Türk dünyasının yeni bayrağı qaldırıldı .....                        Bayramov iranlı həmkarı ilə danışdı .....                        Heç birimiz ruslara güvənmirik - Zelenski .....                        İlham Əliyev Baş katibi qəbul edib .....                        Ərdoğandan DEM partiyaya mesaj: “...istəsələr, razılıq verərəm” .....                        Ermənistan Türkiyə ilə sərhədi açmağa hazırdır - Xüsusi elçi .....                        Hökumə Əliyevanın adı verilən zirehli maşın sülhməramlı zonaya göndəriləcək - FOTO .....                        Xankəndidə qondarma hökumət evinin binası sökülür - VİDEO .....                        Şimali Makedoniya Prezidenti “Atəşgah məbədi”ndə - FOTO .....                       
Bu gün, 16:23
Hərbi helikopterlər havaya qaldırıldı


Hərbi helikopterlər havaya qaldırıldı

2025-ci ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlim-məşq uçuşları keçirilib.
Uçuş heyətlərindən hazırlıq barədə məruzələr qəbul edildikdən sonra pilotların təlim uçuşunun şərtləri və təhlükəsizlik qaydaları barədə nəzəri bilikləri yoxlanılıb.
Daha sonra pilotlar helikopterlərə nəzarət baxışı keçiriblər. Bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlar üzrə uçuşlar edən pilotlar təlim-məşq uçuşlarının planına uyğun olaraq, helikopterlərlə havaya qalxma və yerə enmə, hava kəşfiyyatının aparılması, hava və yerüstü hədəflərin aşkar edilməsi, komanda qərargah məntəqələri ilə əlaqələrin yaradılması, eləcə də digər fəaliyyətlər üzrə təlim tapşırıqlarını yerinə yetiriblər.
Döyüş hazırlığı və praktiki vərdişlərin daha da artırılması məqsədilə keçirilən təlim-məşq uçuşlarında pilotlarımız yüksək peşəkarlıq nümayiş etdiriblər.
Bu gün, 16:17
Spiker Şimali Makedoniya Prezidenti ilə görüşdü - FOTO


Spiker Şimali Makedoniya Prezidenti ilə görüşdü - FOTO

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Sahibə Qafarova diqqətə çatdırıb ki, iki ölkə arasında siyasi əlaqələrin inkişafında yüksək səviyyəli səfərlər və görüşlər xüsusi rol oynayır.
Bildirilib ki, bu səfər Azərbaycan və Şimali Makedoniya arasında diplomatik əlaqələrin qurulmasının 30 illik yubileyi ilə üst-üstə düşür. Ötən illər ərzində Azərbaycan və Şimali Makedoniya dostluq, qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsiplərinə əsaslanaraq ikitərəfli əlaqələr qurub.
Söhbət zamanı qeyd olunub ki, bu gün iqtisadiyyat, ticarət, sərmayə, enerji, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə əlaqələri gücləndirmək və əməkdaşlığı inkişaf etdirmək üçün yaxşı perspektivlər mövcuddur və bu məsələlər ölkə başçıları arasında keçirilən görüşdə müzakirə edilib.
Şimali Makedoniya Respublikasının Prezidenti Azərbaycanı dost və yaxın ölkə adlandırıb, ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb.
Sahibə Qafarova diqqətə çatdırıb ki, ikitərəfli və çoxtərəfli əlaqələrə müsbət və əhəmiyyətli təsir göstərən amillərdən biri parlamentlər arasındakı qarşılıqlı əlaqələrdir. Bu baxımdan qanunverici orqanları arasında münasibətlərin daha da genişləndirilməsinin, o cümlədən beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyi qeyd edilib.
Görüşdə təhsil və mədəniyyət sahələrindəki əməkdaşlığın əhəmiyyəti qeyd olunaraq, vurğunaıb ki, humanitar sahədə əməkdaşlıq ölkələrimiz və xalqlarımız arasında əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verir. Prezident Qordana Silyanovska-Davkova Azərbaycanın zəngin mədəni irsə malik olduğunu söyləyib.
Görüşdə qarşılıqlı maraq doğuran digər mövzularda da müzakirələr aparılıb.






Bu gün, 15:42
Aİ nümayəndəsi Ankarada Bakı-İrəvan münasibətlərini müzakirə edib


Aİ nümayəndəsi Ankarada Bakı-İrəvan münasibətlərini müzakirə edib

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Ankarada Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə edib.
Bu barədə o, özünün X səhifəsində yazıb.
“Ankaraya səfərimizi müsbət nəticə ilə başa vurduq. Mən Cənubi Qafqaz və regional məsələlər, o cümlədən Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması, Gürcüstandakı daxili siyasi münaqişə, həmçinin Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı açıq və konstruktiv fikir mübadiləsinə görə türk tərəfdaşlarımıza minnətdaram”, - diplomat vurğulayıb.
Onun sözlərinə görə, danışıqlarda Cənubi Qafqaz, Türkiyə, Mərkəzi Asiya və Aİ ölkələri üçün faydalı ola biləcək əməkdaşlıq və regional əməkdaşlıq imkanları da müzakirə olunub.
“Artan qlobal çağırışlar qarşısında regional sabitliyə, təhlükəsizliyə və davamlı sülhə töhfə vermək üçün səyləri ikiqat artırmaq lazımdır”, - Aİ-nin xüsusi nümayəndəsi vurğulayıb.
Bu gün, 15:38
Moskva Ukraynada atəşkəsə şübhə ilə yanaşır


Moskva Ukraynada atəşkəsə şübhə ilə yanaşır

Martın 11-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ və Ukrayna nümayəndələri arasında görüş keçirilib. 9 saat davam edən görüşdə ciddi nəticələr əldə edilib.
Danışıqların nəticəsində Ukrayna 30 günlük tam atəşkəsə razılıq verib. Bunun əvəzində ABŞ Kiyevə kəşfiyyat məlumatlarının verilməsini bərpa edəcəyini və təhlükəsizlik sahəsində yardım göstərəcəyini vəd edib. Ekspertlər Ukraynaya silah tədarükünün yenidən başlayacağını düşünür. Bundan əlavə, tərəflər nadir torpaq metallarına dair razılaşmanın "ən qısa zamanda" bağlanmasına qərar veriblər.
Volodimir Zelenski gecə videomüraciətində deyib ki, ABŞ təkcə Qara dənizdə deyil, həm də bütün cəbhə xətti boyunca tam müvəqqəti atəşkəs əldə etməyi, raket, dron və bomba hücumlarını dayandırmağı təklif edir. "Ukrayna bu təklifi qəbul etməyə hazırdır - biz bunu müsbət addım kimi görürük və qəbul etməyə hazırıq", - deyə Zelenski bildirib.
Atəşkəs təklifinə Rusiya tərəfi hələlik heç bir reaksiya verməyib.
Kremlin sözçüsü Rusiyanın tələsmədiyini bildirib. “Bir az tələsirsiniz. Biz tələsmək istəmirik. ABŞ dövlət katibi Marko Rubio və ölkə Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts bu məsələ ilə bağlı bizə məlumat verəcəklərini bildirib. Şərh verməzdən əvvəl ABŞ tərəfini dinləməliyik, onlarla görüşə ehtiyac yaranarsa, çox tez təşkil olunacaq. Amerika ilə əlaqə üçün mövcud kanallar bunu kifayət qədər qısa müddətdə etməyə imkan verir”, - deyə Peskov qeyd edib.
Qərb mətbuatında yayılan məlumata görə, ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff martın 16-dək Moskvaya səfər edə bilər. Lakin Kreml bu məlumatı təsdiqləməyib.
"Reuters" agentliyinin Rusiyadakı mənbələri 30 günlük atəşkəs təklifinə ehtiyatla cavab verib və qeyd ediblər ki, Ukraynada müharibənin dayandırılması ilə bağlı istənilən razılaşma Rusiyanın uğurlarını nəzərə almalı və Moskvanın narahatlığını aradan qaldırmalıdır.
Rusiyanın yüksək vəzifəli mənbəsi agentliyə bildirib ki, Putin şərtləri müzakirə etmədən və bəzi zəmanətlər almadan atəşkəsə razılaşmaqda çətinlik çəkəcək.
Vəziyyətin həssaslığına görə adının açıqlanmasını istəməyən mənbə “Putinin indiki formada bununla razılaşması çətindir” deyib. “Putin güclü mövqedədir, çünki Rusiya irəliləyir”. Agentliyin həmsöhbəti əlavə edib ki, atəşkəsdən əlavə təminat olmadan Rusiyanın mövqeyi tez bir zamanda zəifləyə bilər və Qərb Rusiyanı müharibəni dayandıra bilməməsinə görə məsuliyyət daşıya bilər.
Digər yüksək səviyyəli rus mənbəsi bildirib ki, Moskvanın nöqteyi-nəzərindən atəşkəs təklifi tələ kimi görünür, çünki konkret zəmanət və öhdəliklər olmadan Putin üçün müharibəni dayandırmaq çətin olacaq. Üçüncü rus mənbəsi qeyd edib ki, atəşkəs təklifi ABŞ-ın hərbi yardımı və kəşfiyyat məlumatlarının mübadiləsinin bərpası ilə müşayiət olunub.
"Bloomberg" analitikləri bildirir ki, ABŞ və Ukraynanın əldə etdiyi bu razılaşma Vladimir Putinə müəyyən öhdəliklər qoyur. Razılaşmanın uğurlu olması üçün Kremlin atəşkəsə əməl etməsi vacibdir. Lakin Putin üçün bu razılaşmanı qəbul etmək çətin ola bilər, çünki o, hələ də hərbi məqsədlərinə çatmaq niyyətindədir.
Bu gün, 15:15
Daxili Qoşunların hərbçiləri təltif edildi - FOTO


Daxili Qoşunların hərbçiləri təltif edildi - FOTO

Martın 12-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunları yaranmasının növbəti ildönümü qeyd edilib.
DİN-dən verilən məlumata görə, bu münasibətlə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov, Daxili Qoşunların rəhbər heyəti və hərbi qulluqçuları Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.
Həmin gün Daxili Qoşunların Baş İdarəsində təntənəli mərasim keçirilib. Tədbirdə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iştirak edib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların, eləcə də bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Əlamətdar gün münasibətilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ən xoş arzularını şəxsi heyətə çatdıran general-polkovnik Vilayət Eyvazov təməli Milli Lider Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu ənənələrinin bu gün də uğurla davam və inkişaf etdirildiyini vurğulayıb.
Nazir möhtərəm Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ali diqqət və qayğısı sayəsində Daxili Qoşunların qarşıya qoyulan istənilən döyüş tapşırığını keyfiyyətlə yerinə yetirməyə qadir olan peşəkar birləşməyə, sabitliyin təminatçılarından və dövlətçiliyin dayaqlarından birinə çevrildiyini, maddi-texniki bazasının, kazarma-yaşayış fondunun yaxşılaşdırılması, hərbi hissələrin müasir silah, texnika, xüsusi vasitələrlə təchizatı üçün məqsədyönlü tədbirlər həyata keçirildiyini bildirib. O, DİN-in Daxili Qoşunlarının ölkəmizin ərazi bütövlüyünün təmin edilməsində göstərdiyi şücaəti, respublikamızın hər yerində, o cümlədən işğaldan azad edilmiş şəhər və rayonlarda hərbi qulluqçuların polis əməkdaşları ilə birlikdə ictimai asayişin, təhlükəsizliyin qorunmasında göstərdiyi xidmətlərini cənab Prezidentin yüksək qiymətləndirdiyini məmnunluqla qeyd edib. Bildirilib ki, ölkədə cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin və hüquq qaydasının qorunmasında, silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsində, ölkəmizdə keçirilən “COP29” kimi mötəbər beynəlxalq tədbir zamanı qoşunların şəxsi heyəti üzərinə düşən xidməti vəzifələri layiqincə yerinə yetirib.
Nazir xidmətdə fərqlənən hərbi qulluqçuların peşə bayramı ərəfəsində də dövlət mükafatlarına layiq görülməsinin möhtərəm Prezidentin qoşunların şəxsi heyətinin əməyinə verdiyi ali dəyərin və yüksək etimadının əyani ifadəsi olduğunu diqqətə çatdırıb.
Tədbirə yekun vuran nazir V.Eyvazov Daxili Qoşunların qarşıda duran başlıca vəzifələrini qeyd edərək tapşırıq və tövsiyələrini verib.
Sonra xidmətdə fərqlənən bir qrup hərbi qulluqçunun təltif edilməsi barədə daxili işlər nazirinin və nazir müavini - daxili qoşunların komandanının imzaladıqları əmrlər elan olunaraq mükafatlar sahiblərinə təqdim edilib.
Tədbir bədii hissə ilə davam edib.





Bu gün, 14:54
Tramp özünə qırmızı "Tesla" aldı


Tramp özünə qırmızı "Tesla" aldı

ABŞ prezidenti Donald Tramp İlon Maska dəstək olmaq üçün "Tesla" avtomobili alıb.
Tramp və Mask Ağ Evin bağçasında qırmızı "Tesla" ilə kameralar önünə keçiblər
Tramp vurğulayıb ki, "Tesla"ya qarşı zorakılıq iddiaları "daxili terror aktı" kimi qiymətləndiriləcək və cinayətkarlar üçün ağır nəticələrə səbəb olacaq.
Bu gün, 14:36
Bakıda 110 yaşlı kişi əməliyyat edildi - VİDEO


Bakıda 110 yaşlı kişi əməliyyat edildi - VİDEO

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 110 yaşlı Hilal İbrahimovda artroplastika əməliyatı (omba-çanaq protezi) uğurla icra edilib.
Bununla bağlı ATU məlumat yayıb.
Klinikanın Travmatologiya və ortopediya kafedrasının müdiri, dosent Cəfər Nəsirlinin verdiyi məlumata görə, xəstə yıxıldıqdan sonra onda sol bud sümüyünün boyun sınığı yaranıb və müayinə nəticəsində xəstədə artroplastika əməliyatının aparılması üçün qərar verilib.
“Omba protezi əməliyyatı - bud oynağının zədələnmiş və ya köhnəlmiş hissələrinin süni implantla (metal, keramika və ya sərt plastikdən hazırlanmış komponentlərlə ) dəyişdirilməsi prosesidir. Bu prosedur ümumi anesteziya altında həyata keçirilir. Xəstələr adətən əməliyyatdan sonrakı ilk gün ayaq üstə dura bilir, yeriməyə başlayırlar. Bizə müraciət edən zaman yerindən qalxa bilməyən, güclü ağrıları olan xəstəmiz əməliyyatdan sonra artıq yeriməyə başlayıb. 110 yaşlı pasiyent Hilal İbrahimov əməliyyatdan sonra özünü yaxşı hiss edib və bir neçə gün həkim nəzarətində qaldıqdan sonra evə buraxılıb”, - deyə C.Nəsirli qeyd edib.

Bu gün, 14:27
Sarkisyana qarşı yenidən cinayət işi açıldı


Sarkisyana qarşı yenidən cinayət işi açıldı

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyana qarşı yeni ittihamlar irəli sürülüb.
İsakov prospektinə və Yerablur hərbi panteonuna bitişik torpaq sahələrinin qanunsuz olaraq özgəninkiləşdirilməsi faktı ilə bağlı başlanmış cinayət işində Serj Sarkisyana qarşı xüsusi külli miqdarda mənimsəmə, xüsusi külli miqdarda çirkli pulların yuyulması cinayət işi üzrə ittiham irəli sürülüb.
Sarkisyan barəsində heç yerə getməmək barədə yazılı iltizam tədbiri seçilib.
Bu gün, 13:36
Vətəndaşın 22 min manatını ələ keçirən şəxslər tutuldu


Vətəndaşın 22 min manatını ələ keçirən şəxslər tutuldu

Xəzər rayonunda dələduzluq edən şəxslər saxlanılıb.
Xəzər rayonu ərazisində bir nəfərin dələduzluğa məruz qalması barədə polisə məlumat daxil olub.
Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə zərərçəkənin 22300 manatını aldadaraq ələ keçirməkdə şübhəli bilinən 36 yaşlı Ə.Abbasov və 23 yaşlı S.Salikov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.
Bu gün, 13:30
Astarada piyadanı vurub qaçan sürücü saxlanıldı


Astarada piyadanı vurub qaçan sürücü saxlanıldı

Astarada piyadanı vurub qaçan sürücü saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, martın 12-də saat 03 radələrində 1996-cı il təvəllüdlü R.Kazımzadə idarə etdiyi minik avtomobili ilə Astara şəhəri ərazisində piyada 1976-cı il təvəllüdlü Fuad Nuriyevi vurub. Piyada aldığı xəsarətlərdən ölüb.
Hadisə yerindən yayınan sürücü polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!