SSRİ bayrağı altında çıxış edən keçmiş sədri DTX saxlayıb - Məhkəmənin qərarı ilə həbs edildi .....                        MİQ universitet müəllimləri üçün tətbiq oluna bilər? - AÇIQLAMA .....                        Bəylik kəndinin sakinlərinə evlərin açarları təqdim edildi .....                        Məhkəmə saxtakarlıq edən gömrük işçisinə bu cəzanı verdi .....                        Goranboy sakini minaya düşdü - Ayağı amputasiya edildi .....                        Yaponiyada güclü zəlzələ .....                        Məhkəmə Rüfət Səfərovla bağlı qərar verdi .....                        Kürdəmirdə həmkəndlisini öldürən şəxs saxlanıldı .....                        “Neftçi” 7 futbolçu ilə vidalaşdı .....                       
3-04-2025, 13:47
Astarada PUA ilə narkotik daşıyan şəxs tutuldu - FOTO


Astarada PUA ilə narkotik daşıyan şəxs tutuldu - FOTO

Astara rayonu ərazisində qaçaqmalçılıq yolu ilə ölkəyə pilotsuz uçuş aparatı vasitəsilə keçirilən 10 kiloqram marixuana çay kənarında aşkarlanıb.
PUA ilə yerə qoyularaq lokasiyasiyası ötürülən şübhəli bağlamaları həmin yerdən götürməyə gələn, əvvəllər məhkum olunmuş 37 yaşlı Cavid Həsənov Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Müəyyən edilib ki, narkotik vasitəni başqa-başqa ünvalara çatdırılmasına məsul olan şübhəli şəxsin istintaqla araşdırılan İran vətəndaşı ilə anlaşması olub.
Faktla bağlı cinayət işi başlanılıb, şübhəli şəxs barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq hərəkətləri davam etdirilir.


3-04-2025, 13:35
Alimlər süni dəri yaratdı


Alimlər süni dəri yaratdı

Avstriyanın Qraz Texniki Universitetindən olan alimlər Hindistanın Vellor Texnoloji institutunun tədqiqat qrupu ilə birgə 3D çap üsulu ilə insan dərisini imitasiya edə bilən material hazırlayıb.
Bu haqda elmi tədqiqatın nəticələri “STAR Protocols” jurnalında dərc olunub.
Bu inqilabi metod gələcəkdə kosmetikanın heyvanlar üzərində sınanılmasına alternativ ola bilər və bu sferada sınaq məqsədilə istifadə olunan heyvanların sayını əhəmiyyətli dərəcədə azalda bilər.
Süni dərinin əsasını canlı dəri hüceyrələri ilə qarşılıqlı əlaqədə ola bilən, onların böyüməsini və çoxalmasını təmin edən xüsusi hidrogellər təşkil edir. Lakin hidrogellərin yüksək rütubətliliyi əlavə mexaniki və kimyəvi stabilləşdirməni tələb edir.
Tədqiqatçılar toksik kimyəvi maddələrdən istifadə etmədən materialların birləşdirilməsi üçün yumşaq üsullar hazırlayıblar ki, bu da dərini sonrakı sınaqlar üçün daha təhlükəsiz edir.
3-04-2025, 13:27
Rəhbərlər Sarkisyanla Babayan idi - Ermənilərin məhkəməsində etiraf


Rəhbərlər Sarkisyanla Babayan idi - Ermənilərin məhkəməsində etiraf

Aprelin 3-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs David İşxanyan dövlət ittihamçılarının suallarını cavablandırarkən qondarma rejimin “ordu”sunun idarə olunmasının “özünümüdafiə komitəsi” tərəfindən həyata keçirildiyini bildirib.
O qeyd edib: “Rəhbərlər Serj Sarkisyan və Samvel Babayan idi. Amma idarəetmə mexanizmi ilə bağlı bir şey deyə bilmərəm”.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşlarının məhkəməsi davam etdirilir.
3-04-2025, 13:19
Ağdərədə insan skeletləri tapıldı - RƏSMİ (FOTO)


Ağdərədə insan skeletləri tapıldı - RƏSMİ (FOTO)

Ağdərə rayonunun Baş Güney kəndində kənd sakinləri insana məxsus olduğu ehtimal edilən skelet fraqmentlərini aşkarlayıb.
Aidiyyəti qurumlar bu haqda məlumatlandırılıb.
Şəhidin qardaşı Zahir Göyüşov verdiyi məlumata görə, qalıqların Əsəddin Curu oğlu Novruzov və Qurban Ramazan oğlu Göyüşova məxsus olduğu ehtimal edilir.
Artıq Qurban Göyüşova məxsus qalıqlar ərazidən götürülərək, şəxsiyyətin müəyyənləşdirilməsi üçün ekspertizaya göndərilib. Əsəddin Novruza aid olduğu ehtimal olunan skelet qalıqları isə uçmuş evin altından hələ çıxarılmayıb.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvləri aprelin 4-də hadisə yerində olacaq və Əsəddin Novruzovun qalıqlarını götürəcəklər.Qeyd edək ki,adı çəkilən şəxslər,1992-ci il martın 12-də şəhid olublar.Onlara məxsus olduğu ehtimal edilən skelet fraqmentləri də şəhid olduqdan sonra dəfn edildikləri yerdə tapılıb. Hazırda faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırmalara başlanıb.

***

10:24

Ağdərə rayonunun Baş Güney kəndi ərazisində insana məxsus olduğu ehtimal edilən skelet fraqmentləri aşkarlanıb.
Qalıqların Əsəddin Curu oğlu Novruzov və Qurban Ramazan oğlu Göyüşova məxsus olduğu ehtimal edilir.
Bildirilib ki, qalıqlar həmin şəxslərin 1992-ci il martın 12-də şəhid olduqdan sonra yaxınlarının qoyub getdikləri yerdə tapılıb.
Artıq qalıqlar ərazidən götürülərək şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün ekspertizaya göndərilib.


3-04-2025, 12:41
"Boykot"çulara qarşı əməliyyat: 11 nəfər tutuldu - RƏSMİ



"Boykot"çulara qarşı əməliyyat: 11 nəfər tutuldu - RƏSMİ

İstanbul Prokurorluğu İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya istintaqından sonra başladılan "boykot" çağırışları ilə bağlı 16 nəfər haqqında həbs qərarı çıxarıb.
Bu barədə TRT kanalı məlumat yayıb.
Bildirilir ki, keçirilən əməliyyatlar nəticəsində 11 nəfər saxlanılıb.
İstintaq çərçivəsində sosial media və ənənəvi mediada yayılan nifrət dolu və bölücü ifadələr araşdırılıb. Bu çağırışları yayan şəxslər "nifrət və ayrı-seçkilik", eləcə də "xalqı kin və düşmənçiliyə təşviq" maddələri ilə ittiham edilir.
Polis qüvvələri bir neçə ünvana eyni vaxtda basqın edərək şübhəliləri saxlayıb. Hazırda hələ həbs edilməyən 5 nəfərin tapılması üçün axtarış tədbirləri davam edir.
TRT-nin məlumatına görə, CHP-nin boykot çağırışları gözlənilən nəticəni verməyib. 2 aprel tarixində kartlı ödənişlərin məbləği mart ayını üstələyib. Bayramın son günü olan 1 aprel ilə müqayisədə ticarət dövriyyəsinin artdığı, eyni zamanda 3-22 mart tarixlərinin ortalama göstəricisindən də yüksək olduğu müəyyən edilib.
3-04-2025, 12:33
Yanacaq daşıyan maşın aşdı: partlayış təhlükəsi - VİDEO


Yanacaq daşıyan maşın aşdı: partlayış təhlükəsi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Quba avtomobil yolunun Siyəzən rayonundan keçən hissəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.
Bu barədə FHN-dən məlumat verilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı qoşqusunda 39 ton yanacağı olan “DAF” markalı yanacaqdaşıyan avtomobilin idarəetməni itirərək aşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və yanacağın ətrafa dağılması ilə yanğın-partlayış təhlükəsinin yarandığı müəyyən olunub.
Hazırda yanğınsöndürənlər tərəfindən mümkün yanğın-partlayış təhlükəsinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

3-04-2025, 12:14
Rayonlarda yağış, Bakıda 25 dərəcə isti - Sabahın havası


Rayonlarda yağış, Bakıda 25 dərəcə isti - Sabahın havası

Aprelin 4-də gözlənilən hava proqnozu açıqlanıb.
Bakıda və Abşeron yarımadasında hava necə olacaq?
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 10-14° isti, gündüz 18-22° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.
Azərbaycanın rayonlarında hava necə olacaq?
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-7° isti, gündüz 12-17° isti olacaq.
3-04-2025, 12:14
Rayonlarda yağış, Bakıda 25 dərəcə isti - Sabahın havası


Rayonlarda yağış, Bakıda 25 dərəcə isti - Sabahın havası

Aprelin 4-də gözlənilən hava proqnozu açıqlanıb.
Bakıda və Abşeron yarımadasında hava necə olacaq?
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 10-14° isti, gündüz 18-22° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.
Azərbaycanın rayonlarında hava necə olacaq?
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-7° isti, gündüz 12-17° isti olacaq.
3-04-2025, 00:53
Qonaq getdiyi evdə yanan gənc xəstəxanada öldü


Qonaq getdiyi evdə yanan gənc xəstəxanada öldü

Martın 21-də yanıq xəsarətləri ilə Bakıda yerləşən xəstəxanalardan birinə yerləşdirilən Tovuz sakini müalicə aldığı xəstəxanada vəfat edib.
23 yaşlı N.Yusifov Şəmkirin Tatarlı kəndində qonaq getdiyi evdə yanıq xəsarətləri alıbmış.
Buna səbəb fərdi yaşayış evinin hamam otağında kustar üsulla hazırlanan peçdə baş verən ani alışma olub.
Faktla bağlı araşdırma aparılır.
3-04-2025, 00:10
“Qalatasaray” “Fənərbağça”nı məğlub etdi


“Qalatasaray” “Fənərbağça”nı məğlub etdi

Futbol üzrə Türkiyə Kubokunda 1/4 final mərhələsinin daha iki görüşü keçirilib.
Günün ilk oyunu “Trabzonspor”la “Bodrumspor” arasında olub. Qarşılaşma Qara dəniz təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Kubokun mərkəzi görüşü isə İstanbulda oynanılıb. Tarixi derbidə “Fənərbağça” əzəli rəqibi “Qalatasaray”la qarşılaşıb. Matç "cim-bom"un 2:1 hesablı üstünlüyü ilə bitib.
İstanbul klubu növbəti raundda "Konyaspor"la üz-üzə gələcək.
Türkiyə Kubokunda 1/4 final mərhələsinə aprelin 3-də “Beşiktaş” – “Göztəpə” oyunu ilə yekun vurulacaq. Cütün qalibi "Trabzonspor"a rəqib olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!