TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
29-01-2025, 16:13
Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr


Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr

Bələdiyyə seçkilərində ən yüksək və ən aşağı seçici fəallığına malik dairələr məlum olub.
Bu barədə Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin rəhbəri Fərid Orucov məlumat verib.
Saat 15:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 83 saylı Beyləqan Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 31,51 % olub. Dairə üzrə 17 916 seçici səsvermə hüququndan istifadə edib.
Saat 15:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 16 saylı Yasamal İkinci Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 17,34 % olub. Dairə üzrə 8 383 seçici məntəqələrə gedərək səs verib.
Xatırladaq ki, saat 15:00-dək respublika üzrə 1 473 005 nəfər səs verib, seçici fəallığı 24,71% olub.
Qeyd edək ki, bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir. Seçki məntəqələri səhər saat 08:00-da açılıb.
Bələdiyyə seçkilərində 118 seçki dairəsində 685 bələdiyyəyə 8 071 üzv seçiləcək. 16 092 namizədin adı seçki bülletenlərinə daxil edilib. Səs vermək hüququna malik 5 961 987 seçicinin adı siyahıya daxil edilib. Bələdiyyə seçkilərində MSK və dairə seçki komissiyalarında 70 625 müşahidəçi akkreditasiyadan keçib. 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Səsvermə prosesi saat 19:00-dək davam edəcək.
29-01-2025, 16:00
Türkiyə-Azərbaycan-Özbəkistan biznes forumu keçirilib


Türkiyə-Azərbaycan-Özbəkistan biznes forumu keçirilib

Ankara şəhərində Türkiyənin Ticarət, Azərbaycanın İqtisadiyyat və Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət nazirliklərinin dəstəyi, Türkiyə Palatalar və Birjalar Birliyi (TOBB), Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Özbəkistanın İnvestisiyaların Təşviqi Agentliyinin birgə təşkilatçılığı ilə Türkiyə-Azərbaycan-Özbəkistan biznes forumu keçirilib.
Məlumata görə, tədbirdə hər üç ölkədən tikinti, tütünçülük, qida sənayesi, əczaçılıq, tikinti materialları, turizm, tekstil, sənaye, logistika və digər sahələrdə fəaliyyət göstərən 200-ə qədər sahibkar iştirak edib.
Biznes forumda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin ticarət naziri Ömer Bolat, Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratov iştirak ediblər.
Tədbirdə Azərbaycanın Türkiyə və Özbəkistanla əlaqələrinin inkişafı, potensial birgə layihələr barədə məlumat verilib. Qeyd olunub ki, ölkələrimizin yerləşdiyi regionda geosiyasi proseslər fonunda dövlət başçılarımızın liderliyi ilə qarşılıqlı tərəfdaşlıq münasibətləri daha da möhkəmlənməkdədir. Türk Dövlətləri Təşkilatının (TDT) əməkdaşlığın güclənməsində önəmli rolu var. TDT-nin 11-ci Zirvə Görüşü çərçivəsində üzv dövlətlər arasında imzalanmış Rəqəmsal İqtisadiyyat üzrə Tərəfdaşlıq Sazişi, dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi, həmçinin Türk İnvestisiya Fondu strateji və iqtisadi əlaqələrin gücləndirilməsində mühüm rol oynayır.
Bildirilib ki, indiyədək Türkiyə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə qoyub və ölkələrimiz arasında investisiya üzrə işbirliyi genişlənir. Eləcə də Azərbaycan sərmayəçiləri ölkələrimiz üçün vahid ekosistemin iştirakçıları kimi çıxış etmək əzmindədirlər. Qeyd olunub ki, Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard ABŞ dollarına qədər investisiya yatırıb.
Türkiyə şirkətləri işğaldan azad edilmiş Azərbaycan ərazilərinin yenidən qurulmasında daha fəal iştiraka, təqdim edilən güzəştlərdən yararlanmağa dəvət edilib.
Biznes forumda Azərbaycanın Özbəkistanla ticarət dövriyyəsinin getdikcə artdığı vurğulanıb. Orta Dəhliz üzrə nəqliyyat-tranzit daşımalarında da artım var. 500 milyon dollarlıq kapitala malik Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin xətti ilə 8 layihə üzrə işlər görülür. Bildirilib ki, Özbəkistan Prezidentinin özbək xalqı adından Qarabağa hədiyyə olaraq inşa etdirdiyi Füzuli rayonunda Mirzə Uluqbəy adına məktəbin fəaliyyətə başlaması, Xankəndi şəhərində tikiş fabrikinin açılışı ölkələrimiz və xalqlarımız arasında əsl qardaşlıq nümunəsidir.
Forumda Azərbaycan, Türkiyə və Özbəkistan arasında iqtisadi birliyin gücləndirilməsi, biznes tərəfdaşlığının effektivliyinin artırılması, ticarət əlaqələrinin genişləndirilməsi, ölkələrimiz və region üçün əhəmiyyətli investisiya layihələrinin təşviqi imkanları müzakirə edilib.
Tədbirdə TOBB prezidenti Rifat Hisarcıklıoğlu, AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və Türk Ticarət və Sənaye Palataları Birliyinin Prezidenti Məmməd Musayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Özbəkistanın İnvestisiyaların Təşviqi Agentliyinin icraçı direktoru vəzifəsini icra edən Mansurcan Rasulev ölkələr arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi, ticarət dövriyyəsinin artırılması, regional nəqliyyat və logistika potensialı, həmçinin biznes üzrə işbirliyinin inkişafı üçün birgə imkanlara dair məlumat veriblər.
Tədbir B2B formatında görüşlərlə davam etdirilib.
29-01-2025, 15:56
Seçicinin halı pisləşdi, təcili yardım çağırıldı


Seçicinin halı pisləşdi, təcili yardım çağırıldı

Ölkədə keçirilən bələdiyyə seçkisi ilə bağlı 28 saylı seçki məntəqəsindən təcili yardıma çağırış daxil olub.
Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu gün saat 12:30-da Yasamal rayonu, Şəfayət Mehdiyev 269, 28 saylı seçki məntəqəsindən çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 67 yaşlı şəxsə (qadın cinsli) arterial təzyiqin qalxması diaqnozu ilə yerində yardım olunub.
29-01-2025, 15:43
Bələdiyyə seçkilərində seçici fəallığı 24 faizi ötüb


Bələdiyyə seçkilərində seçici fəallığı 24 faizi ötüb

Bələdiyyə seçkiləri ilə əlaqədar səsvermənin gedişinə dair növbəti statistik məlumatlar açıqlanıb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov saat 15:00-a olan məlumata görə, seçicilərin 24,71 faizinin (1 milyon 473 min 5 nəfər) səs verdiyini bildirib.
29-01-2025, 15:22
Tramp miqrantları qovmağa başlayıb: Siyahıda 700-dən artıq azərbaycanlı var


Tramp miqrantları qovmağa başlayıb: Siyahıda 700-dən artıq azərbaycanlı var

ABŞ Prezidenti Donald Tramp vəzifələrinin icrasına başladıqdan sonra ölkədə qanunsuz yaşayan miqrantlara qarşı mübarizə gücləndirilib.
İmmiqrasiya və Gömrük Mühafizə Xidməti və digər federal qurumlar ölkənin müxtəlif şəhərlərində sənədsiz yaşayan miqrantlara qarşı genişmiqyaslı əməliyyatlar keçirir.
Artıq 300 mindən çox miqrantın saxlanıldığı bildirilir. Onların tezliklə ölkələrinə deportasiya ediləcəyi gözlənilir.
ABŞ İmmiqrasiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisində ümimilikdə 1.5 milyondan çox qanunsuz miqrant var.
Qanunsuz miqrantlar arasında azərbaycanlılara da rast gəlinir.
Amerikanın rəsmi qurumlarının məlumatına görə, hazırda ABŞ-də Azərbaycan vətəndaşı olan 709 miqrant var. Onların da saxlanılaraq ölkəyə deportasiya ediləcəyi gözlənilir.
29-01-2025, 15:00
Məleykə Abbaszadə səs verdi: "Nəvələrimi gətirmişəm ki..."


Məleykə Abbaszadə səs verdi: "Nəvələrimi gətirmişəm ki..."

Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə 17 saylı Yasamal 3-cü seçki dairəsinin 15-ci seçki məntəqəsində səsvermədə iştirak edib.
DİM rəhbəri öz təəssüratlarını da bölüşüb. "Hər şey yaxşıdır, şərait yaxşı qurulub. Nəvələrimi gətirmişəm ki, ilk dəfədir seçkidə iştirak etsinlər. Demokratik ölkədə seçki necə həyata keçirilir bilsinlər", - o qeyd edib.
29-01-2025, 14:52
Türkiyə, Azərbaycan və Özbəkistan arasında Bəyannamə imzalandı


Türkiyə, Azərbaycan və Özbəkistan arasında Bəyannamə imzalandı

Türkiyə, Azərbaycan və Özbəkistan arasında II üçtərəfli görüşün nəticələrinə dair Ankara Bəyannaməsi imzalanıb.
Bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada keçirilən Türkiyə, Azərbaycan və Özbəkistan arasında ikinci üçtərəfli görüşün nəticələrinə dair mətbuat konfransında bildirib.
O qeyd edib ki, bəyannamə ilə birlikdə üç ölkə arasında əməkdaşlığa dair Yol Xəritəsi də müəyyənləşib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!