Bakıda güclü PARTLAYIŞ - Yanğın söndürüldü - YENİLƏNİB .....                        Bakıdakı partlayıda xəsarət alan olmayıb .....                        Şəhid polkovnikin oğluna leytenant rütbəsi verildi - FOTO .....                        Cənubi Qafqaz həm çağırışlar, həm də imkanlarla üzləşir - Əmirbəyov .....                        Trampla Netanyahu razılığa gəldi - Qəzzada döyüşlər dayandırılır .....                        Ronaldo Səudiyyə klubunda qaldı .....                        Putin Belarusdadır .....                        Kılıçdaroğlu sükutu pozdu: “əgər CHP sədrliyinə qayıtmasam...” .....                        SEPAH generalının öldüyü təsdiqləndi .....                       
19-05-2025, 22:58
Elçin Quliyev III Çarlzla birlikdə - FOTO


Elçin Quliyev III Çarlzla birlikdə - FOTO

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kral Ailəsinin üzvlərinin şərəfinə ənənəvi olaraq hər il təşkil edilən “Vindzor Kral Atçılıq Şousu” uğurla başa çatıb.
Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı sayəsində Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi və rəqs ansamblı ölkəmizi “Vindzor Kral Atçılıq Şousu”nda növbəti dəfə uğurla təmsil edib.
Tədbir çərçivəsində Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Böyük Britaniya kralı III Çarlzla görüşüb.





19-05-2025, 22:10
Putindən Trampla söhbətdən sonra ilk AÇIQLAMA


Putindən Trampla söhbətdən sonra ilk AÇIQLAMA

"Rusiya və Ukrayna hər iki tərəfi qane edəcək kompromislər tapmalıdırlar".
Bu barədə Rusiya Prezidenti Vladimir Putin jurnalistlərə bildirib. O, ABŞ Prezidenti Donald Trampla telefon danışığı sonrası açıqlama verib.
"Əlbəttə, məsələ odur ki, Rusiya və Ukrayna sülhə doğru böyük iradə göstərsinlər və hər iki tərəfi qane edəcək kompromislər tapsınlar. Eyni zamanda qeyd etmək istəyirəm ki, ümumilikdə Rusiyanın mövqeyi aydındır. Bizim üçün əsas məsələ bu böhranın əsas səbəblərini aradan qaldırmaqdır," - Putin deyib.
Onun sözlərinə görə, Rusiya Ukrayna ilə gələcək sülh müqaviləsinə dair memorandum üzərində işləməyə hazırdır, bu müqavilə atəşkəsin təmin edilməsi və münaqişənin tənzimlənməsi prinsiplərini özündə əks etdirə bilər.
"Biz sadəcə olaraq, sülhə gedən ən effektiv yolu müəyyən etməliyik," - deyə Rusiya prezidenti bildirib.
19-05-2025, 21:04
Trampla Putin 2 saat danışdılar


Trampla Putin 2 saat danışdılar

Rusiya lideri Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı iki saatdan çox davam edib.
Bu barədə Putinin özü mətbuatla söhbəti zamanı bildirib.
Rusiya Prezidenti Ağ Evin rəhbəri ilə söhbətin mənalı, səmimi və faydalı olduğunu vurğulayıb.

***

18:53

ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı başlayıb.
Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
19-05-2025, 20:40
Məhkəmədə vaxtilə işğalda olmuş ərazilərdə çəkilən görüntülərinə baxdı


Məhkəmədə vaxtilə işğalda olmuş ərazilərdə çəkilən görüntülərinə baxdı

Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Davit İşxanyanın Azərbaycanın vaxtilə işğalda olmuş ərazilərindəki fəaliyyətini, döyüş əməliyyatlarında iştirak etməsini sübut edən videomaterial nümayiş olunub.
Videomaterialda D.İşxanayanın döyüş yoldaşları və onu tanıyanlar təqsirləndirilən şəxs barədə danışırlar.
Alik Sarqsyan onun əlinə ilk silah götürənlərdən biri olaraq, ilk könüllülər dəstəsinin təsisçilərindən, həmçinin ilk bölük və tabor komandirlərindən biri olduğunu vurğulayıb:
“O, tarixi bir tapşırığı yerinə yetirib, bunu belə demək olar. Əlinə silah götürməklə, xalqın içində özünümüdafiə ideologiyasını yaymaqla, hamı üçün şəxsən nümunə kimi görünməklə tarixi bir vəzifəni yerinə yetirib”. Videoda Movses Akopyan isə əminliklə deyib:
“Erməni ordusunun yaradılmasının əsasını və ya bünövrəsini qoyanlardan biri bizim döyüş yoldaşımızdır – Davitdir”. Videomaterialda Araz Koçaryan bildirib:
“Bir gün təsadüfən qarşılaşdıq və təcübləndim, Davit İşxanyanın boyununda “sərkərdə Andranikin” medalyonu asılmışdı”.
Hmayak Haroyan onların “Aşan” bölüyü və Monte Molekunyan ilə birlikdə Gülablını mühasirəyə aldığını, nəticədə isə azərbaycanlıların mühasirəyə düşdüyünü vurğulayıb.
Abrik Hayrapetyan da deyib ki, “Avo” qoşunda, tabor komandiri kimi, Daviti yüksək səviyyədə dəyərləndirib.
Ermənilər tərəfindən çəkilən kadrlarda Davit İşxanyan “azadlıq uğrunda mübarizə aparan tələbə hərəkatı” qabaqcıllarından biri, “Aşan” kəndinin “özünümüdafiə dəstəsi”nin komandiri, “özünümüdafiə ordusu”nun 28-ci taborunun komandiri, müharibədən sonra isə ictimai və siyasi xadim kimi təqdim edilir. Kadrlarda Davit İşxanyan bildirib:
“Artıq çoxları tərəfindən hiss olunurdu və nəzərə çarpırdı ki, bu hərəkat öz məntiqi sonluğuna yalnız silahlı toqquşmalar və müharibə yolu ilə çatacaq. Çalışırdıq ki, azərbaycanlılar üçün o dəhşəti atmosferi yaradaq. Bizim əsas tapşırığımız müdafiə xəttini təmin etmək idi. Biz o əməliyyatda iştirak etməyi çox arzulayırdıq, lakin bizim tapşırığımız başqa idi. Monte Melkonyan tərəfindən Abdal Gülablı əməliyyatı təşkil olundu, lakin çox təəssüf ki, o gün biz 6 döyüş yoldaşımızı itirdik. Onların sırasında həmçinin Armen Avakyan da var idi. Bundan sonra çox ağır bir dövr oldu. 1992-ci ilin sentyabrın 4-5-də o kəndi azad edə bildik. Qarşımıza qoyulan tapşırıq Xocavənd bölgəsində qüsursuz yerinə yetirildi və Ağdam bizim ümumi nəzarətimizə keçdi. Azadlıq uğrunda gedən döyüşlər bitdikdən sonra taborun uşaqları Ağdərə rayonunda gedən döyüşlərdə də iştirak etdilər və demək olar ki, 1994-cü ilin may ayında atəşkəs təsdiq olunana qədər davam edən döyüş əməliyyatlarında iştirak etdilər”.
Dövlət ittihamçısının suallarını cavablandıran D. İşxanyan Abdal Gülablı, Füzulinin Aşağı Veysəlli ilə Cardar arasındakı təpənin, Ağdərənin işğal olunması əməliyyatlarında iştirak etdiyini təsdiq edib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi mayın 22-də davam etdiriləcək.
19-05-2025, 20:21
Polşada prezident seçkiləri - İkinci tur nə vaxt keçiriləcək?


Polşada prezident seçkiləri - İkinci tur nə vaxt keçiriləcək?

Polşada keçirilmiş prezident seçkilərinin ilk turunda heç bir namizəd mütləq səs çoxluğu əldə edə bilmədiyinə görə, seçkilərin ikinci turu iyunun 1-də keçiriləcək.
İkinci turda mübarizə ilk turda 31,36 faizlə ən çox səs toplayan Varşava meri və Mülki Koalisiya (KO) partiyasının namizədi Rafal Çarskovski və 29,54 faizlə ikinci yerdə millətçi və mühafizəkar hüquqşünas Karol Navrotski arasında olacaq.
Seçkilərin ikinci turu Polşanın gələcək siyasi istiqamətini müəyyən edəcək. Avropa İttifaqı ilə daha sıx əməkdaşlıq və liberal islahatları dəstəkləyən Çaskovski və milli suverenliyi və ənənəvi dəyərləri ön planda tutan Navrotski ölkə ictimaiyyətini əhatə edən iki əsas siyasi düşərgənin təmsilçiləridirlər. Çaskovski hazırda hökumətdə olan Mülki Koalisiyanın, Navrotski isə ana müxalifəti təmsil edən “Qanun və Ədalət” partiyasının dəstəyinə arxalanır. Bu səbəbdən də seçkilərin nəticəsi yalnız Polşa üçün deyil, həm də Avropa İttifaqı üçün əhəmiyyətli olacaq.
19-05-2025, 19:55
Fransaya casusluq edən Martinin məhkəməsi


Fransaya casusluq edən Martinin məhkəməsi

Fransaya casusluq etdiyinə görə ittiham edilən Martin Ryan və Azad Məmmədli barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başladılan cinayət işinin növbəti məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Azad Məmmədli ifadə verərək Loran Lödi ilə Martin Ryan vasitəsiylə tanış olduğunu deyib.
“O, mənə dedi ki, Loran da Moskvada mənim təhsil aldığım universitetdə təhsil alıb. Həm Loran Lödi, həm də Frederik Devosu mənimlə Martin tanış edib. Onların hər ikisini mənə Fransa səfirliyinin əməkdaşı kimi təqdim edib. Martin də onların tapşırıqlarına əsasən, azərbaycanlıları tora salıb. Loran Lödi ilə görüş zamanı o, mənə Rusiya ilə bağlı suallar verdi və mənə əlaqələrimdən istifadə etməklə məlumat almağı və onlara verməyimi istədi. Lakin mən onlara rədd cavabı verdim. Martini isə özümə yaxın bilmişəm. Amma onların sualları məndə şübhə yaratdığı üçün rədd cavabı verdim. Baş verənlər barədə məlumat vermədiyim üçün peşmanam. Onlara rədd cavabı verməklə işin yekunlaşdığını fikirləşdim. Həmçinin onlar mənə Bişkekdə keçirilən Avrasiya İqtisadi Forumu ilə bağlı suallar verdilər. Bunun Azərbaycana aidiyyəti olmadığı üçün nəzərə almadım. Mən onlardan şübhələnsəm də, casus olduğlarını bilmirdim”.
Loran Lödi ilə ilk tanışlığıma gəlincə isə təqsirləndirilən vurğulayıb ki, bu 2023-cü ildə baş tutub.
“Martin Loranı mənə keçmiş polis əməkdaşı kimi təqdim edib. Dedi ki, Loran Fransa səfirliyinin təhlükəsizliyinə cavabdeh şəxsdir. Onlar Rusiyada təhsil aldığım və əlaqələrimin olduğu üçün mənə əməkdaşlıq təklif edirdilər. Mən onlara nə yazılı, nə də şifahi məlumat vermişəm. Subyektiv fikirlərimi bildirmişəm. Mənim Devosla aramızda yanlız 1 dəfə məktublaşma olub. Onda da CV göndərmişəm. Başqa aramızda nə məktublaşma, nə də fikir mübadiləsi olub”.
Daha sonra Martin Ryan Azad Məmmədlinin ifadəsinə etiraz edib. O, bildirib ki, Azadı Fransa xüsusi xidmət orqanları ilə tanış etməyib:
“Rusiyanı yaxşı tanıyan, orada güclü əlaqəsi olan insan lazım idi. Həmin ərəfədə Azad da iş axtarırdı və işin Fransa şirkətində olmasını istəyirdi. Hər ikisini tanıdığım üçün onlara kömək etmək istədim. Onları mən görüşdürmüşəm. Görüş həm evimdə, həm də tədbirdə olub. Bunu etiraf edirəm. Həmçinin Azad Məmmədli dedi ki, vəsait almayıb və əməkdaşlıq etməyib. Bu barədə səs yazıları var. Onları dinləmək lazımdır. O səslərdən bəllidir ki, Azad Məmmədli onların xüsusi xidmət orqanlarının əməkdaşı olduğunu bilir və iş qarşılığında nə qədər vəsait alacağı barədə suallar verir. Azad mənim dostumdur. Ona bu işin təhlükəli olduğunu bildirirdim. O da mənə xəbərdar olduğunu deyirdi. Özümü bu iş üzrə təqsirli bilirəm”.
Azad Məmmədli bildirib ki, bu həqiqəti əks etdirmir: “Bu yalandır. Martin özü 44 günlük Vətən müharibəsi zamanı onlarla tapşırıq yerinə yetirib. Bu istintaq materiallarında da var. O, hərbi təyinatlı tapşırıq alıb, yerinə yetirib və informasiyaları ötürüb. Bunu özü də etiraf edib. Martin ən azı 9 azərbaycanlını tora salıb. 10-cu mən olmuşam. Mən də rədd cavabı vermişəm. O, həmçinin İlqar adlı iş adamının və əvvəllər hərbçi olmuş şəxsin və onların dostluq əlaqələri qurduğu insanların məlumatlarını ötürüb. 50-ə yaxın hərbi təyinatlı tapşırıqları yerinə yetirib. “Siqnal” tətbiqindən istifadə etmişəm. Buna səbəb isə Loranın bu əlaqə üçün bu tətbiqdən istifadə etməsi olub. Martin deyir ki, mən vəsait tələb etmişəm. Bu belə deyil. Mən nə vəsait almışam, nə də tapşırıq yerinə yetirmişəm. Həmçinin Martinin şərab biznesi, şahmat müəllimliyi gözdən pərdə asmaq üçün olunub. O, birbaşa səfirlikdən və xüsusi xidmət orqanlarından deyil, dolayı yolla maliyyələşdirilib”.
Növbəti proses iyunun 23-nə təyin edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər 2023-cü il dekabrın 4-də həbs olunub. DTX tərəfindən “Merkorama” MMC-nin baş direktoru olan Martin Ryana qarşı AR Cinayət Məcəlləsinin 276-cı maddəsi (casusluq) üzrə ittiham irəli sürülüb.
İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib. Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədliyə AR Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb.
19-05-2025, 19:40
Sahibə Qafarova ispan həmkarı ilə görüşdü


Sahibə Qafarova ispan həmkarı ilə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova İspaniya Krallığına rəsmi səfəri çərçivəsində bu ölkə Senatının sədri Pedro Rollanla görüşüb.
Azərbaycan parlamentinin spikerini salamlayan Senat sədri Pedro Rollan iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsində maraqlı olduqlarını söyləyib. O, Senatın parlamentlər arasında əlaqələrin genişləndirilməsinə böyük əhəmiyyət verdiyini, eyni zamanda hökumətlər arasında əməkdaşlığı da dəstəkləməyə hazır olduğunu bildirib.
Senatın sədri Azərbaycanın iqtisadi inkişaf göstəricilərini təqdir edərək, ispan şirkətlərinin ölkəmizdə, xüsusilə nəqliyyat sahəsində fəaliyyətini dəstəklədiklərini vurğulayıb. O, ölkələr arasında enerji sahəsində əməkdaşlığı da yüksək qiymətləndirdiklərini söyləyib.
Milli Məclisin sədri Sahibə Qafarova öz növbəsində Azərbaycanla İspaniya arasında bir sıra sahələrdə əməkdaşlığın uğurlu inkişafını qeyd edib, o cümlədən iqtisadi sahədə müsbət əməkdaşlıq təcrübəsinin mövcud olduğunu söyləyib. Spiker Sahibə Qafarova bir sıra digər sahələrdə də əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.
Sahibə Qafarova son dövrlərdə siyasi əlaqələrin inkişafında müsbət dinamikanın müşahidə olunduğunu bildirərək, İspaniya Krallığı Hökumətinin sədri Pedro Sançezin COP29 çərçivəsində Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü və bu görüş zamanı əlaqələrin inkişafı üzrə əldə olunmuş razılıqları qeyd edib.
Senatın sədri Pedro Rollan da COP29-da iştirak etmək məqsədilə İspaniya Krallığı Hökumətinin sədri Pedro Sançezlə yanaşı, senat üzvlərinin də Azərbaycana səfər etdiklərini xatırladaraq, senatorların bu mühüm beynəlxalq tədbirin möhtəşəm təşkilini, eyni zamanda, Azərbaycan cəmiyyətinin dinamikliyini müşahidə etdiklərini söyləyib.
Söhbət zamanı spiker Sahibə Qafarova parlamentlər arasında əməkdaşlığın inkişafının əhəmiyyətini vurğulayıb. Bu çərçivədə parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin önəmi diqqətə çatdırılıb. Görüşdə, eyni zamanda, parlament komitələri arasında əməkdaşlığın qurulması barədə də fikir mübadiləsi aparılıb.



Söhbət zamanı ölkələr arasında humanitar sahədə əməkdaşlıq məsələləri də nəzərdən keçirilib. Təhsil, mədəniyyət sahəsində əlaqələrin xalqlarımızı bir-birinə daha da yaxınlaşdırdığı qeyd edilib. Pedro Rollan Azərbaycanda ispan dilinə göstərilən maraq və diqqətə görə təşəkkürünü ifadə edib. Görüşdə multikultural dəyərlərə hörmətin Azərbaycanla İspaniyanı birləşdirən xüsusiyyətlərdən biri olduğu da vurğulanıb.
Qeyd edək ki, görüşdən əvvəl spiker Sahibə Qafarova xatirə kitabını imzalayıb. Həmçinin, Azərbaycan parlament nümayəndə heyəti İspaniya Krallığı Senatının plenar iclas zalı ilə tanış olub.
19-05-2025, 19:07
4 ay əvvəl seçilən bələdiyyə sədri işdən çıxdı


4 ay əvvəl seçilən bələdiyyə sədri işdən çıxdı

Bu ilin yanvar ayında formalaşmış Sumqayıt Şəhər Bələdiyyəsinin sədri dəyişib.
Orxan Adıgözəlzadə Bələdiyyə sədrliyindən çıxıb.
O, fəaliyyətini Bələdiyyə sədrinin müavini vəzifəsində davam etdirəcək. Sumqayıtın yeni Bələdiyyə sədri isə Xudadatov Adil Şirindil oğlu seçilib.
Qeyd edək ki, Orxan Adıgözəlzadə 44 günlük "Vətən müharibəsi" iştirakçısıdır. O, "Şuşanın azad olunmasına görə," Xocavəndin azad olunmasına görə"," Füzulinin azad olunmasına görə "," Zəfər " və" Vətən müharibəsi iştirakçısı "medalları ilə təltif edilib.
Adil Xudadatov isə daha əvvəllər Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri vəzifəsində çalışıb.
19-05-2025, 18:43
Dağıstan silkələndi


Dağıstan silkələndi

Dağıstanın cənubunda zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələ 4,0 bal gücündə olub.
Zəlzələ ocağı 10 km dərinlikdə, episentri təxminən 600 min insanın yaşadığı Mahaçqaladan 122 km cənub-şərqdə olub.
19-05-2025, 18:20
Bakının mərkəzində söküntü başlayır - nə qədər kompensasiya veriləcək...


Bakının mərkəzində söküntü başlayır - nə qədər kompensasiya veriləcək...

Bakının mərkəzində yeni söküntü başlayır, yerində park salınacaq.
Paytaxtın Yasamal rayonunda, Təzə Pir məscidinin tinindən Daxili İşlər Nazirliyinin (DİN) və Baş Prokurorluğun binalarına qədər olan ərazilər sökülüb Mərkəzi Parka birləşdiriləcək.
Hazırda ərazidə yaşayan sakinlər və obyekt sahibləri ilə danışıqlar aparılır. Söküntü Təzə Pir məscidinin tinindən yuxarıda 199 nömrəli məktəb (Süleyman Tağızadə, Mirzə Fətəli Axundov, Lev Tolstoy, Murtuza Muxtarov, Rza Quliyev küçəsi, Nizami, Zərgərpalan, Həzi Aslanov, Əli Quliyev, Bəşir Səfəroğlu, Vidadi, Çingiz Mustafayev küçələri), sol tərəfdə isə Nizami küçəsinin bir hissəsini əhatə etməklə DİN və Baş Prokurorluğun binalarına qədər olan ərazidə aparılacaq.
Söküntüdən sonra ərazidə hər hansı başqa yaşayış, qeyri-yaşayış binalarının tikintisi nəzərdə tutulmayıb və Mərkəzi Parka birləşdiriləcək.
Söküləcək evlərin hər kvadratına görə 2700 manat, qeyri-yaşayış obyektlərinin hər kvadratına görə 3000 manat kompensasiya ödəniləcək. Maliyyələşməni Maliyyə Nazirliyi həyata keçirəcək.
Hazırda əsas problem kvadratı az olan mənzillərlə bağlıdır. Söküntü aparılacaq ərazidə xeyli sayda 15-25 kvadratmetrlik evlər var. Hökumətdə qəbul edirlər ki, onların sahiblərinə ödənilən kompensasiya ilə Bakıda yeni mənzil sahibi olmaq mümkün deyil. Ona görə də vəziyyətdən çıxış yolları axtarılır.
Məlumata görə, məsələyə Nazirlər Kabinetində baxılır və kvadratı az olan evlərlə bağlı vahid tarif hazırlanır. Qurumun yaxın vaxtlarda söküntü zamanı az kvadratlı (20-25-30) evlərə ödənilən kompensasiya məbləği ilə bağlı qərar verməsi gözlənilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!