Mehriban Əliyeva Şuşadan paylaşım etdi .....                        Prezidentdən Ulu Öndərlə bağlı paylaşım .....                        Heydər Əliyevin anadan olmasının 102-ci İLDÖNÜMÜ .....                        Hindistanla Pakistan arasında döyüş yenidən başladı .....                        Sumqayıtda güclü yanğın .....                        Ukrayna ilə bağlı mühüm açıqlama: yaxın iki gündə... .....                        Çayda boğulan yeniyetmənin meyiti tapıldı .....                        Daha bir direktorun səsyazısı yayıldı - Araşdırma BAŞLADI - FOTO .....                        Ağır qəzada 4 nəfər yaralandı .....                       
8-02-2025, 19:40
Möhtərəm Hakim, yanlış faktları dəqiqləşdirin!

Möhtərəm Hakim, yanlış faktları dəqiqləşdirin!

Hərbi Jurnalistlər Birliyinin sədri Tamxil Ziyəddinoğlu Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevə müraciət edib. Müraciətdə deyilir:
“Möhtərəm hakim, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə məhkəmə prosesini yaxından izləyirəm.
Fevralın 7-də keçirilən məhkəmə iclasında Xocalı rayonu ilə bağlı qeyd olunan rəqəmlər həqiqəti əks etdirmir. Beləki Xocalı soyqırıma məruz qalanda əhalisi 7161 deyil, 2944 ailədən ibarət 10 302 nəfər olub.
Xocalı rayonunun ərazisində yaşayan azərbaycanlı əhalini kütləvi şəkildə milli-etnik mənsubiyyətinə görə bir qrup kimi məhv etmək niyyəti ilə onları öldürmək, sağlamlığına ağır və əqli qabiliyyətinə ciddi zərər vurmaq məqsədi ilə Xocalı rayonuna və ətraf yaşayış məntəqələrinə silahlı basqınlar edilib, azərbaycanlıları baş dərisinin soyulması, qulaq, burun, cinsiyyət üzvlərinin kəsilməsi, gözlərinin çıxarılması, diri-diri yandırılması, cinayətkar fəaliyyətinin qarşısının alınması üçün zərərsizləşdirilmiş erməniəsilli şəxslərin qəbirləri üzərində başlarının qurbanlıq kimi kəsilməsi, qadına, qocaya və uşağa da fərq qoymadan qəddarlıqla müxtəlif işgəncələr verilməsi ilə ümumilikdə 613 deyil, ən azı 3813 şəxs qəsdən öldürülüb məhv edilməklə Xocalı soyqırımı törədilib.
Qeyd etdiyiniz 613 nəfər cəsədləri ələ gələn, ictimaiyyətə məlum olanlardır, qalanları barədə erməni mənbələrində məlumat verilir. 2000-ci ildə nəşr olunmuş “Xaç naminə” kitabında Daud Xeyriyan yazırdı:
“Bu şaxtalı qış səhərində Daşbulaq yaxınlığında bir kilometrlik bataqlıqdan keçmək üçün insan meyitlərindən körpü salmalı olduq. Mən meyitlərin üstü ilə getmək istəmirdim. Mayor Ohanyan işarə elədi ki, qorxmaq lazım deyil, müharibənin öz qanunları var. Mən ayağımı qan içində olan 9-11 yaşlarında qız uşağının sinəsinə basıb irəlilədim. Çəkmələrim, şalvarım tam qana batmışdı. Bu qaydada 1200 meyitin üzərindən keçib getdim.
…Martın 2-də “Qaplan qrupu” (bu qrup meyitlərin yandırılması ilə məşğul idi) 2000-ə yaxın iyrənc monqol (Xocalı türklərini nəzərdə tutur) meyitini topladı və onları ayrı-ayrı topalarla Xocalının təxminən bir kilometrliyində yandırdı.”
Yuxarıda qeyd olunanlardan da görünür ki, yer üzündən silinmiş bir şəhərin, rayonun qırılmış əhalisinin sayı qəsdən az göstərilib.
Bir daha təkrar edirəm, o zaman, yəni işğala qədər Xocalı rayonunda 2944 ailə, 10 302 nəfər Azərbaycan Türkü yaşayıb.
P.S. 1992-ci ilin aprelində Xocalı İcra Hakimiyyətinin başçısı Elman Məmmədovdan müsahibə alırdım. Dedi:
”Öldürülənlərin, yaralananların, itkin düşənlərin, girovluqdan qutara bilənlərin sayı dəqiqləşdirilir. 5 min nəfərədək salamat qutaranımız var”.
Belə anladım ki, Xocalı soyqırımından 40 gün keçməsinə baxmayaraq 5 min 302 nəfərdən xəbər-ətər yoxdur… Qarabağ İşğaldan azad olunandan sonra Xocalı ətrafında və digər yerlərdə tapılan toplu məzarlıqlar qeydlərimizi bir daha sübut edir.
Möhtərəm Hakim, xahiş edirəm, bu fürsətdən yararlanaraq Xocalı həqiqətlərinin üzə çıxmasını təmin edin. Əgər bunu etsəniz, peşənizə və millətimizə sədaqətinizə görə, sizə minnətdar olaram…”

Şəhidlərimizə sayğılarla: Tamxil ZİYƏDDİNOĞLU
“Bütöv Azərbaycan” qəzetinin baş redaktoru,
“Hərbi Jurnalistlər Birliyi”nin sədri.
8 fevral 2025-ci il
8-02-2025, 19:37
Erməni qadın bu ölkədə nazir təyin edildi


Erməni qadın bu ölkədə nazir təyin edildi

Livan Prezidenti Cozef Aun yeni hökumətin tərkibini təsdiqləyib.
Hökumətə Baş nazir Nafaff Salam rəhbərlik edəcək.
Yeni hökumətin tərkibinə 24 nazir daxildir.
Bildirilib ki, yeni hökumətin əsas vəzifəsi ölkəni iqtisadi böhrandan çıxarmaq və digər məsələlərin həllidir.
Qeyd edək ki, nazir təyin edilənlərdən biri ermənidir. Belə ki, "Daşnaksütyun”un nümayəndəsi Nora Payraqdarayan gənclər və idman naziri təyin edilib.
8-02-2025, 19:33
İngiltərə çempionu "Neftçi"də


İngiltərə çempionu "Neftçi"də

"Neftçi” növbəti transferini həyata keçirib.
"Ağ-qaralar" Seneqal əsilli ingiltərəli hücumçu Bassala Sambunu heyətinə qatıb.
Yeni komandasında 9 nömrəli formanı geyinəcək 27 yaşlı forvardla 1,5 illik müqavilə bağlanıb.
Karyerasına İngiltərədə başlayan Sambu “Koventri” klubunun yetirməsidir. O, 2017-ci və 2019-cu illərdə “Everton”la 23 yaşadək futbolçular arasında keçirilən İngiltərə Premyer Liqasının çempionu olub. Ölkə xaricində 2021-ci ildə icarə əsasında oynadığı “Randers”lə Danimarka Kubokunu qazanıb. Sonuncu klubu “Enosis Neon Paralimni”nin (Kipr) heyətində 2024/2025 mövsümündə meydana çıxdığı 21 matçda 5 qola imza atıb.
8-02-2025, 19:18
Azərbaycanda zəlzələ oldu


Azərbaycanda zəlzələ oldu

Hacıqabulda 3,1 maqnitudada zəlzələ olub.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Təbiət hadisəsi Bakı vaxtı ilə saat 18:31-də Şirvan stansiyasından 20 km şimalda qeydə alınıb.
Yeraltı təkanların ocağı 38 km dərinlikdə olub. Zəlzələ hiss olunmayıb.
8-02-2025, 18:54
Qonşusunu öldürən kişi cəzadan azad edildi


Qonşusunu öldürən kişi cəzadan azad edildi

Göyçayda qonşusunu qətlə yetirən 41 yaşlı Abbas Əliyev cinayət məsuliyyətindən azad edilib.
Şəki Ağır Cinayətlər Məhkəməsi ekspert rəyləri və prokurorun təklifi əsasında belə qərar qəbul edib.
Qeyd edək ki, hadisə Göyçayın mərkəzi hissəsində baş verib. Abbasla 36 yaşlı Şahmar Kərimov qonşu olublar. Son günlərə qədər hər hansı mübahisələri yaşanmayıb.
Qonşular arasında şəxsi münaqişə evlərinə yaxın ərazidə başlayıb. Şahmarın “nə etmişəmsə, yaxşı etmişəm” sözündən hiddətlənən Abbas cibindən çıxardığı bıçaqla ona hücum edib. Şahmar qonşusunun gözünün döndüyünü görüb qaçmaq istəsə də, çox uzağa gedə bilməyib. Abbas ona çataraq elə yolun ortasında bıçaqlayıb. O, Şahmara əzab verməklə xüsusi amansızlıqla öldürüb.
Cinayətin baş verməsinə gətirib çıxaran səbəblər ailə məsələlərinə aid olduğundan ətraflı bəhs etmirik.
İstintaq vaxtı Abbasın başqa cinayətinin də üstü açılıb. Məlum olub ki, o, bir neçə gün əvvəl qonşuluqda yaşayan əmisini də döyüb. Səbəbini isə onlarda kirayə qalan tələbələrin gecə səs salması ilə əlaqələndirib.
Təqsirləndirilən şəxsə törətdiyi əməllərə görə xüsusi amansızlıqla adam öldürmə və xuliqanlıq maddələri ilə ittiham elan edilib, barəsində həbs qərarı verilib.
Amma ekspert rəyləri və təqsirləndirilən şəxsin sağlamlıq vəziyyəti ilə bağlı digər sübutlar vəziyyəti dəyişib. Təqdim edilmiş sənədlərdən görünür ki, Abbas uzun illərdir epilepsiya xəstəliyindən əziyyət çəkir, cinayət törədərkən də xroniki psixi xəstəliyi olubmuş.
Prokurorluq da məhkəməyə göndərdiyi qərarda təqsirləndirilən şəxsə cəza təyin edilməməsini təklif edib.
Xaliq Məmmədovun sədrlik etdiyi hakimlər işi araşdırdıqdan sonra müttəhimin doğrudan da cinayəti anlaqsız vəziyyətdə törətdiyini təsdiq ediblər.
Qərara əsasən, Abbas Əliyev cinayət məsuliyyətindən və cəzadan azad edilib. Onun barəsində Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixatriya Xəstəxanasında məcburi müalicə tədbiri təyin edilib.
8-02-2025, 17:53
Goranboyda maşın körpüdən aşdı: sürücü öldü


Goranboyda maşın körpüdən aşdı: sürücü öldü

Goranboyda ölümlə nəticələn ağır yol qəzası baş verib.
Hadisə rayonun Ağcakənd qəsəbəsinin yaxınlığında qeydə alınıb.
Hərəkətdə olan yük maşını idarəetmədən çıxaraq körpüdən çaya aşıb.
Qəza zamanı sürücü 1995-ci il təvəllüdlü Y.Orucov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
8-02-2025, 17:02
MSK bələdiyyə seçkiləri ilə bağlı müraciəti Baş Prokurorluğa göndərəcək


MSK bələdiyyə seçkiləri ilə bağlı müraciəti Baş Prokurorluğa göndərəcək

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında bələdiyyə seçkiləri ilə əlaqədar 56 saylı Şabran-Xaçmaz seçki dairəsi üzrə 24, 52 və 53 saylı seçki məntəqələri (Rəhimli bələdiyyəsi) ilə bağlı daxil olan müraciətlərə baxılıb.
Məsələ barədə MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib.
Bəxşeyiş Əsgərov müraciətlə əlaqədar təqdim edilən seçki protokollarının surətlərinə məqsədli şəkildə müdaxilə edilərək saxtakarlığa yol verildiyini nəzərə çatdırıb: “Məsələn, protokolda namizədin 10 səs aldığı yazılıb, ancaq müraciətə əlavə edilən protokolun surətinə 1 rəqəmi əlavə edilərək, 110 səs göstərilib və bu, qanunsuzluq kimi təqdim edilib. Aydın olur ki, bu şəxslərin başında Uzunboyad bələdiyyəsinin hazırkı sədri Rafiq Muradov durur. Rafiq Muradov bu bələdiyyə seçkilərində də Rəhimli bələdiyyəsinə namizəd olub. Bu hallar üzə çıxdıqdan sonra Rafiq Muradovla əlaqə saxlamaq mümkün olmadı. Müraciət əsassız sayılmalı və seçki protokollarında manipulyasiyaya yol verildiyi şübhəsi olduğu üçün bu seçki subyektləri ilə bağlı materiallar cinayət əlamətinin olub-olmamasının araşdırılması üçün Baş Prokurorluğa təqdim edilməlidir”.
MSK müraciəti əsasız sayıb. Eyni zamanda müraciət edən seçki subyektləri ilə bağlı materiallarda cinayət əlamətinin olub-olmamasının araşdırılması üçün Baş Prokurorluğa təqdim edilməsi barədə qərar qəbul edilib.
Qeyd edək ki, bələdiyyələrin birləşdirilməsi ilə əlaqədar Uzunboyad bələdiyyəsi Rəhimli bələdiyyəsinə birləşdirilib. Rafiq Muradov hazırda Uzunboyad bələdiyyəsinin sədridir.
8-02-2025, 16:41
Ermənilərin 300-dən çox yük maşını sərhəddə qalıb


Ermənilərin 300-dən çox yük maşını sərhəddə qalıb

“Yuxarı Lars” keçid məntəqəsində 300-dən çox erməni yük maşını Rusiya-Gürcüstan sərhədini keçmək üçün növbə gözləyir.
Hazırda keçid məntəqəsində növbədə müxtəlif ölkələrdən 1000 yük maşını qeydiyyatdadır.
Larsdan keçən yol fevralın 7-də axşam saatlarında bağlanıb.
Xatırladaq ki, Gürcüstandan keçən bu yol Ermənistanı Rusiya ilə birləşdirən (Gürcüstan ərazisindən keçən) yeganə quru yoludur.
8-02-2025, 16:22
İsrail 183 fələstinli məhbusu azad etdi


İsrail 183 fələstinli məhbusu azad etdi

Fevralın 8-də İsrailllə Həmas arasında gerçəkləşənm beşinci girov mübadiləsi nəticəsində 183 fələstinli məhbus Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin rəsmilərinə təhvil verilib.
İordan çayının qərb sahilindəki Ramallah şəhərində yerləşən Ofer həbsxanasından buraxılan fələstinli məhbuslar avtobuslara mindirilib.
183 fələstinli məhbusdan 18-i ömürlük, 54-ü uzunmüddətli həbs cəzasına məhkum edilmiş, 111-i isə 2023-cü il oktyabrın 7-dən sonra Qəzza zolağında saxlanılan şəxslərdir.
Xatırladaq ki, Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında saxlanılan üç israilli girovu bu gün Beynəlxalq Qızıl Xaç Cəmiyyətinə təhvil verib.
Bu, yanvarın 19-da atəşkəsin qüvvəyə minməsindən sonra artıq beşinci girov mübadiləsidir.
HƏMAS və İsrailin razılaşdığı atəşkəsin birinci mərhələsi 42 gün davam edəcək. Bunun bir hissəsi olaraq HƏMAS hərəkatı 1900-ə yaxın fələstinli məhbusun əvəzində 33 girovu azad edəcəyini vəd edib. İkinci mərhələ qalan girovların azad edilməsini və müharibənin yekun başa çatması ilə bağlı müzakirələrin başlanmasını əhatə etməlidir. Üçüncü mərhələ ölülərin cəsədlərinin dəyişdirilməsini əhatə edəcək.
8-02-2025, 16:16
Qohumbazlıqla, tapşırıqla məktəb direktoru olanları pis aqibət gözləyir


Qohumbazlıqla, tapşırıqla məktəb direktoru olanları pis aqibət gözləyir

Elm və təhsil naziri Emin Əmrullayev 6 fevralda keçirilən brifinqdə məktəb direktorlarının və direktor müavinlərinin də sertifikasiyaya cəlb olunacağını bildirib.
Mövzu ilə bağlı elm və təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi bildirib ki, əgər təhsilverənlərin sertifikasiyası prosesi keçirilirsə, növbəti mərhələdə direktor və direktor müavinləri üçün də bu proses olmalıdır:
“Elə məktəb rəhbərləri var ki, öz fənni üzrə sertifikasiya imtahanında iştirak edir. Amma biz onun faktiki məktəb direktoru kimi səlahiyyətlərinin öhdəsindən gəlib-gəlmədiyindən, yaxud qanunvericiliyi bilib-nilmədiyindən xəbərsizik. Bu məqamlar ancaq o işə qəbul edilən zaman yoxlanıılıb”.
Onun sözlərinə görə, məktəb direktorları və direktor müavinlərinin də sertifikasiya prosesindən keçirilməsi, diaqnostik qiymətləndirmənin aparılması vacibdir:
“Məktəb rəhbərlərinin müasir çağırışlara cavab verməsi, o cümlədən təhsil haqqında qanunvericiliyi və digər hüquqi normativ aktları nə dərəcədə bilməsi, məktəb idarəetməsi və ümumi menecmenti nə dərəcədə bacarması haqqında bilikləri yoxlanılacaq. Bu vacibdir, biz ən azı təhsildə keyfiyyət axtarırıqsa, bunun üçün mütləq güclü idarəetmə qabiliyyəti olan rəhbər, güclü pedaqoji heyet formalaşmalıdır”.
Ekspert sonda qeyd edib ki, vaxtilə müxtəlif üsullarla məktəb rəhbərliyinə gətirilən şəxslər var:
“Korrupsiya ilə, qohumbazlıqla, tapşırıqla məktəb direktoru olanları haqda siz də bilirsiniz. Belə olan halda gözləntimiz odur ki, həmin şəxslər prosesdən keçə bilməyəcəklər. Çünki onların bilik və bacarıqları mövcud sertifikasiyaya uyğun olmayacaq. Nəticə etibarilə həmin direktorlar yola salınacaq, həqiqi bilik sahibləri əmək fəaliyyətinə cəlb olunacaqlar”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!