7 saatdan çox danışıqlar aparıblar .....                        Sabah yollar bağlı olacaq! - Siyahı AÇIQLANDI .....                        Ukrayna parlamenti ABŞ ilə sazişə "HƏ" dedi .....                        Sahibə Qafarova Vyetnamın Baş katibi ilə görüşüb .....                        Tramp Ərdoğandan vasitəçi olmağı xahiş edib .....                        Sayt rəhbərinə hökm oxundu .....                        Məktəblərlə bağlı YENİLİK .....                        Paşinyan Moskvaya getdi .....                        Ramiz Rövşənə ayda 1500 manat veriləcək .....                       
Bu gün, 20:07
Mir Cəfər haqqında inanılmaz həqiqətlər...

Mir Cəfər haqqında inanılmaz həqiqətlər...

Mir Cəfər Bağırov haqqında çox eşitmişik. Onun haqqında yaxın dostlarımız rəhmətlik Teyyub Qurban " Bağırnamə" və görkəmli yazıçı, filosof, tarixçi Əlisa Nicat "Sarsılmaz Mir Cəfər " romanı yazmış, "Mələklər və iblislər" romanında ona 18-ci fəsli həsr etmiş, həm də onu "100 böyük azərbaycanlı" kitabında 36-cı yerdə (1999-cu il nəşri), həmin kitabın 2024-cü il nəşrində isə 4-cü yerdə qoymuş və onun haqqında xeyli xoş sözlər söyləmişdir. Mir Cəfər haqında verilən "İttihamnamə"də ("Qanun" jurnalı, 2000, №4, 2001, №4-5, 2002, №5-8. Fəxrəddin Ağazadə) Mir Cəfər Bağırovun xalq düşməni kimi səciyyə edilməsinə baxmayaraq, fikirləşirdik ki, qələm düşmən əlində olub, ona görə də onu çoxlu cinayətkar əməllərdə günahlandırıblar. Bəs həqiqət nədən ibarətdir? Mir Cəfər Bağırov doğurudanmı xalq düşməni olub? Yoxsa bizim dostlarımız hədsiz dərəcədə hisslərə qapılıb Mir Cəfər Bağırovu vəsf edərək, onu qəhrəman kimi xalqımıza tanıtmaq istəyiblər? Bir sözlə, Mir Cəfər Bağırov çox ziddiyyətli şəxs olub. Məsələn, “Vikipediya”da qeyd edilir ki, 1945-ci il noyabr ayının axırlarında M.Bağırova ÜİK(b)P MK katibi G.Malenkovdan DQMV-nin Ermənistana verilməsi barədə məktub daxil olur və məktubla tanışlıqdan sonra o, Malenkova belə bir cavab yazır:
“Eyni zamanda ÜİK(b)P MK-nın nəzərinə çatdırmağı lazım bilirik ki, DQMV-nin Ermənistan SSR-nin tərkibinə qatılması məsələsinə baxarkən, Azərbaycan SSR ilə bitişik və əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarət olan Ermənistan SSR-nin Əzizbəyov, Vedi, Qarabağlar rayonlarının Azərbaycan SSR-yə verilməsi məsələsinə də baxılmalıdır... Eyni zamanda Gürcüstan SSR-nin Borçalı rayonunun Azərbaycan SSR-nin tərkibinə qatılması məsələsinə də baxılmalıdır. Nəhayət, biz xahiş edirik ki, Dağıstan MSSR-nin Dərbənd və Qasımkənd rayonları ərazisinin də Azərbaycan SSR-nin tərkibinə daxil edilməsi məsələsinə də baxılsın. Keçmişdə bu rayonlar Azərbaycanın bir hissəsi olmuş və Bakı quberniyasının tərkibinə daxil olmuşdur. Bu rayonların əhalisinin əksəriyyəti heyvandarlıqla məşğuldur, ilin 9 ayını Azərbaycan ərazisində yaşayırlar” (Arxiv sənədi).
Azərbaycan xalqını sürgündən xilas etmək üçün azərbaycanlılardan ibarət diviziya yaradıb. Rus dilini bilməməsinə görə cəbhədə vuruşan əsgərləri ölümün cəngindən xilas etmək üçün Nikita Sergeyeviç Xruşşovun qardaşını güllələyib. Cənubi Azərbaycanı Şimali Azərbaycana birləşdirməyə çalışıb. Milli Azadlıq Hərəkatının lideri Məhəmməd Əmin Rəsulzadənin Lahıcda gizlənməsini təşkil edib. Bir Azərbaycanlı qadının məktubuna əsasən Yalamaya gedib sürgünə aparılan 8 vaqon adamı xilas edir və sürgün işinə başçılıq edən erməni mənşəli milis rəisini güllələyir. Yəqin ki, söz sərrafları olan Əlisa Nicat və Teyyub Qurban bu faktlara söykənib Mir Cəfəri qəhrəman kimi təqdim etmişlər. Amma bu yeni faktlar Mir Cəfərin nə qədər ziddiyyətli şəxs olmasını bir daha açıqlayır.
Beləliklə, Qubadan etibarlı mənbənin verdiyi məlumatları və digər arxiv materiallarını oxuculara təqdim edərək , dostlarımızın yanlışlıqlarını (Əslində sadəlövhlüklərini) oxucularımızla bölüşmək istəyirik. İndi əlahəzrət faktlara müraciət edək.
Mir Cəfərin bacısı hesab edilən Seyid Fatimə Mir Abbas qızı Bağırova : “Mir Cəfər mənim doğma qardaşım deyil. Atam Mir Abbas oğlan uşağı istəyirdi, biz isə 2 bacı idik - Məsumə və mən Fatimə. Odur ki, atam Qubanın yetimlər evindən 9-10 yaşlı qarabuğdayı bir oğlan uşağını övladlığa götürdü. Biz seyid nəsli olduğumuz üçün bu oğlanın adını atam sənədləşdirmədə Mir Cəfər yazdırdı. Mir Cəfər bizim ailəyə heç uyğunlaşmırdı, tez-tez harasa gedirdi. Hətta elə vaxtlar olurdu ki, 2-3 gün evə gəlmirdi. Sonra məlum oldu ki, o, vaxtının çox hissəsini kəndimizin kənarında olan erməni kilsəsində erməni keşişinin himayəsindəki 2 nəfər erməni oğlan uşağı ilə keçirir. O, evimizə fasilələrlə gəlməkdə davam edirdi. Evimizə gələndə anam Yaxşı xanım onu yedizdirib-içizdirir, təmiz paltar verərək üst-başını dəyişdirirdi.
Bir müddət sonra mənim kiçik qardaşım dünyaya gəldi. O vaxt anam atama dedi: “Oğul istəyirdin, buda sənə oğul, apar o erməni balasını (“Mir Cəfəri”) götürdüyün yerə qaytar. Bilirsən ki, ermənilər müsəlmanların başına nə müsibətlər gətiriblər (Söhbət 1905-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşi qətillərdən gedir). Bu uşaqdan bizə övlad olmayacaq!” Atam isə cavabında dedi: “O uşaqdır! Baş verən hadisələrin ona aidiyyəti yoxdur. Biz seyid nəsiliyik. Belə hərəkət etmək bizim üçün günahdır. Böyüyəndə hər şeyi başa düşəcək, özü çıxıb gedəcək!”
Bir müddət keçdikdən sonra Mir Cəfər, ümumiyyətlə, daha bizə gəlmədi. Sonra isə onun inqilabçılara qoşulduğunu eşitdik.
1918-ci ildə erməni silahlılarının Qubada törətdikləri qarət və qətillərdə dəstə başçısı quldur Amazaspın yanında Mir Cəfərin də olduğunu kənd sakinlərindən eşitdik, lakin bu xəbərin şayiə olduğunu güman edib inanmadıq. Lakin ermənilərin qonşu kəndləri viran qoyduqları və kənd sakinlərini qətlə yetirdikləri zaman bizim kəndin yaxınlıqlarına 2 erməni atlısı gəldi və kəndimizə kənardan baxaraq çıxıb getdilər, bizim kənddə heç kim qətlə yetirilmədi (erməni olanda nə olar, duz-çörək qədri bilən imiş, bu “Mir Cəfər”. Seyid ailəsində tərbiyyə aldığından hələ Allahını unutmamışmış. Bu da “Mir Cəfərin” daha bir müsbət xüsusiyyəti. Belə müsbət xüsusiyyətlər nadir olsa da, yenə də onu digər vəhşi ermənilərdən fərqləndirirdi). Bu anda biz Mir Cəfərin həqiqətən ermənilərin yanında olduğunu və hətta Amazasp kimi quldurun yanında belə söz sahibi olduğunu bildik.
Mir Cəfəri sonuncu dəfə 1946-cı ilin sonunda gördüm. O, bizim rayona dövlət planının yerinə yetirilməsinin vəziyyətini öyrənmək üçün gəlmişdi. O, bizim həyətə rayonumuzun rəhbərləri ilə birlikdə gəlmişdi. Mən onu evə dəvət etdim. O, imtina etdi, elə həyətdə dayanaraq ətrafı nəzərdən keçirtdi. Papiros yandıraraq “Necəsiz?” - deyə soruşanda mən qardaşım Seyidağanın işsiz olduğunu, evimizin mətbəx tərəfdən damının çökdüyünü və təmir üçün imkanımızın olmadığını bildirdim. O, üzünü rayonumuzun birinci katibinə tərəf çevirdi və katib əlində tutduğu ikiqat bükülmüş kağız vərəqində nə isə yazdı. Mir Cəfər isə bizimlə elə ayaqüstü vidalaşaraq getdi. Ertəsi günü səhər evimizin damının çökən hissəsini təmir etdilər və qardaşım Seyidağanı kolxozun anbardarı vəzifəsinə təyin etdilər (Bu da Mir Cəfərin ikinci müsbət xüsusiyyəti - ailəcanlı imiş). O gündən sonra biz Mir Cəfəri bir daha görmədik”.
Quba, aprel 1956-cı il
Az.TV, sentyabr 1971-ci il


Sinifi mübarizə adı ilə Qubada dinc əhalini kütləvi surətdə qətlə yetirən quldur daşnak Amazaspın komanda heyyətinin üzvü olmuş “Mir Cəfər Bağırov”.
Bağırov Mir Abbasın doğma övladları:
1. Bağırova Məsumə Mir Abbas qızı (1882-1947)
2. Bağırova Fatimə Mir Abbas qızı (1894 - 1961)
3. Bağırov Seyidağa Mir Abbas oğlu (1906 – vəfat etməsi tarixi barədə heç bir məlumat yoxdur)
Arxiv mənbələrindən üzə çıxarılan digər bir əlahəzrət fakt.
“1938-ci ilin sonunda Moskvada Azərvaycan mədəniyyətinin ongünlüyü keçirilirdi. Ongünlükdə Böyük Teatrda “Arşın mal alan” tamaşası və “Koroğlu” operası nümayiş etdirildi. Hər iki tamaşaya baxmağa şəxsən İ.Stalin və Siyasi Büronun üzvləri də gəlmişdilər. Mədəniyyət ongünlüyü sona çatan günü Azərbaycan nümayəndə heyətinin şərəfinə İ.Stalinin göstərişi ilə təntənəli gecə təşkil olundu. Gecədə Səməd Vurğun böyük şövq ilə İ.Stalinə həsr etdiyi “Böyük rəhbərə salam!” şeiri ilə çıxış edir. Şeirə görə İ.Stalin gülümsəyərək S.Vurğuna minnətdarlığını bildirir. Sonra İ.Stalin əlində şərab dolu iki badə ilə Üzeyir Hacıbəyova yaxınlaşır və badənin birini ona verərək Ü.Hacıbəyovu “Koroğlu” operasına görə tərifləyir və əlində tutduğu badədəki şərabı onun sağlığına içir. Bu məqamı diqqətlə müşahidə edən M.Bağırov Bakıya qayıdan kimi Azərbaycan Daxili işlər komissarı Sumbatyana telefon zəngi edərək Ü.Hacıbəyova qarşı “millətçi” ittihamı ilə tərtib edilməkdə olan cinayət işinin dərhal ləğv edilməsinə göstəriş verir.
1940-cı illərin əvvələrində İ.Stalin beşillik planın Azərbaycanda yerinə yetirilməsinin vəziyyəti ilə maraqlanaraq M.Bağırova telefon zəngi edir. Bir qədər sual-cavabdan sonra İ.Stalin M.Bağırovdan “bizim qara oğlan necədir?” – deyə soruşur. İ.Stalin M.Bağırovun duruxduğunu hiss edib, “Səməd Vurğunu” nəzərdə tutduğunu bildirir. M.Bağırov İ.Stalinə Səməd Vurğuna qarşı “millətçi” ittihamı ilə cinayət işinin açıldığını deyir. İ.Stalin M.Bağırova “Onunla işin olmasın!”- deyərək telefonun dəstəyini asır. Beləliklə, İ.Stalinlə təsadüfi şəxsi tanışlıq Azərbaycanın (bəlkə də bütün dünyanın) dahi bəstəkarı Ü.Hacıbəyovu və görkəmli şairi S.Vurğunu “xalq düşməni” adı ilə M.Bağırovun yerinə yetirdiyi erməni xislətli siyasətinin qurbanına çevrilmələrindən xilas edir.
Qeyd etmək lazımdır ki, Azərbaycanın siyasi hakimiyyətinin erməniləşməsi məhz Mir Cəfər Bağırovun Azərbaycan SSR-ə rəhbərlik etdiyi dövrdə (1933-1953) geniş vüsət almışır. M.Bağırovun hakimiyyəti dövründə Azərbaycanın 110 000 (yüz on min)-dən artıq siravi vətəndaşı və din xadimi ateizim təbliğatının qurbanı olaraq Sibirə sürgün edilmiş, 70 000 (yetmiş min) vətəndaşı əksinqilabçı adı ilə, onlardan 29 000 (iyirmi doqquz min) ziyalı, ictimai-siyası xadim (onlardan bəziləri, məsələn Əliheydər Qarayev, Davud Hüseynov, Çingiz İldırım, Dadaş Bünyadzadə və s. həqiqətən də Azərbaycan xalqının düşməni olaraq ermənilərə və ruslara xidmət etmişdir. Onları edam etdirməkdə, fikrimizcə, Mir Cəfər Bağırov haqlı idi), 11 (on bir) general olmuşdur.
Proletar beynəlmiləlçiliyi idealogiyasından yararlanmağa can ataraq öz məişət durumunu yaxşılaşdırmağa çalışan bəzi üzdəniraq “vətənpərvər” şairlər yaranmış siyasi vəziyyətdən sui-istifadə edərək hətta ermənilərin Azərbaycan xalqının qədim milli musiqi aləti olan tarı mənimsəyərək təqdim edilməsini dəstəkləyərək, “oxuma tar, səni istəmir proletar” (Süleyman Rüstəm) şeiri ilə ictimaiyyət arasında təbliğata başlamışlar. Bu zaman milli ruhlu 29 yaşlı gənc şair Mikayıl Müşfiq milli müsiqi alətimiz olan tarı erməni müsiqi aləti kimi təqdim edənlərə etiraz edərək, “oxu tar, səni kim unudar?” dillər əzbərinə çevrilən məhşur şeirini yazır. Sumbatyan tərəfindən bu barədə məlumatlandırılan Mir Cəfər Bağırov qəzəblənərək Mikayıl Müşviqin yanına gətirilməsini tələb edir (Sonralar, deyilənə görə, M.Bağırov buna görə peşman olur və “o gənc oğlanın” günahı yox idi deyir. Amma buna adamın heç cür inanmağı gəlmir, bu da yəqin, növbəti erməni riyakarlığıdır). M.Bağırovun kabinetində Mikayıl Müşfiq bu məsələ ilə bağlı sorğu-suala tutularkən o, Azərbaycan xalqının milli dəyərlərindən, musiqi sənətinin, musiqi alətlərinin və poeziyasının qədimliyindən, özünəməxsusluğundan şövqlə danışır. Bunları eşidən M.Bağırov onun üzünə qəzəblə “Ax, ты тюркский щенок!” (Ah, səni türk küçüyü!)-deyə bağıraraq R.A.Markaryana Mikayıl Müşfiqin dərhal həbs edilməsi üçün göstəriş verir. Qeyd edək ki, Məmməd Səid Ordubadi və Mirzə İbrahimov bu hadisənin canlı şahidləri olsalar da, M.Bağırovu fikrindən döndərə bilməmişlər.
Proletar beynəlminəlçiliyi bayrağı altında ermənilərə himayədarlıq edən M.Bağırovun hakimiyyəti dövründə Azərbyacan Daxili işlər xalq komissarının müavini vəzifəsinədək irəli çəkilmiş general-leytenant Ruben Ambarsumoviç Markaryanın təxminən 1938-1939-cu illərdə anasına yazdığı və erməni dilindən rus dilinə tərcümə edilmiş məktubunu dövlət ittihamçısı SSRİ Baş prokuroru R.Rudenko 1956-cı ilin aprel ayında Moskvada Batursk həbsxanasında M.Bağırovun üzərində keçirilən məhkəmə prosesi zamanı ucadan oxudu. Məktubda yazılmışdı: “Əziz anam! Sən məni burada, Azərbaycanda Azərbaycan türklərinə xidmət etdiyimə görə övladlıqdan çıxaracağınla hədələyirsən?! Ana, onu bil ki, mən 1915-ci ildə Türkiyədə öldürülmüş hər bir erməninin başı əvəzinə 15 Azərbaycan türkünün başını kəsirəm, özü də elə başlar ki, Azərbaycan bundan 150 il sonra da özünə gələ bilməyəcək!”
Bunu eşidən Mir Cəfər Bağırov ermənilərə xas olan riyakarlıq nümayiş etdirərək oturduğu kürsüdən dik atılır, başına ikiəlli qapaz vuraraq ucadan: “Məni güllələmək azdır, məni şaqqalamaq lazımdır!”- dedi (Sanki daşnak Amazaspın dəstəsində özünün də iştirakçısı olduğu 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri qırğınlardan xəbəri yox imiş?!).
P.S. R.Markaryan 1956-cı ilin may ayının 16-da SSRİ Ali Məhkəməsi kollegiyasının qərarına əsasən güllələnmişdir.
P.S.S. Daha bir diqqəti çəkən əlahəzrət fakt.
Mir Cəfər Bağırov necə seyiddir ki, iki dəfə evlənib, hər ikisində də ruslarla - Mariya və Yevgeniya Mixaylovna ilə. İki uşağı olub: birinin adı Vladimir, digərinin adı Cen. Axı seyid (Peyğəmbər nəsli) övladları ən azı ərəb və ya azərbaycanlı adları daşımalıydı. Fikrimizcə, bütün göstərilən faktlar Mir Cəfərin azərbaycanlı (türk) olmadığının, xalqımızın əzəli düşməni erməni əslli olmasının əlamətləridir.
Əziz oxucu! Dostumuz Ə.Nicat yazır ki, Bağırov Azərbaycana rəhbərlik edən yeganə adam idi ki, hələ 30-cu illərdə “Mən əvvəlcə Azərbaycan xalqının oğluyam, yalnız sonra kommunistəm”- demişdir (Əslində bu, sonrakı liderlərimizdən birinin sözləri ilə həmahəngdir. Onun da mənşəyinin şübhəli olması hamıya məlumdur). Bağırovun məhkəmə prosesində dediyi “şaqqalamaq” məsələsinin mənası odur ki, xalqımın bəzi düşmənlərinə, ermənilərə, fanatik kommunistlərə inanıb, bəzi əməllərinin mahiyyətini dərk etməmişəm ( “Hürriyyət” qəzeti, 6 fevral 2015-ci il). Yox, əziz Əlisa müəllim, bu, heç də sizin düşündüyünüz kimi deyil. Bu etiraf əslində onu saxlayan, böyüdən Seyid Mir Abbasın ruhu qarşısında öz günahlarını etiraf etmək demək idi. O, bilirdi ki, güllələnəcək, ona aman verilməyəcək, ona görə də sadəlövh Azərbaycan xalqının yenidən ürəyini fəth etməyə çalışırdı. Həm də, göründüyü kimi , buna nail oldu. Sizin kimi nəhəng bir yazıçının, filosofun ona inanması və bəraət verməsi bunun canlı sübutudur.

Fəxrəddin AĞAZADƏ,
fəlsəfə elmləri doktoru, biologiya üzrə fəlsəfə doktoru,
Beynəlxalq Aqrar Təhsil Akademiyasının akademiki
Nazim Məmmədov – Sabiq polis işçisi, polkovnik-leytenant



Bu gün, 19:34
Əlirza Xələfli  yazır:

Əlirza Xələfli yazır:


İlham Məmmədli

"Ömrü sözə verdim" kitabının müəllifi


Onu düz bir qərinədir ki, tanıyıram. Gənclik dostlarımın yaxşı yadında olar. Jurnalistikanın daha çox zibilləndiyi, Milli Mətbuatın, demək olar ki, simasını itirdiyi dövrdə İlham Məmmədli haqqında deyirdim ki, o, barmaqla sayılan mətbuat adamlarındandır ki, qələmi çirkab mürəkkəbinə batırmayıb. Saxtalığa xidmət edən qələmin tökdüyü qanı heç su ilə də yumaq olmur. Çünki tarixin salnaməsinə bir ləkə kimi yapışıb qalır. Amma İlham Məmmədli sözün həqiqi mənasında vicdanına güvəncli olub. Ağa ağ, qaraya qara deməyə gücü çatıb. Elə ona görə də mətbuat aləmində sözünə və özünə hörmət edən nadir obrazlardan biri kimi bu gün də müfuzunu qoruyub saxlayır. Onun Kəlbəcər ədəbi mühitinin mənəvi sərhədlərini öyrənmək sahəsində xidmətləri əvəzsizdir.

Onun hələ XVIII əsrdən üzü bəri Kəlbəcərdə yazıb yaradan bir çox müəllifləri araya gətirməsi ənənə varisliyinin təmini baxımından elmi fədakarlığının nəticəsi kimi qəbul olunmalıdır. İ.Məmmədli təbiət etibarı ilə şairdir, baxmayaraq ki, elmi-tədqiqatla daha çox məşğul olur. Amma onun şeirlərində Aşıq Şəmşirin ruhu yaz ağzı tumurcuq kimi çırpınır və biz Şəmşir ənənəsinin davamını onun şeirlərində görürük, doyuruq. Bəhmən Vətənoglunun, Şücaətin, Məmməd Aslanın və bir çox istedadlı sənətkarların xalqımızın mənəvi mühitinin zənginləşməsindəki rolunu İ.Məmmədli tədqiqatları ilə əsaslandırır. Şübhəsiz, bu tədqiqatlar onun poetik yaradıcılığına da təsirsiz ötüşmür. İlham Məmmədlinin məşhur «Gedirəm» şeirini aşıqlar xüsusi duyğu ilə oxuyur. Əli Kəlbəcərlinin (Zeynalabdinoğlu) ifasında yandirici bir hiss dinləyicini özünə əsir edir.
Bir az daşlı, bir az tozlu,
Mən öz yolumu gedirəm.
Bu yolun qərib yolçusu,
Boşmu, dolumu gedirəm?
Dərd yaşadım bu illəri,
Gah aqiləm, gah sərsəri.
Bu yolum Tanrı əsəri
Yolun sonumu gedirəm.


İlham sazı ruhu ilə duyur, şeirlərini də sanki saz üstə oxu üçün yazır. Mən əvvəllər də bu barədə mülahizələrimi yazmışam. Əgər klassik poeziya ənənəsini ədəbi düşüncəmizdən çıxarsaq, onda gərək muğamdan imtina edək. Əgər qoşma, gəraylı, aşıq yaradıcılığı formasını daşıyan ənənədən imtina etsək, saz bizdən ayrılmalı olacaq.
İlham Məmmədli kimi sənətkarların yaradıcılıqları ona görə dəyərlidir ki, onlar xalqın ruhunun bütövlüyünü qoruyur. Bunu onun «Ömrü sözə verdim adlı ilk şeirlər kitabı da təsdiq edir.

Bu gün, 18:59
7 saatdan çox danışıqlar aparıblar


7 saatdan çox danışıqlar aparıblar

Rusiya prezidenti Vladimir Putinlə Çin lideri Si Cinpin arasında Kremldə keçirilən görüş başa çatıb.
Danışıqlar 7 saatdan çox davam edib.
Liderlər ikitərəfli, nümayəndə heyətləri ilə birlikdə geniş tərkibdə, işgüzar nahar formatında və təkbətək çay masası arxasında danışıqlar aparıblar.
Görüşün yekunu ilə bağlı birgə bəyanat yayılıb.
Bu gün, 18:50
Sabah yollar bağlı olacaq! - Siyahı AÇIQLANDI


Sabah yollar bağlı olacaq! - Siyahı AÇIQLANDI

Bakının Əhməd Rəcəbli küçəsində, Uluqbəy küçəsi ilə kəsişməsindən Fətəli xan Xoyski küçəsinə qədər nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlə əlaqədar 9 may tarixindən 2, 9, 11, 24 və 211 nömrəli müntəzəm marşrutların hərəkət sxemi dəyişdiriləcək.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) xəbər verir.
Beləliklə, 2 nömrəli marşrut Əhməd Rəcəbli, Uluqbəy və Ağa Nemətulla küçələri ilə hərəkət edəcək. 9 nömrəli marşrutun hərəkəti Əhməd Rəcəbli, Uluqbəy və Ağa Nemətulla (son dayanacaq) küçələri ilə təşkil olunacaq. 11 nömrəli marşrut Əhməd Rəcəbli, Uluqbəy, Ağa Nemətulla və Təbriz küçələri ilə hərəkət edəcək.
24 nömrəli marşrutun hərəkəti Əhməd Rəcəbli, Uluqbəy, Ağa Nemətulla və Təbriz (son dayanacaq) küçələri ilə təşkil olunacaq.
211 nömrəli marşrutun “ASAN xidmət” istiqamətində hərəkəti Fətəli xan Xoyski, Ağa Nemətulla, Uluqbəy və Əhməd Rəcəbli küçələri ilə təşkil ediləcək. Əks istiqamətdə isə avtobusların hərəkəti Zaur Nudirəliyev, Ərdəbil, Azad Hümbətov, Aşıq Molla Cümə, Fətəli xan Xoyski küçələri, daha sonra öz hərəkət sxemi üzrə təmin olunacaq.
Bu gün, 18:23
Ukrayna parlamenti ABŞ ilə sazişə "HƏ" dedi


Ukrayna parlamenti ABŞ ilə sazişə "HƏ" dedi

Ukrayna Ali Radası bu yaxınlarda Ukrayna ilə ABŞ arasında faydalı qazıntılar haqqında imzalanmış sazişi ratifikasiya edib.
338 xalq deputatı onun “lehinə” səs verib.
Beləliklə, bu gün parlament məhz İnvestisiya Fondunun yaradılmasına imkan verəcək hökumətlərarası sazişi ratifikasiya edib.
Bundan əvvəl ratifikasiya parlament komitələri tərəfindən təsdiq edilib, Nazirlər Kabineti isə izahat yazısı, sazişin mətninin özü və qeydiyyat kimi zəruri sənədləri təqdim edib.
Ukraynanın iqtisadiyyat nazirinin müavini və ticarət nümayəndəsi Taras Kaçka daha əvvəl izah etmişdi ki, tərəflərin daha sonra imzalayacağı iki əlavə texniki saziş var. Lakin onları Ali Radada ratifikasiya etmək lazım deyil.
Ratifikasiya olunmuş sənəd ikinci mərhələyə – iki “texniki” sazişin razılaşdırılmasına yol açır.
Bu barədə “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya telemarafonun efirində bildirib.
O, bildirib ki, ABŞ qanunvericiliyi Ukrayna ilə tərəfdaşlıq sazişinin ratifikasiyasını tələb etmir. Lakin Ukrayna parlamenti sazişi ratifikasiya etməli olub, çünki o, vergilər, rüsumlar və İnvestisiyaların Bərpası Fonduna ödənişlər məsələsini özündə ehtiva edir.
D.Araxamiya ümid edir ki, artıq sabah, mayın 9-da ratifikasiya haqqında qanun layihəsi Prezident Volodimir Zelenski tərəfindən imzalanacaq.
Bu gün, 17:52
Sahibə Qafarova Vyetnamın Baş katibi ilə görüşüb


Sahibə Qafarova Vyetnamın Baş katibi ilə görüşüb

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, əsası ötən əsrdə xalqımızın Ümummilli Lideri Heydər Əliyev və Vyetnam xalqının dahi oğlu Ho Şi Min tərəfindən qoyulmuş dostluq və əməkdaşlıq əlaqələri Azərbaycan müstəqillik əldə etdikdən sonra uğurla davam edir. Milli Məclisin sədri, dünən imzalanmış “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat”ın və digər mühüm sənədlərin əhəmiyyətini qeyd edib, Prezident İlham Əliyevlə aparılmış müzakirələrin tezliklə öz bəhrəsini verəcəyinə əminliyini bildirib.
İki ölkə arasında münasibətlərin inkişafında parlamentlərin rolundan danışan spiker Sahibə Qafarova bildirib ki, Azərbaycan parlamenti olaraq biz parlamentlərarası əlaqələrimizin inkişafında maraqlıyıq və bunun üçün yaxşı imkanlar var. Spiker parlament sədrləri və deputatlar səviyyəsində qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb, parlament komitələri arasında da əlaqələrin inkişaf etdirilməsinin vacibliyindən danışıb.
Azərbaycana səfərindən məmnunluğunu bildirən Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lam Vyetnam Milli Assambleyası sədrinin salamlarını çatdırıb və onun adından spiker Sahibə Qafarovanı Vyetnama səfərə dəvət edib.
Söhbət zamanı To Lam ölkəmizə bu səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşünə, aparılmış müzakirələrə və imzalanmış ikitərəfli sənədlərə dair təəsüraflarını bölüşüb. To Lam Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun və bölgədə gedən proseslərin Vyetnamda diqqətlə izlənildiyini qeyd edib. Qonaq bildirib ki, bu səfər çərçivəsində imzalanmış sənədlər xalqlarımızın mənafeyinə xidmət edir və münasibətlərimizi yeni səviyyəyə qaldırır.
To Lam əsası Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev və Vyetnam xalqının dahi oğlu Ho Şi Min tərəfindən qoyulmuş qarşılıqlı əlaqələrimizin bu gün uğurla inkişaf etdirilməsindən məmnunluğunu bildirib.
Dövlətlərarası münasibətlərdə parlamentlərin rolunu yüksək qiymətləndirən Baş katib To Lam qarşılıqlı səfərlərin intensivliyinin artırılması, parlament komitələri arasında informasiya və təcrübə mübadiləsi, qanunvericilik sahəsində əməkdaşlıq, imzalanmış və ratifikasiya olunmuş ikitərəfli sənədlərin icrasına nəzarətin artırılması, ASEAN Parlament Assambleyası və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi barədə fikirlərini bölüşüb.
Milli Məclisin sədri Sahibə Qafarova Vyetnam Milli Assambleyasının sədrini ölkəmizə səfərə dəvət edib.
Görüşdən sonra Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lam Milli Məclisin Xatirə kitabını imzalayıb.
Bu gün, 17:47
Tramp Ərdoğandan vasitəçi olmağı xahiş edib


Tramp Ərdoğandan vasitəçi olmağı xahiş edib

ABŞ prezidenti Donald Tramp Türkiyə lideri Rəcəb Tayyib Ərdoğandan Ukrayna münaqişəsində vasitəçilik etməsini istəyib.
Ərdoğan isə ABŞ-dan Qəzza zolağında atəşkəsin əldə edilməsinə yardım etməsini istəyib.
Bu barədə Türkiyənin “Hürriyet” qəzeti ABŞ və Türkiyə prezidentləri arasında aparılan danışıqların təfərrüatlarına dair yazıda qeyd edib.
Türkiyə prezident administrasiyası Rəcəb Tayyib Ərdoğan və Donald Trampın Ukrayna münaqişəsinin həlli üçün birgə səylər barədə razılığa gəldiyini rəsmən açıqlayıb. Ərdoğan danışıqların özünü məhsuldar adlandırıb.
“Hurriyet”in yazdığı kimi, Donald Tramp Ərdoğanın həm Rusiya prezidenti Vladimir Putin, həm də Ukrayna prezidenti Vladimir Zelenski ilə dialoq aparmaq qabiliyyətini qeyd edib. Tramp türkiyəli həmkarını vasitəçi kimi fəaliyyətə dəvət edib.
Prezidentlər arasındakı danışıq mayın 5-də baş tutub.
Bu gün, 17:37
Sayt rəhbərinə hökm oxundu


Sayt rəhbərinə hökm oxundu

Azerinfo.az saytının rəhbəri İbrahim Hümbətovun cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Ayşən Vəliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxs 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Dövlət ittihamçısı təqsirləndirilən İbrahim Hümbətovun 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini istəmişdi.
Xatırladaq ki, İbrahim Hümbətov 2023-cü ilin dekabr ayında vətəndaşlardan daxil olan müraciətlər əsasında polis əməkdaşları tərəfindən saxlanılıb.
Qeyd edək ki, təqsirləndirilən İbrahim Hümbətov Cinayət Məcəlləsinin 1822.2-ci ( hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddəsi ilə ittiham edilib.
Bu gün, 17:21
Məktəblərlə bağlı YENİLİK


Məktəblərlə bağlı YENİLİK

Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi pedaqoqlar fəaliyyət göstərəcəklər.
Bu fikirləri bu gün Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Xüsusi təhsil sektorunun müdiri Anar Xələfov Təhsil TV-də yayımlanan “360 dərəcə təhsil" verilişində sağlamlıq imkanları məhdud uşaqların təhsili haqqında danıșarkən bildirib.
O qeyd edib ki, xüsusi pedaqoqların fəaliyyəti həmin uşaqların təlim prosesinə uyğunlaşdırılması üçün nəzərdə tutulur:
"Fənn müəllimlərinin də bu istiqamətdə bacarıqları olmalıdır. 5 ildir ki, fənn məllimlərinə sağlamlıq məhdudiyyəti olan uşaqlarla işin təşkili öyrədilir”, – o qeyd edib.
O bildirib ki, 2024-cü ildən xüsusi təhsilə cəlb olunmuş uşaqlar üçün fərdi tədris planının qurulması tələbi qoyulub.
Bu gün, 16:56
Paşinyan Moskvaya getdi


Paşinyan Moskvaya getdi

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Moskvaya uçub.
Bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.
Hökumət başçısı II Dünya Müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş p May paradında iştirak edəcək.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!