Aprel döyüşlərində Azərbaycana vurulan ziyan açıqlandı .....                        Bakıdakı ermənilərin növbəti məhkəməsində yeni faktlar açıqlandı .....                        Ukrayna Rusiyaya ərazi mübadiləsi təklif edə bilər .....                        "Qarabağ" "Səbail"i darmadağın etdi .....                        BMT əməkdaşı öldürüldü .....                        Tağıyevin nəticəsi illər sonra üzə çıxdı .....                        İstanbulda qara görə dərslər dayandırıldı .....                        Azərbaycanda USAİD-in fəaliyyətinə yer yoxdur! .....                        Türkiyə Suriyaya qadağanı ləğv etdi .....                       
16-01-2025, 00:08
Saxta içkiyə görə həyatını itirənlər artıb


Saxta içkiyə görə həyatını itirənlər artıb

İstanbulda saxta spirtli içkidən zəhərlənmə nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb.
Bu barədə İstanbul valiliyi məlumat yayıb.
"Son 48 saat ərzində ümumilikdə 66 alkoqol zəhərlənməsi hadisəsi baş verib, zəhərlənənlərdən 23-ü dünyasını dəyişib. 32 nəfərin reanimasiyada müalicəsi davam etdirilir", - məlumatda deyilir.
Bundan əvvəl İstanbulda saxta spirtli içkidən zəhərlənmə nəticəsində 19 nəfərin öldüyü bildirilirdi.
15-01-2025, 23:00
Rusiyada vurulan Azərbaycan təyyarəsi ilə bağlı ekspertiza təyin olundu


Rusiyada vurulan Azərbaycan təyyarəsi ilə bağlı ekspertiza təyin olundu

Rusiya İstintaq Komitəsi “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı kompleks məhkəmə-tibbi ekspertizası təyin edib.
Bu barədə Rusiyanın İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.
O qeyd edib ki, dispetçer xidmətləri, hava hərəkətinin təşkili sistemi, hava hücumundan müdafiə qüvvələrinin vəzifəli şəxslərinin hərəkətlərini qiymətləndirmək üçün kompleks komissiya təşkilati və texniki məhkəmə ekspertizası təyin edilib..
Qurum rəsmisi qeyd edib ki, istintaq faciənin səbəbləri ilə bağlı bütün mümkün versiyalar üzərində işləyir.
"Qroznı, Mahaçqala və “Mineralnıye Vodı”nın dispetçerləri ilə təyyarə komandiri arasında danışıqlar təhlil edilir. Kompleks aviasiya texniki ekspertizası təyin olunub", - Petrenko qeyd edib.
Onun sözlərinə görə, hava gəmisinin bütün sistemlərinin vəziyyəti, eləcə də maddi sübutlar öyrənilir.
"İstintaq Azərbaycan və Qazaxıstan Respublikasının səlahiyyətli orqanları ilə əməkdaşlıq əlaqələri qurub. Dövlətlərarası Aviasiya Komitəsinin mütəxəssisləri ilə birlikdə Braziliya Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzindən hava gəmisinin qeydiyyat aparatlarından alınan məlumatlar tədqiq olunur”, - İstintaq Komitəsinin nümayəndəsi bildirib.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstan Aktau şəhəri istiqamətinə yönləndirilib. İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycan təyyarəsi Çeçenistanın hava məkanında olan zaman Rusiyanın hava hücumundan müdafiə vasitələri tərəfindən vurulub, hava gəmisi idarəetməni itirib. Təyyarənin füzelyajında zenit raket kompleksindən atılan raketin qəlpələrinin izləri qeydə alınıb.
15-01-2025, 21:33
Qəzaya düşən şəxs öldü: Fərhad Əhmədovun mühafizəçi olubmuş


Qəzaya düşən şəxs öldü: Fərhad Əhmədovun mühafizəçi olubmuş

Milyarder Fərhad Əhmədovun da şəxsi mühafizəçisi olmuş Kamil Binnətov dünyasını dəyişib.
Kamil Binnətov avtomobil qəzasında aldığı xəsarətlərdən sonra yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
Qəza Ağdaşda baş verib. Kamil Binnətov Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin müayinə zamanı onun səhhətində ciddi problem olmadığı bildirilib. Kamil Binnətov da özünü yaxşı hiss etdiyini bildirib. Lakin onun daxili qanaxma keçirdiyi müəyyən edilməyib.
Kamil Binnətov yerləşdirildiyi xəstəxanada bir neçə saat sonra dünyasını dəyişib. Mərhumun nəşi Sabunçuda yaşadığı evinə gətirilib.
Bildirək ki, Kamil Binnətov uzun müddət Bakı Bulvar İdarəsində, “Park Bulvar Mall” ticarət mərkəzində mühafizə xidmətinin rəisi işləyib. O, həmçinin göyçalı milyarder Fərhad Əhmədovun da şəxsi mühafizəçisi olub.
15-01-2025, 21:22
Razılıq əldə edildi: Qəzzada atəşkəs elan olunur


Razılıq əldə edildi: Qəzzada atəşkəs elan olunur

İsrail və HƏMAS atəşkəs barədə razılığa gəlib. Razılıq Qətərdə əldə edilib.
Tərəflər girovların azad edilməsi və Qəzza zolağında atəşkəsin yaradılması ilə bağlı razılığa gəliblər.
Hələlik rəsmi olaraq elan olunmayan razılaşma altı həftəlik ilkin atəşkəs mərhələsini, İsrail qüvvələrinin Qəzzadan tədricən çıxarılmasını, girov və məhbusların sərbəst buraxılmasını nəzərdə tutur.
ABŞ-nin seçilmiş Prezidenti Donald Tramp bəyan edib ki, yaxın zamanda HƏMAS-ın saxladığı israilli girovlar azad ediləcək.
Qəzzada atəşkəs razılaşmasına əsasən ilkin olaraq girov götürülmüş 33 İsrail vətəndaşı azad olunacaq.
15-01-2025, 21:18
İlon Mask məhkəməyə verildi


İlon Mask məhkəməyə verildi

ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) İlon Maskı məhkəməyə verib.
Qurum milyarderi "Twitter" səhmlərinin satın alınması ilə bağlı açıqlama verməməkdə ittiham edir.
Bildirilib ki, bu, İlon Maska səhmləri “süni aşağı qiymətlərlə” almağa imkan verib.
Maskın vəkilləri iddianı saxtakarlıq adlandırıblar. SEC qeyd edir ki, Maskın bu addımı maliyyə bazarlarının etik normalarını pozub.
SEC-in məlumatına görə, Mask səhmlərinin 5%-i keçdiyini bəyan etmədiyi üçün qaydaları pozub. O, bunu 10 gün ərzində açıqlamalı idi, lakin Mask bunu müqavilədən 21 gün sonra açıqlayıb. Nəticədə o, 150 milyon dollara qənaət edib.
Qeyd edək ki, Mask 2022-ci ildə "Twitter"i 44 milyard dollara alıb.
15-01-2025, 20:40
Türkiyədə dəhşət: polis 5 ailə üzvünü öldürdü


Türkiyədə dəhşət: polis 5 ailə üzvünü öldürdü

Türkiyədə bir polis əməkdaşı qətliam törədib.
Bu barədə NTV məlumat yayıb.
Qeyd olunub ki, Mersində əvvəlcə həyat yoldaşını və baldızını öldürən polis əməkdaşı daha sonra Adanada qayınanasının və qayınatasının boğazını kəsib, baldızını isə ürəyindən bıçaqlayıb.
Şübhəli şəxs digər şəhərə daha bir qətl törətməyə gedərkən yaxalanıb. Polis əməkdaşının 15 yaşlı oğlunun intiharına görə ailəsini günahkar hesab etdiyi üçün qətlləri törətdiyi bildirilib.
15-01-2025, 19:39
Çimnaz Sultanova vəfat etdi


Çimnaz Sultanova vəfat etdi

Aktrisa Çimnaz Sultanova vəfat edib.
Aktrisa bağırsaq xərçəngindən dünyasını dəyişib.
Mərhum sabah dəfn ediləcək.
Qeyd edək ki, bu gün Çimnaz Sultanovanın doğum günü idi.
15-01-2025, 19:13
Azərbaycanla Türkiyə hərbçilərinin təlimindən görüntülər


Azərbaycanla Türkiyə hərbçilərinin təlimindən GÖRÜNTÜLƏR

Azərbaycan ilə Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Türkiyənin Qars şəhərində keçiriləcək “Qış təlimi - 2025” birgə təliminə hazırlıq məqsədilə Azərbaycan-Türkiyə dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Əlahiddə Ümumqoşun Ordu (ƏÜO) komandanlığından bayrağı qəbul edən bayraq taqımı Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə - Araz çayı üzərindəki “Ümid” körpüsünə doğru yürüşə başlayıb. Eyni zamanda, Türkiyənin bayraq taqımı da Qars şəhərindən mərasimin keçiriləcəyi ünvana doğru yürüş edib.
"Ümid" körpüsündə Azərbaycan və Türkiyə respublikalarının dövlət himnləri ifa edildikdən sonra bayraqların dəyişmə mərasimi olub.
Sonra təlimə cəlb ediləcək şəxsi heyət və hərbi texnikaların təlim yerinə yola salınması münasibəti ilə keçirilən tədbirdə ƏÜO komandanı general-mayor Kənan Seyidov çıxış edərək birgə hərbi təlimlərin əhəmiyyətindən danışıb, təlim iştirakçılarına uğurlar arzulayıb.
Tədbirdən sonra təlimə cəlb ediləcək bölmələr Naxçıvan şəhərindən yola düşüblər.
Təlimin planına əsasən yaşayış məntəqələrində, çətin relyefli ərazilərdə, dərin qar və şiddətli soyuqlarda müxtəlif təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi nəzərdə tutulub.

15-01-2025, 18:53
Suriyanın XİN başçısı Türkiyədə


Suriyanın XİN başçısı Türkiyədə

Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybanini qəbul edib.
Bu barədə TRT kanalı məlumat yayıb.
Görüşdə Türkiyə-Suriya əlaqələri, Suriyanın yenidən qurulması və regional inkişaflar müzakirə edilib.
15-01-2025, 18:25
İstanbulda 19 nəfər saxta içkidən öldü


İstanbulda 19 nəfər saxta içkidən öldü

İstanbulda 65 nəfər saxta alkoqollu içki zəhərlənməsi səbəbilə xəstəxanalara yerləşdirilib. Son 72 saat ərzində tibb mərkəzlərinə müraciət edən bu şəxslərdən 19-u həyatını itirib.
Onların kimyəvi maddələrin istehsalında istifadə edilən metanol maddəsindən zəhərləndikləri ehtimal olunur. Zəhərlənənlərdən 3-ü ilkin tibbi müdaxilədən sonra evə buraxılıb, 43 nəfərin isə müalicəsi davam edir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!