Rusiyanın 55 milyon dollarlıq qırıcısı məhv edildi .....                        İlon Mask qalmaqallı postunu sildi .....                        11 il əvvəl birinci sinifə gedənlərin 34 faizi universitetə daxil olub .....                        Helsinkidə Müdafiə Nazirliyinin binasına boya atdılar .....                        Bakıda faciəvi qəza - 3 nəfər öldü .....                        Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı .....                        17 il əvvəl həlak olan mayora şəhid statusu veriləcək - Yoldaşından AÇIQLAMA .....                        Valideynlərdən qızıl üzük alan müəllimə TÖHMƏT VERİLDİ .....                        “ƏDV geri al”dan istifadə edənlərə XƏBƏRDARLIQ .....                       
10-04-2025, 14:25
Azərbaycanda bu universitet CƏRİMƏLƏNDİ


Azərbaycanda bu universitet CƏRİMƏLƏNDİ

Qərbi Kaspi Universiteti cərimələnib.
Buna səbəb ali təhsil müəssisəsinin 2023-cü il üzrə maliyyə hesabatlarını dərc etməməsi olub.
Universitet barədə 28 fevral 2025-ci ildə tətbiq edilən protokol məhkəmə tərəfindən təsdiq edilib.
İnzibati Xətalar Məcəlləsinin 462.1-ci (Mühasibatlıq subyektinin maliyyə hesabatlarının və icra hakimiyyəti orqanının maliyyə hesabatlarının və fəaliyyət prosesinin idarə edilməsinə (quruma) və Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilmiş digər hesabatların və məlumatların hazırlanması, təqdim edilməsi, təsdiq edilməsi, daxil edilməsi və əlavə hesabatlarda qanuna əsasən tələb olunan digər məlumatlar, Respublika Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmasına görə) maddəsi ilə tərtib edilən protokol Səbail Rayon məhkəməsində təsdiq edilib.
Qərbi Kaspi Universiteti sözügedən maddə üzrə 1500 manat məbləğində cərimələnib.
10-04-2025, 14:10
Prezidentlə xanımı Türkiyədə


Prezidentlə xanımı Türkiyədə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 4-cü Antalya Diplomatik Forumunda iştirak etmək üçün Türkiyəyə işgüzar səfərə gəlib.
Antalya Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Antalya şəhərinin valisi Hulusi Şahin və digər rəsmi şəxslər qarşılayıblar.
10-04-2025, 13:58
9-cu sinif şagirdi məktəbli yoldaşını bıçaqladı - YENİLƏNİB


9-cu sinif şagirdi məktəbli yoldaşını bıçaqladı - YENİLƏNİB

Ağstafa rayonunda 8-ci sinif şagirdinin 9-cu sinif şagirdinə xəsarət yetirməsi barədə məlumat yayılıb.
Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib ki, 9 aprel tarixində tənəffüsü zamanı Ağstafa şəhəri Əmirxan Hüseynov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 8-ci sinif şagirdi onunla eyni məktəbdə oxuyan 9-cu sinif şagirdinə xəsarət yetirib.
"Xəsarət almış şagirdə müvafiq tibbi yardım göstərilib. Hadisə ilə bağlı araşdırma aparılıb, hüquq-mühafizə orqanlarına məlumat verilib. Təhsil müəssisəsinin əməkdaşları tərəfindən məktəbliyə baş çəkilib, valideyn və şagirdlə söhbət aparılıb. Xəsarət almış şagirdin sağlamlığı və psixoloji durumu idarə tərəfindən izlənilir.
Qeyd edirik ki, məktəb rəhbərliyi və hüquq-mühafizə orqanları tərəfindən mövcud qaydalar çərçivəsində lazımi tədbirlər görülür. Şagirdlərin yeniyetməlik dövru olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik", - açıqlamada bildirilib.

***

13:36

Ağstafa rayonundakı məktəblərdən birində bıçaqlanma baş verib.
9-cu sinif şagirdi E.Y. məktəb yoldaşı F. N.-i bıçaqlayıb.
İlkin məlumata görə, hadisə tənəffüs vaxtı qeydə alınıb. Şagirdin yüngül xəsarət aldığı bildirilir.
Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində araşdırma aparılır.
10-04-2025, 13:52
Bakıda aktyor və arvadını öldürən şəxsə ÖMÜRLÜK HƏBS


Bakıda aktyor və arvadını öldürən şəxsə ÖMÜRLÜK HƏBS

Bakıda iki nəfəri qəsdən öldürməkdə təqsirləndirilən İslam Hadıyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, müttəhim ömürlük azadlıqdan məhrum edilib.
Xatırladaq ki, hadisə ötən il oktyabrın 22-də Bakının Nəsimi rayonunda baş verib.
İttihama görə, 1973-cü il təvəllüdlü İslam Hadıyev tamah məqsədilə yaşadıqları evdə 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviç və arvadı, 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanı öldürüb.
O, Cinayət Məcəlləsinin 120.2.5 və 120.2.7-ci (tamah məqsədilə iki və ya daha çox şəxsi öldürmə) maddələrilə ittiham olunub.
Qeyd edək ki, öldürülən İosif Tkaç uzun müddət Rus Dram Teatrında aktyor kimi fəaliyyət göstərib. Onun xanımı Lyudmila Tkaç isə uzun illər pedoqoji fəaliyyətlə məşğul olub və dövlət başçısının Sərəncamı ilə 2015-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.
10-04-2025, 13:22
Türkiyə və İsrail rəsmiləri Bakıda - Tarixi görüş


Türkiyə və İsrail rəsmiləri Bakıda - Tarixi görüş

Türkiyə və İsrail arasında Suriya ərazisində qarşıdurmadan yayınmaq məqsədilə yeni bir mexanizm yaradılması üçün danışıqlar başlayıb.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindəki (MSB) mənbələr TRT-yə bildiriblər.
Məlumata görə, bu istiqamətdə ilk texniki görüş Bakıda baş tutub.
Mənbələr Suriya ərazisində planlaşdırılmayan insidentlərin qarşısını almaq üçün "qarşıdurmasızlıq mexanizmi" yaradılmasının gündəmdə olduğunu bildiriblər. Məlumata görə, bu istiqamətdə ilkin texniki danışıqlar aprelin 9-da Azərbaycan paytaxtı Bakı şəhərində keçirilib.
Qeyd edək ki, bu təşəbbüs İsrailin Suriyadakı hərbi mövqelərə hücumları fonunda gündəmə gəlib. Türkiyə tərəfi isə vurğulayıb ki, onun əsas məqsədi Suriyanın ərazi bütövlüyünü qorumaq, bölgədə sabitliyi və təhlükəsizliyi təmin etmək, eyni zamanda terror təşkilatlarına qarşı mübarizədə Suriya hökumətinə dəstək olmaqdır.
Türkiyə Müdafiə Nazirliyi bölgədə həyata keçiriləcək bütün fəaliyyətlərin Suriya ilə qarşılıqlı razılaşma çərçivəsində və beynəlxalq hüquqa uyğun şəkildə aparıldığını, üçüncü ölkələri hədəf almadığını xüsusi vurğulayıb.
Bakıdakı bu görüş, bölgədə gərginliyin azaldılması və diplomatik kanalların işə salınması baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir. Tərəflər arasında danışıqların davam etdirilməsi gözlənilir.
Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev də Türkiyə və İsrail arasında vasitəçilikdən bəhs edib.
"Hər iki ölkə Azərbaycanın yaxın dostudur. Biz Türkiyə ilə müttəfiqik. Biz 2021-ci ildə Şuşa Bəyannaməsini imzalamışıq və rəsmi surətdə müttəfiq olmuşuq. Baxmayaraq ki, bizim müttəfiqlik münasibətlərimiz de-fakto bu formal prosedurdan uzun müddət əvvəl mövcud olub: İsrail Azərbaycana dost ölkədir. Uzun illər ərzində hər ikimiz üçün çətin zamanlarda qarşılıqlı dostluq nümayiş olunub. Ona görə də, əlbəttə ki, bu iki ölkə arasındakı gərginlik bizim üçün çox narahatlıq doğurur. Artıq məlum olduğu kimi, - baxmayaraq ki, biz özümüz bunu açıq şəkildə heç vaxt bəyan etməmişik, bu, artıq kifayət qədər geniş şəkildə yayılıb, - Türkiyə ilə İsrail arasında ilk uğurlu barışıq müəyyən dərəcədə Azərbaycanın vasitəçiliyi ilə əldə olunub. Çünki indi iki ölkə arasında baş verənlər ilk böhran deyil, yaxın keçmişdə ikincidir. İlk böhran zamanı biz ölkələri yaxınlaşdırmağa çalışmaq üçün fəal rol oynadıq. Bu, təkcə Azərbaycan deyildi, lakin deyərdim ki, Azərbaycan bu prosesdə birinci yerdə idi".
10-04-2025, 12:44
Azərbaycan və İtaliya hava nəqliyyatı sahəsində əməkdaşlığı genişləndirir


Azərbaycan və İtaliya hava nəqliyyatı sahəsində əməkdaşlığı genişləndirir

“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin prezidenti Samir Rzayev ilə İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Luka Di Canfrançesko arasında görüş baş tutub.
Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib.
Görüşdə iki ölkə arasında hava nəqliyyatı sahəsində əməkdaşlığın gücləndirilməsi və yeni imkanların dəyərləndirilməsi məsələləri müzakirə olunub. Tərəflər uçuşların intensivləşdirilməsinin Azərbaycan və İtaliya arasında iqtisadi, turizm və mədəni əlaqələrin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.
S. Rzayev bildirib ki, AZAL 1 apreldən etibarən Bakı-Milan-Bakı marşrutu üzrə reyslərinin sayını artıraraq həftədə 6 dəfəyə çatdırıb, 13 may tarixindən isə uçuşları hər gün həyata keçirəcək.
Səfir Di Canfrançesko 2026-cı ildə İtaliyada təşkil olunacaq Qış Olimpiya Oyunlarını qeyd edərək Azərbaycan və İtaliya arasındakı uçuşlarının əhəmiyyətini xüsusilə vurğulayıb.
Qeyd edək ki, hazırda AZAL tərəfindən Bakı-Milan-Bakı marşrutu üzrə müntəzəm reyslər həyata keçirilir. 2024-cü ildə sözügedən istiqamətdə 252 reys (gediş-dönüş) yerinə yetirilib və ümumilikdə 67 708 sərnişin daşınıb. Təkcə 2025-ci ilin yanvar-mart aylarında AZAL tərəfindən bu istiqamət üzrə 67 reys yerinə yetirilib və 15 236 sərnişin daşınıb.
Görüş zamanı tərəflər yeni istiqamətlərin açılması, ortaq təşəbbüslərin irəli sürülməsi və regional inteqrasiya imkanlarının nəzərdən keçirilməsi barədə də fikir mübadiləsi aparıb.
10-04-2025, 12:23
Sabah da yağış yağacaq


Sabah da yağış yağacaq

Aprelin 11-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 6-8° isti, gündüz 10-13° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam əksər rayonlarda yağıntıda fasilə olacaq. Gecə və səhər arabir duman. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 7-10° isti, gündüz 11-15° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-7° isti olacaq.
10-04-2025, 12:10
Xanlar Vəliyev yeni vəzifəsində cəmi 5 il qalacaq


Xanlar Vəliyev yeni vəzifəsində cəmi 5 il qalacaq

Hərbi prokuror kimi səlahiyyət müddəti başa çatan Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin ediləcək. Bu barədə məsələ Milli Məclisin sabah keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.
Xanlar Vəliyev 2005-ci ildən hərbi prokuror vəzifəsini tuturdu. O, bu il 70 yaşını tamamlayıb və səlahiyyət müddəti uzadılmayıb. Vəliyev Konstitusiya Məhkəməsində 77 yaşını tamamlayan Rafael Qvaladzeni əvəzləyəcək.
Qeyd edək ki, Konstitusiya Məhkəməsi 9 hakimdən ibarətdir. Üzvlər Milli Məclis tərəfindən təsdiqləndikdən sonra prezidentin imzası təyin edilir.
Xanlar Vəliyev yeni vəzifəsində cəmi 5 il qala biləcək.
Belə ki, Konstitusiya Məhkəməsinin hakimləri 15 il müddətinə təyin edilirlər və təkrar təyin edilə bilməzlər.
Ancaq Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olmasının yaş həddi 75-dir və yeni dəyişikliyə əsasən yaş həddinə çatan hakimlər yeni hakim təyin olunanadək, lakin 6 aydan çox olmayan müddətdə vəzifələrini icra etməyə davam edir.
Qeyd edək ki, əvvəllər Konstitusiya Məhkəməsinin hakimləri yeni hakimi təyin olunanadək vəzifələrini icra edirdi, xüsusi məhdudiyyət qoyulmamışdı. Bir neçə gün əvvəl qüvvəyə minən dəyişikliyə əsasən yaş həddini tamamlayan hakimlər ən çoxu 6 ay vəzifədə qala bilirlər.
Beləliklə, Xanlar Vəliyev 2030-cu ildə 75 yaşını tamamlayacaq və ən çoxu həmin ilin sentyabr ayınadək vəzifəsini icra edə biləcək.
10-04-2025, 11:41
Natəvan Bayramova vəzifədən getdi


Natəvan Bayramova vəzifədən getdi

Dövlət Miqrasiya Xidmətinin mətbuat katibi Natəvan Bayramova tutduğu vəzifədən gedib.
Bu barədə o, sosial şəbəkədə paylaşım edib.
"Artıq iki ildir fəaliyyət göstərdiyim Dövlət Miqrasiya Xidmətindəki işimdən öz xahişimlə ayrıldım. Bu illər ərzində mənə dəstək, kömək olan hər kəsə öz təşəkkürümü bildirirəm", - deyə Natəvan Bayramova qeyd edib.
10-04-2025, 11:37
4 gün komada qalan hamilə qadın sağlam körpə dünyaya gətirdi


4 gün komada qalan hamilə qadın sağlam körpə dünyaya gətirdi

4 gün komada qalan hamilə qadın Kliniki Tibbi Mərkəzdə (KTM) sağlam körpə dünyaya gətirib.
Bu barədə KTM-dən məlumat verilib.
Bildirilib ki, 11.10.2024-cü il tarixində 27 yaşlı hamilə qadın qıcolma sindromu ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Doğum-Reanimasiya şöbəsinə yerləşdirilib.
Qeyd edilib ki, 4 gün həmin şöbədə komada qalan hamilə pasiyent uğurlu müalicə prosedurları nəticəsində həyata qaytarılıb. 07.04.2025-ci il tarixində və hamiləliyin 39-cu həftəsində pasiyentə qeysəriyyə kəsiyi əməliyyatı icra edilib:
"Çəkisi 3990 qram, boyu 52 sm olan sağlam körpə (kişi cinsli) dünyaya gəlib. Zəruri müayinələrdən sonra ana və körpənin səhhəti yaxşı vəziyyətdə evə buraxılıb",- deyə məlumatda qeyd edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!