Aprel döyüşlərində Azərbaycana vurulan ziyan açıqlandı .....                        Bakıdakı ermənilərin növbəti məhkəməsində yeni faktlar açıqlandı .....                        Ukrayna Rusiyaya ərazi mübadiləsi təklif edə bilər .....                        "Qarabağ" "Səbail"i darmadağın etdi .....                        BMT əməkdaşı öldürüldü .....                        Tağıyevin nəticəsi illər sonra üzə çıxdı .....                        İstanbulda qara görə dərslər dayandırıldı .....                        Azərbaycanda USAİD-in fəaliyyətinə yer yoxdur! .....                        Türkiyə Suriyaya qadağanı ləğv etdi .....                       
12-01-2025, 19:43
Fidan Lavrovla Suriyanı müzakirə etdi


Fidan Lavrovla Suriyanı müzakirə etdi

Türkiyə və Rusiyanın xarici işlər nazirləri Hakan Fidanla Sergey Lavrov arasında telefon danışığı olub.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib.
Tərəflər Suriya və Ukraynadakı vəziyyəti, eləcə də enerji təhlükəsizliyini müzakirə ediblər.
12-01-2025, 19:15
Həbibi təyyarədən qovdular


Həbibi təyyarədən qovdular

UFC döyüşçü Həbib Nurməhəmmədov ABŞ-də təyyarədən düşürülüb.
Bu barədə məlumatı "Mash" kanalı yayıb.
Həbibin təyyarədən düşürülməsinə səbəb stüardessa ilə dava etməsi olub.
Belə ki, idmançıya təcili çıxışın yanında yer verilib. Stüardessa Həbibdən fövqəladə hallar zamanı sərnişinlərə kömək etməyə hazır olub-olmadığını soruşub. Nurməhəmmədov cavab olaraq anlaşılmaz nəsə mızıldanıb, sonra stüardessa ondan başqa yerə keçməyi xahiş edib. Lakin idmançı bu xahişə tabe olmayıb. Nəticədə mübahisə yaranıb. Kabinəyə nəzarətçi çağırılıb və Həbibdən təyyarəni tərk etməsi istənilib.
12-01-2025, 19:10
"Qarabağ" 4 qolla qələbə qazandı


"Qarabağ" 4 qolla qələbə qazandı

"Qarabağ" yoxlama oyununda "Zirə" ilə qarşılaşıb.
"Azersun Arena"da keçirilən qarşılaşma "köhlən atlar"ın qələbəsi ilə yekunlaşıb - 4:2.
Ağdam təmsilçisinin heyətində Aleksey Kaşuk, Davud Mənsumov, Bəhlul Mustafazadə və Redon Cica fərqləniblər.
Bakı klubunda isə Ruan Renato və Martins Junior rəqib qapısına yol tapıblar.
Qeyd edək ki, "Qarabağ" ilk yoxlama görüşündə "Kəpəz"i 5:1, "Zirə" isə "Şamaxı"nı 3:1 hesabı ilə üstələyib.
12-01-2025, 18:58
Aİ Azərbaycanla Ermənistan arasında normallaşmaya dəstəyini gücləndirəcək


Aİ Azərbaycanla Ermənistan arasında normallaşmaya dəstəyini gücləndirəcək

Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə dəstəyini gücləndirməyə hazırdır.
Bunu Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono "X" sosial şəbəkəsində yazıb.
O qeyd edib ki, Aİ hər iki ölkənin rəsmiləri ilə sülhə nail olmağın, vəziyyətin normallaşdırılmasının və regional əməkdaşlığın inkişafının ən səmərəli yolları ilə bağlı dərin fikir mübadiləsini yüksək qiymətləndirir.
"Aİ bu prosesdə geniş dəstək verməyə hazırdır. Bundan əlavə, biz regional əməkdaşlığı gücləndirmək üçün təşəbbüsləri irəli sürməyə çalışırıq”, - Qrono vurğulayıb.
12-01-2025, 18:52
Uçuruma sürükləyən çarəsizlik...


Müjgan ƏHMƏDOVA


BDU Jurnalistika fakultəsinin
III kurs tələbəsi


Uçuruma sürükləyən çarəsizlik...

Daşlaşmış qəlbimin altında o qədər kədər və hüzn yatır ki... Vecsizlik personajımın altında o qədər duyarlılıq var ki...Zamanında duyğularımı o qədər mərkəzə qoymuşam ki... İndi duyğuların yavaş-yavaş azaldığını hiss etmək o qədər əzab verir ki... Bu əzabın qarşısında hiss etdiyim çarəsizlik məni uçuruma sürükləyir. Amma uçurumdan məni atacaq qədər, məni əbədiyyətə, sonsuzluğa bəlkə də heçliyə qovuşduracaq qədər hökmlü deyil.
Xoşbəxt olmalı idim, yoxsa özümü şanslı hiss etməliydim? Nələrimi qurban vermək üçün hazır olmalı idim? Bəs, qurban vermək özü də bədbəxtliyimə düçar olmağıma səbəb olacaqsa? Elə əsl bədbəxtlik buradan başlayırdı...
Fədakarlıqlarım nəticəsində ağlımın məni qaranlıq aləm adlandırdığım zindanla üzləşdirməsinə necə, hazır idim? Doğru yolu necə tapmalı idim? Bunun üçün ilk növbədə doğrunun sənin üçün nə ifadə etdiyi, "doğruluq" aspektinin, "doğru" fəlsəfəsinin məğzini dərk etməli idim. Mənim doğrum sənin yanlışın, sənin yanlışın mənim doğrum ola bilərdi əslində. Bəs bu doğrunun ağlımda şübhə yaratması nə dərəcədə doğru idi?
Suallar "quyusuna" düşmək məni doğrudan qaçındırmağa səbəb olurdu. Bu səbəb isə, mənə susmağı öyrədirdi. Beləcə, həyat mənə susmağı bacarmağı, doğrunu hiss etməkdən daha yaxşı anladırdı. Həyat bundan ibarət olmalı deyildi. Susduqlarımız, susmağa məcbur edildiyimiz, susarkən qışqırdıqlarımızla kifayət olmamalı idi həyat. Layiq görülən bu olmalı idi? Bəs, layiqlik anlayışını yox etməyə dəyərdimi? Layiqlik, məsuliyyətin ən böyüyünü çiyinlərində hiss etmək idi. Hansı ki, bu məsuliyyət səni xoşbəxtlik anlayışından məhrum edir. Çünki, üzərindəki yük sənə vaxt məhdudiyyəti verir. Və bu məhdudiyyət içərisində iradəli olmaq məcburiyyətindəsən. Əks təqdirdə sənə cəmiyyət tərəfindən zəif xarakterli və qətiyyətsiz damğası vurulacaq.
Sənə bəxş edilən bu ömürdə nə zaman "sən" olduğun üçün sevildin? Hansı "sən"i insanlar özlərinə layiq bildilər? Hansı "sən"i özlərindən bir parça hiss etdikləri üçün səndən istifadə etdilər? Bəzən düşünürəm: nə yaxşı ki, bu təzadlar mövcuddur. Bəs, təzadlı, dustaq düşüncələrin qurbanı olmaqmı problem idi, yoxsa təzadlarla dolu həyata malik olmaqmı daha betər idi? Təzadlı ifratların arasında yaşamalı olduğumuz bütün illəri keçirməsək, zaman-zaman vərdişlərin sərhədlərini aşmasaq, yaşamaq necə yox olmaqdan çox yenilik ola bilərmi?..


12-01-2025, 18:40
Moldova Prezidentinə ən bahalı hədiyyə - Qarabağ xalçası


Moldova Prezidentinə ən bahalı hədiyyə - Qarabağ xalçası

Moldovanın yeni Prezidenti Maya Sanduya xaricə rəsmi səfərləri zamanı, eləcə də xarici rəsmilərin Moldova Respublikasına səfərləri zamanı ikonalar, saatlar, geyimlər, suvenirlər və kitablar hədiyyə edilib.
Ən bahalı hədiyyələrdən biri Azərbaycan tərəfindən verilib.
Maya Sanduya verilən ən bahalı hədiyyə 17 490 ley dəyərindədir. Hədiyyə təsdiq olunmuş səfirlərin akkreditasiya mərasimi çərçivəsində Azərbaycan Respublikasının Moldovadakı səfiri Ülvi Vaqif oğlu Baxşəliyev tərəfindən Prezidentə təqdim edilib. Bu, Qarabağ Rayon Xalçaçılıq Məktəbi tərəfindən ənənəvi xalq üslubunda hazırlanmış yun xalçadır.
12-01-2025, 18:29
Suriyada iğtişaşlar zamanı həbs olunan 360 nəfər azad edildi


Suriyada iğtişaşlar zamanı həbs olunan 360 nəfər azad edildi

Suriya hakimiyyəti dekabrın sonunda Homs şəhərində (Dəməşqdən 160 km məsafədə) sabitliyin bərpası üçün təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat zamanı saxlanılan vətəndaşların böyük bir qrupunu azad edib.
Bu barədə “Al Vatan” qəzetinə əyalət Baş Təhlükəsizlik Müdirliyindəki mənbə bildirib.
Mənbənin sözlərinə görə, iğtişaşlarda iştirak edən, lakin keçmiş prezident Bəşər Əsədin hakimiyyəti dövründə əhaliyə qarşı hərbi cinayətlərdə iştirak etməyən 360 nəfər azad edilib:
“Bu qərar ilkin araşdırmadan sonra verilib və sərbəst buraxılanlar Suriyanın yeni administrasiyasına qarşı heç bir düşmənçilik hərəkəti etməmək öhdəliyi götürüblər”.
12-01-2025, 18:05
Türkiyə və Almaniya XİN rəhbərləri görüşdü


Türkiyə və Almaniya XİN rəhbərləri görüşdü

Türkiyənin xarici işlər naziri Hakan Fidan almaniyalı həmkarı Annalena Berbok ilə görüşüb.
Bu barədə Türkiyənin xarici siyasət idarəsinin sosial şəbəkə hesabında qeyd olunub.
Qeyd olunub ki, türkiyəli diplomat Ər-Riyadda keçirilən Suriya iclası çərçivəsində görüşlər keçirib.
Bundan başqa, Türkiyənin baş diplomatının səudiyyəli həmkarı Bədir Abdulati ilə də görüşdüyü vurğulanıb.
Danışıqların təfərrüatları açıqlanmayıb.
12-01-2025, 17:36
Trampın istintaqını aparan xüsusi prokuror istefa verdi


Trampın istintaqını aparan xüsusi prokuror istefa verdi

Növbəti Amerika lideri olacaq Donald Trampın istintaqını aparan ABŞ-nin xüsusi prokuroru Cek Smit vəzifəsini tərk edib.
Bu barədə “TASS”a ABŞ Ədliyyə Nazirliyinin nümayəndəsi məlumat verib.
Smitin şöbədəki vəzifəsini tərk edib-etməməsi ilə bağlı suala o, müsbət cavab verib.
Nümayəndə izah edib ki, bu, xüsusən də Florida ştatının federal dairə məhkəməsinə əvvəllər təqdim edilmiş sənədlərdən birində qeyd olunub:
“Xüsusi prokuror öz işini başa vuraraq 2025-ci il yanvarın 7-də yekun məxfi hesabat təqdim edib, yanvarın 10-da isə nazirlikdən istefa verib”.
12-01-2025, 17:06
Serbiya Prezidentindən Azərbaycana təşəkkür


Serbiya Prezidentindən Azərbaycana təşəkkür

Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycana təşəkkürünü bildirib.
Bu barədə Serbiya lideri sosial şəbəkədə yazıb.
“Azərbaycandan olan qardaş və dostlarımız məni məlumatlandırdılar ki, fors-major səbəbindən yaranan obyektiv problemlərə baxmayaraq, Serbiyaya qaz təchizatı dayandırılmayacaq. Azərbaycana və tezliklə Belqradda böyük səbirsizliklə gözlədiyim Prezident İlham Əliyevə sonsuz təşəkkürümü bildirirəm”, – dövlət başçısı qeyd edib.
Xatırladaq ki, daha əvvəl “AnewZ” hökumət mənbələrinə istinadən Azərbaycandan Serbiyaya qaz nəqlinin ikiaylıq dayandırılması ilə bağlı xəbərlərin həqiqəti əks etdirmədiyini bildirmişdi.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!