“Öldü var, döndü yoxdur” şüarı ilə yaşayırdıq .....                        Hindistanla Pakistan silahları susdurdu - Müharibə ehtimalı hələ də qalır... .....                        Xarici qonaqlar öz təəccübünü gizlədə bilmirlər .....                        Ulu Öndərin bütün həyatı Azərbaycan xalqına həsr edilib .....                        Yük maşını ilə mikroavtobus toqquşdu - Xəsarət alanlar var .....                        Hindistan və Pakistan arasında atəşkəs əldə olundu .....                        Bu gün bərpa olunan Qarabağı görürük - Prezident .....                        Gənc əsgərlər and içdilər - FOTO .....                        İkinci mərhələdə Kəngərlidə daha çox ev tikiləcək - Prezident .....                       
20-04-2025, 22:35
"Fənərbağça" doğma meydanında xal itirdi


"Fənərbağça" doğma meydanında xal itirdi

Türkiyə Superliqasının XXXII turunda növbəti oyun keçirilib.
empionluq mübarizəsi aparan "Fənərbağça" doğma meydanda "Kayserispor"la qarşılaşıb. Görüş 3:3 hesablı heç-heçə ilə yekunlaşıb. Bu nəticədən sonra xallarını 72-yə çatdıran ev sahibləri turnir cədvəlinin 2-ci sırasındadır.
20-04-2025, 21:17
"Zirə" qələbə qazandı


"Zirə" qələbə qazandı

Misli Premyer Liqasında XXXI tur başa çatıb.
Sonuncu matçda "Zirə" "Sumqayıt"ı qəbul edib.

Qarşılaşma Bakı klubunun qələbəsi ilə yekunlaşıb - 3:1.

Meydan sahiblərinin heyətində 6-cı dəqiqədə Giorgi Papunaşvili, 45+1-ci dəqiqədə Martins Junior, 89-cu dəqiqə Salifu Suma fərqləniblər. Qonaqlarda Bobur Abdixolikov 52-ci dəqiqədə adını tabloya yazdırıb.
Bu nəticədən sonra xallarının sayını 61-ə çatdıran "Zirə" ikinci pillədə qərarlaşıb. "Gənclik şəhəri" təmsilçisi 29 xalla səkkizinci sıradadır.

Günün ilk matçında "Şamaxı" evdə "Kəpəz"i məğlub edib - 2:1.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" "Neftçi"ni 3:0, "Sabah" "Səbail"i 3:2 hesabı ilə üstələyib. "Araz-Naxçıvan" - "Turan Tovuz" görüşündə isə qalib müəyyənləşməyib - 1:1.
20-04-2025, 21:07
Salyanda faciə: Qırılan tros sürücünün ölümünə səbəb oldu


Salyanda faciə: Qırılan tros sürücünün ölümünə səbəb oldu

Salyan rayonunda kranın qırılan trosu ölümə səbəb olub.
Hadisə Ələt-Astara magistral yolunda, “Yolüstü” istirahət mərkəzinin yaxınlığında qeydə alınıb.
Belə ki, 1959-cu il təvəllüdlü Quliyev Sədrəddin Mirzağa oğlunun idarə etdiyi minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza nəticəsində sürücü yüngül xəsarət alıb.
Lakin hadisə yerinə avtomobili qaldırmaq üçün gələn kranın trosu qırılıb və nəqliyyat vasitəsi sürücünün üzərinə düşüb. Nəticədə Quliyev Sədrəddin hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.
20-04-2025, 20:20
Türk diplomat İrəvanda - Nələr müzakirə edildi...


Türk diplomat İrəvanda - Nələr müzakirə edildi...

ATƏT-in baş katibi, türkiyəli diplomat Firudin Sinirlioğlu İrəvanda baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.
Politoloq Elxan Şahinoğlu Sinirlioğlunun İrəvana səfərini şərh edib.
O xatırladıb ki, iki ay əvvəl Firudin Sinirlioğlu Nikol Paşinyanla Münhen Təhlükəsizlik Konfransında da görüşmüşdü. İrəvandakı görüşlərdə Ermənistanın ATƏT-lə əməkdaşlığı və Azərbaycanla aparılan danışıqların hazırki vəziyyəti müzakirə olunub.
"Rəsmi İrəvan ATƏT-lə əməkdaşlığı davam etdirmək istəyərkən, rəsmi Bakının belə bir istəyi yoxdur. ATƏT 30 il ərzində Qarabağ münaqişəsini həll edə bilmədi, bu səbəbdən Azərbaycanda ən çox tənqid edilən təşkilat idi. Rəsmi Bakı İkinci Qarabağ müharibəsindən sonra ATƏT-in Minsk Qrupunun ləğvinə çalışır. Buna baxmayaraq, ATƏT-in baş katibinin təcrübəli və Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Əroğana yaxınlığı ilə bilinən türkiyəli diplomat olduğu nəzərə alınaraq, rəsmi Bakı Firudin Sinirlioğlu ilə təmasdan imtina etməyəcək. Orası da aydındır ki, tutduğu vəzifəyə görə Firudin Sinirlioğlunun rəsmi Bakının “Minsk Qrupu ləğv olunmalıdır” yanaşmasını dəstəkləməsi çətindir. Ancaq türkiyəli diplomat onu da anlayır ki, de-fakto mövcud olmayan Minsk Qrupunin de-yure də ləğvi ümumi işin xeyrinədir. Bu sülh sazişinin imzalanması üçün iki əsas şərtdən birinin yerinə yetirilməsidir".
20-04-2025, 19:48
Putin atəşkəsi uzatmayacaq


Putin atəşkəsi uzatmayacaq

Pasxa atəşkəsi bu gün gecə yarısı başa çatacaq.
Bu barədə “TASS”a Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin Pasxa atəşkəsinin uzadılması ilə bağlı heç bir göstəriş verməyib.
Qeyd edək ki, Putin döyüşlərin 19 aprel saat 18:00-dan 21 aprel saat 00:00-dək (Moskva vaxtı ilə) dayandırılması barədə göstəriş verib.
20-04-2025, 19:31
Binəqədidəki yanğında 5 maşın kül olub - RƏSMİ


Binəqədidəki yanğında 5 maşın kül olub - RƏSMİ

Binəqədi rayonunda yerləşən obyektdə baş vermiş yanğında həyətdə olan maşınlar da yanıb.
Bu barədə FHN-in mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, yanğın nəticəsində ümumi sahəsi 1600kv.m. olan metal konstruksiyalardan ibarət marketə məxsus anbar 650kv.m. sahədə, 50 p.m. elektrik kabeli, anbarın qarşısında dayanmış “Toyota”, “Mercedes”, “VAZ-2107” və “Hyundai” markalı minik avtomobillərinin yanar hissələri və “Opel” markalı minik avtomobilinin dam hissəsi yanıb.
20-04-2025, 19:23
Bugünkü imtahanın nəticələri nə vaxt açıqlanacaq?


Bugünkü imtahanın nəticələri nə vaxt açıqlanacaq?

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.
İmtahanda 53 649 şagirdin iştirakı gözlənilirdi.
Aprelin 21-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.
İmtahanda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 5 həftə ərzində elan olunması nəzərdə tutulur.
20-04-2025, 18:55
Mirzoyan ATƏT-in baş katibi ilə görüşdü


Mirzoyan ATƏT-in baş katibi ilə görüşdü

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.
Həmsöhbətlər Ermənistanla ATƏT arasında qarşılıqlı əməkdaşlıq, o cümlədən fərdi proqramların həyata keçirilməsi məsələlərinə toxunublar.
Cənubi Qafqazda sülhün bərqərar olmasına yönəlmiş səylər kontekstində Ermənistan və Azərbaycan arasında sülh prosesinə toxunulub, iki ölkə arasında sülhün və dövlətlərarası münasibətlərin bərqərar olmasına dair sazişin mətninin razılaşdırılmasının vacibliyi vurğulanıb.
Ararat Mirzoyan Ermənistanın ATƏT-in Minsk Qrupuna münasibətinə toxunub və Ermənistanın sülh prosesinin digər komponentləri ilə bağlı təkliflərini təqdim edib.
Ararat Mirzoyan və Feridun Sinirlioğlu Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesi barədə də fikir mübadiləsi aparıblar.
20-04-2025, 18:26
ABŞ ilə danışıqlar səmərəli ola bilər - İran rəsmisi


ABŞ ilə danışıqlar səmərəli ola bilər - İran rəsmisi

ABŞ ilə danışıqlar səmərəli ola bilər.
Bunu İranın xarici işlər naziri Abbas Əraqçi italiyalı həmkarı Antonio Tayani ilə telefon danışığı zamanı deyib.
O bildirib ki, İran və ABŞ arasında xoşməramlılıq və realizm davam edərsə, danışıqlar səmərəli ola bilər.
Əraqçi, həmçinin Omanda keçirilən danışıqların konstruktiv olduğunu qeyd edib.
Tayani də öz növbəsində İranın məsuliyyətli yanaşmasını yüksək qiymətləndirib.
O, həmçinin İtaliyanın bu diplomatik prosesin irəliləməsinə kömək etməyə hazır olduğunu bir daha bəyan edib.
20-04-2025, 18:14
Kiyevin üzrxahlıq tələbi


Kiyevin üzrxahlıq tələbi

Ukrayna ABŞ telekanalından Kiyevi Rusiya ərazisi kimi təqdim etdiyi üçün üzrxahlıq tələb edir.
Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixi “X” hesabında yazıb.
“Əgər bu, düşünülmüş siyasi bəyanat deyilsə, səhv idisə, üzr istəməli və bu səhvi kimin etdiyi araşdırılmalıdır”, - diplomat vurğulayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!