Şərurda bədbəxt hadisə - 3 yaşlı uşaq öldü .....                        Putin döyüşlərin dayandırılmasını təklif edir .....                        Orban Ukraynaya "YOX" dedi .....                        Ərdoğan Şahbaz Şəriflə görüşdü .....                        Bütün məsələlərdə eyni tərəfdəyik - Tramp .....                        Türkiyədə növbədənkənar seçki? - Bağçalıdan sərt cavab .....                        Nazir ona yüksək vəzifə verdi .....                        “Bir gündə iki oğlumu itirdim” - Vardanyan mina qurbanlarını dinlədi .....                        Azərbaycanla Çin arasında sənədlər imzalandı .....                       
13-02-2025, 17:10
20-yə yaxın şagird məktəbdən uzaqlaşdırılıb - Səbəb AÇIQLANDI


20-yə yaxın şagird məktəbdən uzaqlaşdırılıb - Səbəb AÇIQLANDI

Göyçay musiqi məktəbindən 20-yə yaxın şagird uzaqlaşdırılıb.
Məktəb şagirdlərinin valideynləri iddia edib ki, şagirdlərə bu barədə heç bir rəsmi xəbərdarlıq edilməyib.
Məsələ ilə əlaqədar Mədəniyyət Nazirliyinin Mərkəzi Aran Regional Mədəniyyət İdarəsindən verilən məlumata görə, ötən il təhsil keyfiyyətinin yüksəldilməsi və şagirdlərin davamiyyətini bərpa etmək üçün 2 dəfə monitorinq aparılıb:
"Bu il də keçirilən yoxlama zamanı bəzi şagirdlərin dərsə davamiyyətinin və bilik göstəricilərinin qənaətbəxş olmadığı ortaya çıxıb. Nəticədə, 15 nəfər şagird məktəbdən uzaqlaşdırılıb, 22 nəfərə isə xəbərdarlıq edilib".
13-02-2025, 17:02
İran yenə Ermənistana dəstəyini nümayiş etdirdi


İran yenə Ermənistana dəstəyini nümayiş etdirdi

İran xarici işlər nazirinin müavini Məcid Taxt Rəvançi bu gün Ermənistanın Tehrandakı səfiri Qriqor Hakopiyanla görüşüb.
Görüşdə Məcid Təxt Rəvançi İranın Ermənistanın ərazi bütövlüyü ilə bağlı dəqiq mövqeyinə toxunaraq, “İranın regionda geosiyasətinin dəyişməzliyi ilə bağlı mövqeyi aydındır” deyib.
Taxt Revançi Ermənistanla əlaqələrin İranın xarici siyasətində xüsusi əhəmiyyət kəsb etdiyini və bunun üçün bütün ilkin şərtlərin mövcud olduğunu qeyd edib.
Ermənistanın Tehrandakı səfiri Qriqor Hakopiyan isə İran İslam İnqilabının 46-cı ildönümü münasibətilə təbrik edib və deyib: “İranla qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlərin dərinləşdirilməsi Ermənistan hökuməti və xalqı üçün xüsusi əhəmiyyət kəsb edir”.
Bu görüşdə Ermənistan və İran arasında siyasət, iqtisadiyyat, infrastruktur, enerji və regional inkişaf sahələrində əməkdaşlıq da müzakirə edilib.
13-02-2025, 16:47
Avropa Parlamenti Zurabişvilini Gürcüstan kimi tanıyan qətnamə qəbul etdi


Avropa Parlamenti Zurabişvilini Gürcüstan kimi tanıyan qətnamə qəbul etdi

Avropa Parlamenti Salome Zurabişvilini Gürcüstanın legitim prezidenti kimi tanıyan qətnamə qəbul edib.
“Gürcüstanda siyasi vəziyyətin daha da pisləşməsi” adlı qətnaməni 400 deputat dəstəkləyib, 63-ü əleyhinə səs verib, 81 deputat isə bitərəf qalıb.
Qətnamənin müəllifi Avropa Parlamentindəki 5 siyasi qrupdan - Avropa Xalq Partiyası, Sosial Demokratlar, Mühafizəkarlar və İslahatçılar, Yeniləşmə və Yaşıllar partiyasından olan 57 deputatdır.
Qətnamədə Avropa Parlamentinin Salome Zurabişvilini Gürcüstanın legitim prezidenti və gürcü xalqının nümayəndəsi kimi tanımağa davam etdiyi qeyd edilir və onun “Gürcüstanın dinc yolla demokratiya və Avropa yoluna istiqamətləndirilməsi səyləri” təqdir edilir. Sənəddə həmçinin Avopra İttifaqı Şurasının Prezidentinə Zurabişvilinin şuranın qarşıdan gələn iclasına, həmçinin Avropa Siyasi İcmasının növbəti sammitinə Gürcüstanı təmsil etməsi üçün dəvət göndərməsi çağırışı edilir.
Qətnamə layihəsində Gürcüstanda yeni parlament seçkilərinin keçirilməsi, Gürcüstan rəsmilərinə sanksiyaların tətbiq edilməsinə çağırışları da yer alıb.
13-02-2025, 16:39
Şahnaz Bəylərqızı həbsdə qaldı


Şahnaz Bəylərqızı həbsdə qaldı

Məhkəmə "Toplum TV" işi üzrə saxlanılan Şahnaz Bəylərqızı barəsində qərar verib.
Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə onun barəsində seçilmiş həbs qətimkan tədbirindən verilən şikayətə baxılıb.
Qərara əsasən, şikayət təmin olunmayıb və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, Şahnaz Bəylərqızı bu ilin fevral ayının 5-də saxlanılıb. Daha sonra barəsində həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin qaçaqmalçılıq maddəsi ilə ittiham olunub.
Xatırladaq ki, ötən il Toplum TV" internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib. DİN-in yaydığı məlumatda bildirilib ki, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.
Akif Qurbanov, Ələsgər Məmmədli və daha bir neçə nəfər saxlanılıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
13-02-2025, 16:16
Ərdəbildə işçilər maaş ala bilmirlər


Ərdəbildə işçilər maaş ala bilmirlər

Ərdəbilin 2 saylı Sənaye Şəhərciyində yerləşən “Merac Ticarət” dəmir əritmə zavodunun istehsalat xəttində çalışan işçilər 6 aydan çoxdur ki, aylıq maaşlarını ala bilmirlər. Təhlükəsizliyə görə adının çəkilməsini istəməyən fabrik işçilərindən biri bildirib ki, yeni ilin yaxınlaşması, iqtisadi təzyiqlər və inflyasiyanın artmasına baxmayaraq, 3 növbəli, məcburi iş saatı ilə işləyən fabrikin istehsalat xidmətinin işçilərinin aldıqları son maaş 2024-cü ilin iyun ayına təsadüf edir. Həmçinin, dəmir əritmə sobalarının yanında, ağır şəraitdə çalışan bu işçilərin sığorta haqları, müavinətləri, zərərli iş sığortası ödənilmir.
Bununla belə, əgər işçi ödənilməmiş əmək haqqının ödənilməməsinə etiraz edərsə, o, birbaşa işəgötürən və bu kompleksin baş direktoru cənab Tağı Bəhrami Noşar “Noşəhr” tərəfindən işdən çıxarılır.
“Merac Ticarət” Kompleksi ticarət, tikinti, mədənçıxarma, istehsal və s. sahələrdə uzunmüddətli fəaliyyət tarixinə malikdir. Bu şirkət ticarət və istehsal sektorunda Ərdəbil Dəmir və Polad Fabriki ilə uzunmüddətli istismar müqaviləsi bağlayıb.
13-02-2025, 16:14

Rejimdən Təbrizdə xəbərdarlıq

Narazılığın artdığı və cəmiyyətin tədricən öz etirazlarını bildirməyə hazırlaşdığı bir vaxtda İran rejimi ictimai etirazların formalaşmasından ehtiyat etdiyi üçün Təbriz şəhərində xəbərdarlıq bülletenləri yaymağa başlayıb. Təbrizdən gələn xəbərlər göstərir ki, şəhərin bəzi sıx məskunlaşma olan məhəllələrində gecə evlərə xəbərdarlıq bülletenləri atılıb. Bülletenlərdə insanlar hökumətin əmrlərinə tabe olmağa və İran rejimini dəstəkləməyə çağırılıb.
"Zühur yaxındır” kimi başlıqlarla nəşr olunan bu bülletenlər İran rejiminin qarşıdakı günlər və həftələrlə bağlı güclü qorxusunu və Güney Azərbaycanda milli etiraz dalğasının formalaşmasını əks etdirir.
Qeyd edək ki, son günlər bir qrup azərbaycanlı milli fəal 21 fevral (Beynəlxalq Ana Dili Günü) ilə bağlı çağırış edib və insanlardan bu gün saat 21:00-dan başlayaraq koordinasiyalı hərəkətə keçməyi və mövcud vəziyyətə etirazlarını bildirməyi xahiş ediblər.
13-02-2025, 16:13
“İçərişəhər”in yeni rəhbəri kimdir


“İçərişəhər”in yeni rəhbəri kimdir

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə yeni sədr təyin edilib. Prezident İlham Əliyev sərəncamı ilə sözügedən vəzifəyə Rüfət Mahmud gətirilib.
Qeyd edək ki, qurumun sabiq sədri Şahin Seyidzadə Milli Məclisin deputatı seçildikdən sonra vəzifəsindən azad edilmişdi və sədr postu 4 aya yaxındır boş idi.
Rüfət Mahmud Xəzər Universitetinin bakalavr, İqtisad Universitetinin (UNEC) magistratura pillələrini bitirib. 2006-2007-ci illərdə Sirakuz Universitetinin Maksvell Məktəbində təhsil alıb.
O, əvvəllər İqtisadiyyat Nazirliyində şöbə müdiri, departament rəhbəri, “Maarifçi” Tələbə Kredit Fondunun icraçı direktoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müşaviri vəzifələrində çalışıb.
Rüfət Mahmud yeni təyinatadək SOCAR-ın Rusiyadakı strukturuna təhbərlik edib.
13-02-2025, 16:10
Fəqihinin azadlığa buraxılması tələb edilir


Fəqihinin azadlığa buraxılması tələb edilir

Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurası İran prezidenti Məsud Pezeşkiana göndərdiyi məktubda İranda həbsdə olan azərbaycanlı vəkil Məhəmməd Rza Fəqihinin vəziyyətindən narahatlığını bildirib və onun dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırış ediblər.
"CCBE" kimi tanınan bu ittifaq 46 ölkədən hüquqşünasları və hüquq birliklərini, onların vasitəsilə bir milyondan çox Avropa hüquqşünasını təmsil edir.
Avropa Vəkillər Kollegiyası və Hüquq Cəmiyyətləri Şurası cənab Fəqihinin məhkum edilməsinin vəkil kimi fəaliyyətinə, o cümlədən, insan haqları müdafiəçiləri və siyasi məhbusları müdafiə etmək səylərinə görə baş verdiyini vurğulayıb. İttifaq öz bəyanatında bildirib ki, Məhəmməd Rza Fəqihinin vəkillik hüququndan məhrum edilməsi İranda vəkillərin sıxışdırıldığının açıq göstəricisidir.
Avropa Vəkillər Kollegiyası və Hüquq Cəmiyyətləri Şurası İran hakimiyyətini vəkilləri və insan haqları müdafiəçilərini hədəfə almağı dayandırmağa çağırıb və xatırladıb ki, bütün vəkillər repressiya, hədə-qorxu və təqiblərdən qorxmadan öz peşə vəzifələrini yerinə yetirə bilməlidirlər.
Xatırladaq ki, Məhəmməd Rza Fəqihi İslam İnqilabı Məhkəməsinin 15-ci Şöbəsi "milli təhlükəsizliyə qarşı hərəkət etmək niyyəti ilə toplaşmaq və sövdələşmək" ittihamı ilə 5 il həbs cəzasına məhkum edilib, həmçinin iki il müddətinə vəkillik fəaliyyəti, siyasi qruplara üzvlük və ölkədən çıxışına qadağa qoyulub.
Əslən Ərdəbil əyalətinin Hir şəhərindən olan və Tehranda məskunlaşan Məhəmməd Rza Fəqihi Mərkəzi Vəkillər Kollegiyasının İnsan Haqları Komissiyasının və Tehrandakı Məhbusların Müdafiə Cəmiyyətinin idarə heyətinin üzvü olub. O, bir çox azərbaycanlı vətəndaş və siyasi fəalı təmsil edib və Mərkəzi Vəkillər Kollegiyasında casusluq işlərində müttəhimlərin müdafiəsinə cavabdeh olan azsaylı vəkillərdən biri olub.
13-02-2025, 16:09
Şagirdin döyülməsi görüntüləri yayıldı, polis araşdırır


Şagirdin döyülməsi görüntüləri yayıldı, polis araşdırır

Bakıda şagird bullinqə məruz qalıb.
Bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb.
Hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində baş verib.
Bir qrup məktəbli əlbir olaraq digər şagirdə qarşı zorakılıq nümayiş etdirib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib ki, sosial şəbəkələrdə bir qrup yeniyetmə arasında insidenti əks etdirən görüntülərlə bağlı müvafiq polis orqanında araşdırma aparılır.
13-02-2025, 16:08
Sima Əlipur SEPAH Kəşfiyyat İdarəsinə çağırılıb


Sima Əlipur SEPAH Kəşfiyyat İdarəsinə çağırılıb

Sima Əlipur, İnstaqram səhifəsində yayımladığı bir paylaşımda SEPAH Kəşfiyyat Departamentinin telefon çağırışını qanunsuz hesab etdiyini və ora getməyəcəyini bildirib.
"Bu gün saat 13:50-də, SEPAH Kəşfiyyat İdarəsindən zəng edib məni idarəyə çağırdılar. Bu formada çağırış qanunsuz olduğu üçün idarəyə getməkdən imtina etdim.” - deyə o öz paylaşımında bildirib.
Qeyd edək ki, son aylarda çox sayda Azərbaycan milli hərəkatının fəalı İran hökumətinin xüsusi xidmət orqanları tərəfindən telefonla idarələrə çağırılsa da onların bir çoxu bu cür qeyri-qanuni telefon çağırışlarından imtina edib və yazılı şəkildə çağırılmadıqca bu qurumlara gəlməyəcəklərini bildiriblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!