25 il, VI Bələdiyyə seçkisiAbşeron Rayonundan fotoreportajRespublikamızda 6-cı dəfə bələdiyyə seçkiləri keçirilir. Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.
Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.
Xatırladaq ki, Azərbaycanda yerli özünüidarəetmə orqanlarına ilk seçki 1999-cu ildə keçirilib. İlk bələdiyyə seçkilərinə hazırlıq dövründə 74 ərazi seçki komissiyası və 4683 məntəqə seçki komissiyası yaradılıb. 90 min nəfərdən artıq vətəndaş seçkinin təşkili ilə məşğul olub. Həmçinin seçkilərdə 43 mindən çox vətəndaş bələdiyyə üzvlüyünə namizəd olmaq üçün müraciət edib.
Seçki günü respublika üzrə seçki siyahılarına daxil olmuş 4 milyon 312 min 265 seçicinin 52,6 faizi səsvermədə iştirak edib. Səsvermənin nəticəsi olaraq 20456 nəfər bələdiyyə üzvü seçilib. 51 şəhər, 8 şəhərdə rayon, 123 qəsəbə və 2 409 kənd bələdiyyəsi seçilib. Növbəti seçkilər 5 il sonra, 2004-cü və 2009-cu illərdə olub.
2014-cü il seçkilərində 1607 bələdiyyəyə 15035 üzv seçilməsi nəzərdə tutulub. 37077 namizədin adı bələdiyyələr üzrə seçki bülletenlərinə daxil edilib. Bu namizədlərin 13907-nin namizədliyi 8 siyasi partiya tərəfindən, 109-u təşəbbüs qrupu tərəfindən irəli sürülüb, 23061 nəfər isə öz namizədliklərini fərdi qaydada irəli sürüblər.
2019-cu il seçkilərində iştirak üçün 41 463 namizəd qeydiyyatdan keçib. İlkin nəticələrə əsasən seçilmiş bələdiyyə üzvlərindən 5882 nəfəri qadın, 9272 nəfəri isə kişi olub. Bu, Azərbaycan tarixində qadınların bələdiyyə təmsilçiliyində rekord göstəricidir.
Bu il yanvarın 29-da keçirilən Bələdiyyə seçkilərində Xüsusi müxbirlərimiz Abşeron rayonunda keçirilən seçkiləri izləyiblər. 50 saylı Abşeron III Seçki Dairəsinin Mehdiabad qəsəbəsindəki məntəqələrin dördündən fotoreportaj hazırlayıblar.