Eluca Atalı görüşünüzə gəlib .....                        Təyyarədə nasazlıq yarandı: Qəza enişi .....                        Zəlzələdə ölənlərin sayı 1600-ü keçdi .....                        3-cü kurs tələbəsi faciəli şəkildə öldü .....                        Şahbaz Şərif Azərbaycan Prezidentini təbrik etdi .....                        Ərdoğandan İlham Əliyevə bayram təbriki .....                        Rusiyadakı paradda hansı liderlər iştirak edəcək? .....                        17 yaşlı qızın cəsədi kanaldan tapıldı .....                        Alatavadakı söküntüyə görə ekskavator sürücüsü də tutuldu .....                       
27-03-2025, 23:24
Zelenski Putinlə danışıqlara hazırdır


Zelenski Putinlə danışıqlara hazırdır

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinlə danışıqlara hazır olduğunu bildirib.
Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
O, münaqişənin həlli üçün istənilən formatda danışıqlar aparmağa hazır olduğunu bəyan edib.
27-03-2025, 22:50
Ata 17 yaşlı qızını bıçaqladı


Ata 17 yaşlı qızını bıçaqladı

Goranboyda bıçaqlanma olub.
Hadisə bu gün axşam saatlarında rayonun Balakürd kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 2008-ci il təvəllüdlü (şərti adı G.C.) şəxsə ailə münaqişəsi zəminində atası 1979-cu il təvəllüdlü Rafiq Cəfərov tərəfindən bıçaqla xəsarət yetirilib.
Xəsarət alan şəxsə yardım edilib, hazırda vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
27-03-2025, 22:39
İki ölkə Ukraynaya hərbi heyət göndərəcək


İki ölkə Ukraynaya hərbi heyət göndərəcək

Fransa və Böyük Britaniya yaxın günlərdə Ukraynaya birgə hərbi nümayəndə heyəti göndərəcək.
Bu barədə Fransa prezidenti Emmanuel Makron liderlərin Ukraynaya dəstək üçün Parisdə keçirilən görüşündən sonra bildirib.
Makron qeyd edib ki, bu gün xarici işlər nazirlərinə atəşkəs rejiminə necə nəzarət etmək barədə təkliflər hazırlamaq tapşırığı verilməsi qərara alınıb. Nazirlərin təkliflərlə çıxış etmək üçün üç həftə vaxtı olacaq.
Eyni zamanda, Makron qeyd edib ki, Fransa və Böyük Britaniya Ukrayna Silahlı Qüvvələri ilə işləmək üçün Ukraynaya hərbi heyət göndərəcək.
27-03-2025, 21:42
İlahənin təbəssüm təəssüratı

İlahənin təbəssüm təəssüratı

“TƏBƏSSÜM YARAT” komandası Sahil qəsəbəsindəki “Müşviq Əlil Uşaqlara Yardım İctimai Birliyində”
Könüllü İlahə öz təəssüratlarını bölüşür.

Sahil qəsəbəsində məhdudiyyətsiz həyat necə başladı? Autizmli, daun sindromlu və neçə-neçə fərqli uşaqlar üçün mərkəz yaradan Validə Abbasovanın həyat hekayəsi həm duyğusal, həm də uğurlu təşəbbüslərə yol açdı... Onun 18 illik həsrətinin hekayəsi vərəqlərə süzüldü. Süzüldü ki, insanlıq adına görülən iş könül ovsunlasın.

Validə xanımın söylədikləri və əsasən də uşaqlar üçün göstərdiyi təmənnasız xidmət təqdirəlayiqdir. Çünki o, yalnız əməli ilə deyil, əqidəsi, daha dəqiq desək bütün varlığı, ruhu ilə xidmət göstərir. Onu dinlədikcə insanlığın dəyəri, qiyməti artır insan gözündə.
Bu mərkəz düz 25 ildir ki, fəaliyyət göstərir. Validə xanımın 18 illik həsrətinin vüsala qovuşması ilə burda neçə - neçə yeniyetmə birləşdi. Xüsusi istedada malik olan hər yeniyetmənin ruhuna uyğun otaqlar düzəldildi, işıqlar, rəngarəng oyuncaqlar və izahlı təqdimatlar yaradıldı ki, hər biri məhz onları kəşf etmək üçün idi. Və beləcə, hər bir istedad kəşf edilib üzə çıxarıldı.
Deyəsən Validə xanımın həyat hekayəsindən bir qədər uzaqlaşdıq. Nə az, nə çox, düz 18 il idi ki, Validə xanım ana olacağı günü gözləyirdi. Əslində o, neçə-neçə körpənin anası idi. Hər birini öz balası kimi əzizləyir, nəvaziş göstərirdi. Amma içində düyünlənmiş ümid qarışıq bir ağrı vardı. Bir gün o ümidin işığa, nura çevriləcəyinə inanırdı. Elə o inamla da əllərini göylərə açdı, niyyət etdi ki, uca Tanrı ona bir övlad bəxş eləsin. O, uşaq əlil belə olsa, qayğısını çəkəcəyini dilə gətirdi. Təki bir övladı olsun, - deyib niyyət etdi ki, uşaqlar üçün bir mərkəz açacaq. Və illər sonra o həsrət bitdi. Onun qarşısında artıq həsrətdən xoşbəxtliyə doğru yol uzandı. O, əllərini açaraq qucağını böyütdü. Qucağında neçə uşaq üçün ana sevgisi daşıdı.

Validə xanımın övladı da hazırda o mərkəzdə anasının bənzərsiz həyat hekayəsini davam etdirir. Onun getdiyi yol çətin və keşməkeşli olsa da, köməyinə içindəki ümidləri çatdı. Ümidi sevgini, sevgisi fədakarlığı, fədakarlığı isə qəhrəmanlıq hekayəsini yazdırdı ona.
Bu gözəl hekayə tamamlanmayacaq, çünki bu hekayə sonsuza qədər davam edəcək. Ona görə də, uşaqlara qarşı olan əngəlli və məhdudiyyətli ifadələri yerinə, fərqli və fərqindəlik ifadələri işlədilsə nə gözəl olar. Onda biz də dünyanı fərqli görərik. Onlarda saf sevgi və eşq var! Bir-birlərini qucaqlayır, öpür, küsəndə nazlarını çəkib necə də tez barışırlar. Onlar orada birlikdə böyüyür - dərdləri bir, sərləri bir...

Hələ neçə-neçə uşaq, yeniyetmə gələcək onların yanına... Onların hər birinin öz dünyası var, bəlkə də qismən də olsa təcrid olunmuş fərqli bir dünya... Ora gedən yolun məsafəsi qısa olsa da, ora çatmaq, onlarla eyni məkanda olmaq çox zaman tələb edir. Bu yolu da asan edən Sevgidir. Axı dünyanı sevgi xilas edəcək.
İlahə Həbib
27-03-2025, 21:33
Amsterdamın mərkəzində 5 nəfər bıçaqlandı


Amsterdamın mərkəzində 5 nəfər bıçaqlandı

Niderlandın paytaxtı Amsterdamın mərkəzində - Dam meydanı yaxınlığında bıçaqlı hücum baş verib.
Hücum nəticəsində beş nəfər xəsarət alıb.
Onlardan birinin şübhəli şəxs olduğu bildirilir. Şahidlərin ifadələrinə görə, şübhəli şəxs insanlara bıçaqla hücum edib. O, vətəndaşlardan birinin köməyi ilə zərərsizləşdirilib və ayağından yaralanaraq xəstəxanaya yerləşdirilib. Hadisənin motivləri və digər yaralıların vəziyyəti araşdırılır.
Polis hadisə zamanı çəkilmiş foto və videogörüntülərin müvafiq portal vasitəsilə təqdim olunması barədə vətəndaşlara müraciət edib.
27-03-2025, 21:09
Ermənistan müxalifətində kütləvi həbslər


Ermənistan müxalifətində kütləvi həbslər

Ermənistanda "Ana Ermənistan" müxalifət blokunun 12 tərəfdarı saxlanılıb.
Bu barədə blokun Gümrü meri vəzifəsinə namizədi Karen Simonyan məlumat verib.
O qeyd edib ki, blokun saxlanılan fəallarından olan Emmaq Qriqoryan azad edilib.
"O, iki övladının gözləri qarşısında stres keçirdikdən sonra həbs edilib, lakin evdə heç nə tapılmayıb", - o bildirib.
Ermənistan Daxili İşlər Nazirliyinin Kriminal Polisi və Milli Təhlükəsizlik Xidmətinin məlumatlarına görə, Korrupsiyaya Qarşı Mübarizə Komitəsi seçki rüşvətinin verilməsi və alınması, habelə seçki zamanı xeyriyyəçiliklə bağlı qadağanın pozulması faktları üzrə cinayət işləri başlanılıb.
27-03-2025, 20:20
Ramazanın 28-ci günü - İmsak və iftar vaxtı


Ramazanın 28-ci günü - İmsak və iftar vaxtı

Sabah martın 28-i Ramazan ayının 28-ci günüdür.
Sabah imsak vaxtı saat 05:04-də, iftar isə 19:15-dədir.

İmsak duası:

“Allahummə vəffir həzzi fihi minən-nəvafil. Və əkrimni fihi bi-ihzaril-məsail. Və qərrib fihi vəsiləti ileykə min beynil-vəsail. Ya mən yəşğəluhu ilhahul-mulihhin”.

Tərcüməsi:

“İlahi, bu gün mənə yaxşı əməllərin bəhrəsini bol et! İstəklərimi yerinə yetirməklə mənə kəramət göstər! Sənə yetmək üçün yollar içindən seçdiyim yolu özünə yaxın et! Ey israr edənlərin öz israrları ilə məşğul edə bilmədikləri Allah!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

Tərcüməsi:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul etsin!
27-03-2025, 19:59
Meşə yanğını 27 nəfərin ölümünə səbəb oldu


Meşə yanğını 27 nəfərin ölümünə səbəb oldu

Cənubi Koreyada tüğyan edən meşə yanğınlarının miqyası ötən günlə müqayisədə cümə axşamı iki dəfə artıb. Hakimiyyət orqanları ən azı 27 nəfərin ölümünə səbəb olan yanğınları ölkənin ən dəhşətli təbii fəlakəti adlandırıb. Yanğın tarixi məbədləri məhv edib.
Cənubi Koreyanın mərkəzi İyson qəzasında başlayan ən böyük yanğın nəticəsində 33 min hektardan çox ərazi yanıb. 2000-ci ilin martında yanğın 24 min hektar ərazini məhv edib.
“Biz bütün ölkə miqyasında kritik vəziyyətdəyik, meşə yanğınlarının görünməmiş sürətlə yayılması nəticəsində çoxsaylı insan tələfatı var”, - deyə Prezident səlahiyyətlərini icra edən Han Dok Su yanğınların aradan qaldırılması ilə bağlı hökumətin iclasında bildirib.
27-03-2025, 19:36
4 uşaq atası özünü asdı


4 uşaq atası özünü asdı

Biləsuvarda intihar hadisəsi olub.
Hadisə rayonun Xırmandalı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1976-cı il təvəllüdlü Qabil Kazımov səhər saatlarında yaşadıqları evin həyətində olan yem anbarında özünü asıb.
Məlumata görə, onun 4 məktəbli övladı var.
27-03-2025, 17:53
Tramp bu tarixədək Ukraynadakı müharibəni tam dayandırmaq istəyir


Tramp bu tarixədək Ukraynadakı müharibəni tam dayandırmaq istəyir

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında davam edən müharibə atəşkəsə nail olmağa çalışır.
"The Economist" nəşri yazıb ki, 20 yanvar 2025-ci ildə səlahiyyətlərinin icrasına başlayan Tramp administrasiyası ilk 100 gün ərzində atəşkəsə nail olmaq üçün fəal diplomatik təşəbbüslər həyata keçirir.
Lakin iki tərəfin hələ də döyüşü dayandırmaq istəməməsi bu prosesi çətinləşdirir. Amerika kəşfiyyatının martın 25-də yaydığı illik qiymətləndirməsinə görə, nə Vladimir Putin, nə də Volodimir Zelenski hazırda münaqişəni dayandırmağa hazırdırlar.
Hər iki lider daha uzun müharibənin risklərini, qeyri-məqbul bir sülhdən daha az təhlükəli hesab edir.
Bu çətinliklərə baxmayaraq, Tramp administrasiyası danışıqları davam etdirir. Martın 11-də ABŞ və Ukrayna 30 günlük şərtsiz atəşkəs təklif edib, lakin Rusiya bunu qəbul etməyib. Martın 18-də Moskva yalnız enerji infrastrukturu və Qara dənizdəki ticarət gəmilərinə hücumları dayandırmağa razılıq verib. Martın 25-də isə ABŞ "təhlükəsiz naviqasiya" razılaşmasının əldə edildiyini elan etsə də, bu açıqlama mübahisəyə səbəb olub. Rusiya bu razılaşmanın yalnız onun dövlət bankının SWIFT beynəlxalq ödəniş sisteminə yenidən qoşulacağı təqdirdə qüvvəyə minəcəyini bildirib.
Bu arada, Qərb ölkələri Rusiyaya qarşı sanksiyaların yumşaldılacağı ilə bağlı ehtimallardan narahatdır. Ağ Ev Rusiyanın kənd təsərrüfatı və gübrə ixracına maneələrin aradan qaldırılacağını, dəniz sığorta xərclərinin azaldılacağını və ödəniş sistemlərinə çıxışın asanlaşdırılacağını açıqlayıb.
Amerikada bəzi rəsmilər Rusiyanı güzəştlərə məcbur etmək əvəzinə, Ukraynanı güzəştə getməyə məcbur etmək istəyir. Bu kontekstdə Ukrayna ordusuna silah və kəşfiyyat məlumatlarının verilməsinin müəyyən müddətə dayandırılması diqqət çəkib. Rusiya ilə razılaşma əldə etmək üçün bəzi dairələr Krımın işğalını tanımaq, Ukraynanın NATO-ya üzvlük perspektivindən imtina etməsi və təhlükəsizlik zəmanətlərinin verilməməsi kimi məsələləri müzakirəyə çıxarıb.
Martın 21-də ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff bildirib ki, məqsəd yalnız müharibəyə son qoymaq deyil, həm də Rusiya ilə yeni geosiyasi razılaşma əldə etməkdir. Onun fikrincə, bu əməkdaşlıq Arktikada neft və qaz hasilatını, maye qaz ixracını, süni intellekt sahəsində əməkdaşlığı və İran məsələsində razılaşmanı əhatə edə bilər.
Ukrayna və Avropa rəsmiləri ABŞ-nin tələsik atəşkəs razılaşması əldə etməsinin onların maraqlarına zidd olacağını düşünürlər. Zelenski hesab edir ki, pis bir razılaşma Ukraynada daxili narazılığa və gələcəkdə daha böyük təhlükəsizlik problemlərinə səbəb ola bilər.
Tramp isə hələ də münaqişənin tez bir zamanda başa çatdırılacağına ümid edir. Martın 25-də "Newsmax TV"yə verdiyi müsahibəsində o, Putinin vaxt qazanmaq istədiyini qəbul etsə də, bunun onu narahat etmədiyini bildirib. “Ola bilər ki, onlar vaxt udmağa çalışırlar. Mən illər ərzində belə etmişəm, bilirsiniz” – deyə Tramp qeyd edib. Bununla belə, o, həm Rusiya, həm də Ukraynanın müharibəni bitirmək istədiyinə əmin olduğunu vurğulayıb.
Tramp administrasiyası may ayına qədər atəşkəsə nail olmaq niyyətindədir. Lakin Qərbdəki müşahidəçilər xəbərdarlıq edirlər ki, əgər danışıqlar yalnız Rusiyanın maraqlarına uyğun bir razılaşma ilə nəticələnərsə, bu, Ukraynanın gələcək təhlükəsizliyini daha da zəiflədə bilər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!