Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
9-03-2025, 17:56
İsraildən Qəzzaya növbəti zərbələr


İsraildən Qəzzaya növbəti zərbələr

İsrail ordusu Qəzza zolağına yeni hava zərbəsi endirib və anklavın şimal hissəsində bir qrup fələstinlini hədəf alıb.
Bu barədə ordunun mətbuat xidmətindən bildirilib.
"Bu gün səhər saatlarında Qəzzanın şimalında İsrail hərbçilərinin yaxınlığında yerə partlayıcı qurğu yerləşdirməyə cəhd edən bir neçə terrorçu aşkarlanıb. İsrail Hərbi Hava Qüvvələri terrorçulara zərbələr endirib", - məlumatda deyilir.
9-03-2025, 17:42
Ağ Ev yaxınlığında atışma


Ağ Ev yaxınlığında atışma

Ağ Ev yaxınlığında ABŞ xüsusi xidmət orqanlarının əməkdaşları ilə silahlı şəxs arasında atışma olub.
Həmin vaxt Prezident Donald Tramp Ağ Evdə deyil, Floridada iqamətgahında olub.
Xüsusi xidmət orqanları silahlı şəxsin İndianadan Vaşinqtona gəldiyi, intihar etmək niyyətində olduğu barədə məlumat alıb. Onun avtomobili Ağ Evin yaxınlığında aşkarlanıb. Polis yaxınlaşan zaman isə şübhəli atəş açmağa başlayıb.
Atışma nəticəsinə yaralanan şəxs xəstəxanaya yerləşdirilib.
Onun durumunun necə olduğu açıqlanmayıb.
9-03-2025, 17:07
ABŞ Ukraynaya yardımı bərpa etməyəcək - İDDİA


ABŞ Ukraynaya yardımı bərpa etməyəcək - İDDİA

Ukrayna ilə minerallara dair müqavilədən sonra ABŞ Kiyevə hərbi yardımı və kəşfiyyat məlumatlarının mübadiləsini bərpa etməyəcək.
Bu barədə “NBC News” ABŞ Administrasiyasındakı məmurlara istinadən məlumat yayıb.
Qeyd edilib ki, ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodomir Zelenskinin sülh danışıqlarına münasibətinin dəyişməsini, ərazi güzəştlərinə hazır olmasını, o cümlədən prezident seçkilərinin keçirilməsi üçün addım atmasını görmək istəyir.
9-03-2025, 16:52
DİN-dən xəbərdarlıq - Təhlükəli sahələrə daxil olmayın!


DİN-dən xəbərdarlıq - Təhlükəli sahələrə daxil olmayın!

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara müraciət edib.
Müraciətdə vətəndaşlara maksimum ehtiyatlı davranmaq, mina, partlamamış hərbi sursat və ya naməlum əşyalara toxunmamaq tövsiyə edilir.
“Təhlükəli sahələrə daxil olmayın, atılıb qalmış sursatlara toxunmayın, həyatınızı minaya qurban verməyin.
Heç vaxt mina, partlamamış hərbi sursat və ya naməlum əşyalara toxunmayın, əlinizə götürməyin. Onlara müdaxilə etməyə çalışmayın”, - DİN-in müraciətində qeyd olunur.
9-03-2025, 16:19
Azərbaycanda internet televiziyalarının sayı azalır


Azərbaycanda internet televiziyalarının sayı azalır

Azərbaycanda təəssüflər olsun ki, internet televiziyalarının və "Youtube" kanallarının sayı getdikcə azalmaqdadır.
Bunu Bakı Dövlət Universitetinin professoru, Əməkdar jurnalist Qulu Məhərrəmli deyib.
Onun sözlərinə görə, internet televiziyası və "Youtube" kanallarının baxış sayına, bir verilişin konkret olaraq izlənməsinə, edilən girişlərin, şərhlərin sayına görə reytinqini nisbi şəkildə müəyyənləşdirmək olur:
"Bununla yanaşı diqqəti cəlb edən, ictimai müzakirələr aparan, sosial problemləri qaldıran, maraqlı verilişlər hazırlayan "Youtube" kanalları və internet televiziyaları yaxşı ki, var”.
Həmin kanal və televiziyaların reytinqlərinin hansı meyarlara əsasən müəyyən olunması dəqiq parametrlərə söykənmir. Amma qeyd etdiyim kimi baxış, abunə sayının olması, verilişlərə konkret baxan insan sayı, yazılan şərh sayı müəyyən göstəricidir. Məsələn Azərbaycanda ilk 10-a daxil olan "Youtube" kanalları, internet televiziyaları var. Onların mövcudluğu əlbəttə ki, normaldır. Amma reytiqnlər bütün hamısında bu vəya başqa formada subyektivdir. Hər halda müəyyən dərəcədə ümumi ictimai rəy bir dəqiq müəyyənləşdirməyə imkan verir ki, hansı "Youtube" kanalı, veriliş, aparıcı daha çox baxılır. İndiki şəraitdə vəziyyət belədir”.
Professor sonda qeyd edib ki, bütün reytinq göstəriciləri şərtidir.
9-03-2025, 15:53
Fransadan Ukraynaya 195 milyon avroluq hərbi yardım


Fransadan Ukraynaya 195 milyon avroluq hərbi yardım

Fransa Ukraynaya Rusiya aktivlərinin dondurulmasından əldə olunan faizlərlə 195 milyon avroluq hərbi yardım tədarük edəcək.
Bu barədə Fransanın müdafiə naziri Sebastyen Lekornu "La Tribune Dimanche" qəzetinə verdiyi müsahibədə bildirib.
Nazir deyib ki, yeni tranşa 155 mm-lik artilleriya mərmiləri və AASM tipli idarə olunan aviabombalarla yüklənmiş Mirage-2000 təyyarələri daxildir.
Lekornu hərbi texnikaların istehsal sürətini artırmağı planlaşdırdıqlarını da açıqlayıb. Belə ki, gələn ildən etibarən "Dassault Aviation" ayda 4-5 "Rafale" təyyarəsi təhvil verəcək, bu da ötənilki ilə müqayisədə iki dəfə çoxdur. AASM aviabombalarının istehsal həcmi iki dəfə artacaq.
9-03-2025, 15:52
Qərb Rusiya – Ukrayna müharibəsində hansı rolu oynayır?

Qərb Rusiya – Ukrayna müharibəsində hansı rolu oynayır?

Qərbin hərbi-siyasi dairələri tərəfindən Rusiya ilə müharibəyə cəlb edilən Ukrayna çətin və faciəvi günlərini yaşayır. ABŞ və Avropa İttifaqı arasında qarşıdurma yaşanır, Ukrayna isə taleyin ümidinə buraxılmış vəziyyətə salınıb. Hər gün Rusiya yeni-yeni ərazilərini tutur, şəhərlərini dağıdır, insanlar ölür. Hətta iş o yerə çatıb ki, ABŞ indiyə qədər Ukraynaya ayırdığı maliyyənin geri qaytarılmasını tələb edir. Bu gərginlik xüsusilə Münxen Təhlükəsizlik Konfransında daha qabarıq üzə çıxıb. Ukraynanın yaşadığı gərginlikdə şübhəsiz ki, əvvəlki ABŞ administrasiyasının, xüsusilə də prezident Cozef Bayden və dövlət katibi Antoni Blinkenin yarıtmaz siyasəti də az rol oynamadı. Bugünkü ABŞ-Avropa İttifaqı arasında gərginliyinə görə ultra liberal və liberalo-faşist ideologiyasını yürüdən Bayden-Blinken administrasiyası birbaşa məsuliyyət daşıyır. Bu iddianı da əksəriyyət indi birmənalı şəkildə qəbul edir. Ukraynada 3 ildən artıqdır davam edən müharibə beynəlxalq geosiyasi vəziyyətə ciddi təsir göstərib. Bir çox siyasi liderin və ekspertin də dediyi kimi, bu savaş artıq Rusiya-Ukrayna müharibəsi deyil, Moskvanın Qərb ölkələri, o cümlədən ABŞ-la demək olar ki, hərbi qarşıdurmasıdır. Qərbin əsas məqsədi Ukraynanın müstəqilliyini qorumaq, Rusiyanın işğalını dayandırmaq və Moskvanı zəiflətməkdir. Bununla belə, bu müdaxilə Rusiya-Qərb münasibətlərini daha da gərginləşdirib və yeni bir geosiyasi bloklaşmaya səbəb olub. Müharibənin gedişatı və sonu hələ qeyri-müəyyəndir, lakin Qərbin dəstəyi Ukraynanın müqavimətini gücləndirib və Rusiya üçün ciddi çətinliklər yaradıb.
Qərbin Ukrayna-Rusiya müharibəsində rolu əvəzolunmazdır. Iqtisadi, hərbi, diplomatik və humanitar yardımlarla Ukraynanı dəstəkləməklə yanaşı, Qərb həm də Rusiya üzərində təzyiqi artırmağa çalışır. Müharibə Qərb və Rusiya arasındakı münasibətləri tamamilə yenidən formalaşdırıb və dünya siyasətində yeni güc balansının yaranmasına səbəb olub. Müharibənin gələcəyi hələ naməlumdur, amma Qərbin dəstəyi Ukraynanın müqavimətini gücləndirməkdə mühüm rol oynayır .
Turan Dənyarlı,
“Azərbaycan” universitetinin “Politologiya” ixtisası üzrə ikinci kurs tələbəsi

9-03-2025, 15:44
Türkiyə-İran gərginliyinin pərdəarxası


Türkiyə-İran gərginliyinin pərdəarxası

Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan "Əl-Cəzirə" kanalına müsahibəsində İranın regional siyasətini tənqid edib.
Fidan İranın bölgədə milislər vasitəsilə apardığı xarici siyasətin böyük risklər daşıdığını bildirib. Türkiyə XİN başçısı, həmçinin bir ölkənin başqa dövlətlərdəki silahlı qrupları dəstəkləyərək üstünlük qazanmağa çalışmasının əks təsir yaradacağını bildirib: "Əgər siz başqasına daş atırsınızsa, unutmayın ki, sizə də daş ata bilərlər."
İran xarici işlər nazirinin müavini Mahmud Heydəri Türkiyə Cümhuriyyətinin Tehrandakı səfiri Hicabi Kırlanğıç ilə görüşüb. Martın 3-ü axşam saatlarında keçirilən görüşdə Türkiyə xarici işlər nazirinin son bəyanatlarına istinad edən Heydəri vurğulayıb: “İki ölkənin ortaq maraqları və regional şərtlərin həssaslığı ikitərəfli münasibətlərdə fikir ayrılıqlarına və gərginliyə səbəb ola biləcək yanlış şərhlər və qeyri-real təhlillərin aparılmamasını tələb edir”.
İki ölkə arasında gərginliyi şərh edən Milli Məclisin Azərbaycan-İran Parlamentlərarası İşçi Qrupunun üzvü Ceyhun Məmmədov bildirib ki, Türkiyənin qaldırdığı məsələdə haqlıdır:
"Hakan Fidanın səsləndirdiyi bu məsələ özünü Suriyada, İraqda, hətta Yəməndə və digər ölkələrdə də göstərir. Hazırda Suriyada baş verən hadisələrdən narahat olan İran çalışır ki, yenidən öz mövqeyini bərpa etsin. Ona görə də burada yeni silahlı qruplaşmalar yaratmaq üçün müəyyən addımlar atır. Bu da təbii ki, Türkiyənin maraqlarına uyğun deyil. Yəni Türkiyənin belə bir mövqe sərgiləməsinin çox ciddi səbəb və əsasları var. Çünki İranın atdığı addımlar bölgədə müəyyən gərginliklər yaradır. Hətta Türkiyənin daxilində də müəyyən qruplaşmaların yaradılması, İraqda oxşar təşkilatlara dəstək verməsi, zaman-zaman Azərbaycanda da bu istiqamətdə addımların atılmasına cəhdlərin edilməsi ciddi məsələdir və narahatlığa səbəb olur".
C.Məmmədov söyləyib ki, Azərbaycan bu məsələyə fərdi yanaşmalıdır:
"Əslində Türkiyə İrana mesaj vermək istəyirdi ki, Suriyadakı proseslərə müdaxilə edib, yeni silahlı qruplaşmalar yaradaraq hazırki hakimiyyətin devrilməsinə cəhd etməsin. Türkiyə çalışır ki, regionda əlavə qarşıdurmalar olmasın. Türkiyə regionda əsas ölkələrdən biri kimi, bu məsələdə yenidən problem yaşamaq istəmir. Qardaş ölkənin narahatlığı başa düşüləndir. Türkiyənin bu açıqlaması ilə İran siyasətini dəyişən deyil. İran bu məsələni təhlükəsizliyini təmin etmək üçün məcburi atılan addımlar kimi qeyd edir. Müəyyən narahatlıqlar, fikir ayrılıqları həmişə olub və ola bilər. Bu, təbiidir. İranın bu cür əsaslandırmaları qəbuledilməzdir. Müəyyən fikir ayrılıqları, münasibətlərdə gərginliklər olacaq. Ümumi son dövrlərdə baş verən proseslərə baxanda Azərbaycan-İran münasibəltərinə ayrı-ayrılıqda yanaşmalıyıq. Bütün hallarda Azərbaycan-Türkiyə münasibətləri strateji müttəfiqlik səviyyəsindədir. İranın atdığı bu addımlar isə müəyyən təhdidləri və təhlükələri vəd edir".
9-03-2025, 15:38
Türkiyə və Azərbaycan arasında siyasi kommunikasiyanın tarixi və bu günü


Türkiyə və Azərbaycan arasında siyasi kommunikasiyanın tarixi və bu günü

Türkiyə və Azərbaycan arasında siyasi kommunikasiya strateji müttəfiqlik və “Bir millət, iki dövlət” prinsipinə əsaslanır. Nəzərə almaq lazımdır ki, bu prinsipin tarixi kökləri dildən dinə qədər hər şeyi əhatə edir. Bu əlaqələr tarixi, mədəni və dil birliyi fonunda formalaşaraq, diplomatik, hərbi, iqtisadi və mədəni sahələrdə güclü əməkdaşlığa çevrilib. İstər regionda, istərsə də beynəlxalq sferada bu münasibətlər təqdirəlayiq səviyyədə inkişaf edir. İlk diplomatik münasibətlərin qurulması 1991-ci ildə baş verib.
Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Türkiyə onu tanıyan ilk dövlət oldu. 1992-ci ildə iki ölkə arasında rəsmi diplomatik münasibətlər quruldu və səfirliklər açıldı. Strateji müttəfiqlik isə 2010-cu ildə baş tutdu. “Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım Sazişi” imzalanan ilk müqavilə oldu. 2021-ci ildə imzalanan “Şuşa Bəyannaməsi” iki ölkə arasında müttəfiqlik münasibətlərini daha da möhkəmləndirdi. Bütün bunlar siyasi kommunikasiyanın uğurlarıdır. 2020-ci ildəki 44 günlük Vətən müharibəsi zamanı Türkiyə Azərbaycanın siyasi və informasiya dəstəyini təmin etdi.
Türkiyə və Azərbaycan arasında siyasi kommunikasiya mütəmadi görüşlər, strateji müqavilələr və regional əməkdaşlıq formatları vasitəsilə güclənməkdədir. Bu münasibətlər hər iki ölkənin milli maraqlarına və regional sabitliyə töhfə verir. Azərbaycan televiziyasında yayımlanan “Ertoğrul”, “Diriliş Osman” kimi tarixi motivli filmlər siyasi kommunikasiyanı daha da təkmilləşdirir. Belə filmlər daim maraq obyekti olmaqla bərabər, həm də qardaş xalqın tarixi zənginliklə dolu keçmişini öyrənməyə imkan yaradır. Film və televiziya sektorunun inkişafı qardaşlıq münasibətlərinə də müsbət mənada güclü təsir edir.

Fərid Hüseynov,
“Azərbaycan” Universitetinin 2-ci kurs tələbəsi
9-03-2025, 14:44
59 minə yaxın şagird imtahan verdi


59 minə yaxın şagird imtahan verdi

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.
İmtahanda 58732 şagirdin iştirakı nəzərdə tutulurdu.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 255 imtahan binası, 4430 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 255 ümumi imtahan rəhbəri, 721 imtahan rəhbəri, 5523 nəzarətçi, 773 buraxılışı rejimi əməkdaşı (mühafizə), 255 bina nümayəndəsi ayrılıb.
İmtahanda 70 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb.
Bu gün saat 15:00-da DİM-in “Youtube” kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanda istifadə olunmuş test tapşırıqları ilə bağlı izahat veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunacaq. Abituriyentlər onları maraqlandıran sualları canlı yayımın şərh bölməsinə yaza bilərlər.
Martın 10-dan etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq.
İlkin məlumatlara əsasən, 3 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib. 1 nəzarətçi isə iştirakçılara kömək etməyə cəhd etdiyi üçün imtahandan kənarlaşdırılıb. Qeyd olunan hallarla bağlı araşdırma aparılır.
İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 6 həftə ərzində elan olunması nəzərdə tutulur.
İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər bütün test tapşırıqlarının izahının elektron versiyasını (pdf formasında) canlı yayımdan sonra DİM-in sosial şəbəkə hesablarından əldə edə biləcəklər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!