SSRİ bayrağı altında çıxış edən keçmiş sədri DTX saxlayıb - Məhkəmənin qərarı ilə həbs edildi .....                        MİQ universitet müəllimləri üçün tətbiq oluna bilər? - AÇIQLAMA .....                        Bəylik kəndinin sakinlərinə evlərin açarları təqdim edildi .....                        Məhkəmə saxtakarlıq edən gömrük işçisinə bu cəzanı verdi .....                        Goranboy sakini minaya düşdü - Ayağı amputasiya edildi .....                        Yaponiyada güclü zəlzələ .....                        Məhkəmə Rüfət Səfərovla bağlı qərar verdi .....                        Kürdəmirdə həmkəndlisini öldürən şəxs saxlanıldı .....                        “Neftçi” 7 futbolçu ilə vidalaşdı .....                       
3-04-2025, 16:21
İran sülh sazişi üçün İrəvanla Bakıya bu formatı təklif edir


İran sülh sazişi üçün İrəvanla Bakıya bu formatı təklif edir

İran sülhün qorunması, atəşkəs rejiminə riayət edilməsi və sülh sazişinin imzalanması üçün Ermənistan və Azərbaycanın təklif etdiyi istənilən formatı dəstəkləməyə hazırdır.
Bunu İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhani aprelin 3-də jurnalistlərlə söhbətində deyib. Onun fikrincə, bu mənada “3+3” yaxşı formatdır və onun köməyi ilə Yerevanla Bakı arasında sülh sazişinin imzalanmasına nail olmaq mümkündür.
Səfir izah edib ki, İran sərhəddə sülh və əmin-amanlığın tərəfdarıdır və hesab edir ki, gərginliyin artmasına səbəb ola biləcək istənilən addımdan çəkinmək lazımdır.
Diplomat ümid etdiyini bildirib ki, Ermənistan və Azərbaycan təmkin nümayiş etdirəcək və sülh sazişinin imzalanmasına davam edə biləcəklər.
"Ümid edirik ki, tərəflər sülh və əmin-amanlığa yönəlmiş prinsiplərə sadiq qalacaqlar. Biz həm Ermənistan, həm də Azərbaycanla əlaqə saxlayırıq. Təmaslarımız zamanı tərəfləri sülh sazişinin imzalanması istiqamətində irəliləməyə çağırırıq", - Sobhani vurğulayıb.
3-04-2025, 16:10
İntihara cəhd edən gənc şair evə buraxılıb - Gəzə bilmir


[b]İntihara cəhd edən gənc şair evə buraxılıb - Gəzə bilmir[/b]

Bir müddət əvvəl intihara cəhd edən gənc şair Həsən Zeynallı (Kür) dünən xəstəxanadan evə buraxılıb.
Bu barədə Sabunçu Tibb Mərkəzinin anestezioloqu və reanimatoloqu dr. Leyla Mərcan məlumat verib.
Leyla Mərcan bildirib ki, Həsən Kürün əməliyyatdan sonrakı yaraları sağalmağa doğru gedir, vəziyyəti stabildir:
“Hələ ki yeriyə bilmir, ancaq ümidvarıq ki, bir ay sonra həkimlərin səyi nəticəsində ayağa qalxacaq”.
Həkim qeyd edib ki, evə buraxılmazdan əvvəl Həsən Kürün beyni Kompüter Tomoqrafiyasından keçirilib: “Nəticələrə əsasən deyə bilərik ki, beynindəki qansızmalar tədricən sovrulur. Qanın tamamilə çəkilməsi üçün vaxt lazımdır. Bir qədər yaddaş pozuntusu var. Həmin istiqamətdə ambulator müalicə təyin etmişik”.
Qeyd edək ki, fevralın 22-si gənc şair Həsən Kür intihara cəhd edib. Belə ki, o "Sevinc Mall" ticarət mərkəzinin 3-cü mərtəbəsindən özünü atıb. O həmin gün 19:10 radələrində müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib. Fevralın 27-i Sabunçu Tibb Mərkəzinin anestezioloqu və reanimatoloqu dr. Leyla Mərcan tərəfindən APA-ya məlumat verilib ki, o, komadadır, süni tənəffüs aparatına qoşulub. Martın 5-də süni tənəffüs aparatından ayrılıb, səhhəti stabilləşib, palataya köçürülüb. Martın 20-i sol ayağından əməliyyat olunan gənc şair reaninmasiyaya yerləşdirilib, daha sonra isə palataya köçürülüb. Son məlumata əsasən, hazırda Həsən Kür evdə müalicə alır.
Qeyd edək ki, şair Həsən Kür İkinci Qarabağ müharibəsinin iştirakçısıdır.
3-04-2025, 16:07
Rəsmi Bakı Fransanın xarici işlər nazirinə cavab verdi


Rəsmi Bakı Fransanın xarici işlər nazirinə cavab verdi

2 aprel 2025-ci il tarixində Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baronun Milli Assambleyanın Xarici İşlər Komissiyasında çıxışı zamanı Azərbaycan-Ermənistan sülh prosesi və erməni əsilli şəxslərin məhkəmə işi ilə bağlı səsləndirdiyi iddiaları qətiyyətlə rədd edirik.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.
Onun sözlərinə görə, Azərbaycan ərazilərinə qarşı iddiaların mövcud olduğu Ermənistan konstitusiyasının dəyişdirilməsi kimi son 2 ildən artıq müddətdə müzakirə edilən legitim tələbin sual altına alınması və bunun yeni şərt kimi təqdim edilməsi qəbuledilməzdir: "Əgər Fransa iddia etdiyi kimi həqiqətən də sülh sazişinin tezliklə imzalanmasını dəstəkləyirsə, o zaman Ermənistan tərəfindən müvafiq addımların atılmasını təşviq etməlidir".
Müharibə cinayətləri, etnik təmizləmə, hərbi təcavüz, işgəncə və digər ağır cinayətlərdə ittiham olunan və ya məhkum olunmuş erməni əsilli şəxslərin azadlığa buraxılması çağırışlarına gəldikdə, XİN rəsmisi vurğulayıb ki, bu cinayətləri araşdırmaq və mühakimə etmək Azərbaycanın haqqıdır: "BMT-nin İnsan Hüquqları Şurasının Əsassız Həbslər üzrə İşçi Qrupunun 13 mart 2025-ci il tarixində dərc olunmuş rəyi də bunu bir daha təsdiqləyib və məhkəmə prosesinə qarşı aparılan qarayaxma kampaniyasının əsassız olduğunu sübut edib.
Ümumiyyətlə, digər ölkələrdə məhkəmə prosesinə müdaxiləyə cəhd edən Fransa tərəfinin ilk növbədə Fransada siyasi təqibləri və müxtəlif aksiyalarda etirazçıların öldürülməsi, Fransanın neokolonial siyasəti nəticəsində dənizaşırı ərazilərdə yerli əhaliyə qarşı işgəncələri, Fransa parlamentində rüşvətxorluq və korrupsiya hallarının yayılması kimi faktları araşdırması daha uyğun olardı. Misal üçün, eyni iclasda bir deputatın Fransada məhkəmə sistemindən siyasi rəqiblərə qarşı təzyiq vasitəsi kimi istifadə edildiyi halda qanunun aliliyi ilə bağlı digər dövlətlərə müdaxilənin qəbuledilməzliyi ilə bağlı sualına cavabda Fransa nazirinin Fransa məhkəməsinin qərarını şərh edə bilməyəcəyi cavabı da Fransa tərəfinin ikili standartlarının bir göstəricisidir.
Fransadan sülhə xidmət etməyən və regionda sabitliyi pozan addımlarına son qoymağı tələb edirik".
3-04-2025, 15:53
Hərbi kolleci qutaran kursantlara "miçman" rütbəsi də veriləcək


Hərbi kolleci qutaran kursantlara "miçman" rütbəsi də veriləcək

“Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində Bakı Hərbi Kollecinin, Gəncə Hərbi Kollecinin və Naxçıvan Hərbi Kollecinin yaradılması haqqında” qərara dəyişiklik edilib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, kolleclərdə orta ixtisas təhsilini başa vuran kursantlara artıq “miçman” hərbi rütbəsi də veriləcək.
İndiyə qədər kolleclərdə orta ixtisas təhsilini başa vuran kursantlara “subbakalavr” peşə ixtisas dərəcəsi, “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan təhsil haqqında dövlət sənədi - diplom və Universitet tərəfindən döş nişanı, habelə hərbi-uçot ixtisasları üzrə 3-cü məharət dərəcəsi və sertifikat, eləcə də müdafiə nazirinin əmri ilə “gizir” hərbi rütbəsi verilirdi.
3-04-2025, 15:47
Tovuzda 13 yaşlı qız valideyn iclasından sonra məktəbdən ayrılıb - AÇIQLAMA


Tovuzda 13 yaşlı qız valideyn iclasından sonra məktəbdən ayrılıb - AÇIQLAMA

Tovuz rayonu Bozalqanlı kənd sakini 2012-ci il təvəllüdlü A.Süleymanova ötən gün 18 radələrində oxuduğu Bozalqanlı kənd tam orta məktəbindən çıxaraq itkin düşüb.
Məlumata görə, A.Süleymanova Bozalqanlı kənd tam orta məktəbinin şagirdidir.
Tovuz rayon İcra Hakimiyyətinin Bozalqanlı kənd inzibati ərazi nümayəndəliyindən bildirilib ki, yeniyetmənin axtarışları davam etdirilir:
Bildirilib ki, yeniyetmə valideyn iclasındadan sonra məktəbdən ayrılıb və daha sonra ondan xəbər almaq mümkün olmayıb.
DİN Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, hazırda şəxsin yerinin müəyyən edilməsi istiqamətində Tovuz RPŞ-nin əməkdaşları tərəfindən axtarışlar davam etdirilir.
3-04-2025, 15:24
Ermənistan konstitusiyasını nə vaxt dəyişəcək? - Nazirdən cavab


Ermənistan konstitusiyasını nə vaxt dəyişəcək? - Nazirdən cavab

Ermənistanın yeni konstitusiyası üzərində iş gedir.
Bu barədə Ermənistanın Ədliyyə naziri Srbui Qalyan bildirib.
Onun sözlərinə görə, yeni layihə 8-10 aya tam hazır olacaq.
Yeni mətnin tam detalları açıqlanmayıb: "Həmin mətn gizli xarakter daşımayacaq və ola da bilməz. Nə vaxtsa ictimaiyyətə açıqlanacaq və hər bir məqam, hər norma cəmiyyətimizin nümayəndələri ilə müzakirə olunacaq".
3-04-2025, 14:48
Paşinyan Qrono ilə sülh prosesini müzakirə etdi


Paşinyan Qrono ilə sülh prosesini müzakirə etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb.
Görüşdə Ermənistan – Azərbaycan münasibətlərinin normallaşma prosesi və Cənubi Qafqazda vəziyyət müzakirə edilib.
Bildirilib ki, tərəflər hər iki ölkə arasında sülh razılaşmasının imzalanmasının və dövlətlərarası münasibətlərin qurulmasının vacibliyini vurğulayıblar.
3-04-2025, 14:45
ABŞ NATO-dan çıxmayacaq - Rubio


ABŞ NATO-dan çıxmayacaq - Rubio

ABŞ NATO-nun üzvü olaraq qalacaq. Hazırda Birləşmiş Ştatların hərbi blok çərçivəsində fəaliyyəti əvvəlkindən daha yüksəkdir.
Bunu ABŞ Dövlət katibi Marko Rubio deyib.
“Birləşmiş Ştatlar NATO-nun bir hissəsidir və biz əvvəlki kimi təşkilatın fəal iştirakçısı kimi qalırıq. Prezident Donald Tramp NATO-nu dəstəklədiyini və ABŞ-ın alyansda qalacağını açıq şəkildə ifadə edib”, - deyə Dövlət katibi bildirib.
Rubionun sözlərinə görə, Vaşinqton NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin görüşü zamanı bloka daxil olan hər bir dövlətdən müdafiə xərclərini ümumdaxili məhsullarının beş faizinə çatdırmaq öhdəliyi götürməyi tələb edəcək.
Xatırladaq ki, martın 10-da amerikalı sahibkar və ABŞ Hökumətinin Effektivliyi Departamentinin rəhbəri İlon Mask Birləşmiş Ştatların NATO-dan çıxmalı olduğunu deyib. Onun fikrincə, Vaşinqtonun Avropanın təhlükəsizliyi üçün pul xərclməsinin mənası yoxdur.
3-04-2025, 14:40
Ağdərədə tapılan sümüklərlə bağlı daha bir AÇIQLAMA


Ağdərədə tapılan sümüklərlə bağlı daha bir AÇIQLAMA

İnsan skeletinə bənzər sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, aprelin 2-də Ağdərə rayonu, Baş Güneypəyə kəndi ərazisində insana məxsus olması ehtimal edilən sümük fraqmentlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən kriminalist və ekspertin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, baxış zamanı aşkar olunmuş sümük qalıqları ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda sümüklərin kimə məxsus olması istiqamətində zəruri prosessual hərəkətlər icra edilir.
Fakla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
3-04-2025, 14:16
Ağdam şəhərinə ilk köç - Tarix AÇIQLANDI


Ağdam şəhərinə ilk köç - Tarix AÇIQLANDI

“İşğaldan azad olunmuş Ağdam şəhərinə bu ilin oktyabr-noyabr aylarında ilk köçün həyata keçirilməsi planlaşdırılır”.
Bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov AzTV-yə müsahibəsində deyib.
O bildirib ki, yaxın vaxtlarda rayonun Xıdırlı və Kəngərli kəndlərinə də ilk köç olacaq: “Xıdırlıda 719, Kəngərlidə isə 292 fərdi yaşayış evi tikilib. Bundan başqa, bütün qeyri-yaşayış obyektlərinin də tikintisi başa çatıb. Tamamlanma işləri görülüb. Tezliklə o kəndlərin sakinlərini qəbul etməyə hazırıq. Ağdam şəhərində isə 5 məhəllənin inşası nəzərdə tutulub. Onlardan birinin tikintisinə başlanılıb. Şəhərə oktyabr-noyabr aylarında ilk köç planlaşdırılır.
Ağdam təxminən 2000 hektarlıq ərazini əhatə edən 100 min əhalini məşkunlaşdıracaq ölkənin 4-cü ən böyük şəhəri olacaq. 2026-cı ilə qədər Ağdama 20-25 min civarında əhalinin köçürülməsi nəzərdə tutulub. Şəhərin 500 hektarlıq ərazisində müxtəlif infrastruktur obyektləri, muğam mərkəzi inşa olunacaq. İmarət Kompleksi hazırdır, Cümə məscidi restavrasiya olunub. İşğal və Zəfər muzeyləri inşa ediləcək. 2026-cı ilin sonuna qədər yaşayış üçün zəruri olan bütün məsələlərin tamamlanması nəzərdə tutulub”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!