İran rejiminin Azərbaycan Respublikasına qarşı düşmənçiliyinin kökündə nə dayanır? .....                        Müdafiə Nazirliyi məlumat yaydı .....                        ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırdı .....                        Kipr məsələsinin həlli yolunda davam edəcəyik - Hakan Fidan .....                        XİN-dən Paşinyana cavab .....                        "Şuşa" restoranının yanındakı digər obyektlər də sökülür .....                        Saakaşvili ilə bağlı yeni qərar .....                        DİN-dən həbsdə olan qubalı fermerin ailə üzvlərinin iddialarına cavab .....                        İlham Əliyev Gürcüstanın Baş nazirinə başsağlığı verdi .....                       
2-01-2025, 17:14
Bəzi plastik cərrahların sənədləri saxtadır - Nazirlikdən xəbərdarlıq


Bəzi plastik cərrahların sənədləri saxtadır - Nazirlikdən xəbərdarlıq

Ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsasları ilə bağlı mediada ziddiyyətli məlumatlar yer alıb.
Bu Səhiyyə Nazirliyinin yaydığı məlumatda deyilir.
Bildirilib ki, səsləndirilən iddialarla bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Baş Prokurorluq tərəfindən ilkin araşdırmalar aparılıb və şübhəli məqamlar müəyyən edilib.
"Əldə olunan məlumatlara əsasən bəzi hallarda sözügedən ixtisas daşıyıcısı qismində çıxış edən şəxslərin tibbi təhsil sənədləri və praktik tibb fəaliyyəti ilə məşğul olmağa hüquq verən şəhadətnamələri saxtalaşdırılıb.
Plastik cərrahiyyə ixtisası üzrə fəaliyyət göstərən tibb mütəxəssislərinin sözügedən istiqamətlə məşğul olmağa icazə verən sənədlərinin hüquqi əsaslarının kompleks şəkildə yoxlanılmasına ehtiyac yaranıb. Bununla bağlı, Azərbaycan Respublikası səhiyyə nazirinin müvafiq əmri ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.
Azərbaycan Respublikasının ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlar peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdansonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) 2025-ci il 31 yanvar tarixinədək Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə şəxsən təqdim etməlidirlər.
Mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada və tarixədək təqdim edilmədiyi təqdirdə, bu hal onun praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsinin ləğvi üçün əsas olacaq", - nazirlikdən qeyd edilib.
2-01-2025, 16:36
Rusiya miqrantları deportasiya etməyə başlayır


Rusiya miqrantları deportasiya etməyə başlayır

Rusiyada qeyri-qanuni yaşayan əcnəbi vətəndaşların və ya vətəndaşlığı olmayan şəxslərin deportasiyası rejimi martın 5-dən başlayacaq.
Bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, bu rejim əcnəbilərin məlumatlarının reyestrə daxil edildiyi gündən tətbiq olunacaq. Qeyd olunur ki, qanunsuz miqrantların müəyyən hüquq və azadlıqları məhdudlaşdırılacaq, onlara miqrasiya sahəsində dövlət nəzarəti tədbirləri tətbiq olunacaq.
Dekabrın 29-da bildirilib ki, nəzarət edilən şəxslərin reyestrinə daxil edilmiş əcnəbilərə polisin icazəsi olmadan yaşayış yerini dəyişmək, habelə yaşadıqları rayon sərhədlərini tərk etmək qadağan ediləcək. Bundan əlavə, onlar nəqliyyat vasitələrini idarə edə, sürücülük vəsiqəsi ala, daşınmaz əmlak sata və ya ala bilməyəcəklər.
Həmçinin, əcnəbilər reyestrə daxil olduqdan sonra, xüsusən də nikaha girə, kredit müqaviləsi bağlaya, bank hesabı aça bilməyəcəklər.
2-01-2025, 16:30
Dünyanın ən yaşlı olimpiya çempionu vəfat etdi


Dünyanın ən yaşlı olimpiya çempionu vəfat etdi

Dünyanın ən yaşlı olimpiya çempionu, macarıstanlı Aqneş Keleti 103 yaşında vəfat edib.
Bu barədə Macarıstan hökuməti məlumat yayıb.
O, 104 yaşına bir həftə qalmış həyatını itirib. Baş nazir Viktor Orban sosial şəbəkələrdə onun xatirəsini yad edib. O, Keletinin olimpiadalarda idman gimnastikası üzrə beş qızıl medala sahib və ölkənin ən görkəmli idmançılarından biri olduğunu qeyd edib.
Yəhudi millətindən olan idmançının atası İkinci Dünya Müharibəsi dövründə faşist Almaniyası tərəfindən törədilən Holokostun qurbanı olub. Atası Polşanın Osvensim şəhərində həbs düşərgəsində həlak olub. Anası və bacısı xilas edilib, özü isə müharibə zamanı saxta sənədlərlə kəndlərin birində gizlənib.
1956-cı ildə Avstraliyanın Melburn şəhərində keçirilən Yay Olimpiya Oyunlarından sonra A.Keleti bir neçə idmançı ilə birlikdə Avstraliyada siyasi sığınacaq istəyib. Daha sonra İsrailə köçüb və orada uzun illər idman gimnastikası üzrə məşqçi işləyib. O, yalnız 2015-ci ildə vətəni Macarıstana qayıdıb.
Qeyd edək ki, A.Keleti 1952 və 1956-cı illərdə keçirilən Olimpiya Oyunlarında çempion titulunu əldə edib. Bundan əlavə, onun aktivində üç gümüş və iki bürünc medal var. İdmançı həmçinin 1954-cü ildə dünya çempionu adına da yiyələnib.
2-01-2025, 16:10
İranda toyda rəqs edən 60 nəfərə cinayət işi açıldı


İranda toyda rəqs edən 60 nəfərə cinayət işi açıldı

İranda toyda şənlik edən 60-a yaxın insana qarşı cinayət işi açılıb.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Bildirilir ki, Piranşəhr şəhərində keçirilən toy mərasimində rəqs edənlərlə bağlı görüntülər sosial şəbəkədə yayılıb.
Bundan sonra 58 nəfər şəhər prokurorluğuna çağırılıb və onlara qarşı cinayət işi açılıb.
2-01-2025, 16:10
İranda toyda rəqs edən 60 nəfərə cinayət işi açıldı


İranda toyda rəqs edən 60 nəfərə cinayət işi açıldı

İranda toyda şənlik edən 60-a yaxın insana qarşı cinayət işi açılıb.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Bildirilir ki, Piranşəhr şəhərində keçirilən toy mərasimində rəqs edənlərlə bağlı görüntülər sosial şəbəkədə yayılıb.
Bundan sonra 58 nəfər şəhər prokurorluğuna çağırılıb və onlara qarşı cinayət işi açılıb.
2-01-2025, 16:03
Zaqatalada itləri kim kütləvi şəkildə güllələyir?


Zaqatalada itləri kim kütləvi şəkildə güllələyir?

Zaqatala şəhəri, Danaçı massivində, zibillik ərazidə itlər kütləvi şəkildə güllələnib. Hadisə ilə bağlı görüntülər yayılıb.
Zaqatala rayon İcra Hakimiyyətindən bildirilib ki, itlərin güllələnməsi ilə bağlı məsələ araşdırılacaq: “Hazırda itlərlə bağlı çox sayda şikayət var. Onların sayı birdən-birə artıb. Hamısı da böyük itlərdir. İnsanlar çölə çıxanda, uşaqlar dərsə gedəndə qorxurlar. Kimsə itləri bu səbəbdən güllələmiş və ya zəhərləmiş ola bilər. Məsələ araşdırılacaq”.
Qeyd olunub ki, Zaqatala RİH-də baytarlıq tədbirləri görülür: “İtlərin saxlanması üçün şəhər ərazisində xüsusi yerlər var. Burada itlər müəyyən müddət saxlanılır, müalicələri edilir. Həmin yerdə təxminən 200-ə yaxın it var. İtlərin güllələnməməsi ilə bağlı maarifləndirmə tədbirləri görülür”.
2-01-2025, 15:44
Tokayev ömürlük həbsi nəzərdə tutan qanunu imzaladı


Tokayev ömürlük həbsi nəzərdə tutan qanunu imzaladı

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev əvvəllər parlament tərəfindən təsdiq edilmiş, narkotik vasitələrin istehsalı və satışına görə ömürlük həbsə qədər cəzaları sərtləşdirən qanunu imzalayıb.
Bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Qanun narkotik vasitələrin yayılmasına görə vəzifəli şəxslərin cinayət məsuliyyətini də sərtləşdirib.
Sözügedən cinayətlərdə ittiham olunan şəxsləri əmlakı müsadirə olunmaqla 15 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir.
2-01-2025, 15:33
Əsədi Rusiyada zəhərlədilər


Əsədi Rusiyada zəhərlədilər

Moskvada Suriyanın devrilmiş eks-prezidenti Bəşər Əsədi zəhərləməyə cəhd ediblər.
Bu barədə Rusiya KİV-i məlumat yayıb.
Əsədin vəziyyətinin ağır olduğu, lakin sağ qaldığı bildirilir.
“Hələlik cinayətin siyasi və ya ailədəki münaqişə ilə bağlı olub-olmadığı məlum deyil. İddialara görə, Əsma Əsəd boşanıb Londona getməyə çalışıb, lakin Əsəd buna qarşı çıxıb”, - deyə məlumatda yazılıb.
Qeyd olunub ki, onların Suriyanın keçmiş başçısını zəhərləməyə çalışdıqları zəhər hələ müəyyən edilməyib. Onun nəfəs almaqda çətinlik çəkdiyi və huşunu itirdiyi məlum olub.
İndiyədək eks-prezidenti siyasi rəqiblərdən tutmuş ailə üzvlərinə qədər kimin öldürməyə cəhd etməsi ilə bağlı müxtəlif versiyalar irəli sürülüb.
Türkiyə və Britaniya mediası da “təsdiqlənməmiş” mənbələrə istinadən Suriyanın eks-prezidentini zəhərləmək cəhdindən yazıb.
2-01-2025, 14:51
Monteneqroda üç günlük milli matəm elan olundu


Monteneqroda üç günlük milli matəm elan olundu

Monteneqro hökuməti ölkənin cənubundakı Çetinye şəhərində 12 nəfərin ölümü və 4 nəfərin yaralanması ilə nəticələnən kütləvi qətlə görə üç günlük matəm elan edib.
Ölkədə yeni ilin əvvəlinə planlaşdırılan bütün tədbirlər ləğv edilib.
Qərbi Balkan regionu ölkələrindən Serbiya, Bosniya və Herseqovina və Xorvatiya liderləri Monteneqro Prezidenti Yakov Milatoviçə başsağlığı mesajı ünvanlayıblar.
Monteneqro Baş naziri Miloyko Spayiç hökumətin ölkədə odlu silah saxlamağın tam qadağan olunmasını nəzərdən keçirəcəyini açıqlayıb.
Xatırladaq ki, bu, son iki il yarım ərzində Çetinyedə törədilən ikinci kütləvi qətl hadisəsidir. 2022-ci il avqustun 13-də baş verən insident nəticəsində 10 nəfər həlak olmuş, 6 nəfər yaralanmış və silahlı şəxs polislə atışma zamanı öldürülmüşdü.
2-01-2025, 13:38
“İki raket atılıb” - Təyyarəmizi vuran rus komandirin etirafı


“İki raket atılıb” - Təyyarəmizi vuran rus komandirin etirafı

Qroznı yaxınlığında AZAL-ın mülki təyyarəsi Rusiya ordusuna məxsus “Pantsir” hava hücumundan müdafiə sistemi tərəfindən iki raketlə vurulub.
Məlumatı “ВЧК ОГПУ” teleqram kanalı yayıb.
Hadisə ilə bağlı yayılan yeni detallar Rusiyanın hərbi koordinasiyasındakı ciddi problemləri üzə çıxarır.

Raketlərin atılması: zaman cədvəli dəqiq müəyyən edilib

Hadisə zamanı “Pantsir” sistemindən iki raket atılıb. Komandirin sözlərinə görə, ilk raket 08:13:30-da, ikinci raket isə 08:13:40-da buraxılıb. Raketlər 08:13:50 və 08:14:30-da partlayıb. Sonuncu partlayış mülki təyyarəyə dəyib. Raketlərin atılması əmrini isə Rostovdan Borisov soyadlı rus komandir verib.

Elektron müdafiə sistemi hər şeyi “kor” etdi

Hadisənin əsas səbəblərindən biri güclü elektron müdafiə sisteminin təsiri olub. Bu sistem mülki və hərbi texnikanın rabitəsini tamamilə pozaraq koordinasiyanı çətinləşdirib. Hətta “Pantsir” ekipajlarından biri təyyarənin mülki olduğunu görüb və atəş açmaqdan çəkinib. Lakin digər ekipaj elektron rabitə olmadan əmrə əsasən raketləri buraxıb.
Hərbçiyə “Mülki təyyarəni drondan fərqləndirməyə çalışdınızmı?” sualı verilib. O isə yalnız əmr aldıqdan sonra atəş açdığını və təyyarənin lokatorda mülki obyekt kimi görünmədiyini bildirib.

Təyyarəyə yox, drona atəş açıldığı iddiası

Rusiya hərbi rəhbərliyi məsuliyyətdən yayınmaq üçün daha “əlverişli” bir versiyanı önə sürür. Onların iddiasına görə, raketlər drona atılıb, lakin onu vura bilməyib və AZAL təyyarəsinin yaxınlığında partlayıb. Buna baxmayaraq, hadisə yerində pilotsuz uçuş aparatına aid hər hansı qalıq tapılmayıb.
İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin də bu versiyanı dəstəkləyir və guya vurulmuş pilotsuz təyyarənin hissələrinin tapılmasını tələb edir. Lakin üç gündür, davam edən axtarışlar heç bir nəticə verməyib.

Dispetçer və şahidlər nə deyir?

İstintaqın gedişatında müəyyən edilib ki, hava hücumundan müdafiə sistemlərinin komandirlərinə mülki təyyarələrin uçuş cədvəli təqdim edilməyib. Raketləri buraxan komandir, hədəfi duman səbəbindən vizual olaraq təsdiqləyə bilmədiyini və stasionar telefonla Rostova iki dəfə zəng etdiyini bildirib.
Bu arada, digər “Pantsir” sisteminin komandiri mülki təyyarəni vizual olaraq müşahidə edib və atəş açmayıb. Bu fakt, dispetçer məntəqəsindəki səs yazılarının dinlənilməsindən sonra ortaya çıxıb. Lakin həmin komandir elektron müdafiə sistemi səbəbindən digər ekipajla əlaqə saxlaya bilmədiyini bildirib.

Böyük sual işarəsi: elektron müdafiə sistemini kim işə salıb?

Hadisənin ən diqqətçəkən detalı elektron müdafiə sisteminin təyyarə və hava hücumundan müdafiə sistemlərini “kor və kar” vəziyyətə salmasıdır. Hələlik bu sistemi kimin işə saldığı və əsas məqsədinin nə olduğu aydın deyil.
Baş verənlər bir daha göstərir ki, Rusiya ordusundakı koordinasiya və intizam çatışmazlığı mülki obyektlər üçün ciddi təhlükələr yaradır. İstintaqın nəticələri yaxın günlərdə daha çox aydınlıq gətirə bilər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!