Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
15-04-2025, 16:25
Magistr imtahanlarına qeydiyyat başa çatdı - 20 542 nəfər...


Magistr imtahanlarına qeydiyyat başa çatdı - 20 542 nəfər...

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat başa çatıb.
Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.
Məlumata əsasən, 20 542 bakalavr ərizəsini təsdiq edib. Bunlardan 19 053-ü Azərbaycan bölməsi, 1 489-u isə rus bölməsinin bakalavrlarıdır.
Yaxın günlərdə “İmtahana buraxılış vərəqəsi” təqdim olunacaq.
Qeyd edək ki, imtahan mayın 11-də keçiriləcək.
15-04-2025, 16:16
Nə nikbinik, nə bədbin - Xameneidən İran-ABŞ danışıqlarına reaksiya


Nə nikbinik, nə bədbin - Xameneidən İran-ABŞ danışıqlarına reaksiya

İran İslam Respublikasının ali rəhbəri Ayətullah Seyid Əli Xamenei bu gün hökumət üzvləri, deputatlar, məhkəmə heyəti və bəzi qurum rəsmiləri ilə görüşüb.
Xamenei İran və ABŞ arasında Omanda aparılan dolayı danışıqları müsbət qiymətləndirərək, "Oman danışıqları Xarici İşlər Nazirliyinin həyata keçirdiyi onlarla işdən biridir. Biz bu ölkənin məsələlərini danışıqlara bağlamamalıyıq" deyib:
"Danışıqlar bir nəticəyə gələ də bilər də, gəlməyə də. Biz bu danışıqlarla bağlı nə həddən artıq optimist, nə də həddən artıq bədbinik. İlk addımlarda yaxşı qərarlaşdırılmış və yaxşı həyata keçirilmiş iş və fəaliyyət var. Təbii ki, qarşı tərəfə qarşı çox pessimistik, lakin öz imkanlarımızla bağlı özümüz nikbinik".
15-04-2025, 16:10
Qəbul imtahanlarına qeydiyyat nə vaxt başlayır? - RƏSMİ


Qəbul imtahanlarına qeydiyyat nə vaxt başlayır? - RƏSMİ

Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdində iştirak etmək üçün qeydiyyat bu həftə başlayır.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, qeydiyyat aprelin 17-də başlayacaq.
Prosesin mayın 1-dək aparılması nəzərdə tutulub.
İmtahan tarixlərinin yaxın vaxtlarda elan olunacağı gözlənilir.
Qeyd edək ki, qəbul imtahanlarının birinci mərhələsi - buraxılış imtahanları mart 2-də və 9-da keçirilib.
15-04-2025, 15:57
65 il əvvəl oğurlanan heykəl Türkiyəyə qaytarıldı - FOTO


65 il əvvəl oğurlanan heykəl Türkiyəyə qaytarıldı - FOTO

1960-cı illərdə Türkiyənin Boubon şəhərindən qeyri-qanuni yollarla ölkədən çıxarılan və Roma imperator Marcus Aureliusun filosof obrazında təsvir edildiyi bürünc heykəl Klevlend İncəsənət Muzeyində keçirilən rəsmi mərasimlə Türkiyəyə təhvil verilib.
Bu barədə Türkiyə mədəniyyət və turizm nazirinin müavini Gökhan Yazgı sosial şəbəkə hesabında etdiyi paylaşımda məlumat verib. Gökhan Yazgı onu da vurğulayıb ki, heykəlin qaytarılması üçün təxminən 65 ildir ki, elm, diplomatiya və mədəniyyət sahəsində işlər görülürdü.
Qeyd edək ki, əsər Türkiyəyə gətirilməzdən əvvəl üç ay müddətində Klevlend İncəsənət Muzeyində xüsusi sərgi çərçivəsində ictimaiyyətə təqdim ediləcək. İyul ayında isə bu tarixi əsər Türkiyədə öz mədəni konteksti daxilində sərgilənəcək.

15-04-2025, 15:45
Bələdiyyələrin bu səlahiyyəti ləğv edildi


Bələdiyyələrin bu səlahiyyəti ləğv edildi

Bələdiyyələrin qiymətləndirməyə dair səlahiyyəti ləğv edilib.
Prezident İlham Əliyev bununla bağlı “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna dəyişikliyi təsdiqləyib.
Belə ki, bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda onların qiymətləri, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti normativ qiymətdən az olmamaq şərtilə bazar məzənnələri nəzərə alınmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna uyğun olaraq müəyyən ediləcək.
15-04-2025, 15:35
İran-ABŞ danışıqları yenə Omanda keçiriləcək - TARİX


İran-ABŞ danışıqları yenə Omanda keçiriləcək - TARİX

İran Tehran və Vaşinqton arasında nüvə danışıqların ikinci raundunun da Avropada deyil, Omanda keçirilməsini istəyir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Baqayi bu seçimin səbəbini açıqlayıb.
Baqayi danışıqların Omanda keçirilməyəcəyinə dair əvvəlki rəsmi açıqlamalara baxmayaraq, İranın qarşıdan gələn dolayı danışıqların yerinin dəyişdirilməsini təklif etdiyini bildirib.
"Dəyişiklik dəstək və koordinasiya ilə bağlı məsələlərdən irəli gəlir", - iranlı diplomat deyib.
Son günlər Avropa və region ölkələrinin bir neçə mətbuat orqanı və rəsmiləri İran və ABŞ arasında dolayısı danışıqların ikinci mərhələsinin Romada keçiriləcəyi barədə məlumat yayıblar.
Amma İsmail Baqayi Tehran və Vaşinqton arasında dolayı danışıqların ikinci mərhələsinin son məsləhətləşmələrdən sonra şənbə günü, aprelin 19-da Omanda keçiriləcəyini bildirib.
Baqayi deyib ki, diplomatik məsləhətləşmələrdən sonra Omanın İran və ABŞ arasında danışıqların qarşıdan gələn raundunda ev sahibi olaraq qalması qərara alınıb. O vurğulayıb ki, danışıqların ikinci raundu şənbə günü, aprelin 19-na planlaşdırılıb və yenidən Oman Xarici İşlər Nazirliyinin yardımı ilə keçiriləcək.
Xatırladaq ki, İRAN-ABŞ danışıqlarının birinci rauundu ötən şənbə Omanın paytaxtı Maskatda keçirilib.
15-04-2025, 15:31
29 kq marixuana ilə tutuldu - VİDEO


29 kq marixuana ilə tutuldu - VİDEO

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə fasiləsiz xarakter alıb.
DİN-dən verilən məlumata görə, Sabunçu rayonunda keçirilən əməliyyat zamanı əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 49 yaşlı Fuad Cəfərov tutulub. Onun idarə etdiyi avtomobildən 29 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanaraq götürülüb.
F.Cəfərov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə paytaxt ərazisindəki gizli yerdən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Polisin ölkəboyu narkotik vasitə və psixotrop maddələrə qarşı mübarizə tədbirləri fasiləsiz davam etdirilir.

[media=https://youtu.be/PDbSTfd44lM?si=fPWZjoCMB_hc1lQC]
15-04-2025, 15:30
Prezident məhkəmələrə sədr və hakimlər təyin etdi - Siyahı


Prezident məhkəmələrə sədr və hakimlər təyin etdi - Siyahı

Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib.
Prezident İlham Əliyev apellyasiya instansiyası məhkəməsi sədrinin müavininin, apellyasiya instansiyası məhkəmələri məhkəmə kollegiyaları sədrlərinin, birinci instansiya məhkəmələri hakimlərinin və sədrlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında Sərəncam imzalayıb.

Sərəncamla apellyasiya instansiyası məhkəmələri üzrə:

- Müşfiq Kamil oğlu Həsənov Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin müavini təyin edilsin;

- Mehman Dünyamalı oğlu Allahverdiyev Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri təyin edilsin;

- Əlizamin Gülzalı oğlu Abdullayev Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri təyin edilsin;

- Elçin Məhəmməd oğlu Mehdiyev Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri təyin edilsin;

inzibati məhkəmələr üzrə:

- Hicran Xasay oğlu Muradov Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin sədri təyin edilsin;

Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələri üzrə:

- Günay Mikayıl qızı İsmayıl Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinin sədri təyin edilsin;

Bakı şəhərinin rayon məhkəmələri üzrə:

- Şeyda Ədalət qızı Məhərrəmova Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

- Abbas Əhəd oğlu Rzayev Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

- Xəyal Əjdər oğlu Sarıyev Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

- Azər İslah oğlu Paşayev Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

- Elbəy Hidayət oğlu Allahverdiyev Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi təyin edilsin;

rayon (şəhər) məhkəmələri üzrə:

- Fərid İlham oğlu Əyyubov Abşeron Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

- Natiq Mehdi oğlu Abbasov Ağstafa Rayon Məhkəməsinin sədri təyin edilsin;

- Elmir Xoşbəxt oğlu Hüseynov Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Füzuli Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

- Marif Sabir oğlu Kazımov Gədəbəy Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Kürdəmir Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

- Ruslan Əliyar oğlu Əlizadə Yevlax Rayon Məhkəməsinin sədri təyin edilsin;

- Gülsarə Kərimovna İmanova Zəngilan Rayon Məhkəməsinin sədri təyin edilsin;

- Elşad İbiş oğlu Əliyev Sumqayıt Şəhər Məhkəməsinin hakimi təyin edilsin;

- Elçin Məmməd oğlu Kazımov Abşeron Rayon Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilərək Sumqayıt Şəhər Məhkəməsinin hakimi təyin edilsin.
15-04-2025, 15:11
"Ermənistan atəşkəsi pozmaqla bir yerə çata bilməz"


"Ermənistan atəşkəsi pozmaqla bir yerə çata bilməz"

“Ermənistanın ağlını başına toplaması lazımdır”.
Bu sözləri Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komitəsinin sədri Hulusi Akar “Türk dövlətləri arasında təhlükəsizlik və müdafiə üzrə əməkdaşlığın gücləndirilməsi: parlamentlərin rolu” mövzusunda keçirilən TÜRKPA-ya üzv dövlətlərin parlamentlərinin müdafiə və təhlükəsizlik komitələri sədrlərinin ikinci iclasında jurnalislətə açıqlaması zamanı söyləyib.
O bildirib ki, “Tək Vətən” hərəkatı ilə Qarabağda Zəfər qazanılıb və işğal edilmiş torpaqlar öz azadlığına qovuşub:
“Şuşada üçrəngli Azərbaycan bayrağı dalğalanır. Ermənistan ən qısa zamanda bu gerçəkləri qəbul etməlidir və Azərbaycanın uzatdığı barış əlini tutmalıdır. Tez zamanda sülh sazişi imzalanmalıdır. Bölgəyə tezliklə sülh gəlməlidir. Məqsədimiz budur. Ermənistan tərəfindən Azərbaycan sərhədlərində atəşkəsin pozulması halları boş səylərdir. Bununla bir yerə çatmaq olmaz”.
15-04-2025, 14:59
Sabah geomaqnit qasırğası gözlənilir


Sabah geomaqnit qasırğası gözlənilir

Aprelin 16-da G1-G2 səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır.
Bu barədə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından xəbər verilib.
Bildirilib ki, digər TKA-nın da təsiri əlavə olunarsa, geomaqnit qasırğasının intensivliyinin G3 səviyyəsinə qalxması ehtimalı var.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!