməsi müəyyən olunub. Röyal Hüseynovun meyitinin olduğu yer müəyyən olunaraq prokuror-kriminalistin və ekspertin iştirakı ilə çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin edilib.
Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, istintaqın ilkin mərhələsində Röyal Hüseynovun arvadı 1986-cı il təvəllüdlü Mətanət Hüseynova cinayəti törətməkdə şübhəli şəxs qismində saxlanıb, lakin növbəti gün davam etdirilən intensiv istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunan sübutlarla cinayətin zərərçəkmişin yetkinlik yaşına çatmayan oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Mətanət Hüseynova sərbəst buraxılıb, cinayəti törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan şəxs təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə istintaq davam etdirilir.
13-01-2025, 13:23
İran səfiri Rusiya ilə imzalanacaq strateji sənəddən danışdı


İran səfiri Rusiya ilə imzalanacaq strateji sənəddən danışdı

İran və Rusiya arasında hərtərəfli strateji əməkdaşlıq haqqında saziş 47 maddədən ibarətdir.
Bunu İranın Rusiyadakı səfiri Kazem Cəlali prezident Məsud Pezeşkianın bu həftə Rusiyaya gözlənilən səfəri zamanı imzalanacaq sənədi şərh edərkən bildirib.
Oəyan edib ki, strateji əməkdaşlıq haqqında saziş ikitərəfli münasibətlərin bütün sahələrini əhatə edir.
“Bu müqavilə giriş hissəsi və 47 maddədən ibarətdir. Əgər bu imzalansa və həyata keçirilərsə, ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın səviyyəsi xeyli yüksələcək”, - deyə Cəlali qeyd edib.
Bundan əvvəl Rusiya və İran hərtərəfli strateji tərəfdaşlıq sazişi barədə razılığa gəliblər.
Keçən ilin dekabrında İranın Moskvadakı səfiri Kazım Cəlali bildirmişdi ki, İran prezidenti Məsud Pezeşkian yanvarın 17-də Rusiya paytaxtına səfər edəcək və səfər zamanı iki ölkə arasında münasibətlərin əsasları və əməkdaşlıq prinsipləri haqqında mövcud sənədi əvəz edəcək saziş imzalayacaq.
İran Xarici İşlər Nazirliyi bəyan edib ki, bu müqavilə 1990-cı illərin sonlarında imzalanmış əvvəlki müqavilənin yenilənmiş variantıdır. Sənədlə bağlı razılaşmalar bu ilin yayında yekunlaşıb və imzalanmağa artıq hazırdır.
13-01-2025, 12:55
Bəxtiyar Hacıyevə 10 il həbs


Bəxtiyar Hacıyevə 10 il həbs

İctimai fəal Bəxtiyar Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
O, 10 il müddətə azadlıqdan məhrum edilib.
Bəxtiyar Hacıyev 2022-ci ilin dekabr ayı saxlanılıb. O, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 206.1 (qaçaqmalçılığa köməklik etmə), 221.2.2 (bir qrup şəxs tərəfindən ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə müqavimət göstərməklə xuliqanlıq), 289.1-ci (məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə), 320.1 və 320.2-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə təqsirli bilinib.
13-01-2025, 12:43
Universitetlərə qəbul planı artırılacaq - Nazir müavini AÇIQLADI


Universitetlərə qəbul planı artırılacaq - Nazir müavini AÇIQLADI

Bu il Azərbaycandakı ali təhsil müəssisələrinə 75 mindən çox tələbənin qəbulu planlaşdırılır.
Bunu elm və təhsil nazirinin müavini, “İnsan kapitalı və təhsil üzrə” İşçi qrupunun rəhbəri Kənan Kərimzadə “Azərbaycan müəllimi”nə müsahibəsində deyib.
O bildirib ki, ötən il ali təhsil sahəsində bir sıra mühüm qərarlar qəbul edilib:
“Xüsusən ali təhsildə əhatəliliyin artmasını 2024-2025-ci ilin qəbul statistikasında da görə bilərik. 2024-2025-ci tədris ili üçün ali təhsil müəssisələrinə 74 min nəfərdən çox şəxs qəbul edilib. 2005-ci və 2017-ci illərlə müqayisədə qeyd edim ki, qəbul sayları müvafiq olaraq 2.2 dəfə və 1.7 dəfə artıb. Ali təhsildə qəbul sayları və əhatəlilik artırılır, bu il 75 mindən çox tələbənin qəbulu planlaşdırılır.
Nazirlər Kabinetinin 6 sentyabr 2024-cü il tarixli Qərarı ilə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və əsas (baza ali) tibb təhsili, magistratura, rezidentura və doktorantura səviyyələrində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı orta hesabla 25% artırılıb. Bu məqsədlə 2025-ci ilin dövlət büdcəsində təhsil xərci üçün əlavə 101 milyon manat olmaqla, ümumilikdə 391 milyon manat vəsait nəzərdə tutulub”, - K.Kərimzadə qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!