Silahımız yoxdur, amma insanımız var... .....                        Anar Mehdiyevə cinayət işi açıldı .....                        Ermənistanı Rusiyaya birləşdirən yol bağlandı .....                        Ukraynanın inkişafını Putinin gözü götürmədi .....                        İranda etirazçılar prokuroru diri-diri yandırdı .....                        Qonşunun pul və qızılını oğurlayan şəxs saxlanıldı .....                        Abidələrin siyahısına dəyişiklik edildi .....                        Bakıda yaşayış binasında yanğın - Yaralı var .....                        Tehran alov içində - Etirazlar silahlı toqquşmaya çevrilir .....                       
Tarix : 6-03-2025, 16:15
Naxçıvanın blokadası tarixə qovuşur - Növbəti addım Zəngəzur dəhlizidir


Naxçıvanın blokadası tarixə qovuşur - Növbəti addım Zəngəzur dəhlizidir

Martın 5-də Ankarada İğdır-Naxçıvan qaz kəmərinin açılışı videobağlantı formatında keçirilib. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər. Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev layihənin Azərbaycan-Türkiyə strateji əməkdaşlığının yeni mərhələsi olduğunu bildirib.
Dövlət başçısı çıxışında Naxçıvanın uzun illər blokada şəraitində qaldığını və bu qaz xəttinin muxtar respublikanın enerji təhlükəsizliyini təmin edəcəyini vurğulayıb. O, 1920-ci ildə bolşeviklərin qərarı ilə Zəngəzurun Azərbaycandan ayrılaraq Ermənistana verildiyini, bunun nəticəsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın əlaqəsinin kəsildiyini xatırladıb.
İlham Əliyev bildirib ki, Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın Naxçıvanı işğal etmək planı olub, lakin Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında bu niyyət baş tutmayıb. O, həmin dövrdə Türkiyədən Naxçıvana edilən yardımların əhəmiyyətini vurğulayıb:
"Onların planları Naxçıvanı da işğal etmək idi. Ancaq o zaman mənim atam Heydər Əliyev Naxçıvanın rəhbəri kimi buna imkan vermədi və Naxçıvanı qorumaq üçün bütün naxçıvanlılar səfərbər oldular, öz doğma torpaqlarını qorudular və işğalçını yerində oturtdular. Naxçıvanın o zaman işğal altına düşməməsinin səbəblərindən biri də o idi ki, o zaman Naxçıvanı Türkiyə ilə birləşdirən “Ümid” körpüsü inşa edilmişdir və Türkiyədən gələn yardımlar Naxçıvanın qorunmasına çox önəmli töhfə vermişdir".
Prezident İlham Əliyev Azərbaycan və Türkiyənin həyata keçirdiyi Bakı-Tbilisi-Ceyhan, TANAP kimi nəhəng enerji layihələrini xatırladaraq, bu qaz kəmərinin də regionun enerji xəritəsində mühüm yer tutduğunu bildirib. O qeyd edib ki, hazırda Azərbaycan qazı 11 ölkəyə ixrac olunur və bu layihələr Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Dövlət başçısı çıxışında Azərbaycan-Türkiyə qardaşlığının və strateji əməkdaşlığının dünya miqyasında önəmli faktor olduğunu xüsusi vurğulayıb. O, Zəngəzur dəhlizinin açılmasının regional əlaqələri gücləndirəcəyini qeyd edib.



Milli Məclis sədrinin müavini Musa Qasımlı bildirib ki, Prezident İlham Əliyevin Naxçıvanla bağlı məsələyə toxunması tarixi, siyasi, ideoloji və mənəvi əhəmiyyət daşıyır:
"Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında cənab Prezidentimiz İham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən açılması böyük hadisədir. Bu, Ermənistan tərəfindən uzun illər ərzində blokadada saxlanılan Naxçıvanın qazla təchizatı məsələsini həll edir. Açılış nitqində cənab Prezidentimiz vacib məsələyə toxundu.
O məsələ də Naxçıvanın Azərbaycanın digər hissələrindən ayrı düşməsi ilə bağlıydı. Dövlət başçımızın ötən əsrin 20-ci illərində bu məsələnin baş verməsini deməsi tarixi, siyasi, ideoloji və mənəvi əhəmiyyət daşıyır. Fikrimcə, Zəngəzurun Qərbinin Ermənistana verilməsinə dair həqiqətlərin üzə çıxarılmasında bu, əhəmiyyətlidir. Bu qaz kəmərinin işə düşməsi Azərbaycanla Türkiyənin bərabər hərəkət etdikləri zaman qarşıya qoyduqları məqsədə nail oluduqlarını göstərir".
Vitse-spiker qeyd edib ki, problemin həlli təkcə Naxçıvan qaz məsələsinin həll edilməsi demək deyil:
"Bütövlükdə bu, türk dünyasının böyük uğurudur. Azərbaycan və Türkiyə belə fəaliyyətləri ilə türk dünyası arasında əməkdaşlığı gücləndirir. Qaz kəmərinin istifadəyə verilməsi Azərbaycan və Türkiyənin regionda rolunun artdığını göstərən amillərdəndir. Bütün çətinliklərə, manelərə baxmayaraq, Azərbaycan dövləti qardaş Türkiyə ilə əməkdaşlıq edərək bu problemi həll etdi. Bu kəmər Cənubi Qafqazı zəncir kimi, həlqəyə alan kəmərdir".


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!