Aprel döyüşlərində Azərbaycana vurulan ziyan açıqlandı .....                        Bakıdakı ermənilərin növbəti məhkəməsində yeni faktlar açıqlandı .....                        Ukrayna Rusiyaya ərazi mübadiləsi təklif edə bilər .....                        "Qarabağ" "Səbail"i darmadağın etdi .....                        BMT əməkdaşı öldürüldü .....                        Tağıyevin nəticəsi illər sonra üzə çıxdı .....                        İstanbulda qara görə dərslər dayandırıldı .....                        Azərbaycanda USAİD-in fəaliyyətinə yer yoxdur! .....                        Türkiyə Suriyaya qadağanı ləğv etdi .....                       
19-01-2025, 09:37
ABŞ-də “TikTok” bağlandı


ABŞ-də “TikTok” bağlandı

ABŞ-də “TikTok” bağlanıb.
ABŞ-də təqribən 170 milyon istifadəçi auditoriyası olan xidmət dövlət rəsmilərindən fəaliyyətini davam etdirməyin cərimələrlə nəticələnməyəcəyinə dair heç bir zəmanət almadığı üçün bu ölkədə fəaliyyətini dayandırıb.
19-01-2025, 09:28
İndi Azərbaycanla əməkdaşlıq potensialı daha çoxdur - Gürcüstanın XİN başçısı


İndi Azərbaycanla əməkdaşlıq potensialı daha çoxdur - Gürcüstanın XİN başçısı

Müstəqillik əldə edildikdən sonra, Gürcüstan və Azərbaycan arasında əməkdaşlıq daha çox regional layihələrin həyata keçirilməsinə yönəlib. Bu günsə potensial daha çoxdur, regionda daha çox imkanlar mövcuddur.
Bunları Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili deyib.
“İki ölkə arasında koordinasiyalı fəaliyyətin və əməkdaşlığın gündəlik təmin edilməsi daha vacibdir ki, bugünkü geopolitik şəraitdən və regionumuzun coğrafi üstünlüklərindən düzgün istifadə olunsun”, - M.Boçorişvili vurğulayıb.
O, qeyd edib ki, iki ölkə Orta Dəhlizin inkişafında mühüm rol oynaya bilər. Bunun üçün mövcud tərəfdaşlığın daha da gücləndirilməsi vacibdir. İllər ərzində iki ölkə arasında formalaşan dostluq əlaqələri yalnız bu prosesə dəstək verəcək.
18-01-2025, 18:42
Ölkəsinə qayıdan suriyalılar üçün 1700 avro


Ölkəsinə qayıdan suriyalılar üçün 1700 avro

Almaniya Suriyada rejim dəyişikliyindən sonra ölkəsinə qayıdan hər suriyalı miqranta maddi yardım göstərir.
Bu barədə Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsinin (BAMF) “Spiegel” qəzetində dərc olunan məlumatında bildirilib.
Suriya yeni təyinat ölkəsi kimi ötən həftə Qayıdış və Reinteqrasiya Proqramına (REAG/GARP) daxil edilib. Suriyalılar ölkəni tərk etmək məcburiyyətində qalıb-qalmamalarından və ya hələ də sığınacaq prosesində olub-olmamalarından asılı olmayaraq, səyahət xərclərinin, o cümlədən aviabiletlərinin pulunun ödənilməsi üçün müraciət edə bilərlər. Bundan əlavə, Almaniya ölkələrinə qayıdan şəxslərə Suriyada yeni həyata başlamaları üçün birdəfəlik maddi dəstək də təmin edir. Hər bir şəxs 1700 avroya qədər pul ala bilər. Bu birdəfəlik ödənişin hər ailə üçün ən yüksək həddi 4000 avrodur.
Ölkəni tərk etmək istəyən suriyalılar birdəfəlik başlanğıc yardımı ilə yanaşı, ölkələrində tibb xidmətləri almaq üçün də maddi dəstəklə bağlı müraciət edə bilərlər. Bunun üçün adambaşına 2000 avroya qədər yardım göstərilə bilər.
Bir çox hallarda ödənişlər miqrantlar Suriyaya çatdıqdan sonra həyata keçirilir. BAMF bu məqsədlə Suriyadakı qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq etməyi planlaşdırır.
Suriyaya könüllü qayıdışı dəstəkləyən ilk əyalətlər Saksoniya-Anhalt və Hamburq olub. Saksoniya-Anhalt əyalət büdcəsindən adambaşına 1000 avroya qədər vəsait ödənilib. Hamburq şəhəri isə ötən il suriyalılara 300 avroluq səyahət yardımı təmin edib. Bu il yol xərci üçün 200 avro, ölkəyə giriş üçün isə 1000 avro ödənilməsi nəzərdə tutulub.
18-01-2025, 18:18
21 yaşlı hamilə qadın vəfat etdi


21 yaşlı hamilə qadın vəfat etdi

Naxçıvanda 21 yaşlı hamilə qadın vəfat edib. Hadisə bu gün baş verib.
Belə ki, qəfildən halı pisləşən 2004-cü il təvəllüdlü Məhərrəmova Gülcan İlham qızı üçün təcili tibbi yardım çağrılıb. O, xəstəxanaya aparılarkən yolda təcili tibbi yardım avtomobilində vəfat edib. Bildirilir ki, ana və övladının ölümünə səbəb təzyiq olub.
G.Məhərrəmova Babək rayonu Payız kəndində dəfn edilib. Qeyd edək ki, G.Məhərrəmova Naxçıvan Dövlət Universitetinin Memarlıq və Mühəndislik fakültəsinin Nəqliyyat mühəndisliyi ixtisası üzrə 2-ci kursunda (qiyabi) təhsil alırdı.
18-01-2025, 18:15
Qəzaların əsas səbəbi: dar səkilər, keçidi olmayan yollar


Qəzaların əsas səbəbi: dar səkilər, keçidi olmayan yollar

İmişlidə yol polisinə məxsus avtomobilin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti maşın yol kənarında olan uşaqlara dəyib. Onlardan 2 nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb. Yaralılardan birinin vəziyyəti ağırdır.
Faktla görə cinayət işi başlanılıb, polis və prokurorluq orqanlarında araşdırma aparılır.
Mövzu ilə bağlı urbanist Anar Əliyev hadisəyə münasibətini bildirib. O, qeyd edib ki, qəzanın baş vermə səbəbi yol-infrastruktur sisteminin düzgün qurulmamasından qaynaqlanır:
"Hər birimiz bu kimi hadisələr baş verəndə günahkar axtarırıq, amma ən böyük problem yol-infrastruktur sisteminin bərbad halda olmasıdır.
İstər İmişli, istər Quba, istərsə də son iki ildə vloglarımda da göstərdiyimiz digər regionlarda yol hərəkətinin təşkilinə təhlükəsizlik baxımından yanaşma sıfır dərəcəsindədir. Bakıda hər hansısa işlər görülsə belə, hətta Gəncədə belə, yol hərəkətinin təşkilinə yeganə baxış geniş asfalt yolların çəkilməsindən ibarətdir. Ən yaxşı halda 1 metr, 30 santimetrlik piyada keçidi yaradılır. Əksər vaxtlarda isə piyada keçidləri olmur, sürücülərinin sürətlə hərəkəti üçün hər cür şərait yaradılır. Bunun da nəticəsini bu gün gördük".
Qəzanın videolarını analiz edən şəhərsalma üzrə ekspert bildirib ki, həmin yol çox güman ki, şəhərdaxili yoldur və orada sürət limiti saatda 60 km olmalıdır. Amma orada sürücülərin bu cür hərəkət etməsi üçün heç bir şərait yoxdur.
"Yol elə qurulub ki, orada saatda 100 km sürətlə hərəkət edə bilərsən. Təbii ki, sürət, digər avtomobilin yola daxil olması kimi faktorlar qəzaya təsir edib. Amma ümumi olaraq əsas problem İmişlinin küçə infrastrukturundadır. Bu nümunəyə baxdıqda görürük ki, vəziyyət necə acınacaqlıdır – piyada keçidləri yoxdur, səkilər dardır və ya yox vəziyyətindədir. Qəzanın baş verdiyi məkanda da uşaqlardan birinin yolla hərəkət etdiyini görürük, çünki səki kifayət qədər geniş deyil. Dəfələrlə bu haqda danışsaq da, görünən odur ki, heç bir nəticə vermir. Bu cür problemlər həll olmadıqca, faciəvi qəzalar da qaçılmaz olacaq".
18-01-2025, 18:00
Ermənistanın qiyamçı keşişi İrana gedib


Ermənistanın qiyamçı keşişi İrana gedib

Ermənistanda baş nazir Nikol Paşinyana qarşı
qiyam qaldırmaqla tanınan keşiş Baqrat Qalstanyan İrana şəxsi səfər edib.
Bu barədə “Sacred Struggle” Telegram kanalı məlumat yayıb.
“Fürsətdən istifadə edən Baqrat Qalstanyan Erməni Apostol Kilsəsinin Tehran Yeparxiyasının rəhbəri, arxiyepiskop Sebuh Sarkisyanla görüşüb. Bu axşam isə Baqrat Srbazan İranın erməni icmasının nümayəndələri ilə görüşəcək”, - məlumatda deyilir.
18-01-2025, 17:51
Xarici işlər naziri kanslerdən niyə küsüb? - SƏBƏB


Xarici işlər naziri kanslerdən niyə küsüb? - SƏBƏB

Almaniyanın kansleri Olaf Şolts hökumətin iclasını tərk edən ölkənin xarici işlər naziri Annalena Berbokla anlaşılmazlıq yaşayıb.
“Bild” nəşrinin məlumatına görə, Şolts Ukraynaya yeni yardım paketini bloklayarkən, xarici işlər naziri Annalena Berbok hökumətin iclasını tərk edib. Bu zaman Şolts Berboku dayandırmaq istəsə də, ona əli çatmayıb.
Mətbuatda yer alan xəbərlərə görə, Berbok və Şolts arasındakı fikir ayrılığına səbəb Almaniyanın müdafiə naziri Boris Pistoriusun da qəbul etməkdə israrlı olduğu 3 milyard avroluq yardım paketi olub.
Annalena Berbok kanslerin vetosunu açıq şəkildə tənqid edib.
Məlumata görə, Berbok və Pistorius sənədlərin tərtibi üçün bir neçə ay sərf ediblər. Noyabrın əvvəlində Şolts özü Almaniyanın Azad Demokratik Partiyasının (FDP) lideri, maliyyə naziri Kristofer Lindneri Ukraynanın çox ehtiyac duyduğu vəsaitləri əngəlləməkdə ittiham etsə də, bu dəfə paketi özü bloklayıb.
Kanslerlə xarici işlər nazirinin bu olay zamanı çəkilmiş fotosu mətbuatda yayımlanıb və diqqətləri özünə çəkib.
18-01-2025, 17:44
Rəsininin öldürülməsilə bağlı iddialar rəsmən RƏDD EDİLİB


Rəsininin öldürülməsilə bağlı iddialar rəsmən RƏDD EDİLİB

İran Silahlı Qüvvələrinin Baş Qərargahı 2024-cü ilin mayında keçmiş prezident İbrahim Rəisi və ətrafının həlak olması ilə nəticələnən helikopter qəzasının səbəbləri ilə bağlı fərziyyələrə münasibət bildirib.
Bu barədə İranın “Tasnim” agentliyi Baş Qərargaha istinadən məlumat yayıb.
İranın Baş Qərargahı şənbə günü yaydığı bəyanatda faciəvi qəza ilə bağlı "iddiaları və məsuliyyətsiz şərhləri" rədd edib.
Bəyanatda virtual məkanda müxtəlif şəxslərin prezident Rəisinin öldürülməsi ilə bağlı əsassız açıqlamalarının reallığa uyğun olmadığı bildirilib və onların məlumatsızlıqdan, bacarıqsızlıqdan və ya müəyyən məqsədlərlə verildiyi vurğulanıb.
Baş Qərargahın üç rəsmi hesabatına istinad edilərək, qəzaya hadisənin baş verdiyi "bölgədəki mürəkkəb atmosfer və coğrafi şərait"in səbəb olduğu vurğulanıb və hər hansı texniki nasazlıq, təxribat, terror hücumu, partlayış, elektron müharibə ilə bağlı iddialar rədd edilib.
2024-cü il mayın 19-da İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və daha 6 nəfər helikopterinin dağlarda qəzaya uğraması və alovlanması nəticəsində həlak olub.
18-01-2025, 17:01
İmişlidəki qəza yerində xuliqanlıq törədənlər saxlanılıb - DİN


İmişlidəki qəza yerində xuliqanlıq törədənlər saxlanılıb - DİN

İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə əlaqədar bir qrup şəxs hadisə yerində xuliqanlıq hərəkətləri törədib.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, xidməti avtomobilə əlavə zərər vurmaqla hadisə yerində hüquq pozuntusu törətməyə cəhd göstərən şəxslər müəyyən olunaraq saxlanılıblar.
Fakta görə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
18-01-2025, 16:48
İmişlidəki hadisə ilə bağlı cinayət işi açıldı


İmişlidəki hadisə ilə bağlı cinayət işi açıldı

Yanvarın 18-də, saat 12:30 radələrində İmişli şəhəri, Abbasqulu Şadlinski küçəsində Dövlət Yol Polisi avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, sözgedən hadisə barədə rayon prokurorluğuna məlumat daxil olub.
Faktla bağı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Baş Prokurorluğun məlumatında bildirilib ki, hadisə nəticəsində 2 nəfər ölüb, əlavə 2 nəfər, o cümlədən yol polisi avtomobilinin sürücüsü xəsarət alıb.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!