Sülh Dövründə Siyasi Kommunikasiya .....                        Ramazanın 12-ci gününün duası - İmsak və iftar vaxtı .....                        Paşinyan Türkiyə mediasına müsahibə verdi .....                        Sahibə Qafarova Gürcüstan prezidenti ilə görüşdü - FOTO .....                        Azərbaycan vətəndaşlarının böyrəyini satan ukraynalı qadın Polşada həbs edildi .....                        Türkiyə Suriyaya hərbi müdaxilə edəcək? - Ankaradan reaksiya .....                        Azərbaycanlı deputat erməni təxribatının qarşısını aldı .....                        Ermənistan Azərbaycanla yeni müharibəyə hazırlaşır - "Caliber" .....                        Şimali Makedoniya Prezidenti Heydər Əliyevin məzarını ziyarət edib .....                       
27-01-2025, 14:34
Bakıda 278 min manatlıq oğurluq edənlər saxlanıldı - VİDEO


Bakıda 278 min manatlıq oğurluq edənlər saxlanıldı - VİDEO

Bakının Nərimanov rayonunda 278 min manat dəyərində oğurluq edən şəxslər saxlanılıb, 6 kiloqram narkotik vasitə və 6 ədəd odlu silah aşkarlanıb. Bu barədə DİN-dən bildirilib.
Məlumata görə, Nərimanov Rayon Polis İdarəsi və 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlarla narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 37 yaşlı Anar Niftəliyev və 31 yaşlı Fərid Zülfüqarov saxlanılıblar. Onlardan 6 kiloqrama yaxın narkotik vasitə marixuana aşkarlanaraq götürülüb. Bu şəxslər narkotikləri paytaxt ərazisində ayrı-ayrı ünvanlara yerləşdirərək satışını təşkil etməyi planlaşdırıblar.
Nərimanov rayonunda polis əməkdaşlarının həyata keçirdikləri digər tədbirlə ev və otellərdən silsilə oğurluqlar edən Aysel Zeynalova və Vüsal Zeynalov saxlanılıblar. Bu şəxslər paytaxt sakini olan üç vətəndaşdan ümumilikdə 276 min manat dəyərində qızıl-zinət əşyaları, 1000 manat və 2 ədəd mobil telefon oğurlayıblar. A.Zeynalova oğurluq əməllərindən sonra hadisə yerlərini tərk edərkən kameralardan yayınmaq üçün xüsusi geyimlərdən istifadə edib.
Bundan başqa, Nərimanov rayonunda 2500 manat dəyərində moped oğurlayan əvvəllər məhkum olunmuş Şamil Şıxaliyev və Şirin İsmayılov da saxlanılıblar. Nərimanov rayonunda aparılan profilaktik tədbirlər zamanı isə son bir neçə gün ərzində vətəndaşlarda saxlanılan 6 ədəd tüfəng könüllü polisə təhvil verilib.

27-01-2025, 14:26
Oskanyan Paşinyanı satqın adlandırdı - QALMAQAL


Oskanyan Paşinyanı satqın adlandırdı - QALMAQAL

Ermənistanın baş naziri Nikol Paşinyan son
açıqlamaları ilə faktiki olaraq qondarma “erməni soyqırımı”nı və onun miqyasını şübhə altına alıb.
Paşinyanının qondarma “erməni soyqırımı”na dair açıqlamaları Ermənistanda çoxlarını şoka salıb, qalmaqala səbəb olub. Məsələn, Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan deyib ki, Paşinyanın bəyanatları bir lider kimi onun mənəvi nüfuzunu sarsıdır.
Xatırladaq ki, Nikol Paşinyan İsveçrənin Sürix şəhərində erməni icması ilə görüşündə qondarma “erməni soyqırımı”nı barədə danışarkən deyib: "Biz erməni "soyqırımı"nın tarixinə qayıtmalıyıq. Nəyin baş verdiyini və niyə baş verdiyini anlamaq lazımdır. Biz bunu necə, kimin köməyi ilə dərk etdik? Niyə 1939-cu ildə "soyqırımı" gündəmdə yox idi, amma artıq 1950-ci ildə ortaya çıxdı?”.
Vardan Oskanyan Paşinyanı Türkiyəyə yarınmaqda, satqınlıqda ittiham edib.
Onun fikrincə, Paşinyanın “nə baş verdiyini və niyə baş verdiyini anlamaq lazımdır” ifadəsi Türkiyənin inkar təbliğatı ilə həmahəng səslənir.
Oskanyan qeyd edib ki, ermənilərin “soyqırımın” niyə baş verdiyini araşdırıb başa düşmələrini təklif etməklə, Paşinyan məsuliyyəti qurbanların üzərinə atmış olur.
Oskanyan baş nazirin bəyanatını xəyanət hesab edib.
“Belə mövqe bildirən şəxs bütöv bir xalqı təmsil edə, onun rəhbəri ola bilməz. Bu, bağışlanması və ya diqqətdən kənarda qalması mümkün olmayan bir xəyanətdir”, - Oskanyan hiddətini ifadə edib.
Eks-nazir deyib ki, “erməni soyqırımı” ermənilərin kimliyini və dünyadakı yerini formalaşdıran bir “hadisədir”.
27-01-2025, 12:15
İlham Əliyev qəbul keçirdi - FOTO


İlham Əliyev qəbul keçirdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də İsrail İqtisadi Forumunun həmtəsisçisi və İdarə Heyətinin üzvü Conatan Misneri qəbul edib.
Dövlətimizin başçısı Azərbaycanda tarixən olduğu kimi bu gün də müxtəlif dinlərin və konfessiyaların, o cümlədən yəhudi icmasının nümayəndələrinin dostluq, əmin-amanlıq və harmoniya şəraitində yaşadıqlarını vurğuladı. Prezident İlham Əliyev qeyd etdi ki, bu, xalqımızın həyat tərzi olmaqla yanaşı, eyni zamanda, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin tərkib hissəsidir.
Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan öz təcrübəsindən çıxış edərək dünya səviyyəsində də dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqində mühüm rol oynayır, bundan sonra da öz töhfəsini verməkdə davam edəcək.
Qonaqlar Azərbaycanda tarixən yəhudi icmasının nümayəndələrinin dinc şəraitdə yaşamaları üçün yaradılmış şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.
Onlar ölkəmizə səfər çərçivəsində, həmçinin Quba rayonuna da gedəcəklərini və oradakı yəhudi icmasının yaşayış şəraiti ilə yerində tanış olacaqlarını dedilər.
Azərbaycanın işğaldan azad olunmuş torpaqlarına səfər etdiklərini vurğulayan qonaqlar həmin ərazilərimizdə qısa müddətdə həyata keçirilən bərpa-quruculuq işlərinin onlara böyük təəssüratlar bağışladığını qeyd etdilər.
Bu səfər çərçivəsində dünyanın müxtəlif ölkələrindən çoxsaylı yəhudi iş adamlarının ölkəmizə gəldiyini deyən qonaqlar Azərbaycanın biznes və investisiya üçün cəlbedici ölkə olduğunu vurğulayaraq, bu sahədə əməkdaşlığın perspektivlərini müzakirə etdilər.
Görüşdə Azərbaycan-İsrail və Azərbaycan-ABŞ əlaqələrinin perspektivləri barədə fikir mübadiləsi aparıldı.



27-01-2025, 04:13
TƏBRİK EDİRİK!

TƏBRİK EDİRİK!


Bu Mustafayeva Fərəh Qurban qızıdır. Yanvarın 27-də Fərəhin 5 yaşı tamam oldu. Fərəh Bakıda doğulsa da, əslən Zəngəzur mahalının Qafan rayonunun Müsəlləm kəndindəndir.
Babası Mustafayev Əkrəm Murtuz oģlu da yüz minlərlə soydaşımız kimi erməni faşistlərinin təzyiqi altında Qərbi Azərbaycandakı ata ocağını tərk etmək məcburiyyətində qalıb. O, Qərbi Azərbaycan İcmasınun Qafan rayonu Müsəlləm kəndinin koordinatoru kimi yurda qayıdış uğrunda yorulmadan mübarizə aparır. Gənc nəslin nümayəndələrini də doğma yurdlarımız barədə məlumatlandırır, o yerlərə qayıtmağa səfərbər edir.

Fərəh bala da nənəsi Fatma Səlim qızının baba yurdu Müsəlləm kəndinin əsrarəngiz təbiəti, mehriban insanları, min illəri aşan gözəl adət-ənənələri haqqında nağıllarını dinləyə-dinləyə boy atır. Tez böyüyüb baba yurdunu ziyarət etməyin xəyallarını qurur.

Bu gün Fərəhin əmisi Mustafayev Turan Əkrəm oğlu da qardaşı qızının ad gününə gəlib, ona ən xoş arzularını bildirir. Babası Əkrəm isə Fərəh mənim həm şəkərim, həm də şəkər və təzyiq dərmanımdır, -deyir. Balasına atalı, analı böyüyüb, xoş günlər görməsini, firavan ömür sürməsini arzulayır. Bir də arzu edir ki, babasının əlindən tutub baba yurdu Zəngəzura, Müsəlləm kəndinə getmək nəsibi olsun! Amin!


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!