Malıbəyli qətliamından 33 il keçdi .....                        Azərbaycan səfirindən beynəlxalq ictimaiyyətə çağırış .....                        HƏMAS girovların azad edilməsini təxirə salıb .....                        Ermənistan-Türkiyə sərhədi açılır? - RƏSMİ .....                        III kurs tələbəsi vəfat etdi .....                        Paşinyan Makronla sülhü müzakirə etdi .....                        Elmar Məmmədyarov "rus casusu" iddialarına cavab verdi: "Kiminsə qarnı ağrıyır" .....                        “Neftçi” səfərdə “Zirə”yə qalib gəldi .....                        Vardanyanın məhkəməsində nələr danışıldı? .....                       
8-01-2025, 14:31
Avropa İttifaqının xüsusi nümayəndəsi Prezidentin qəbulunda


Avropa İttifaqının xüsusi nümayəndəsi Prezidentin qəbulunda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 8-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib.
Maqdalena Qrono yeni vəzifədə dövlətimizin başçısı tərəfindən qəbul olunmasına görə minnətdarlığını ifadə etdi.
O, təyyarə qəzası ilə bağlı dərin hüznlə başsağlığını çatdıraraq, aviaqəzanın bütün səbəblərinin hərtərəfli şəkildə araşdırılacağına ümidvarlığını bildirdi.
Azərbaycanın Avropa İttifaqının vacib tərəfdaşı olduğunu deyən qonaq vurğuladı ki, Avropa İttifaqı Cənubi Qafqaz regionunda davamlı sabitliyin təmin olunmasında maraqlıdır.
Maqdalena Qrono ölkəmizin region və onun hüdudlarından kənar kontekstində əhəmiyyətinə toxunaraq, bu xüsusda Avropa İttifaqı ilə Azərbaycan arasında dialoqun önəmini vurğuladı. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyini deyən qonaq, xüsusilə enerji sahəsində əməkdaşlığın vacibliyini qeyd etdi.
Prezident İlham Əliyev Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın zəngin tarixə malik olduğunu vurğuladı. Bu xüsusda, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji, nəqliyyat, investisiyalar, ticarət və qarşılıqlı maraq doğuran digər sahələrlə bağlı məsələlərə toxunuldu.
Dövlətimizin başçısı ölkəmizin Cənubi Qafqaz regionunda davamlı sülhün və sabitliyin təmin olunması üçün səylərini bundan sonra da davam etdirəcəyini bildirdi və Azərbaycan ilə Ermənistan arasında danışıqlar prosesinin ikitərəfli müstəvidə aparıldığını dedi.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişafı üçün təmasların davam etdirilməsinin vacibliyi vurğulandı.
8-01-2025, 14:24
Zaqatalada daha bir körpə öldü - TƏBİBDƏN AÇIQLAMA


Zaqatalada daha bir körpə öldü - TƏBİBDƏN AÇIQLAMA

Zaqatalada yeni doğulan körpə ölümü baş verib.
Yanvarın 7-si Zaqatala rayonu Gözbarax kənd sakini 1992-ci il təvəllüdlü Xanım Üzeyr qızı Didiyeva dünyaya uşaq gətirmək üçün Zaqatala rayon Mərkəzi Xəstəxanasının (RMX) Doğum şöbəsinə müraciət edib.
X.Didiyeva qeysəriyyə əməliyyatı ilə qız uşağı dünyaya gətirib. Körpə doğuşdan bir qədər sonra ölüb.
Xanım Didiyevanın yaxınlarının məlumatına görə, bu onun üçüncü doğuşudur. Doğuşdan bir gün əvvəl o, Zaqatala RMX-də müayinə olunub və hamiləliyin normal keçməsi barədə məlumat verilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Zaqatalada körpə ölümünün ilkin səbəbləri açıqlayıb.
Zaqatala rayonunun Gözbarax kənd sakini, 1992-ci il təvəllüdlü şəxs yanvarın 7-si saat 11:10 radələrində 38 həftəlik hamiləlik diaqnozu ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına planlı keysəriyyə əməliyyatı üçün müraciət edib.
"Saat 15:30-da əməliyyat icra edilib, yaşama qabiliyyətinə mane olan çoxsaylı qüsurlar və anomaliyalarla, çəkisi 2800 qram, cinsi qız olan diri körpə (ağır vəziyyətdə) dünyaya gəlib. İki saat sonra göstərilən bütün tibbi müdaxilələrə baxmayaraq, körpədə ölüm faktı qeydə alınıb".
Vurğulanıb ki, meyit Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.
8-01-2025, 14:13
Ağadadaş Ağayev balta atdığı mühafizəçi ilə barışdı


Ağadadaş Ağayev balta atdığı mühafizəçi ilə barışdı

Xalq artisti Ağadadaş Ağayev balta atdığı mühafizəçi ilə barışıb.
Tərəflər arasında notarius qaydasında barışıq əldə olunub.
Mühafizəçi Nurəddin Cəlilov da, Ağadadaş Ağayev də aralarındakı insidentə görə peşman olduqlarını deyiblər.
Razılaşmada Xalq artistinin vəkili Asim Abbasov da iştirak edib. Sənəd məhkəməyə təqdim edilib.
Bu dəqiqələrdə iş üzrə növbəti məhkəmə prosesi başlayacaq.
Qeyd edək, A.Ağayevlə birgə insident iştirakçısı Nurəddin Cəlilov da mühakimə edilir. Onların hər ikisi xuliqanlıqda ittiham olunur.
8-01-2025, 13:58
Bakıda söküntüyə etiraz edən qadın intihara cəhd etdi


Bakıda söküntüyə etiraz edən qadın intihara cəhd etdi

Paytaxtın Nərimanov rayonunda evinin sökülməsinə etiraz edən qadın intihara cəhd edib.
Hadisə Fətəli xan Xoyski və Faiq Yusifov küçələrinin kəsişməsində baş verib.
Belə ki, Ülkər Abbasovanın evinin sökülməsinə razı olmasa da, icra nümayəndələrinin söküntü işləri apardıqları bildirilib. O qeyd edib ki, söküntü dayandırılmasa, özünü atacaq.
Bildirilir ki, intihara cəhd edən şəxs tikinti işləri aparan “Gold Məkan” MTK şirkəti ilə qiymət məsələsində anlaşmayıb.
Əraziyə cəlb olunan polis və Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları onunla söhbət aparıblar və xanım tikilidən düşürülüb.
MTK-dan bildirilib ki, tikinti ərazisindəki sakinlərlə qarşılıqlı razılaşma əldə olunaraq müvəqqəti kirayə haqları ödənilməklə və yeni mənzillə təmin edilməklə köçürülmə işləri aparılıb: “Adıçəkilən sakin isə şirkət tərəfindən təklif olunan şərtlərlə razılaşmadığı üçün belə bir hal baş vermişdir. Hal-hazırda həmin sakinlə qarşılıqlı razılıq əldə olunub və müqavilə bağlanıb”.
8-01-2025, 13:39
Girov götürülən gəmiçilər ailələri ilə əlaqə saxlayacaqlar


Girov götürülən gəmiçilər ailələri ilə əlaqə saxlayacaqlar

Hər gəmidə 6 azərbaycanlı dənizçi olmaqla 18 heyət üzvü olub.
Bu barədə Dövlət Dəniz və Liman Agentliyinin mətbuat katibi Pərvanə İmanova bildirib.
Onun sözlərinə görə, eyni zamanda, Agentlik tərəfindən gəmilərin məxsus olduğu "Caspian Marine Services B.V." şrikətinin Azərbaycandakı filialı ilə mütəmadi danışıqlar aparılır.
“Şirkətdən bildirilir ki, gəmilərlə hər gün əlaqə saxlanılır, gəmilər vaxtı-vaxtında ərzaqla və digər tələbatlarla təmin edilir, heyətin ailələri ilə rabitə əlaqəsi üçün müvafiq köməkliklər göstərilir”, - Agentlik rəsmisi vurğulayıb.
Agentlik rəsmisi onu da qeyd edib ki, şirkətdən verilən məlumata əsasən, sözügedən gəmilər Eritreya dövlətinin ərazi sularına hava şəraitinin kəskin dəyişməsi səbəbindən daxil olub.
Pərvanə İmanova xatırladıb ki, 2024-cü ilin 7 noyabr tarixində "Caspian Marine Services B.V." şirkətinin Azərbaycandakı filialı tərəfindən sözügedən şirkətə məxsus 3 gəminin Eritreya dövlətinin səlahiyyətli qurumları tərəfindən saxlanılması barədə DDLA-nə məlumat daxil olub: “Dərhal Agentlik tərəfindən Xarici İşlər Nazirliyinə işçi qaydada məlumat verilib. Bununla yanaşı, Agentlik tərəfindən Eritreya Dövlətinin dəniz nəqliyyatı sahəsi üzrə səlahiyyətli qurumuna, habelə BDT-yə, Eritreyanın BDT-dəki daimi nümayəndəliyinə və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə rəsmi məktubla müvafiq məlumatlar təqdim edilib”.
8-01-2025, 12:42
Sabahın havası


Sabahın havası

Yanvarın 9-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-12° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65% olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2-7° isti olacaq.
8-01-2025, 12:10
Delimitasiya komissiyaları sərhəddə görüşəcək - Qriqoryan təsdiqlədi


Delimitasiya komissiyaları sərhəddə görüşəcək - Qriqoryan təsdiqlədi[/color]

Yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası üzrə komissiyaların iclası keçiriləcək, lakin tarixlə bağlı hələlik razılaşma yoxdur.
Bu barədə Ermənistan baş nazirin müavini Mher Qriqoryanın ofisindən bildiriblər.
Xatırladaq ki, dünən Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası üzrə komissiyaların növbəti iclasının yanvarda keçirilməli olduğunu bildirib.
"Bildiyim kimi, bu ay, hər halda bizim təşəbbüsümüzlə, təklifimizlə delimitasiya məsələsini davam etdirmək üçün delimitasiya üzrə Azərbaycan və Ermənistan komissiyalarının növbəti görüşü olmalıdır. Bizim metodologiya üzrə yanaşmamız var, onu erməni tərəfinə təqdim etmişik. Mənə məruzə etdilər ki, aldığımız şifahi cavab ondan xəbər verir ki, onların tərəfindən xüsusi etiraz yoxdur. Beləliklə, yaşayıb görərik", - İlham Əliyev əlavə edib.
7-01-2025, 20:56
"Pensiya və müavinətlərin artırılmasına daim diqqət göstərəcəyik”


"Pensiya və müavinətlərin artırılmasına daim diqqət göstərəcəyik”

Prezident İlham Əliyev yanvarın 7-də yerli telekanallara müsahibəsində Azərbaycanda sosial sahədə atılan addımlardan danışıb.
Bu il yanvarın birindən minimum əməkhaqqının və pensiyanın artdığını vurğulayan dövlətimizin başçısı deyib: “Bu qədər böyük sərmayə qoyan və Qarabağın bərpası kimi qarşımızda bu qədər böyük problemi olan ölkədə bu sahəyə də bu diqqəti yetirmək, əlbəttə ki, bizim siyasətimizin, necə deyərlər, mahiyyətini göstərir. Yəni, Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar. Cəmiyyətdə də, siyasətdə də, ailədə də hər şey ədalətli olmalıdır və sosial ədalət prinsipləri həmişə bizim üçün vacib olub”.
Son bir neçə il ərzində dörd sosial paketin həyata keçirildiyini vurğulayan Prezident, həmçinin qeyd edib: “İqtisadi imkanlar artdıqca biz daim sosial məsələlərin həllinə - minimum əməkhaqqı, pensiya, sosial müavinətlərin artırılması məsələlərinə də daim diqqət göstərəcəyik”.
7-01-2025, 20:47
Prezident iqtisadi vəziyyətdən danışdı


Prezident iqtisadi vəziyyətdən danışdı

Əgər dünya iqtisadiyyatının artım templərinə və inkişaf etmiş ölkələrin inkişafına, yaxud da tənəzzülə nəzər salsaq görərik ki, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edib. Əlbəttə ki, bunun təməlində düşünülmüş siyasət dayanır.
Bu sözləri Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində söyləyib.
Bu göstəricilərin, sadəcə olaraq, keçən ilin məhsulu olmadığını vurğulayan dövlətimizin başçısı deyib: “Uzun illər aparılan iqtisadi islahatlar, şəffaflıq, inhisarçılığa qarşı mübarizə, investisiyaların cəlb edilməsi, investisiya iqliminin yaxşılaşdırılması nəticəsində biz beynəlxalq aparıcı reytinq agentliklərinin Azərbaycana olan münasibətində müsbət dəyişiklik görürük. Yəni, onlar da reallıqları inkar edə bilməzlər. Halbuki mən hesab edirəm ki, bizim beynəlxalq reytinqimiz indikindən daha yüksək səviyyəyə layiqdir və müəyyən səbəblər üzündən hələ ki, aparıcı reytinq agentlikləri daha da təvazökar yanaşmanı sərgiləyirlər. Yəni, bütün bunlar onu deməyə əsas verir ki, biz iqtisadi sahədə dayanıqlı inkişafa nail ola bilmişik və əminəm ki, bu il və gələn illərdə bu dinamika saxlanılacaq”.
7-01-2025, 20:27
Güclü zəlzələdə ölənlərin sayı 126-a çatdı


Güclü zəlzələdə ölənlərin sayı 126-a çatdı

Tibet bölgəsində baş verən zəlzələ nəticəsində ölənlərin sayı ən azı 126 nəfərə çatıb.
Zəlzələ nəticəsində yaralananların sayı isə 188 nəfərə çatıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!