İki bələdiyyə sədri AK Partiyaya keçdi .....                        8 yaşlı uşaq faciəvi şəkildə öldü .....                        Roma Papasının ölüm səbəbi AÇIQLANDI .....                        Sumı vilayətində intensiv döyüşlər gedir .....                        Buraxılışda 250 və daha çox bal toplayanların nəzərinə.. .....                        Bu, bağışlanmaz bir faciə idi - Arayik Xocalıdan danışdı .....                        Maştağada dayıqızı-bibiqızı itkin düşdü .....                        Qukasyan Xocalı soyqırımına rəhbərlik edənlərin adlarını çəkdi .....                        İcra başçısına birinci müavin təyin edildi .....                       
19-03-2025, 16:02
İmamoğlu CHP üzvlərinin şikayətinə görə saxlanılıb - AK Partiyadan ÖZƏL AÇIQLAMA


İmamoğlu CHP üzvlərinin şikayətinə görə saxlanılıb - AK Partiyadan ÖZƏL AÇIQLAMA

Türkiyənin İstanbul şəhərinin bələdiyyə sədri Ekrem İmamoğlunun polis tərəfindən saxlanılması ölkə gündəmini zəbt edib. Ana müxalifət olan Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidentliyə potensial namizədi İmamoğluya prokurorluq tərəfindən ciddi ittihamlar irəli sürülüb.
İstanbul Baş Prokurorluğunun yaydığı məlumatda İmamoğlu və bir qrup şəxs cinayətkar təşkilatın rəhbəri olmaq, cinayətkar təşkilata üzv olmaq, qəsb etmə, rüşvətxorluq, dələduzluq, qanunsuz olaraq şəxsi məlumatların əldə edilməsi, tenderin saxtalaşdırılması kimi cinayətlərdə ittiham olunub.
Məsələ ilə əlaqədar hələlik hakim Ədalət və İnkişaf Partiyasından (AK Partiya) rəsmi reaksiya verilməyib.
Türkiyə Böyük Millət Məclisinin AKP-dən olan deputatı Yıldırım Tuğrul bildirib ki, İmamoğlu barədə şikayətlərin hamısı CHP üzvləri tərəfindən edilib:
"Beşiktaş bələdiyyə sədri Rıza Akpolat həbs olunmuşdu. O, etirafçı olub. Onun verdiyi ifadələrə əsasən istintaq başladılıb. Qurultay prosesində pul işləri, həm layihələr, həm rüşvət, şəhərsalma işləri ilə bağlı pul məsələləri nə var nə yox açıqlayıb. Beykoz, Beşiktaş, eləcə də Esenyurt bələdiyyələrindəki şikayətlərin hamısı CHP üzvləri tərəfindən edilib".
19-03-2025, 15:34
“Argentinanın Ermənistanla əla münasibəti var, ancaq...” - Elçin Əmirbəyov


“Argentinanın Ermənistanla əla münasibəti var, ancaq...” - Elçin Əmirbəyov

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Azərbaycanın Buenos-Ayresdəki səfirliyində Argentina ilə ticarət əlaqələri barədə danışıqlar aparıb. Danışqlar zamanı Ermənistanla aparılan müzakirələrə də toxunan Elçin Əmiraslanıv deyib:
“Düşünürəm ki, Argentinanın Ermənistanla əla münasibətləri var, lakin bu heç də o demək deyil ki, Argentinanın Azərbaycanla əla münasibətləri ola bilməz”.
Argentinanın ingilisdilli “The Buenos Aires Times”ın məqaləsində belə deyilir.
Cənab Əmiraslanov bildirib ki, Azərbaycan Ermənistanla sülh müqaviləsi bağlamağa hazırdır. İndi top Ermənistan tərəfdədir:
“Ancaq biz ermənilərin gələcəkdə revanşizmə yuvarlanmaq və ərazilərimizə yenidən iddia etmək cəhdləri üçün heç bir hüquqi əsas qoymaq istəmirik”.
Ona görə də Ermənistan konstitusiyasında ərazi iddiası ilə bağlı müddəalar aradan qaldırlmalıdır. Azərbaycan Ermənistanın ATƏT-in Minsk qrupundan imtina etməsini də lazımlı sayır. İki ölkənin anlaşmasında üçüncü tərəfə ehtiyac yoxdur:
“Biz qəti şəkildə inanırıq ki, münasibətlərimizin gələcəyi Ermənistan və Azərbaycanın əlindədir və bu işdə heç bir üçüncü tərəfə və üçüncü tərəfin qüvvələrinə ehtiyac yoxdur”.
Elçin Əmirbəyovun Ermənistanla bağlı dediklərini Ermənistanın Argentinadakı səfiriyi məyusluqla qarşılayıb:
“Təəssüf ki, Azərbaycan hazırda Cənubi Qafqazda davamlı sülhə çalışmaq əvəzinə, ilkin şərtlər dili ilə danışaraq Ermənistanla razılaşdırdığı sazişi imzalamaqdan de-fakto imtina edir. Buna baxmayaraq, biz ümidliyik ki, Azərbaycan siyasi iradə nümayiş etdirəcək və yaxın gələcəkdə iki ölkə arasında münasibətləri tənzimləyən sazişi imzalayacaq”, - Ermənistanın Argentinadakı səfiriyi bildirib.
19-03-2025, 15:21
Bu gün Ramazanın ikinci Qədr gecəsi olacaq


Bu gün Ramazanın ikinci Qədr gecəsi olacaq

Qafqaz Müsəlmanları İdarəsinin Ramazan ayı ilə bağlı xüsusi təqviminə görə, bu gün ikinci Qədr gecəsini yaşayacağıq.
Təqvimə əsasən ikinci Qədr gecəsi Ramazan ayının 20-dən 21-nə keçən gecəyə (20 mart) təsadüf edir.
Növbəti Qədr gecələri Ramazan ayının 22-dən 23-nə keçən gecə (22 mart) və Ramazan ayının 26-dan 27-nə keçən gecə (26 mart) olacaq.
Xatırladaq Ramazanın ilk Qədr gecəsi mart ayının 18-dən 19-na keçən gecəyə təsadüf edib.
İslam təqvimi ilə Şəvval ayının 1-i, yəni martın 30-da Ramazan (Fitr) bayramı qeyd olunacaq.
Qədr gecəsi Allahın müqəddəs kitabı “Quran”ın nazil olduğu gecədir. Allah-Təala “Qurani-Kərim”də buyurur: “Həqiqətən biz onu (“Quran”ı) Qədr gecəsi nazil etdik!”
Əgər bir şəxs Qədr gecəsi ibadətlə məşğul olarsa, onun bu gecədəki ibadəti min ay (təqribən 84 il) ibadətdən üstün və fəzilətli olar.
Rəvayətlərdə Qədr gecəsinin fəziləti haqqında çoxlu hədislər nəql olunub.
Qədr gecəsi Allah insanların dualarını qəbul edir.
Qədr gecəsin həm bərəkətli, həm də Allahın mərhəməti olan bir gecədir.
Qədr gecəsi əhya saxlamaq, yəni səhərədək oyaq qalmaq savab sayılır. Həmin gecədə təkcə oyaq qalmağın özü də ibadət sayılır. Çünki oyaq qalmanın özü bu mübarək gecəni ilin başqa günlərindən tamamilə fərqləndirir.
Hər kim Qədr gecəsində oyaq qalıb Allaha ibadət edərsə, Allah-Təala ona min ay ibadətin savabından artıq savab yazar.
19-03-2025, 14:45
Putinin danışıqlardakı şərti - Ukraynadan bunu tələb edir


Putinin danışıqlardakı şərti - Ukraynadan bunu tələb edir

Martın 18-də Sənayeçilər və Sahibkarlar İttifaqının nümayəndələri ilə bağlı qapılar arxasında keçirilən görüşdə prezident Vladimir Putin bəyan edib ki, Krım, habelə ilhaq edilmiş Donetsk, Luqansk, Xerson və Zaporojye bölgələri danışıqlar zamanı Rusiya ərazisi kimi tanınsa, onda Moskva Ukraynanın Odessa və digər ərazilərinə iddia etməyəcək.
Bu barədə “Kommersant”ın xüsusi müxbiri Andrey Kolesnikov öz məqaləsində yazıb.
Kolesnikov görüşün bir neçə iştirakçısına istinadən iddia edir ki, tədbirin qapalı hissəsində Putin iş adamları ilə biznesdən deyil, Ukrayna və sülh danışıqlarından danışıb. Rusiya prezidenti deyib ki, Ukraynanın “az qan tökməklə” Krımın tanınması haqqında danışmağa başlamaq imkanı var idi.
Sonra aydın oldu ki, rəsmi Kiyev Luqansk və Donetsk “respublikaları”nın muxtariyyətinin tanınması barədə eşitmək istəməyib.
Jurnalistin həmsöhbətlərinin sözlərinə görə, Putin görüşdə bildirib ki, hazırda danışıqlar Krım, Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin Rusiyanın bir hissəsi kimi tanınması ilə bağlıdır.
Jurnalist məqaləsində bunu kimin etməli olduğunu göstərmir - yalnız Ukrayna, yoxsa ABŞ və Avropa?
Görüş iştirakçıları "Kommersant”ın müxbirinə qeyd ediblər ki, Vladimir Putinin fikrincə, Donald Trampla razılaşmaq mümkündür və ümumilikdə o, əslində Donald Trampa inanır.
Putinin iş adamları ilə bağlı qapılar arxasında görüşü Rusiya prezidentinin Donald Trampla telefon danışığından bir qədər əvvəl baş tutub.
Ukrayna prezidenti Vladimir Zelenski daha əvvəl Ukraynanın istənilən ərazisinin hüquqi tanınması imkanını Kiyev üçün “qırmızı xətt” adlandırmışdı. Zelenski həmçinin etiraf edib ki, hərbi əməliyyatlar başa çatdıqdan sonra bəzi ərazilər de-fakto Rusiyada qala bilər.
19-03-2025, 14:29
Sumqayıtda sənədsiz evlər söküldü - VİDEO


Sumqayıtda sənədsiz evlər söküldü - VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıtda qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edib.
Bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsi tərəfindən Sumqayıt şəhəri, 76-cı məhəllədə zəbt edilmiş ərazidə qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə FHN-ə müraciət edilib.
Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikililər sökülüb.


19-03-2025, 14:04
İmamoğlu nə qədər həbsdə qalacaq?


İmamoğlu nə qədər həbsdə qalacaq?

Səhər saatlarında saxlanılan İstanbulun bələdiyyə sədri Ekrem İmamoğlu dörd gün həbsdə qalacaq.
Bu barədə “CNN Türk” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, İmamoğlu və onunla birlikdə saxlanılan şəxslər dörd gün ərzində polis nəzarətində qalacaqlar.
Qeyd edək ki, İmamoğlu ilə yanaşı 100-dən artıq şəxs saxlanılıb.
19-03-2025, 14:00
Prezidentin açılışlar etdiyi Ağdərədə neçə kənd var? - SİYAHI


Prezidentin açılışlar etdiyi Ağdərədə neçə kənd var? - SİYAHI

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonuna səfər ediblər. Dövlət başçısı və birinci xanım Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunun, Suqovuşan kəndindəki məscidin, yaşayış kompleksinin açılışında iştirak ediblər.
Həsənriz kəndində buraya köçən bir qrup sakinlə görüşüb, fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar.
5 dekabr 2023-cü il tarixində Milli Məclisdə "Azərbaycan Respublikasının Ağdərə rayonunun yenidən yaradılması haqqında" qanun qəbul olunub. Qanuna əsasən, inzibati ərazi vahidi kimi 1992-ci ildə ləğv olunan, ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonları arasında bölüşdürülən Ağdərə rayonu əvvəlki qaydada təşkil edilib. Yeni rayonun mərkəzinin 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun keçirdiyi antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənən Ağdərə şəhərinin olması qərara alınıb.
27 dekabr 2023-cü il tarixində Prezident İlham Əliyev “Ağdərə rayonunun yaradılması haqqında” qanunu təsdiqləyib. Bu Fərmana əsasən, Ağdərə rayonu Qarabağ iqtisadi rayonunun ərazisinə daxil edilib. Fərmanda həmçinin Ağdərə Rayon İcra Hakimiyyəti yaradılması nəzərdə tutulub.
Qeyd edək ki, Ağdərə rayonu inzibati ərazi vahidi kimi 1992-ci ildə ləğv olunmuş və onun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonları arasında bölünmüşdü.
1993-cü il iyulun 7-də Ağdərə rayonu ermənilər tərəfindən işğal olunmuşdu.
2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin antiterror tədbirləri nəticəsində Ağdərə Azərbaycan nəzarətinə qaytarılıb. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Ağdərə şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaldıb.
Ağdərə rayonunun sahəsi 1.660,83 km²-dir. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, Ağdərə rayonunda 12 mindən çox sakin qeydiyyatdadır.
İnzibati Ərazi Bölgüsü Təsnifatına əsasən, hazırda işğaldan azad edilmiş Ağdərə rayonunda 1 şəhər, 1 qəsəbə və 57 kənd var.
Həmin yaşayış məntəqələrinin adlarını diqqətinizə çatdırırıq:

Ağdərə şəhəri;
Şıxarx qəsəbəsi;
Ağabəyyalı k.
Aşağı Oratağ k.
Dəmirli k.
Qasapet k.
Baş Güneypəyə k.
Canyataq k.
Gülyataq k.
Çardaqlı k.
Lüləsaz k.
Meqrelalay k.
Çaylı k.
Suqovuşan k.
Təpəkənd k.
Çərəktar k.
Çıldıran k.
Dəvədaşı k.
Mehmana k.
Dovşanlı k.
Bazarkənd k.
Hayad k.
Heyvalı k.
Yayıcı k.
Həsənqaya k.
Çiləbürt k.
Göyarx k.
Maralyansarov k.
Həsənriz k.
Xatınbəyli k.
İmarət Qərvənd k.
Çapar k.
Zardaxaç k.
Kiçik Qarabəy k.
Kolatağ k.
Damğalı k.
Qızılqaya k.
Yuxarı Oratağ k.
Qızıloba k.
Seysulan k.
Yarımca k.
Qozlu k.
Qozlukörpü k.
Məlikli k.
Qazançı k.
Narınclar k.
Orta Güneypəyə k.
Sırxavənd k.
Ballıqaya k.
Bəşirlər k.
Qaraşlar k.
Talış k.
Ulu Qarabəy k.
Umudlu k.
Zəylik k.
Vəngli k.
Çormanlı k.
Şahmansurlu k.
Yeni Qaralar k.
19-03-2025, 13:04
Türk lirəsi yenə "öldü" - Nazirdən AÇIQLAMA


Türk lirəsi yenə "öldü" - Nazirdən AÇIQLAMA

İstanbul bələdiyyəsinin sədri Ekrem İmamoğlunun həbsindən sonra türk lirəsi yeni tarixi minimuma çatıb.
Martın 19-da ticarətin əvvəlində Forex bazarında ABŞ dollarının türk lirəsinə nisbətdə məzənnəsi (USD/TRY) 11,99% bahalaşaraq 1 dollar üçün 41,1 lirə olub.
Dolların lirə məzənnəsi tarixdə ilk dəfə bu səviyyəyə qalxıb.
Türkiyənin maliyyə naziri Mehmet Şimşek bazarlardakı vəziyyətlə bağlı açıqlama yayıb. O bildirib ki, bazarların sağlam işləməsi üçün lazım olan hər şey edilir: "Həyata keçirdiyimiz iqtisadi proqram qətiyyətlə davam edir", - nazir sosial media hesabında bildirib.
19-03-2025, 12:54
Qarabağda şagirdlərə bayram hədiyyələri verilib-


Qarabağda şagirdlərə bayram hədiyyələri verilib- FOTO

Novruz bayramı münasibətilə Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarındə təhsil alan şagirdlərə bayram hədiyyələri verilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin ictimaiyyətlə əlaqələr şöbəsidən verilən məlumata görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşəbbüsü, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Xankəndi şəhər 4 saylı tam orta məktəbdə və Xocalı rayonu 1 saylı tam orta məktəbdə Novruz bayramı münasibətilə tədbirlər keçirilib.

Tədbirdə Konfederasiyanın sədr müavini Hikmət Osmanov, sədrin müşaviri Elkiyar Ziyadov və Xidmətin Həmkarlar İttifaqı Komitəsinin sədri Həmid Mehdiyev şagirləri təbrik edərək onlara bayram sovqatlarını təqdim ediblər. Xankəndi şəhəri və Xocalı rayon məktəbləri, uşaq bağçalarından əlavə, Ağdərə rayonunun Həsənriz və Talış kəndlərində də məktəblərdə və məktəbəqədər təhsil müəssisələrində bayram hədiyyələri paylanılıb.
19-03-2025, 12:16
Bayram gününün hava proqnozu


Bayram gününün hava proqnozu

Martın 20-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 6-8° isti, gündüz 9-13° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-9° isti, gündüz 9-14° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!