Rusiyanın 55 milyon dollarlıq qırıcısı məhv edildi .....                        İlon Mask qalmaqallı postunu sildi .....                        11 il əvvəl birinci sinifə gedənlərin 34 faizi universitetə daxil olub .....                        Helsinkidə Müdafiə Nazirliyinin binasına boya atdılar .....                        Bakıda faciəvi qəza - 3 nəfər öldü .....                        Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı .....                        17 il əvvəl həlak olan mayora şəhid statusu veriləcək - Yoldaşından AÇIQLAMA .....                        Valideynlərdən qızıl üzük alan müəllimə TÖHMƏT VERİLDİ .....                        “ƏDV geri al”dan istifadə edənlərə XƏBƏRDARLIQ .....                       
9-04-2025, 17:21
Qırğızıstanda dövlət çevrilişinə cəhdin qarşısı alındı


Qırğızıstanda dövlət çevrilişinə cəhdin qarşısı alındı

Qırğızıstan Xüsusi Xidmət orqanları dövlət çevrilişinə cəhdin qarşısını alıb.
Saxlanılan şəxslərin əcnəbilərin guya qırğız əsilli qadına qarşı zorakı hərəkətlər etdiyi ilə bağlı saxta görüntülər yayaraq, xalqın vətənpərvərlik hisslərinə toxunmaq məqsədi güddüyü məlum olub.
Bundan sonra isə silahlı şəxslər vasitəsilə əcnəbilərin sıx yaşadığı və işlədiyi ərazilərdə iğtişaşlar törədilməsi nəzərdə tutulub.
Keçirilən əməliyyat nəticəsində dəstənin üzvləri saxlanılıb. Araşdırma zamanı planın xaricdən idarə olunduğu aşkar edilib.
9-04-2025, 17:06
Sülh sazişi sərhəddə imzalansın! - Sabiq nazirdən təklif


Sülh sazişi sərhəddə imzalansın! - Sabiq nazirdən təklif

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətni artıq tam razılaşdırılıb və 17 paraqrafdan ibarətdir. Rəsmi Bakı sülh müqaviləsinin mətnin hazırlanması zamanı heç bir əlavə şərt irəli sürməyib, ancaq Azərbaycan mövcud reallıqların qəbul olunmasını istəyir.
Bunun üçün Ermənistan cəmi 2 şərti yerinə yetirməlidir. Bunlar Minsk Qrupunun ləğvi və Ermənistan konstitusiyasının dəyişməsidir. Ermənistan şərtləri yerinə yetirdikdən sonra sülh sazişinin imzalanması mümkündür.
Mövzu ilə bağlı sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, iki ölkənin sərhəddə bir araya gələrək sülh sazişini imzalaması ən yaxşı variantdır:
“Mən iki tərəfin heç bir vasitə olmadan bir araya gələrək sülh sazişini imzalamasının tərəfdarıyam. Üçüncü ölkəyə ehtiyac yoxdur, bu məslənin siyasiləşdirilməsidir. Ən yaxşısı Ermənistan-Azərbaycan sərhədində-Naxçıvanda və ya Qazaxda sülh sazişi imzalamaqdır”.



Sabiq nazir bu il sülh sazişinin imzalanmasını gözləmədiyini söyləyib:
“Mən sülh sazişinin bu il imzalanacağına inanmıram. İlk növbədə Ermənistan gərək konstitusiyaya dəyişiklik etsin. 2026-ci ildə konstitusiya dəyişikliyinin olacağını deyirlər. Konstitusiya dəyişikliyi olduqdan sonra sülh sazişinin imzalanması üçün yol açılacaq. Minsk qrupunun dayandırılması məsələsi də var. Düşünürəm ki, bununla bağlı sülh sazişindən sonra müraciət olacaq. Minsk qrupu dedikdə, onun nəzdində fəaliyyət göstərən qurumların da ləğvini nəzərdə tuturam. Sülh sazişi imzalanmasa, hansısa ölkələr, məsələn Fransa və ABŞ bəlkə də deyəcəklər ki, hələ tezdir, sülh sazişi imzalanmayıb, gərək fəaliyyətimizi davam etdirək. Ona görə deyirəm ki, sülh sazişindən sonra Azərbaycan və Ermənistan tərəfindən müraciət olar. Ondan sonra görək, hansı ssenari əmələ gələcək”.
9-04-2025, 16:47
Sabirabadda 7 otaqlı ev yandı


Sabirabadda 7 otaqlı ev yandı

Sabirabad rayonunun Kürkəndi kəndində ümumi sahəsi 340 m² (hər mərtəbəsi 170 m²) olan ikimərtəbəli 7 otaqlı evin yanar konsturksiyaları 200 m² sahədə yanıb.
Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
9-04-2025, 16:43
Rövşən Nəcəfə yeni vəzifə verildi


Rövşən Nəcəfə yeni vəzifə verildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfə yeni vəzifə verilib.
O, Azərbaycan və Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasına rəhbərlik edəcək.
Rövşən Nəcəf 2022-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Neft Şirkətinin prezidenti təyin edilib. O, həmçinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidentidir.
Qeyd edək ki, Dövlət Komissiyası Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 5 fevral tarixli 67 nömrəli Sərəncamı ilə yaradılıb.
9-04-2025, 16:29
Ceyhun Bayramov Sergey Mihovu qəbul edib


Ceyhun Bayramov Sergey Mihovu qəbul edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moldovanın Xarici İşlər Nazirliyinin dövlət katibi Sergey Mihovu qəbul edib.
Xarici İşlər Nazirliyindən (XİN) bildirilib ki, görüş zamanı Azərbaycan-Moldova əməkdaşlığının siyasi, iqtisadi, ticarət, enerji, humanitar aspektləri, münasibətlərin inkişaf perspektivləri, habelə regional və beynəlxalq məsələlər müzakirə olunub.
Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində Moldovanın Baş nazirinin müavini və xarici işlər naziri Mihai Popşoy ilə görüşünü məmnunluqla xatırlayan C.Bayramov ikitərəfli, eləcə də çoxtərəfli əməkdaşlığın inkişafında bu kimi təmasların, siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyətini qeyd edib.
İkitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd olunub, xüsusilə enerji təhlükəsizliyi sahəsi üzrə tərəfdaşlığın inkişaf perspektivlərindən istifadənin əhəmiyyəti vurğulanıb.
İqtisadiyyat, ticarət, investisiyalar sahələri üzrə əməkdaşlıq imkanlarının müzakirəsi baxımından Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın rolunun vacibliyi diqqətə çatdırılıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Eyni gündə Azərbaycan və Moldovanın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Samir Şərifov, Moldova tərəfindən isə dövlət katibi Sergey Mihov rəhbərlik edib.
9-04-2025, 16:18
Kliniki Tibbi Mərkəzdə 13 nəfər zəhərlənmədən ölüb


Kliniki Tibbi Mərkəzdə 13 nəfər zəhərlənmədən ölüb

Bu ilin ilk üç ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 297 nəfər qəbul edilib.
Bu barədə KTM-dən məlumat verilib.
Qeyd olunub ki, onlardan 11 nəfər botulizm zəhərlənməsi ilə şöbəyə qəbul edilən xəstələrdir. Şöbəyə qəbul edilən xəstələrin hər biri intensiv zəruri stasionar müalicə prosedurlarına cəlb edilib.
Həkimlərin səylərinə baxmayaraq, son üç ayda şöbəyə qəbul edilən xəstələrdən 13 nəfərin (11 kişi, 2 qadın) həyatını xilas etmək mümkün olmayıb.
9-04-2025, 16:14
Dövlət Komissiyasının yeni tərkibi təsdiqləndi


Dövlət Komissiyasının yeni tərkibi təsdiqləndi

Prezident İlham Əliyev "Azərbaycan Respublikası
ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında" Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyası aşağıdakı yeni tərkibi təsdiq edilib:

Dövlət Komissiyasının sədri

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) prezidenti

Dövlət Komissiyasının üzvləri

Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti

Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyəti sədrinin müavini

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti

PAŞA Holdinqin Baş icraçı direktoru

NEQSOL Holdinqin Baş icraçı direktoru

Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri.

Dövlət Komissiyasının cari fəaliyyətinin təşkili məqsədilə Dövlət Komissiyasının Katibliyi yaradılmalı və Katibliyin funksiyasının həyata keçirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə edilməlidir.
Xarici İşlər Nazirliyi Dövlət Komissiyasının yeni tərkibi barədə Yaponiya tərəfinə bildiriş göndərməlidir.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
9-04-2025, 16:10
Prezident yeni rektor təyin etdi


Prezident yeni rektor təyin etdi

Mingəçevir Dövlət Universitetinə yeni rektor təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, sözügedən vəzifəyə Anar Nazim oğlu Eminov gətirilib.
9-04-2025, 15:46
Azərbaycanla Somali müdafiə sahəsində əməkdaşlıq edəcək


Azərbaycanla Somali müdafiə sahəsində əməkdaşlıq edəcək

Azərbaycanla Somali müdafiə və müdafiə sənayesi
sahələrində əməkdaşlıq edəcək.
“Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
9-04-2025, 15:37
Müəllimlərin maaşlarına əlavələr veriləcək - Gələn ildən...


Müəllimlərin maaşlarına əlavələr veriləcək - Gələn ildən...

Azərbaycanda məktəblərin publik hüquqi şəxə çevrilməsi prosesinə başlanılacaq. Məsələ ilə bağlı açıqlamanı elm və təhsil naziri Emin Əmrullayev verib.
O deyib ki, hazırda məktəblər Regional Təhsil İdarələrinin tabeliyində fəaliyyət göstərir: "Məktəblərin publik hüquqi şəxsə çevrilməsi uzunmüddətli prosesdir. Ona görə də hazırda gördüyümüz sadəcə transformasiya olaraq bu prosesi həyata keçirməkdir. Növbəti mərhələdə bunu pilot qaydada həyata keçirəcəyik".
Qeyd edək ki, prosesin başlanğıcı ötən ilin iyun ayında qoyulub. Belə ki, Nazirlər Kabinetinin qərarı ilə “Dövlət və bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi” təsdiqlənib.
Nümunəvi Nizamnaməyə əsasən, ümumi təhsil müəssisəsi ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə ümumi təhsil proqramlarını, habelə məktəbəhazırlığı həyata keçirən publik hüquqi şəxs hesab olunacaq.
Məktəblərin publik hüquqi şəxsə çevrilməsi onların dövlətin tərkib hissəsi olaraq fəaliyyət göstərən qurumdan çıxaraq, müstəqil hüquqi şəxs statusu alması deməkdir. Bu qərar məktəbin idarə olunması, maliyyələşməsi və fəaliyyət mexanizmlərində mühüm dəyişikliklərə gətirib çıxaracaq.
Mövzu ilə bağlı elm və təhsil eksperti Kamran Əsədov bildirib ki, bu məsələ uzun müddətdir müzakirə olunur:
“Orta məktəblərin publik hüquqi şəxsə çevrilməsi onların idarəetməsində muxtariyyətə, müstəqilliyə və çevikliyə gətirib çıxara bilir. Bu gün ölkəmizdə 4400-dən çox orta ümumi təhsil məktəbi var. Onlar hərhansı idarəetmə ilə bağlı qərar qəbul edəndə rayon təhsil sektoruna, regional təhsil idarəsinə, eyni zamanda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə müraciət etməli olurlar. Amma publik hüquqi şəxsə çevriləndən sonra məktəb özünü maddi-texniki bazasını daha səmərəli qura, özünün büdcəsi ola biləcək”.
K.Əsədov qeyd edib ki, əslində publik hüquqi şəxs dünyanın inkişaf etmiş ölkələrində təhsilə yanaşmanın ən yaxşı nümunəsidir:
“Amma bizdə bunun idarəedilməsi ilə bağlı ciddi problemlər olacaq. Publik hüquqi şəxsin özünün bank hesabı, mühasibatlığı, büdcəsi olmalıdır. Biz sertifikasiyadan sonra gördük ki, müəllimlərimizin müəyyən bir qismi öz ixtisasını belə normal bilmir. Biz oraya ixtisaslı büdcə mütəxəssisini necə cəlb edəcəyik?! Əslində bu yaxşı haldır. Məsələn məktəbdə parta, pəncərə qırıldığı zaman, tədbir keçirmək, yaxud ekskursiyaya getmək lazım olduğu zaman bunu öz büdcəsi hesabına edə biləcəklər. Hətta bu yolla ianələr hesabına müəllimlərin əməkhaqlarına da əlavələr verilə biləcək. Amma bunun keçidində mütəxəssis hazırlamalıyıq. Təhsildə həyata keçirilən islahatları birdən-birə həyata keçirmişik, amma yerlərdə bununla bağlı nöqsanlar ortaya çıxır. Məktəblərin publik hüquqi şəxsə çevrilməsi günün tələbidir. Bu gün məktəblərin inkişafdan geri qalmasının əsas səbəbi idarəetmədəki müstəqilliyin olmamasıdır”.
Ekspertin sözlərinə görə, publik hüquqi şəxsə çevrilən məktəblərdə mütəxəssis çatışmazlığı olacaq:
“Ona görə də yaxşı olar ki, regionları idarə biləcək qədər mühasib, idarəetmə sahəsini bilən şəxsləri hazırlayandan sonra bu proses keçirilsin. Yoxsa fəsadlar olacaq və bu fəsadları aradanq qaldırmaq hesabına başa gələcək. Bu proses idarəetməni, mühasibatlığı bilən kifayət qədər kadr olduqdan sonra başlana bilər. Ən azından 2026-2027-ci tədris ilində bu prosesə keçid edilə bilər. Publik hüquqi şəxslər haqqında qanun var, amma bu qurumlar xidmət göstərirlər. Biz isə hələ təsdiq etməmişik ki, müəllimlik peşədir yoxsa xidmətdir. Məktəblər xidmət göstərir, yoxsa vətəndaş yetişdirir. Bu məsələlər öz əksini tapmalıdır. Məktəblər ölkəmizdə digər publik hüquqi şəxslər kimi yox, tamamilə başqa formatda olmalıdır. Publik hüquqi şəxslər həm də özlərində dövlət qulluqçusu statusu da daşıya bilirlər. Biz müəllimlərimizə bu statusu verməmişik. Yəni birinci biz hüquqi bazanı hazırlamalıyıq, ondan başqa ən vacib məqamlardan biri olan maliyyə idarəetməsi ilə bağlı mütəxəssis hazırlamalıyıq. Yəni birdən-birə bu prosesə keçməməliyik”. Ən azı yay ayından bu sahədə mütəxəssislər hazırlanmalıdır ki, bu prosesə keçid ediləndə problem ortaya çıxmasın”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!