Aprel döyüşlərində Azərbaycana vurulan ziyan açıqlandı .....                        Bakıdakı ermənilərin növbəti məhkəməsində yeni faktlar açıqlandı .....                        Ukrayna Rusiyaya ərazi mübadiləsi təklif edə bilər .....                        "Qarabağ" "Səbail"i darmadağın etdi .....                        BMT əməkdaşı öldürüldü .....                        Tağıyevin nəticəsi illər sonra üzə çıxdı .....                        İstanbulda qara görə dərslər dayandırıldı .....                        Azərbaycanda USAİD-in fəaliyyətinə yer yoxdur! .....                        Türkiyə Suriyaya qadağanı ləğv etdi .....                       
18-01-2025, 13:00
İmişlidə ağır qəza: DYP avtomobili qəza törətdi, 2 nəfər öldü


İmişlidə ağır qəza: DYP avtomobili qəza törətdi, 2 nəfər öldü

İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, xidmətə gedən DYP avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti maşın yol kənarında olan uşaqlara dəyib. Onlardan 2 nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb.
Faktla görə cinayət işi başlanılıb, polis və prokurorluq orqanlarında araşdırma aparılır.
18-01-2025, 12:55
Tehranda məhkəmə hakimləri güllələndi: ölənlər var


Tehranda məhkəmə hakimləri güllələndi: ölənlər var

İranın paytaxtı Tehran şəhərindı üç hakim və bir mühafizəçi güllələnib.
Hadisə Məhkəmə Sarayının qarşısında baş verib.
Məlumata görə, hadisə nəticəsində iki hakim ölüb, bir hakim və mühafizəçi yaralanıb.
Hadisəni törədənin məhkəmə işçisi olduğu və intihar etdiyi bildirilir.
18-01-2025, 12:42
Qəzzadakı atəşkəs sabahdan qüvvəyə minəcək


Qəzzadakı atəşkəs sabahdan qüvvəyə minəcək

Qətər Xarici İşlər Nazirliyi Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşmasının sabah (bazar günü) saat 09:30-da qüvvəyə minəcəyini açıqlayıb.
42 gün davam edəcək atəşkəs razılaşmasının birinci mərhələsində HƏMAS-ın fələstinli məhbusların azad edilməsi müqabilində 33 nəfəri azad edəcəyi bildirilir. Bu mərhələdə İsrail ordusu da Qəzzədən geri çəkilməyə başlayacaq.
Müqavilə Qəzza zolağına hərtərəfli humanitar yardım, eləcə də məcburi köçkün fələstinlilərin öz ərazilərinə qayıtmaq imkanlarını əhatə edir.
Vasitəçi ölkələrdən biri olan Qətər yanvarın 15-də İsrail və HƏMAS-ın Qəzzada atəşkəs və əsir mübadiləsi ilə bağlı razılığa gəldiyini açıqlayıb.
18-01-2025, 12:30
Ceyhun Bayramov Hakan Fidanla görüşdü - FOTO


Ceyhun Bayramov Hakan Fidanla görüşdü - FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidanı qarşılayıb.
Bu barədə Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.
Daha sonra Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə xarici işlər naziri Hakan Fidan arasında təkbətək görüş başlayıb.



18-01-2025, 11:57
Real TV-nin canlı efirində deputatın halı pisləşdi


Real TV-nin canlı efirində deputatın halı pisləşdi

Real TV-nin canlı yayımında deputat Hikmət Babaoğlunun vəziyyəti qəfildən pisləşib, buna görə də proqram yarımçıq dayandırılıb.
Hadisə Real TV-nin “Sabaha Elnarə ilə” proqramında baş verib.
Belə ki, proqramda çıxış edən deputat Hikmət Babaoğlu və DİN mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev vacib mövzular ətrafında müzakirə aparırmışlar.
Müzakirələr zamanı deputat Hikmət Babaoğlu aparıcı Elnarə xanıma müraciət edərək, özünü pis hiss etdiyini və efirdən çıxmaq məcburiyyətində olduğunu bildirib. Bu səbəbdən yayım dayandırılıb.
Real TV-nin məlumatına görə, bir qədər sonra deputatın vəziyyəti yaxşılaşıb. Halının pisləşməsinə səbəb isə efir zamanə qan şəkərinin düşməsi olub. Hazırda Hikmət Babaoğlunun vəziyyəti yaxşıdır və o, öz evinə gedir.
Qeyd edək ki, Hikmət Babaoğlu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvüdür.
18-01-2025, 11:23
Bakıda partladıcı silah-sursat tapıldı


Bakıda partladıcı silah-sursat tapıldı

Bakı şəhərinin Xətai rayonunda sursatlar aşkarlanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 3 ədəd F-1 əl qumbarası, 3 ədəd UZRQM partladıcısı, 1 ədəd RQ-42 əl qumbarası, 1 ədəd 23 mm-lik yivli zenit top mərmisi və 18 ədəd 762x54 mm-lik SVD kiçik çaplı mərmi olduğu müəyyən edilib.
Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
18-01-2025, 11:09
ƏDƏBIYYAT SAYƏSINDƏ DÜNYA DAHA DA GÖZƏLDIR

ƏDƏBIYYAT SAYƏSINDƏ DÜNYA DAHA DA GÖZƏLDIR

"ButovAzerbaycan " qazətnın qiymətli oxucuları!
Bügünkü qonağımız tanınmış özbək yazıçısı, Özbəkistan Yazıçılar Birliyinin üzvü, Özbəkistan Respublikasının müstəqilliyinin 25 illik yubiley medalı, "Möhtərəm qadın" döş nişanı sahibi, ondan çox nəsr əsərinin müəllifi Labər RUSTAMOVAdır.
Yaradıcı fəaliyyətə marağınız nə zaman başladı və bu yolda sizi ruhlandıran amillər nə idi?
—Məktəb dərslərində şeirlər və monoloqları əzbərləyib, səhnədə təqdim etməyi çox sevirdim. Onlar ruhumda sirli və heyranedicı bir qüvvə oyadırdılar.
Nəticədə oxuduğum və əzbərlədiyim əsərlərdəki hadisələr, hətta onların müəllifləri-şair və yazıçılar mənim üçün sanki arzu edilməsi mümkün olmayan zirvələr kimi görünürdü. Bundan sonra ürəyimdə bir arzu yarandı və özümdən soruşdum: "Mən də bu böyük ustadlar kimi yaza bilərəmmi?"
Atam kimya fənnindən dərs deyirdi və mənim ilk müəllimim də məhz odur.
O, bizə: "Kitabı cızma, vərəqlərini qatlama, oxu və qiymətlə," deyə öyrədirdi. Ailəmizdəki dörd qız da atamızın yolunu izləyib, müəllimlik peşəsini seçdik. Məktəbi qızıl medalla, ali məktəbi isə imtiyazlı diplomla bitirdim. Yaxınlarım, dostlarım və müəllimlərimin etirafları mənə daim güc və ruh verir. Bir sözümlə atam mənə yazı maşını almışdı. Rayon, vilayət və respublika qəzetlərində yazılarım çap edilməyə başlayanda, sevincimdən sanki göylərdə uçurmuşam kimi hiss edərdim. O vaxtlar poçt xidməti yaxşı işləyirdi. Yazdıqlarımı əl yazması halında konvertə salıb göndərsəm, vaxtında çatırdı.
- Əsərlərinizdə əsasən hansı mövzuları əhatə edirsiniz?
- Mən daha çox insanlıq, mərhəmət, yaxşılıq və mənəviyyat kimi yüksək dəyərlər haqqında yazıram. Həmçinin, din və əxlaq, insan olmaq, həyat və zamanın qiymətini anlamaq kimi mövzular da ürəyimə yaxındır.
Yaradıcı fəaliyyət vasitəsilə bu mənəvi anlayışları insanlara çatdırmağı öz vəzifəmdən hesab edirəm. Belə yüksək mövzularda yazmaq, ruhu ilhamlandırır, həyatı isə mənalandırır.

- Yeni əsərlər yazarkən sizin üçün hansı mərhələ ən vacibdir?
-Ən önəmlisi ideyanın yaranması və onu necə təqdim etmək, hadisəni necə inkişaf etdirmək və nəticəni necə başa çatdırmaqdır. Bu proseslərdə hər addımı düşünərək, planlaşdıraraq və hər tərəfdən hazırlıqlı olmaq vacibdir. Buna görə də mən çox vaxtımı ideya üzərində düşünməyə, onun ən optimal şəkildə ifadə olunmasını təmin etməyə sərf edirəm. Çünki hər bir yaradıcı əsər mükəmməlliyə can atan ağıllı və ürəkdən edilən əməyin nəticəsidir.
- Müəllim-şagird münasibətləri haqqında fikirləriniz...
- Şansım o oldu ki, məktəbdə də, ali məktəbdə də, iş həyatımda da həmişə yaxşı müəllimlər yanımda oldular. Bir çoxları həyatdan köçdülər, onları yaxşı xatirələrlə xatırlayıram. Həyatdakı müəllimlərimlə ən azı bir zəng edib hal-əhval tuturam.
Müəllim-şagird münasibətləri maddiyyata əsaslanmamalıdır.
Həqiqətən səmimi olan, lazım gələndə dəstək verə bilən və çatışmazlıqlarını izah edib yol göstərə bilən müəllim olmalıdır. Mən də bir neçə şagirdimdən «müəllim» kimi tanınmaq istədiyini eşidirəm və bundan çox məmnun oluram.
Lakin bəzən yardıma gəlib sonra tanımayan şagirdlər də olur. Bu münasibətə əsasən, müəllim-şagird əlaqələri həqiqi hörmət və səmimiyyət üzərində qurulmalı, hər bir şagirdin yaradıcı inkişafını dəstəkləməli və onların çatışmazlıqlarını kömək yolu ilə düzgün istiqamətə yönəltmək lazımdır.
- Ədəbiyyatın cəmiyyətdəki yeri haqqında nə düşünürsünüz?
- Özbəkistan xalq yazıçısı, söz ustası, Abdulla Qahharin belə bir sözü var: «Ədəbiyyat -atomdan güclüdür...»
Həqiqətən də ədəbiyyatın cəmiyyətdəki yeri çox böyükdür. İnsan özlüyünə çata bilmək, kamilliyə və mənəviyyata nail olmaq üçün əlbəttə ki, ən vacib tərbiyə vasitəsi olan ədəbiyyat lazımdır, kitab lazımdır. Ədəbiyyat sayəsində dünya daha da gözəldir. Ədəbiyyat, öz növbəsində, insanların ruhunu ucaldır, onları həqiqi dəyərlərə çatdırmağa yönəldir. Beləliklə, ədəbiyyat yalnız dilin deyil, həm də ürəyin güclü qüvvəsidir.
- Əsərlərinizin bir çox xarici nəşrlərdə çap edilməsi, yaradıcı fəaliyyətinizə necə təsir etdi?
- Ailəm, övladlarım həyatımın mənası, bəxtim olduğu kimi, yaradıcı fəaliyyətim də məni irəliləməyə, təslim olmamağa səsləyən və həmişə çağıran "İŞIQLI NUR!"
Bir vaxtlar dünya şairlərinin əsərlərini oxuduğumda; mənim də əsərlərimin xarici nəşrlərdə çap olunmasını istərdim...Bu gün isə, ucqar bir kənddə yaşayaraq yaradıcı fəaliyyət göstərən birinin yazdığı əsərlərin xarici nəşrlərdə çap edilib, dünya üzünü gördüyünü görərək, arzularımın həyata keçdiyini hiss edirəm.
Bu isə mənə daha çox ruh verir, daha çox, daha yaxşı axtarışlar etməyə, yaradıcı işlər görməyə təşviq edir.
- Azərbaycan ədəbiyyatından kimləri oxumusunuz?
- Azərbaycan ədəbiyyatına marağım və sevgim böyük mütəfəkkir Nizami Gəncəvinin şah əsərlərini oxumaqla başladı.
Bu böyük mütəfəkkirin yaradıcı fəaliyyəti mənim üçün Azərbaycan ədəbiyyatına geniş yol açdı desəm, yanılmaram. Onun əsərləri vasitəsilə ədəbiyyatın son dərəcə böyük qüdrətini, insan ruhunu yaxşılığa və həqiqətə yönəldən ilahi qüvvəsini hiss etdim. Sonra Səməd Vurğunun duyğusal şeirləri və Mirzə Fətəli Axundovun dram əsərləri ilə tanış oldum və Azərbaycan ədəbiyyatının sosial-siyasi və insanpərvərlik dəyərlərini daha dərindən anladım. Bəxtiyar Vahabzadənin Vətənə və sevgiə həsr edilmiş şeirləri, Anarın müasir qəhrəmanlıq ruhunu əks etdirən əsərləri və Nəbi Xəzrinin ürəklərə nur bəxş edən yaradıcılığı mənim üçün xüsusi əhəmiyyət kəsb etdi. Azərbaycan ədəbiyyatı-dünya mədəniyyətində özünə xüsusi yer tutan, insanlığın mənəviyyatının ən yüksək tərəflərini əks etdirən ədəbiyyatdır.
Onun hər bir səhifəsi bizə həyat həqiqətləri və sonsuz ilham mənbəyini çatdırır.
- Yaradıcılıq yolunuzda qarşılaşdığınız ən böyük çətinliklər və onları necə dəf edirsiniz?
- Ən böyük çətinlik- vaxt, imkan və şərait məsələsidir. Əslində, gündəlik həyatın çətinlikləri və şəxsi məsuliyyətlər çox vaxt qadını yaradıcı fəaliyyətlərdən uzaqlaşdırır. Lakin, ona müəyyən vaxt və uyğun şərait yaradıldıqda, qadının ürəyindən çıxan duyğular və fikirlər özünəməxsus və təbii şəkildə, yaxşı yazılır.

-Yaradıcı həyat və şəxsi həyat arasında necə bir balans saxlanmalıdır?
- Şəxsi həyat və yazdıqlarının arasında ziddiyyət, yəni insanlıq haqqında yazıb, özünün praktik həyatında insanlıqdan uzaq olmaq, yaradıcı insan üçün ən böyük səhv və ağrıdır. Yaradıcı insanın həqiqi mənada yaradıcı həyatı yazdıqlarına uyğun olmalı, onun qəlbinin həqiqi hissləri, arzu və istəkləri əks etdirməlidir. Hansı vəziyyətdə olursa-olsun, yaradıcı insan müvazinətli, səmimi və yaxşı əxlaq sahibi olmalıdır. Bu əxlaq onun yazdıqlarında aydın şəkildə görünməli və yaradıcılığına dərin mənalar verməlidir. Əgər yaradıcı insan özünə xas insanlıq və ədalətdən məhrum olarsa, onda onun yaradıcılığı həqiqi insanı tərənnüm etməyə qadir olmaz.

Söhbətləşdi: Cahangir NAMAZOV,
"Butov Azerbaycan ”ın Özbəkistan təmsilçisi.
18-01-2025, 11:06
Hakan Fidan Bakıya gəldi


Hakan Fidan Bakıya gəldi

Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıya gəlib.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Hakan Fidanın bu səfər çərçivəsində yüksək səviyyəli görüşləri nəzərdə tutulub.
Görüşlərdə ikitərəfli siyasi, hərbi, iqtisadi, ticarət, nəqliyyat və enerji məsələlərinin müzakirə ediləcəyi gözlənilir.
18-01-2025, 10:53
DİN Hökumənin ailəsindəki oğurluğa görə cinayət işi açdı


DİN Hökumənin ailəsindəki oğurluğa görə cinayət işi açdı

Daxili İşlər Nazirliyi (DİN) AZAL-ın təyyarə qəzasında həlak olan stüardessa, Milli Qəhrəman Hökumə Əliyevanın ailəsidən edilən oğurluğa görə cinayət işi açıb.
Bu barədə DİN Mətbuat Xidmətindən verilən cavabda bildirilib.
Qeyd edilib ki, Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Alıyevin müraciəti əsasında Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində fakta görə cinayət işi başlanılıb.
Araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.
Xatırladaq ki, Cəlil Alıyevin Kapitalbanka məxsus kartından ümumilikdə 80 507 manat pul çəkilib.
18-01-2025, 10:38
Azərbaycanda meymunçiçəyinə yoluxma AŞKARLANDI


Azərbaycanda meymunçiçəyinə yoluxma AŞKARLANDI

Azərbaycanda meymunçiçəyinə yoluxma halı aşkarlanıb.
Bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və TƏBİB-in birgə məlumatında deyilir. Məlumatda bildirlib:
"22 yaşlı Azərbaycan vətəndaşı 02-11 yanvar 2025-ci il tarixlərində xarici ölkəyə turistik səfər etmiş və oradan döndükdən bir-neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət etmişdir.
Həkim-infeksionist xəstənin simptomlarına görə meymunçiçəyi virusuna yoluxmadan şübhələnib və xəstədən anamnez toplanması nəticəsində onun, digər ölkəyə səfər zamanı səpgili şəxslə əlaqəsinin olduğunu müəyyən edib.
Simptomlarla yanaşı, epidemioloji əlaqənin olması laborator müayinə üçün test götürməyə əsas verib və xəstənin səpgilərindən götürülmüş yaxmanın laboratoriyada PZR üsulu ilə müayinəsinin nəticəsi meymunçiçəyi virusuna görə müsbət olub.
Hazırda xəstə hospitalizasiya edilib və xəstəxana şəraitində müalicə alır.
Xəstə ilə təmasda olan ailə üzvlərində heç bir xəstəlik əlaməti olmadığına görə onlar ərazi üzrə xidmət göstərən ambulator tibb müəssisəsi və sanitariya-epidemioloji xidmət əməkdaşları tərəfindən evdə müşahidəyə götürülüb, onlara profilaktik müalicə təyin edilib və dərman preparatları ilə təchiz olunublar.
Xəstə və təmasları üzərində müalicə və müşahidə tədbirləri xəstəliyin inkubasiya dövrü bitənə qədər davam etdiriləcək", - birgə məlumatda bildirilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!