Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
31-03-2025, 18:06
Putin 160 min nəfəri orduya çağırdı


Putin 160 min nəfəri orduya çağırdı

Rusiyada orduya yaz çağırışına başlanılır.
Müvafiq fərman prezident Vladimir Putin tərəfindən imzalanıb.
Fərmana əsasən, Putin bu ilin aprel-iyul aylarında 160 min nəfərin hərbi xidmətə çağırılması barədə göstəriş verib.
Bu ilin aprelin 1-dən iyulun 15-ə qədər yaşı 18-30 arası olan Rusiya vətəndaşları hərbi xidmətə çağırılacaqlar.
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib ki, orduya yaz çağırışı "xüsusi hərbi əməliyyat"la (Rusiya Ukraynadakı müharibəni belə adlandırır - red.) bağlı deyil.
31-03-2025, 17:13
Azərbaycanla sülhə nail olmağa çalışırıq - Xaçaturyan


Azərbaycanla sülhə nail olmağa çalışırıq - Xaçaturyan

"Ermənistan Azərbaycanla sülhə nail olmağa çalışır".
Bunu Ermənistan Prezidenti Vahaqn Xaçaturyan İrəvanda almaniyalı həmkarı Frank-Valter Ştaynmayerlə birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Ermənistan hesab edir ki, bütün mövcud və potensial çətinliklər danışıqlar masası arxasında həll oluna bilər:
“Biz sülh sazişinin imzalanması ilə bağlı işimizi ardıcıl aparırıq. Qarşımızda regionda, konkret olaraq Azərbaycanla sülhün bərqərar olması vəzifəsi var və biz bu məqsədə çatmaq üçün aydın şəkildə çalışırıq. Hesab edirik ki, çətinliklər aşılmaz deyil və istənilən məsələni danışıqlar masası arxasında həll etmək olar”.
Xaçaturyan onu da vurğulayıb ki, artıq münaqişə dövrü geridə qalıb və Cənubi Qafqazda yeni müharibələr üçün resurslar yoxdur.
31-03-2025, 17:00
Şuradan "Atası olmayan qız almaram" deyən aparıcıya cavab


Şuradan "Atası olmayan qız almaram" deyən aparıcıya cavab

Aparıcı Nigar Fərhadın "Kanal S"də yayımlanan verilişdə səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub. “Mənim oğlum olsa, mən ona atası olmayan qızı ala bilmərəm”, - o verilişdə deyib.
Məsələyə Audiovizual Şura da münasibət bildirib.
“Kanal S” televiziyasında yayımlanan “Sözün bitdiyi an” proaramında aparıcının səsləndirdiyi subyektiv fikirlərdən narahatlığımızı bildirir və qınayırıq", - açıqlamada bildirilib.
Qeyd olunub ki, məsələ ilə bağlı araşdırma aparılacaq, qanun çərçivəsində müvafiq tədbir görüləcək və əlavə açıqlama veriləcək.
Aparıcı etirazla qarşılanan çıxışından sonra sosial şəbəkə hesabında video paylaşaraq bunları deyib: “Fikirlərimin şəhid qızları ilə əlaqəsi yoxdur. Allah mənə övlad nəsib edərsə, istəyərəm ki, ocağıma şəhid qızımız nəsib olsun”.
31-03-2025, 16:45
Hələ konkret nəticə yoxdur - Peskov


Hələ konkret nəticə yoxdur - Peskov

Moskva və Vaşinqton Ukrayna nizamlanması ilə bağlı bəzi ideyaların reallaşdırılması üzərində iş aparır.
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ tərəfi ilə Ukrayna nizamlanması üzrə müzakirələrin gedişini şərh edərkən deyib.
O jurnalistlərə bildirib: ”Biz Ukrayna nizamlanması ilə bağlı bəzi ideyaların reallaşdırılması üzərində iş aparırıq. Bu iş davam edir. Hələ ki, sizlərə məlumat verəcəyimiz və bunu etməli olduğumuz konkret nəticə yoxdur. Hər halda, bu zaman alacaq və substansiya çətinlikləri ilə bağlı olan bir prosesdir”.
D.Peskov vurğulayıb ki, ABŞ tərəfi ilə danışıqlar davam edir: “İlk növbədə, əvvəlki administrasiyanın dövründə böyük zərər görmüş ikitərəfli münasibətlərin qaydaya salınması məsələsində”.
31-03-2025, 16:07
Şimal bölgəsində 5 kənddə yanğın


Şimal bölgəsində 5 kənddə yanğın

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xaçmaz rayonunun Qalağan, İstisu, Xaspoladoba, Canaxır kəndələrində və Quba rayonunun Küsnət kəndi ərazisində açıq ərazidə yanğın baş verməsi barədə məlumatlar daxil olub.
Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.
Məlumatlarla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Xaçmaz, Şabran və Quba rayonlarının Yanğından Mühafizə hissələrinin qüvvələri yanğınların söndürülməsinə cəlb olunub.
Xaçmaz rayonunun Xaspoladoba kəndi və İstisu qəsəbəsi ərazisindəki yanğınlar havanın küləkli olmasına baxmayaraq genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Əməliyyat şəraitinə uyğun olaraq hazırda digər yanğınların söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, hazırda bəzi ərazilərdə müşahidə olunan küləkli hava şəraitini nəzərə alaraq yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır.
31-03-2025, 15:10
Fransanın müxalifət liderinə cəza verildi - 4 il


Fransanın müxalifət liderinə cəza verildi - 4 il

Fransanın sağçı “Milli birlik” partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Pen dörd il müddətinə azadlıqdan məhrum edilib.
O, iki il şərti azadlıqda olacaq, iki il isə elektron qolbaqla gəzəcək.
Le Pen, həmçinin beş il müddətinə səsvermə hüququndan məhrum edilib.
Qərarı hakim Benedikte de Pertuis elan edib.
Bundan əvvəl Paris məhkəməsi Marin Le Peni Milli Mitinq partiyasının üzvlərinə köməkçi işə götürməklə Avropa Parlamentinin vəsaitlərini mənimsəməkdə təqsirli bilib .
Marin Le Pendən başqa,“Milli birlik” partiyasının daha səkkiz üzvü mənimsəmə işində təqsirli bilinib.
Marine Le Pen və daha iki partiya xadimi Avropa Parlamentinin vəsaitlərini Fransada yerləşən partiya işçilərinə maaş vermək üçün qanunsuz istifadə etməkdə ittiham olunur. İttiham tərəfinə görə, 11 il ərzində ümumilikdə təxminən 3 milyon avro oğurlanıb. Təqsirləndirilən şəxslər pulun qanuni şəkildə istifadə edildiyini bildiriblər.
Qeyd edək ki, Le Pen son iki prezident seçkisində Fransa Prezidenti Emmanuel Makronun əsas rəqibi olub.
31-03-2025, 14:58
Məni torpağa basdırmayın! - Volkan Konakın vəsiyyəti


Məni torpağa basdırmayın! - Volkan Konakın vəsiyyəti

Ötən gün Şimali Kiprdə vəfat edən məşhur türkiyəli müğənni Volkan Konakın vəsiyyəti gündəm olub.
Bu barədə sosial mediada paylaşım edilib.
Bir müddət əvvəl konserti zamanı danışan Volkan Konak torpağa basdırılmaq istəmədiyini bildirib
"Sevənlərimə vəsiyyətimdir, mən öləndə torpağa basdırmasınlar. Yandırsınlar bütün bədənimi. Və bir qutuya qoyub Qara dənizimin üzərinə bir helikopterlə səpsinlər bütün külümü. Xüsusilə də Trabzonumun üzərinə", - Konak deyib.
Xatırladaq ki, müğənni Volkan Konak Şimali Kipr Türk Cümhuriyyətində verdiyi konsert zamanı vəziyyəti pisləşib və huşunu itirərək yıxılıb. İnfarkt keçirən sənətçi xəstəxanaya yerləşdirilib, lakin bütün müdaxilələrə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.
31-03-2025, 14:47
Daha bir liman Orta Dəhlizə qoşulur


Daha bir liman Orta Dəhlizə qoşulur

Qazaxıstan və Sloveniya nəqliyyat və logistika sektorunda kommunikasiyaların əhatə dairəsinin genişləndirilməsi zərurətini müzakirə ediblər.
Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Sloveniya Prezidenti Nataşa Pirç Musar ilə danışıqların yekunlarına dair brifinqdə deyib.
Tokayev qeyd edib: “Biz Sloveniyanın Luka Koper dəniz limanının Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu layihəsinə cəlb edilməsi məsələsini müzakirə etdik. Deyə bilərik ki, ortaq fikrə gəlmişik. Biz səlahiyyətli orqanlara konkret tədbirlərin görülməsi ilə bağlı göstəriş vermişik".
Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Çin ilə Avropa ölkələrini birləşdirir.
31-03-2025, 14:21
Türkiyə konstitusiyasını dəyişək! - Bağçalıdan növbəti tarixi çağırış


Türkiyə konstitusiyasını dəyişək! - Bağçalıdan növbəti tarixi çağırış

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) ortağı Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı növbəti tarixi təkliflə çıxış edib.
Bir müddət əvvəl PKK terror təşkilatının həbsdəki rəhbəri Abdullaha Öcalana müraciəti ilə diqqət mərkəzinə düşən Bağçalı bu dəfə Türkiyə konstitusiyası ilə bağlı təklif səsləndirib.
Qeyd edək ki, Bağçalının Öcalana müraciəti ilə başlayan proses PKK terror təşkilatının ləğv edilməsi ilə bağlı çağırışla yekunlaşıb.
Bağçalı milli birliyin gücləndirilməsi və demokratik prinsiplərin daha da möhkəmləndirilməsi üçün yeni bir konstitusiyanın qəbul edilməsinin vacibliyini vurğulayıb.
O bildirib ki, "terrorsuz Türkiyə" konsepsiyası çərçivəsində ölkə yeni bir siyasi və sosial mərhələyə qədəm qoyur. Siyasi partiya lideri Türkiyənin gələcəyinin daha təhlükəsiz və sabit olması üçün yeni bir hüquqi çərçivənin formalaşdırılmasının əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, mövcud konstitusiya hələ də keçmiş hərbi müdaxilələrin izlərini daşıyır və bu miras tamamilə aradan qaldırılmalıdır.
Yeni konstitusiya islahatlarının məqsədi Türkiyənin demokratik standartlarını yüksəltmək, insan haqlarını və qanunun aliliyini daha güclü şəkildə təmin etməkdir. O qeyd edib ki, bu prosesdə siyasi partiyalar və ictimai təşkilatlar da fəal iştirak etməli, milli birlik və bərabərlik prinsipləri əsas götürülməlidir.
"Biz hamını "Hər şeydən əvvəl Türkiyə" və "Hər kəs bərabərdir Türkiyə" anlayışı ilə bu prosesdə iştirak etməyə çağırırıq", – deyə Bağçalı əlavə edib. O vurğulayıb ki, yeni konstitusiya ölkədə demokratik idarəçilik sistemini gücləndirəcək və xalqın iradəsini daha effektiv şəkildə ifadə etməsinə imkan yaradacaq.
Türkiyənin hazırkı prezident idarəetmə sistemi güclü icra hakimiyyəti və effektiv idarəetmə mexanizmi ilə diqqət çəkir. MHP liderinin sözlərinə görə, yeni konstitusiya bu sistemin daha şəffaf və vətəndaş yönümlü olmasına töhfə verəcək. Parlamentin rolu daha da gücləndiriləcək, qanunvericilik və icra hakimiyyəti arasında balans qorunacaq.
Bundan əlavə, Bağçalı Türkiyənin beynəlxalq səviyyədə güclənməsinin, iqtisadi və siyasi sabitliyin qorunmasının da bu islahatlarla mümkün olacağını qeyd edib.
31-03-2025, 14:20
İlham Əliyevlə Pezeşkian arasında telefon danışığı


İlham Əliyevlə Pezeşkian arasında telefon danışığı

Martın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.
Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Məsud Pezeşkian müqəddəs Ramazan bayramı münasibətilə dövlətimizin başçısını və Azərbaycan xalqını təbrik edib, ən xoş arzularını çatdırıb.
Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirərək, öz növbəsində İran Prezidentini və xalqını bayram münasibətilə təbrik edib.
Məsud Pezeşkian təbriklərə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.
Telefon danışığı əsnasında ölkələrimiz arasında yüksəksəviyyəli qarşılıqlı səfərlərin dinamikasından məmnunluq ifadə olunub, hökumətlərarası komissiyanın fəaliyyətinə toxunulub, iqtisadi, ticarət, nəqliyyat, enerji və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!