Aprel döyüşlərində Azərbaycana vurulan ziyan açıqlandı .....                        Bakıdakı ermənilərin növbəti məhkəməsində yeni faktlar açıqlandı .....                        Ukrayna Rusiyaya ərazi mübadiləsi təklif edə bilər .....                        "Qarabağ" "Səbail"i darmadağın etdi .....                        BMT əməkdaşı öldürüldü .....                        Tağıyevin nəticəsi illər sonra üzə çıxdı .....                        İstanbulda qara görə dərslər dayandırıldı .....                        Azərbaycanda USAİD-in fəaliyyətinə yer yoxdur! .....                        Türkiyə Suriyaya qadağanı ləğv etdi .....                       
18-01-2025, 10:26
Hökumə Əliyevanın ailəsinə verilən pul oğurlandı

Hökumə Əliyevanın ailəsinə verilən pul oğurlandı

AZAL-ın təyyarə qəzasında həlak olan stüardessa, Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı olub.
H.Əliyevanın atası Cəlil Əliyev faktı təsdiqləyib.
O bildirib ki, hadisə ötən gün axşam saatlarında baş verib.
C.Əliyevin sözlərinə görə, pulu oğurlayan şəxslər onu Kapitalbankın əməkdaşı olduğunu deyərək aldadıb:
"Telefonla zəng edərək dedilər ki, sizin şifrənizi, kartınızı Elmir Həsənov adında biri göndərib. Kartdan ümumilikdə 80 507 manat pul çəkilib. Bildirdilər ki, Kapitalbankın işçisiyik. Dedilər banka yaxınlaşana qədər kartınızdakı pulu çəkəcəklər".
C.Əliyev artıq məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin qaynar xəttinə zəng edərək məlumat verib.
Milli Qəhrəmanın atası deyib ki, kartdan oğurlanan vəsait H.Əliyevanın vəfatına görə ödənilən sığorta pulu və 40 min manat kompensasiya məbləğindən qalan pul olub.
Xatırladaq ki, dekabrın 25-də AZAL aviiaşirkətinə məxsus Bakı-Qroznı reysi ilə uçan "Embraer 190" tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 nəfər ekipaj üzvü də daxil 67 nəfər (42 Azərbaycan, 16 Rusiya, 6 Qazaxıstan və 3 Qırğızıstan vətəndaşı) olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb. Təyyarənin hər iki pilotu və bir stüardessası da həlak olub.
Prezident İlham Əliyevin sərəncamı ilə həlak olan ekipaj üzvləri - İqor Kşnyakin, Aleksandr Kalyaninov, Hökumə Əliyevaya ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

17-01-2025, 20:20

UNEC-də Flora Davudqızının 80 illiyinə həsr edilən tədbir keçirilib

UNEC-də Flora Davudqızının 80 illiyinə həsr edilən tədbir keçirilib

Yanvar ayının 17-də UNEC-də tanınmış alim və ziyalı Flora Davudqızının anadan olmasının 80 illiyinə həsr edilən anım tədbiri keçirilib.
UNEC-in 95 illik yubileyi çərçivəsində təşkil olunmuş tədbirin məqsədi Flora Davudqızının UNEC-də çalışdığı dövr ərzində Azərbaycan elminə və təhsilinə verdiyi töhfələri anmaq, onun elmi fəaliyyətini və tədris sahəsindəki nailiyyətlərini geniş ictimaiyyətə təqdim etməkdən ibarət olub.
Tədbiri Xarici Dillər Departamentinin direktoru, dosent Aysel Xəlilova açaraq, Flora xanımın UNEC-də uzun illər ərzində gördüyü işlər, elmi nailiyyətləri və yaradıcılığı haqqında geniş məlumat verib. Bidirib ki, F.Davudqızı 1966-cı ildən UNEC-də “Xarici dillər” kafedrasında müəllim, 1988-2000-ci illərdə kafedranın müdiri vəzifələrində çalışaraq, bu müddət ərzində universitetin tədris və elmi fəaliyyətində önəmli rol oynamışdır. O, 2008-ci ildə “Kitabi-Dədə Qorqud” dastanlarının alman dilinə tərcüməsi və tədqiqi” adlı doktorluq dissertasiyasını müdafiə edərək, filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır.
A.Xəlilova Flora Davudqızının Azərbaycanın folklorşünaslıq tarixindəki xidmətlərindən də söz açıb. Qeyd edib ki, Flora xanım Berlin Kral Kitabxanasının "Dits fondu"nda “Kitabi-Dədə Qorqud” dastanının elmə məlum olmayan əlyazmasını aşkar edərək, bu sahədə dəyərli tədqiqatlar aparmışdır. Alim 100-dən çox elmi-metodiki məqalənin, 10 monoqrafiya, kitab və dərs vəsaitinin müəllifi olmuşdur. Onun ““Kitabi-Dədə Qorqud” dastanının alman dilinə tərcümə sənətkarlığı” adlı monoqrafiyası Azərbaycan-Avropa Ədəbi-Mədəni Əlaqələr Mərkəzinin diplomuna layiq görülmüşdür.
Sonra dosent Aygün Vəkilova, filologiya üzrə fəlsəfə doktoru Sevinc Bağırova və Rəfayət Cəfərova çıxış edərək, Flora Davudqızının elmi və təhsil, xüsusilə folklorşünaslıq sahəsindəki misilsiz xidmətlərindən söz açıblar.
Tədbirdə Flora Davudqızının nəvələri Fatimə Cəfərova və Leyla Kişiyeva, həmçinin UNEC Tərcümə Mərkəzinin direktoru Nəcəf Nəbiyev dəyərli alim haqqında xatirələrini bölüşərək, onun yüksək insani keyfiyyətlərindən və elmə olan sevgisindən danışıblar.
Yubiley tədbirində Flora Davudqızının həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

17-01-2025, 17:19
Liderlərin nahar əsnasında geniş tərkibdə görüşü olub

Liderlərin nahar əsnasında geniş tərkibdə görüşü olub

Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə nahar əsnasında geniş tərkibdə görüşü olub.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
17-01-2025, 17:00
Hər ay Azərbaycanda 500 minik avtomobil buraxılır

Hər ay Azərbaycanda 500 minik avtomobil buraxılır

2024-сü ildə Azərbaycanda 5 min 998 ədəd və ya əvvəlki illə müqayisədə 2129 ədəd (və ya 55%) çox minik avtomobili istehsal olunub.
Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilir.
2025-ci il yanvarın 1-nə hazır məhsul ehtiyatı 115 ədəd olub.
Dövr ərzində əvvəlki illə müqayisədə traktorların istehsalı 5,9 faiz azalaraq 623 ədəd təşkil edib.
Yük avtomobillərinin istehsalı isə 12,8% azalaraq 697 ədədə düşüb.
17-01-2025, 16:57
Azərbaycan bizim üçün etibarlı tərəfdaş və qardaş ölkədir

Azərbaycan bizim üçün etibarlı tərəfdaş və qardaş ölkədir

Azərbaycan-Gürcüstan münasibətlərinin iqtisadi aspekti də çox vacibdir. Siz artıq müdrik şəkildə bizim ölkələrin strateji tərəfdaşlığını qeyd etdiniz. Bu layihələrin strateji və iqtisadi əhəmiyyəti var.
Bu fikirləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident İlham Əliyev ilə mətbuata birgə bəyanatında bildirib.
“Çox vacibdir ki, belə layihələr davamlı olsun və yeni layihələr müəyyən edilsin. Artıq qeyd etdiyim kimi, Azərbaycan Respublikası bizim üçün təkcə dəyərli dost deyil, Azərbaycan bizim üçün etibarlı tərəfdaş və qardaş ölkədir. Bu bağların dərinləşdirilməsi bizim marağımızdadır və biz bu münasibətlərə böyük əhəmiyyət veririk”, - deyə Baş nazir vurğulayıb.
17-01-2025, 16:52
"Siz fərqli bir Lidersiniz və bizim üçün də nümunəsiniz"

"Siz fərqli bir Lidersiniz və bizim üçün də nümunəsiniz"

Gürcüstanın Baş naziri İrakli Kobaxidze partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbriklərinə görə Prezident İlham Əliyevə təşəkkür edib.
Bu barədə dövlətimizin başçısı ilə mətbuata birgə bəyanatında bildirib.
Partiyasının qələbəsinin bölgəmizdə sabitliyin və təhlükəsizliyin təmin edilməsi, ölkələrimizin münasibətləri baxımından əhəmiyyətli olduğunu vurğulayan Baş nazir qeyd edib: “Bu, müstəsna əhəmiyyətə malikdir. Siz regionda fərqli bir Lidersiniz və bizim üçün də nümunəsiniz. Siz ölkənizə dövlətinizin mənafelərini qorumaqla rəhbərlik edirsiniz. Bu gün burada olmaq məndə böyük şərəf və məmnunluq doğurur”.
17-01-2025, 16:48
Gürcüstanla Azərbaycan Avropa ilə Asiya arasında körpü rolunu oynayır

Gürcüstanla Azərbaycan Avropa ilə Asiya arasında körpü rolunu oynayır

Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuata birgə bəyanatında bağlantılar və Orta Dəhliz layihəsinə toxunub.
Ölkələrimizin burada da yaxın tərəfdaşlar kimi fəaliyyət göstərdiklərini vurğulayan dövlətimizin başçısı deyib: “Bizim müvafiq qurumlarımızın koordinasiya şəklindəki fəaliyyəti bu layihəni də əminəm ki, uğurla başa çatdıracaq. Burada, əlbəttə ki, biz bir çox qonşularla təmasda olmalıyıq və bu təmaslar var. Bu da böyük coğrafiyanı əhatə edən layihədir və yenə də Gürcüstanla Azərbaycan burada Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır”.
17-01-2025, 16:43
2 milyard qənaət olunsa da, yarım milyard kəsr yaranıb

2 milyard qənaət olunsa da, yarım milyard kəsr yaranıb

2024-cü ildə dövlət büdcəsinə 37 milyard 164,2 milyon manat vəsait daxil olub, büdcədən 37 milyard 719,7 milyon manat vəsait xərclənib. Bunlar 2023-cü illə müqayisədə müvafiq olaraq 5,5 % və 3,5 % çoxdur. Büdcənin icrasında 555,5 milyon manatlıq kəsir yaranıb.
2024-cü ilin büdcə proqnozunda gəlirlər 36 milyard 388 milyon manat, xərcləri 39 milyard 742,3 milyon manat idi. Beləliklə ötən il büdcə gəlirləri proqnozdan 776.2 milyon manat çox, büdcə xərcləri isə 2 milyard 22.6 milyon manat az icra edilib.
17-01-2025, 16:37
Azərbaycanla Gürcüstan arasında əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır

Azərbaycanla Gürcüstan arasında əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır

Təbii ki, energetika sahəsindəki iki ölkə arasındakı əməkdaşlıq həm ölkələrimiz üçün, həm daha böyük, geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır.
Bu barədə Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuata birgə bəyanatında bildirib.
Dövlətimizin başçısı qeyd edib: “Birgə həyata keçirdiyimiz neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir. Təkcə onu demək kifayətdir ki, Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir, ildən-ilə ixrac artır”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
Xəbər lenti
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO

Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!