Baş Prokurorluğun rəhbərliyi Zəfər parkında - FOTO .....                        Əli Nağıyev və Orxan Sultanov Zəfər parkında .....                        Gəncədə Prezidentin əlindən tutan qız kimdir? .....                        Millimiz MDB Oyunlarına qələbə ilə başladı .....                        İlham Əliyev 27 Sentyabrla əlaqədar paylaşım etdi .....                        Qələbəyə aparan yolun başlanğıcı - 27 Sentyabr .....                        ABŞ-ın tövsiyələrinə əməl etməyə borclu deyilik - Orban .....                        Xaçmazda maşın çaya aşdı - yaralılar var .....                        Türkiyə Rusiyadan neft idxalını azaldır .....                       
Tarix : 10-04-2025, 13:22
Türkiyə və İsrail rəsmiləri Bakıda - Tarixi görüş


Türkiyə və İsrail rəsmiləri Bakıda - Tarixi görüş

Türkiyə və İsrail arasında Suriya ərazisində qarşıdurmadan yayınmaq məqsədilə yeni bir mexanizm yaradılması üçün danışıqlar başlayıb.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindəki (MSB) mənbələr TRT-yə bildiriblər.
Məlumata görə, bu istiqamətdə ilk texniki görüş Bakıda baş tutub.
Mənbələr Suriya ərazisində planlaşdırılmayan insidentlərin qarşısını almaq üçün "qarşıdurmasızlıq mexanizmi" yaradılmasının gündəmdə olduğunu bildiriblər. Məlumata görə, bu istiqamətdə ilkin texniki danışıqlar aprelin 9-da Azərbaycan paytaxtı Bakı şəhərində keçirilib.
Qeyd edək ki, bu təşəbbüs İsrailin Suriyadakı hərbi mövqelərə hücumları fonunda gündəmə gəlib. Türkiyə tərəfi isə vurğulayıb ki, onun əsas məqsədi Suriyanın ərazi bütövlüyünü qorumaq, bölgədə sabitliyi və təhlükəsizliyi təmin etmək, eyni zamanda terror təşkilatlarına qarşı mübarizədə Suriya hökumətinə dəstək olmaqdır.
Türkiyə Müdafiə Nazirliyi bölgədə həyata keçiriləcək bütün fəaliyyətlərin Suriya ilə qarşılıqlı razılaşma çərçivəsində və beynəlxalq hüquqa uyğun şəkildə aparıldığını, üçüncü ölkələri hədəf almadığını xüsusi vurğulayıb.
Bakıdakı bu görüş, bölgədə gərginliyin azaldılması və diplomatik kanalların işə salınması baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir. Tərəflər arasında danışıqların davam etdirilməsi gözlənilir.
Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev də Türkiyə və İsrail arasında vasitəçilikdən bəhs edib.
"Hər iki ölkə Azərbaycanın yaxın dostudur. Biz Türkiyə ilə müttəfiqik. Biz 2021-ci ildə Şuşa Bəyannaməsini imzalamışıq və rəsmi surətdə müttəfiq olmuşuq. Baxmayaraq ki, bizim müttəfiqlik münasibətlərimiz de-fakto bu formal prosedurdan uzun müddət əvvəl mövcud olub: İsrail Azərbaycana dost ölkədir. Uzun illər ərzində hər ikimiz üçün çətin zamanlarda qarşılıqlı dostluq nümayiş olunub. Ona görə də, əlbəttə ki, bu iki ölkə arasındakı gərginlik bizim üçün çox narahatlıq doğurur. Artıq məlum olduğu kimi, - baxmayaraq ki, biz özümüz bunu açıq şəkildə heç vaxt bəyan etməmişik, bu, artıq kifayət qədər geniş şəkildə yayılıb, - Türkiyə ilə İsrail arasında ilk uğurlu barışıq müəyyən dərəcədə Azərbaycanın vasitəçiliyi ilə əldə olunub. Çünki indi iki ölkə arasında baş verənlər ilk böhran deyil, yaxın keçmişdə ikincidir. İlk böhran zamanı biz ölkələri yaxınlaşdırmağa çalışmaq üçün fəal rol oynadıq. Bu, təkcə Azərbaycan deyildi, lakin deyərdim ki, Azərbaycan bu prosesdə birinci yerdə idi".


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!