İki bələdiyyə sədri AK Partiyaya keçdi .....                        8 yaşlı uşaq faciəvi şəkildə öldü .....                        Roma Papasının ölüm səbəbi AÇIQLANDI .....                        Sumı vilayətində intensiv döyüşlər gedir .....                        Buraxılışda 250 və daha çox bal toplayanların nəzərinə.. .....                        Bu, bağışlanmaz bir faciə idi - Arayik Xocalıdan danışdı .....                        Maştağada dayıqızı-bibiqızı itkin düşdü .....                        Qukasyan Xocalı soyqırımına rəhbərlik edənlərin adlarını çəkdi .....                        İcra başçısına birinci müavin təyin edildi .....                       
6-03-2025, 17:08
Zelenskinin rəqibləri Trampla danışıq apardıqlarını təsdiqlədilər


Zelenskinin rəqibləri Trampla danışıq apardıqlarını təsdiqlədilər

Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko və eks-prezidenti Pyotr Poroşenko ABŞ lideri Donald Trampın komandası ilə əlaqə saxladıqlarını təsdiqləyiblər.
Bu barədə onlar sosial şəbəkədəki səhifələrində bildiriblər.
Y.Timoşenko qeyd edib ki, o, sülhə nail olmaq üçün "Ukraynanın bütün müttəfiqləri" ilə danışıqlar aparır, lakin hərbi əməliyyatlar zamanı prezident seçkilərinin keçirilməsinin qəti əleyhinədir.
P.Poroşenkonun sözlərinə görə, o, amerikalı həmkarları ilə Ukraynaya dəstək, azadlıq və demokratiya məsələlərini müzakirə edib. Poroşenko həmçinin qeyd edib ki, ölkədə seçkilərin keçirilməsi ideyasını dəstəkləmir.
Bundan əvvəl “Politico” Tramp tərəfdarları ilə Timoşenko və Poroşenkonun partiyasının bəzi üzvləri arasında gizli danışıqlar apardığı və bu danışıqlarda guya Ukraynada prezident seçkilərinin keçirilməsinin mümkünlüyünü müzakirə etdiyi barədə məqalə yayıb.
Tramp təkid edir ki, atəşkəsdən dərhal sonra prezident seçkiləri keçirilməlidir. Onun fikrincə, Zelenskinin reytinqi aşağı düşüb və çox güman ki, yenidən seçilmək şansı olmayacaq.
Tramp Zelenskini seçkisiz diktator adlandırıb, baxmayaraq ki, sonradan bu ifadəyə müəyyən qədər haqq qazandırmağa çalışıb.
6-03-2025, 16:55
Prezidentdən Sahil Babayevlə bağlı SƏRƏNCAM


Prezidentdən Sahil Babayevlə bağlı SƏRƏNCAM

Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın tərkibində dəyişiklik edilib.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan-Serbiya Hökumətlərarası Komissiyanın həmsədri maliyyə naziri olub. Daha əvvəl bu vəzifəni əmək və əhalinin sosial müdafiəsi naziri icra edib. Qeyd edək ki, Sahil Babayev bir müddət əvvəl əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilərək maliyyə naziri təyin edilib.
Bundan əlavə, Komissiyanın tərkibinə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini də daxil edilib.
6-03-2025, 16:39
Qarlı havada 4414 avtomobilə 3 milyon manat ziyan dəyib


Qarlı havada 4414 avtomobilə 3 milyon manat ziyan dəyib

Qarlı hava şəraitində baş vermiş hadisələrə görə 3 milyon manata yaxın sığorta ödənişi nəzərdə tutulub.
Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) bildirilib.
Qeyd edilib ki, cari ilin 21 fevral – 2 mart tarixləri aralığında ölkə ərazisində qeydə alınan intensiv qarlı və şaxtalı hava şəraiti nəticəsində bir sıra hadisələr qeydə alınıb. Sözügedən hadisələr nəticəsində sığortalanmış avtonəqliyyat vasitələrinə, o cümlədən daşınmaz əmlaklara zərər dəyib.
Son məlumatlara görə, ümumilikdə 7 sığorta şirkətinə sığortalanmış avtonəqliyyat vasitələri və daşınmaz əmlaklara dəymiş zərərlə bağlı ümumilikdə 4414 müraciət daxil olub. Bu müraciətlərin 3721-i “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü, 676-sı “Kasko” sığorta növü, 17-si isə “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə baş vermiş hadisələr ilə əlaqədar olub. Sektordan aldığımız məlumata görə, 3215 hadisə üzrə ehtimal olunan zərər məbləği 2 milyon 708 min 396 manat həcmində müəyyən olunub, 1199 hadisə üzrə isə zərər qiymətləndirməsi prosesi davam edir. Hazırda daxil olmuş bütün müraciətlərə dair hadisələr tənzimləmə və zərər qiymətləndirilməsi mərhələsindədir və sığorta hadisəsi kimi tanınan hər bir hadisə üzrə sığorta ödənişlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Əlavə edilib, sığorta şirkətlərinə daxil olmuş müraciətlər üzrə hadisələrin böyük əksəriyyəti paytaxt Bakıda qeydə alınıb.
6-03-2025, 16:30
Azərbaycanda ehtiyatda olan hərbçilər orduya çağırıldı


Azərbaycanda ehtiyatda olan hərbçilər orduya çağırıldı

2025-ci ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı başlayıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, ehtiyatdan çağırılan hərbi vəzifəlilər müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat növləri ilə təmin olunurlar.
Hərbi vəzifəlilərlə maarifləndirici söhbətlər aparılır, onlara təhlükəsizlik qaydaları çatdırılır, eləcə də sıra hazırlığı üzrə məşğələlər keçirilir.
Toplanış çərçivəsində hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin artırılması, təlim sahəsində praktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə müxtəlif tapşırıqlar icra ediləcək.
6-03-2025, 16:26
Ermənistanın beynəlxalq hüquq üzrə nümayəndəsi istefa verdi


Ermənistanın beynəlxalq hüquq üzrə nümayəndəsi istefa verdi

Ermənistanın beynəlxalq hüquq məsələləri üzrə nümayəndəsi Yeqişe Kirakosyan tutduğu vəzifədən istefa verib.
Bu barədə o, özünün Facebook səhifəsində yazıb.
“Mən daha çox Ermənistan Respublikasında beynəlxalq hüququn möhkəmləndirilməsinə, habelə hüquq təhsilinin inkişafına yönəlmiş akademik/elmi və peşəkar işə diqqət yetirmək istəyirəm.
Mənə göstərilən etimada görə Ermənistan Respublikasının Baş nazirinə, eləcə də dövlət sistemindən olan bütün həmkarlarıma səmərəli əməkdaşlığa görə minnətdarlığımı bildirirəm”, - qeyd edib.
6-03-2025, 16:21
Baş prokuror Arif Paşayevlə memorandum imzaladı


Baş prokuror Arif Paşayevlə memorandum imzaladı

Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Milli Aviasiya Akademiyası arasında əməkdaşlığın inkişafına dair Anlaşma Memorandumu imzalanıb.
Bu barədə Baş Prokurorluqdan bildirilib.
Məlumata görə, martın 5-də Milli Aviasiya Akademiyasının (MAA) rektoru, akademik Arif Paşayev və Azərbaycan Respublikasının Baş prokuroru, hüquq üzrə fəlsəfə doktoru Kamran Əliyev arasında görüş keçirilib.
Görüşdə əməkdaşlıq haqqında 23 sentyabr 2020-ci il tarixində imzalanmış Saziş çərçivəsində MAA və Prokurorluq arasındakı səmərəli əlaqələri, kadr hazırlığı sahəsində qarşılıqlı fəaliyyətin əhəmiyyətini, habelə əldə olunan müsbət nəticələri nəzərə alaraq əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə müvafiq razılıq əldə olunub.
Memoranduma əsasən, Prokurorluq orqanlarının əməkdaşlarının tədrisdə, MAA-nın professor-müəllim heyətinin isə Prokurorluğa qəbul olunan və fəaliyyətdə olan əməkdaşlarının ixtisasartırma prosesində iştirak etməsi, hüquqi və elmi maarifləndirmə istiqamətində birgə təlim kurslarının, seminar və mühazirələrin təşkili, “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr pilləsində təhsil alan tələbələrin Prokurorluqda ictimai köməkçi (könüllü) qismində isə, MAA-nın professor-müəllim heyətinin Prokurorluqda qanunvericilik aktlarının hazırlanması prosesinə cəlb edilməsi nəzərdə tutulur.
6-03-2025, 16:18
Füzulidə sökülən şəhid lövhələri narazılıqdan sonra bərpa edildi


Füzulidə sökülən şəhid lövhələri narazılıqdan sonra bərpa edildi

Füzuli rayonunda yol kənarına quraşdırılmış şəhidlərə məxsus xatirə lövhələri sökülüb.
Lövhələrin sökülməsini əks etdirən görüntüləri jurnalist Səidə Bəkirqızı paylaşıb.
Şəhidlərin xatirə lövhələrinin söküldüyü görünütlər rayonun Alxanlı kəndində qeydə alınıb.
Məsələ ilə bağlı Füzuli Rayon İcra Hakimiyyətindən bildirilib ki, görüntülərdən sonra sözgedən lövhələr yenidən bərpa olunub.
Qeyd edilib ki, lövhələr şəhid ailəsinin razılığı ilə yerinin dəyişilməsi məqsədilə sökülüb. Ancaq sonradan lövhələrin sökülməsi sosial şəbəkələrdə yanlış anlaşıldığı üçün yerinə qaytarılıb.
6-03-2025, 16:15
Naxçıvanın blokadası tarixə qovuşur - Növbəti addım Zəngəzur dəhlizidir


Naxçıvanın blokadası tarixə qovuşur - Növbəti addım Zəngəzur dəhlizidir

Martın 5-də Ankarada İğdır-Naxçıvan qaz kəmərinin açılışı videobağlantı formatında keçirilib. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər. Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev layihənin Azərbaycan-Türkiyə strateji əməkdaşlığının yeni mərhələsi olduğunu bildirib.
Dövlət başçısı çıxışında Naxçıvanın uzun illər blokada şəraitində qaldığını və bu qaz xəttinin muxtar respublikanın enerji təhlükəsizliyini təmin edəcəyini vurğulayıb. O, 1920-ci ildə bolşeviklərin qərarı ilə Zəngəzurun Azərbaycandan ayrılaraq Ermənistana verildiyini, bunun nəticəsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın əlaqəsinin kəsildiyini xatırladıb.
İlham Əliyev bildirib ki, Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın Naxçıvanı işğal etmək planı olub, lakin Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında bu niyyət baş tutmayıb. O, həmin dövrdə Türkiyədən Naxçıvana edilən yardımların əhəmiyyətini vurğulayıb:
"Onların planları Naxçıvanı da işğal etmək idi. Ancaq o zaman mənim atam Heydər Əliyev Naxçıvanın rəhbəri kimi buna imkan vermədi və Naxçıvanı qorumaq üçün bütün naxçıvanlılar səfərbər oldular, öz doğma torpaqlarını qorudular və işğalçını yerində oturtdular. Naxçıvanın o zaman işğal altına düşməməsinin səbəblərindən biri də o idi ki, o zaman Naxçıvanı Türkiyə ilə birləşdirən “Ümid” körpüsü inşa edilmişdir və Türkiyədən gələn yardımlar Naxçıvanın qorunmasına çox önəmli töhfə vermişdir".
Prezident İlham Əliyev Azərbaycan və Türkiyənin həyata keçirdiyi Bakı-Tbilisi-Ceyhan, TANAP kimi nəhəng enerji layihələrini xatırladaraq, bu qaz kəmərinin də regionun enerji xəritəsində mühüm yer tutduğunu bildirib. O qeyd edib ki, hazırda Azərbaycan qazı 11 ölkəyə ixrac olunur və bu layihələr Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Dövlət başçısı çıxışında Azərbaycan-Türkiyə qardaşlığının və strateji əməkdaşlığının dünya miqyasında önəmli faktor olduğunu xüsusi vurğulayıb. O, Zəngəzur dəhlizinin açılmasının regional əlaqələri gücləndirəcəyini qeyd edib.



Milli Məclis sədrinin müavini Musa Qasımlı bildirib ki, Prezident İlham Əliyevin Naxçıvanla bağlı məsələyə toxunması tarixi, siyasi, ideoloji və mənəvi əhəmiyyət daşıyır:
"Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında cənab Prezidentimiz İham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən açılması böyük hadisədir. Bu, Ermənistan tərəfindən uzun illər ərzində blokadada saxlanılan Naxçıvanın qazla təchizatı məsələsini həll edir. Açılış nitqində cənab Prezidentimiz vacib məsələyə toxundu.
O məsələ də Naxçıvanın Azərbaycanın digər hissələrindən ayrı düşməsi ilə bağlıydı. Dövlət başçımızın ötən əsrin 20-ci illərində bu məsələnin baş verməsini deməsi tarixi, siyasi, ideoloji və mənəvi əhəmiyyət daşıyır. Fikrimcə, Zəngəzurun Qərbinin Ermənistana verilməsinə dair həqiqətlərin üzə çıxarılmasında bu, əhəmiyyətlidir. Bu qaz kəmərinin işə düşməsi Azərbaycanla Türkiyənin bərabər hərəkət etdikləri zaman qarşıya qoyduqları məqsədə nail oluduqlarını göstərir".
Vitse-spiker qeyd edib ki, problemin həlli təkcə Naxçıvan qaz məsələsinin həll edilməsi demək deyil:
"Bütövlükdə bu, türk dünyasının böyük uğurudur. Azərbaycan və Türkiyə belə fəaliyyətləri ilə türk dünyası arasında əməkdaşlığı gücləndirir. Qaz kəmərinin istifadəyə verilməsi Azərbaycan və Türkiyənin regionda rolunun artdığını göstərən amillərdəndir. Bütün çətinliklərə, manelərə baxmayaraq, Azərbaycan dövləti qardaş Türkiyə ilə əməkdaşlıq edərək bu problemi həll etdi. Bu kəmər Cənubi Qafqazı zəncir kimi, həlqəyə alan kəmərdir".
6-03-2025, 15:59
“Qarabağ”ın zədə alan futbolçusunun son durumu


“Qarabağ”ın zədə alan futbolçusunun son durumu

Azərbaycan Premyer Liqasının XXV turunun "Sumqayıt"la oyununda zədələnən "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadənin durumuna aydınlıq gəlib.
Ağdam klubunun mətbuat xidmətindən verilən məlumata görə, 28 yaşlı müdafiəçinin zədəsi ciddi deyil.
Həkimlərin son müayinəsindən sonra təcrübəli oyunçu bu gün komanda ilə birlikdə məşqlərə başlayıb.
Qeyd edək ki, Azərbaycan millisinin üzvü "Sumqayıt"la görüşdə komanda yoldaşı ilə toqquşmadan sonra zədə almışdı. Həmin qarşılaşma "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə başa çatmışdı.
6-03-2025, 15:29
Sumqayıtda ölü döl tapıldı


Sumqayıtda ölü döl tapıldı

Sumqayıtda ölü döl tapılıb.
Ölü dölün Perinatal Mərkəzin və Uşaq xəstəxanasının yaxınlığında açıq sahədə aşkarlandığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!