7-01-2025, 20:18
24 yaşlı ana özünü asdıTovuzda intihar hadisəsi baş verib.
Hadisə Tovuz şəhəri Xəqani küçəsində qeydə alınıb.
Belə ki, kirayədə yaşayan 24 yaşlı Ş.Məmmədovanın meyitini həyat yoldaşı evin hamamında qaz borusundan asılı halda aşkar edib.
Bildirilir ki, Ş.Məmmədovanın 1 azyaşlı övladı qalıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
7-01-2025, 19:30
Həmzə Məmmədliyə hökm oxunduTerrorçuluğa və dövlətə qarşı açıq çağırışlar etməkdə ittiham edilən 33 yaşlı Həmzə Məmmədlinin məhkəmə araşdırması tamamlanıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Bu işin istintaqı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılıb.
İş materiallarından da görünür ki, gənc müttəhim 2015-ci ildən Almaniyaya köçüb. O, həmin ölkədə tibb kolleci bitirdikdən sonra xəstəxanalardan birində həkim köməkçisi işləyib.
H.Məmmədli barəsində 2018-ci ildə Azərbaycanda indi mühakimə edildiyi əməllərinə görə cinayət işi başlanılıb.
2023-cü ildə Həmzə Almaniya vətəndaşlığı almağı bacarıb. Bununla yanaşı Azərbaycan vətəndaşlığını saxlayıb. Bu günə kimi də elə sonuncu statusda mühakimə edilib.
7-01-2025, 18:00
Prezident yerli telekanallara müsahibə verdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibə verib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
7-01-2025, 17:47
Qalmaqallı idmançılar federasiyadan qovulduAzərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev qurum əməkdaşlarının iştirakı ilə baş vermiş xoşagəlməz hadisə ilə bağlı qərarlar verib.
I vitse-prezident Ramal Aslanov tutduğu vəzifədən öz istəyi ilə azad edilib.
Bundan əlavə, Azərbaycan Kikboksinq Federasiyasının nəzdində fəaliyyət göstərən, Elnur Həmidovun direktoru və baş məşqçisi olduğu "Dragon Fight Academy" idman klubunun lisenziyası ləğv olunub.
Fuad Zeynalovun isə Azərbaycan Kikboksinq Federasiyasının nəzdində məşqçi fəaliyyətinə xitam verilib
Əvəzində Elşən Abdulrəhimov federasiyanın icraçı direktoru təyin edilib.
Qeyd edək ki, yanvarın 5-də Bakıda insident törədən idmançılar saxlanılıb, cinayət işi açılıb. Bu gün onlar barəsində həbs qətimkan tədbiri seçilib.
7-01-2025, 17:12
Bu il pensiyaların ödənilməsinə 7 milyard manatdan çox vəsait ayrılacaqBu il pensiya ödənişlərinə ötən ilə nisbətən 710 mln. manat çox olmaqla 7 mlrd. 210,5 mln. manat vəsait ayrılıb.
2018-ci ildən indiyədək həmin vəsait 2 dəfə artıb.
Aparılan islahatlar çərçivəsində pensiya artımlarının davamlı xarakter alması pensiya təminatı üzrə ödənilən vəsaitlərin də mütəmadi artımı ilə nəticələnir.
Növbəti sosial islahat paketi olaraq gələn ayın 1-dən minimum pensiyanın 280 manatdan 320 manata çatdırılması, həmçinin bu ilin əvvəlindən pensiyaların indeksləşdirilərək artırılması da nəzərdə tutulur.
Bu artımlarla əlaqədar olaraq 2025-ci ildə də pensiyalarının ödənilməsi xərclərində artım dinamikası davam edəcək.
Cari ildə əmək pensiyalarının ödənilməsi xərcləri üçün 7 mlrd. 210 mln. 530 min manat nəzərdə tutulub ki, bu da keçən il müvafiq istiqamətdə ayrılan vəsaitdən 710 mln. manat və ya 11 faiz çoxdur.
7-01-2025, 17:03
Çində virusa görə məktəblər bağlanırÇinin Uhan şəhərində metapnevmovirus HMPV virusunun sürətlə yayılması nəticəsində məktəblərin bağlanmasına qərar verilib.
Xüsusilə uşaqları təsir edən virus COVID-19-a bənzər simptomlar göstərir. Xəstəxanalardakı həddindən artıq sıxlıq COVID-19-un ilk günlərini xatırladır. Virusun yayılmasının qarşısının alınması üçün həyata keçirilən tədbirlər çərçivəsində Hindistanın Karnataka ştatında üç yoluxma halı aşkarlanıb.
7-01-2025, 16:55
Bakının mərkəzində bədbəxt hadisə Bakının Səbail rayonu Süleyman Tağızadə küçəsində bədbəxt hadisə baş verib.
Görüntülər sosial şəbəkədə yayılıb.
İlkin məlumata görə, yaşayış binasında təmir işləri üçün quraşdırılmış yük avadanlığının bir hissəsi aşaraq yerə düşüb.
Xoşbəxtikdən həmin vaxt binanın yaxınlığından keçən olmayıb. Amma hadisə nəticəsində aşağıda olan "Toyota Corolla" markalı avtomobilə ziyan dəyib.
7-01-2025, 16:53
[b]Ərdoğan 2025-ci ili Türkiyədə “Ailə ili” elan etdi[/b]Prezident Rəcəb Tayyib Ərdoğan 2025-ci ili Türkiyədə “Ailə ili” elan edib.
Türkiyə lideri 2023-cü ildə doğum əmsalının 1,51 səviyyəsinə enməsini “ciddi həyəcan siqnalı” və “Türkiyənin gələcəyi üçün təhlükə” adlandırıb.
Siyasətçi xatırladıb ki, imkan daxilində ailələri ən azı üç uşaq sahibi olmağa çağırır.
Dövlət başçısının qərarına əsasən, yanvarın 9-da Ankarada Türkiyənin Əhali Məsələləri üzrə Ali Şurasının ilk iclası keçiriləcək.
Vitse-prezident Cevdet Yılmazın sədrliyi ilə keçiriləcək iclasda iştirakçılar ölkənin demoqrafik inkişafının vəziyyəti və perspektivlərini müzakirə edəcəklər.
Bu arada Türkiyənin ailə məsələləri və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş sosial şəbəkələrdə yazıb ki, hökumət ölkədə ailə institutunun gücləndirilməsi üçün bütün lazımi addımları atacaq.
7-01-2025, 16:49
Baş nazir mərkəzi icra hakimiyyəti orqanları ilə bağlı qərar imzaladıMərkəzi icra hakimiyyəti orqanlarının və dövlətə məxsus hüquqi şəxslərin Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin adından aldıqları qrantların reyestrinin aparılması Qaydaları təsdiqlənib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
İqtisadiyyat Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının və dövlətə məxsus hüquqi şəxslərin Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin adından aldıqları qrantların reyestrinin formalaşdırılması, aparılması, həmçinin fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görməlidir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birgə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının və dövlətə məxsus hüquqi şəxslərin Azərbaycan Respublikasının adından və ya Nazirlər Kabinetinin adından aldıqları qrantların reyestrinin “Hökumət buludu”nda yerləşdirilməsini təmin etməlidir.
7-01-2025, 16:44
Pezeşkian Ermənistan səfirinin etimadnaməsini qəbul edibErmənistanın İrandakı səfiri Qriqor Akopyan etimadnaməsini Prezident Məsud Pezeşkiana təqdim edib.
Bu barədə İran Prezidentinin rəsmi saytında məlumat dərc edilib.
İran Prezidenti İrlandiya, Böyük Britaniya, Niderland, Keniya, Mavritaniya, Türkmənistan, Kuba, Küveyt və Syerra Leone səfirlərinin də etimadnaməsini qəbul edib.