Sumqayıtda binada yanğın - Sakinlər təxliyə edildi .....                        Almaniya səfiri ilə danışıq olduqca sərt aparılıb .....                        Zaqatalada ağır qəza: Yaralılar var .....                        Danışığını bilməyən ağılsız - Xalq artistindən sərt reaksiya .....                        Özbəkistanda məsciddə partlayış: 3 ölü, 10 yaralı .....                        Mətbuat Şurası bəyanat yaydı: "Bu film jurnalistika prinsiplərinə ziddir" .....                        Bakıdan Almaniyaya etiraz - Səfir XİN-ə çağırıldı .....                        Ermənistan dezinformasiya yayır .....                        56 yaşlı kişini ildırım vurub öldürdü .....                       
27-03-2025, 17:34
Ananın evdə günlərlə tək qoyduğu körpənin son durumu - TƏBİB məlumat yaydı


Ananın evdə günlərlə tək qoyduğu körpənin son durumu - TƏBİB məlumat yaydı

Tovuzda anasının imtina etdiyi 2024-cü il təvəllüdlü körpə, martın 25-də Tovuz Rayon Mərkəzi Xəstəxanasından Respublika Pediatriya Mərkəzinin nəzdində olan Nizami Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına təxliyə olunub.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.
Xatırladaq ki, 17.03.2025-ci il tarixində saat 21:20 radələrində 2024-cü il təvəllüdlü azyaşlı polislər tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib. Daxil olarkən körpəyə susuzlaşma, susuzluğun təsirindən yaranan əzginlik, süstlük, raxitlik, ağır dərəcəli inkişaf etaplarının ləngiməsi diaqnozları təyin edilib və zəruri tibbi yardımlar göstərilib.
Qeyd edək ki, Tovuz rayon Polis Şöbəsinə kənd ərazisində yerləşən mənzillərin birində valideyni tərəfindən tənha buraxılan azyaşlının olması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları sözügedən ünvana gediblər və orada 1 yaş 2 aylıq oğlan uşağının olmasını aşkarlayıblar.
Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində evdə tək qalan körpə anaya qaytarılmayıb, Bakıya gətirilən körpə dövlət uşaq müəssisəsinə yerləşdiriləcək.
27-03-2025, 17:30
Fransada dəmiryolçular ayağa qalxdılar


Fransada dəmiryolçular ayağa qalxdılar

Fransada dəmiryolçular həmkarlar ittifaqı “Sud Rail” aprelin 17-dən iyunun 1-dək bütün həftə sonları tətilə çağırış edib.
Fransa əmək, səhiyyə, həmrəylik və ailə naziri Ketrin Votrən RTL televiziya kanalında çıxış edərək, həmkarlar ittifaqlarını Pasxa bayramı dövründə tətillərə çağırış etməməyə çağırıb. O, qəzəbini ifadə edərək deyib: “Bayramları girov saxlamaq qəbuledilməzdir”.
“Sud Rail” həmkarlar ittifaqı Pasxa bayramları və May bayramları daxil olmaqla, həftə sonları bazar ertəsi səhər 8-ə qədər dəmiryolçuların tətil edəcəyini elan edib.
Tətilə çağırışın mənşəyi 2022-ci ildə Milad bayramları zamanı dəmir yolları şəbəkəsini artıq iflic etmiş Milli Nəzarətçilər Kollektivindən (CNA) irəli gəldiyi bildirilir. Həmkarlar ittifaqları mətbuata yaydığı açıqlamada iş şəraitinin dözülməzliyini, rəhbərliyin qulaqlarını bağlayaraq, onların səsini eşitməməsini pisləyir.
Nəzarətçilər maaşların artırılmasını, aylıq bonuslarının ən azı 100 avro artırılmasını, daha yaxşı karyera inkişafı və sabit iş saatlarını tələb edirlər.
Bildirilir ki, sərnişin qatarları üçün vacib olan bilet müfəttişlərinin kütləvi tətili bayram vaxtı gərgin anlar yaradacaq. İndiyə qədər apolitik olduğunu iddia edən CNA və sol təmayüllü “Sud Rail” tətil təhdidlərini davam edirlər. Dəmiryolçuların aparıcı həmkarlar ittifaqı olan Fransa Ümumi Əmək Konfederasiyası (CGT) da tətili dəstəkləyir.
27-03-2025, 17:25
İki erməni deputatın toxunulmazlığı ləğv edildi


İki erməni deputatın toxunulmazlığı ləğv edildi

Ermənistan parlamentinin iki deputatının toxunulmazlığı ləğv edilib.
Ermənistanda parlament çoxluğu baş prokuror Anna Vardapetyanın vəsatətini təmin edilib.
Gizli səsvermə ilə deputatlar həmkarları Ovik Ağazaryan və "Mənim şərəfim var" müxalifət fraksiyasından olan deputat Taron Markaryana qarşı cinayət araşdırmasının başlanmasına icazə verib.
O.Ağazaryanın deputat ondan məhrum edilməsinin lehinə 65 deputat səs verib, əleyhinə isə səs verən olmayıb. T.Markaryanın deputat immunitetindən məhrum edilməsini 67 deputat dəstəkləyib, 2 nəfər bunun əleyhinə çıxıb.
Martın 26-dan parlamentdə baş prokuror Vardapetyanın O.Ağazaryana qarşı cinayət təqibinin başlanması ilə bağlı vəsatəti, martın 27-dən isə T.Markaryanla bağlı məsələ müzakirə edilir.
O.Ağazaryanla bağlı iş iki epizodu əhatə edir: birinci epizod üzrə o, başqa bir şəxsə saxta sənədlərlə mal-qaranın ixracını təşkil etməyi vəd edib. İxrac Qida Təhlükəsizliyi üzrə Müfəttişlik Orqanının vəzifəli şəxslərinə rüşvət verməklə həyata keçirilməli idi. O.Ağazaryan 150-200 baş mal-qaranın ixracını təşkil etmək üçün iş adamlarından 200-300 min dollar almaq niyyətində olub. İkinci epizoda əsasən, o, vətəndaş Aram Mkrtçyandan Açapnyakda 136 saylı məktəbin qəzalı vəziyyətdə olan binasının sökülməsini və ərazidə yaşayış binasının tikintisini təşkil etmək məqsədilə 23 min dollar və 300 min dram rüşvət tələb edib.
T.Markaryana gəlincə, ona qarşı müxtəlif illərdə çirkli pulların yuyulması, vəzifə səlahiyyətlərini aşma, torpaq sahələrinin mənimsənilməsi ilə bağlı müxtəlif maddələr üzrə ittiham irəli sürüləcək.
27-03-2025, 17:00
Putin Şimali Koreya liderini təltif etdi


Putin Şimali Koreya liderini təltif etdi

Rusiya Prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen İni təltif edib.
Bu barədə Rusiyanın Pxenyandakı səfirliyi məlumat yayıb.
Putinin sərəncamı ilə KXDR lideri Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş medalı təqdim edib.
Bildirilib ki, martın 27-də Mansudae Konqres Mərkəzində Rusiya Federasiyası Prezidentinin 22 sentyabr tarixli fərmanı ilə təltif edilmiş Koreya Xalq Demokratik Respublikasının Dövlət İşləri üzrə Sədri Kim Çen Ina “1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi” medalının təqdim edilməsi mərasimi keçirilib.
Rusiya səfiri Aleksandr Matseqora medalı KXDR Ali Xalq Məclisi Rəyasət Heyətinin sədr müavini Kanq Yun Soka təqdim edib. O, Kim Çen In adından minnətdarlığını bildirib və bu mükafatın iki ölkə arasında tərəfdaşlığın yüksək səviyyəsini təsdiq etdiyini bildirib.
27-03-2025, 16:33
İran nüvə silahı əldə edib? - ABŞ kəşfiyyatından önəmli AÇIQLAMA


İran nüvə silahı əldə edib? - ABŞ kəşfiyyatından önəmli AÇIQLAMA

İran ABŞ və müttəfiqləri üçün ciddi təhlükə mənbəyi olaraq qalır.
Bu barədə ABŞ Kəşfiyyat Birliyinin (IC) illik təhlükə qiymətləndirmə hesabatında bildirilib.
Hesabatda İranın nüvə proqramı, regional təsir siyasəti, hərbi gücü və kiber əməliyyatları ilə bağlı kritik kəşfiyyat məlumatları yer alır.
Kəşfiyyatçıların hesabatına görə, İran nüvə fəaliyyətlərini genişləndirməkdə davam edir və uranın zənginləşdirilməsini artırır. ABŞ kəşfiyyatı İranın hələlik nüvə silahı istehsal etmədiyini bildirsə də, onun bu sahədə kifayət qədər texniki bacarıqlara malik olduğunu qeyd edir. Vaşinqton İranın nüvə silahına yaxınlaşmasını qarşısını almaq üçün diplomatik və iqtisadi təzyiqləri gücləndirməyə çalışır.
ABŞ kəşfiyyatının qiymətləndirməsinə əsasən, İran Yaxın Şərqdəki təsirini artırmaq üçün Hizbullah, Husi üsyançıları və İraqdakı şiə qruplaşmalarına dəstəyini davam etdirir. Tehran, həmçinin Suriyada hərbi varlığını gücləndirərək İsrail və ABŞ qüvvələrinə təzyiq göstərməyə çalışır. İranın ballistik və qanadlı raket proqramları regiondakı ABŞ bazaları və müttəfiqləri üçün ciddi təhlükə yaradır.
ABŞ hesabatında İranın kiber təhlükələr sahəsində getdikcə daha aktiv rol oynadığı vurğulanır. İranın dövlət dəstəyi ilə fəaliyyət göstərən haker qrupları ABŞ-ın enerji, nəqliyyat və maliyyə sektorlarını hədəf alır. Tehran həmçinin dezinformasiya kampaniyaları və sosial media vasitəsilə ictimai fikrə təsir göstərməyə çalışır.
Vaşinqton İranın nüvə fəaliyyətlərini və regional təsirini məhdudlaşdırmaq üçün bir sıra addımlar atır:

Sanksiyalar: İran iqtisadiyyatına təsir göstərmək üçün sərt iqtisadi məhdudiyyətlər tətbiq edilir.

Hərbi Tədbirlər: ABŞ hərbi bazalarını və müttəfiqlərini qorumaq məqsədilə regiondakı qüvvələrini gücləndirir.

Diplomatik Təzyiqlər: ABŞ və onun müttəfiqləri İranla bağlı beynəlxalq diplomatik səyləri artırmağa çalışır.

Ümumilikdə, ABŞ kəşfiyyatı İranın regional və qlobal təhlükəsizlik üçün ciddi bir faktor olduğunu qeyd edir və onun fəaliyyətlərini yaxından izləməyə davam edəcəyini bildirir.
27-03-2025, 16:27
Sərnişin avtobusu "Toyota" ilə  toqquşdu - Yaralılar var


Sərnişin avtobusu "Toyota" ilə toqquşdu - Yaralılar var

Gəncədə sərnişin avtobusu minik avtomobili ilə toqquşub, xəsarət alanlar var.
Yeni Gəncə qəsəbəsində şəhərdaxili sərnişin daşıyan mikroavtobusla "Toyota" markalı avtomobilin toqquşması nəticəsində Daşkəsən rayon sakinləri, 1983-cü il təvəllüdlü T.Orucova və 1978-ci il təvəllüdlü Z.Bayramova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
27-03-2025, 16:10
Pilot pasportunu götürmədi: Təyyarə geri qayıtdı


Pilot pasportunu götürmədi: Təyyarə geri qayıtdı

Los-Ancelesdən Şanxaya uçan "United Airlines" şirkətinə məxsus "Boeing 787" sərnişin təyyarəsinin pilotu pasportunu götürməyi unutduğu üçün hava gəmisi geri dönmək məcburiyyətində qalıb.
Bu barədə şirkətdən məlumat verilib.
Bildirilir ki, 257 sərnişin və 13 ekipaj üzvünü daşıyan UA 198 saylı reys təxminən iki saatlıq uçuşdan sonra Sakit Okean üzərindən geri dönüb və San Fransiskoya yönləndirilib.
"Pilotlardan birinin pasportu yanında yox idi. Müştərilərimizin şikayətini həll etmək üçün yeni komanda təşkil etdik və həmin axşam onları təyinat yerlərinə göndərdik. Sərnişinlərə yemək kuponu və kompensasiyalar verildi", - açıqlamada bildirilir.
Təyyarədəki çinli sərnişinlərdən biri pilotun "olduqca qəzəbli tonda" açıqlama verdiyini və "pasportumu unutdum" dediyini bildirib.
27-03-2025, 16:04
Xaçmaz yataqxanasında yanğın


Xaçmaz yataqxanasında yanğın

Xaçmaz şəhərində ikimərtəbəli yataqxana binasında yanğın olub.
Binanın 2-ci mərtəbəsində ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin yanar konstruksiyaları yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 2 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Yataqxana binasının qalan hissəsi yanğından mühafizə olunub.
27-03-2025, 15:53
Bakıda bədbəxt hadisə: Avtomobil dərəyə düşdü


Bakıda bədbəxt hadisə: Avtomobil dərəyə düşdü

Yasamal rayonu Yeni Yasamal yaşayış massivində park halında olan avtomobil sürücünün diqqətsizliyindən dərəyə yuvarlanıb.
Bu barədə teleaparıcı Orxan Sübhan sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, arxaya doğru hərəkət edən minik avtomobili oradakı metal hasarı aşıraraq tikinti sahəsi üçün nəzərdə tutulmuş dərəyə düşüb. Nəticədə sürücü ağır xəsarətlər alıb.
Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.
27-03-2025, 15:53
İlham Əliyev və birinci xanım Şuşadakı tarixi məsciddə - FOTO


İlham Əliyev və birinci xanım Şuşadakı tarixi məsciddə - FOTO

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Şuşada səfərdə olublar.
Dövlətimizin başçısı və birinci xanım əvvəlcə Şuşada tarixi Çöl Qala məscidinin və bulağının bərpadan sonra açılışında iştirak ediblər.
Qeyd olunub ki, məsciddə bərpa işləri Heydər Əliyev Fondu tərəfindən “PAŞA Holdinq”in dəstəyi ilə aparılıb. Bərpa işlərinə 2023-cü ildən başlanılmışdı.
Ötən müddət ərzində məscidin həyətinin deformasiyaya uğrayan əksər döşəmə daşları sökülərək möhkəmləndirilib və fərş döşəmə bərpa edilib. Dəmir giriş qapısı və hasar üzərindəki məhəccərlər Qarabağ memarlığına xas bəzəklərlə hazırlanıb.
Yerli daşdan tikilmiş məscidin fasadının dağılmış hissələri tam bərpa olunub, təhlükəli vəziyyətə düşmüş atma və guşə daşları çıxarılaraq yenidən restavrasiya edilib. Mərtəbələrarası taxta örtük konstruksiyası quraşdırıldıqdan sonra yaranan eyvan şüşəbəndlə tamamlanıb.
Məscid giriş hissə, ibadət zalı və köməkçi otaqlardan ibarətdir. Şuşanın digər məscidlərindən fərqli olaraq, burada giriş sağ tərəfdən daş pillələrlə təmin edilib. Açıq tamburdan otağa və ibadət zalına keçid var.
Məscidin inşasında istifadə olunan daşlar bərpa edilib, mehrab yenidən qurularaq üzərinə “Qurani-Kərim”dən ayələr və naxışlar işlənib.
Çöl Qala məscidinin yaxınlığında yerləşən və XIX əsrə aid olan Çöl Qala bulağı da bərpa edilib. Dördbucaqlı formada olan bulaq yaxınlıqdakı məscidlərin üslubunda inşa edilib. Bərpa prosesində bulağın orijinal memarlıq üslubu qorunub, strukturu möhkəmləndirilib və əvvəlki görünüşü özünə qaytarılıb.
Qeyd edək ki, Çöl Qala məscidi XIX əsrdə Şuşa şəhərində fəaliyyət göstərən 17 məsciddən biri olub. Bu tarixi abidə XIX əsrdə Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa edilib.
Məscid və bulaq Şuşa şəhərinin işğalından sonra ermənilər tərəfindən dağıdılmış və talan edilmişdi.






����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!