Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                       
7-07-2025, 15:40
Sərhəddə sığorta müqaviləsinin rəsmiləşdirilməsi asanlaşdı


Sərhəddə sığorta müqaviləsinin rəsmiləşdirilməsi asanlaşdı

İcbari Sığorta Bürosu xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri üçün sərhəd sığorta müqavilələrinin rəsmiləşdirilməsini asanlaşdırmaq üçün yeni www.tpl.az onlayn platformasını istifadəyə verib.
Yeni sistemin yaradılmasında məqsəd sərhəd-keçid məntəqələrində yerində sığortalama ilə bağlı yaranan gecikmələrin və sıxlığın qarşısını almaq, eləcə də xidməti daha əlçatan və operativ şəkildə təqdim etməkdir.
Yeni sistem istifadəçilərə sərhəd sığorta müqaviləsini ölkəyə daxil olmazdan əvvəl onlayn şəkildə əldə etməyə imkan yaradır. Bunun üçün istifadəçi platforma üzərindən zəruri məlumatları daxil edir, sığorta şirkətləri arasından seçim edir və elektron qaydada ödənişi həyata keçirir.
Platformanın əsas üstünlükləri:

• Sürətli və rahat onlayn rəsmiləşdirmə imkanı;

• İstifadəçinin rahatlığına uyğunlaşdırılmış funksionallıq

• Sığorta şirkətləri arasında seçim imkanı;

• Müqavilənin real vaxt rejimində yoxlanılması.

Yeni platformanın fəaliyyəti ilə bağlı xarici vətəndaşların maarifləndirilməsi istiqamətində işlərə başlanılıb.
Platforma Azərbaycan qanunvericiliyinə uyğun olaraq hazırlanıb və ölkənin rəqəmsal transformasiya siyasətinə töhfə verməklə xidmət keyfiyyətinin yüksəldilməsinə yönəlib.
7-07-2025, 15:12
Mənim etmədiyimi Paşinyan Ermənistanda etdi - Saakaşvili


Mənim etmədiyimi Paşinyan Ermənistanda etdi - Saakaşvili

Cənubi Qafqazda baş verənlər Rusiyanın Ukraynada zəifləməsinin birbaşa nəticəsidir.
Bunu Gürcüstanın hazırda həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili sosial şəbəkədə yazıb.
“Uğursuz müharibədən sonra 2011-2012-ci illərdə mənim etmədiyimi Paşinyan Ermənistanda etdi, erməni İvanişvilini - milyarder Karapetiani həbs etdi. Paşinyan rəsmi olaraq Avropa İttifaqına üzvlük üzrə kurs keçdi”, - Saakaşvili bildirib.
"Bakı NATO ilə əməkdaşlığa başlayıb, Azərbaycan Rusiyanı birbaşa təhdid kimi görür və siyasi, iqtisadi, mədəni məkanını Rusiya təsirindən təmizləmək üçün fəal addımlar atır. Bundan əlavə Azərbaycan və Ermənistan yaxınlığı başlayıb ki, bu da Rusiyaya ən ağır zərbədir.
Bu vəziyyətdə Gürcüstan tam bir anomaliyadır”, - eks-prezident qeyd edib.
Saakaşvilinin sözlərinə görə, gürcü cəmiyyəti İvanişviliyə və onun komandasına nifrət edir:
"Bu vəziyyətdə həmişə anlayırıq ki, belə davam edə bilməz və "nəsə olacaq". Ancaq başa düşməliyik ki, bu "nəsə" öz-özünə baş verə bilməz.
Cəmiyyətin fəal hissəsi təşəbbüs göstərməli və eyni dairədə gəzməyi dayandırmalıdır. Geosiyasi proseslər bizə çox kömək edir, amma bizim də itirməyə vaxtımız yoxdur.
Liderlərin çatışmazlığı qarşısında özünü təşkilatçılıq yeganə düzgün həll yoludur”.
7-07-2025, 15:04
Abşeron kanalında meyit tapıldı


Abşeron kanalında meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən "112" qaynar telefon xəttinə Abşeron magistral kanalının Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsindən keçən hissəsində suyun üzərində aşkarlanan bir nəfər kişi meyitinin götürülməsi ilə bağlı müraciət daxil olub.
Müraciətlə əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
7-07-2025, 14:48
Saakaşvili Ukrayna vətəndaşı olduğu üçün əfv edilmir


Saakaşvili Ukrayna vətəndaşı olduğu üçün əfv edilmir

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili hazırkı Gürcüstan Prezidenti Mixail Kavelaşvilinin təklif etdiyi siyasi opponentlərin əfvi kontekstində əfv edilməyəcək.
Bu barədə bu gün keçirilən brifinqdə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.
Onun sözlərinə görə, əfv Saakaşviliyə şamil edilmir, çünki o, Ukrayna vətəndaşıdır.
"Ukrayna vətəndaşının Gürcüstanda seçkilərdə iştirakı yolverilməzdir", - Ş.Papuaşvili vurğulayıb.
Xatırladaq ki, səkkiz gürcü müxalifət partiyasının lideri parlamentin müvəqqəti istintaq komissiyasının iclasına ifadə vermək üçün gəlməkdən imtina etdiklərinə görə məhkəmə tərəfindən yeddi-səkkiz ay müddətinə həbs olunublar.
Ötən həftə M.Kavelaşvili bildirib ki, əgər onlar ərizə ilə Prezidentə müraciət etsələr və oktyabrda keçiriləcək yerli seçkilərdə iştirak etsələr, bu siyasətçiləri əfv etməyə hazırdır.
7-07-2025, 14:20
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı


Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı

Azərbaycanlı tələbə Almaniyada ölü tapılıb.
Birinci kurs tələbəsi Kənan Camal oğlu Səfərov iyulun 5-də Münhendə yaşadığı evdə ölü tapılıb.
Almaniyada yaşayan Azərbaycan vətəndaşı Mirnatiq Mirsultanov Apa-ya açıqlamasında deyib ki, Kənan Səfərov 6 aydır Almaniyaya gəlib və həm təhsil alıb, həm də diş həkimi köməkçisi kimi çalışıb.
O, iyulun 5-də işə getmədiyi üçün yaşadığı ünvana adam göndərilib, qapını döysələr də, açan olmayıb, mənzilə pəncərədən daxil olublar və döşəmənin üzərində Kənan Səfərovun meyitini aşkarlayıblar.
Meyitin üzərində hər hansı zorakılıq əlaməti olmayıb.
Onun qida zəhərlənməsindən və ya digər başqa səbəbdən ölümü araşdırılır.
Hüquq-mühafizə orqanlarına məlumat verilib, cənazənin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır.
7-07-2025, 14:13
Prezident bu instituta yeni rektor təyin etdi


Prezident bu instituta yeni rektor təyin etdi

Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna yeni rektor təyin edilib.
Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazim Adil oğlu Pənahov Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru təyin edilib.
7-07-2025, 13:57
İşğaldan əvvəl zəng vurub deyirdilər çıxın gedin, Qarabağ Ermənistana birləşdirilməlidir - Kərgicahan sakini


İşğaldan əvvəl zəng vurub deyirdilər çıxın gedin, Qarabağ Ermənistana birləşdirilməlidir - Kərgicahan sakini

İyulun 7-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs - Kərkicahan qəsəbəsinin sakini Dərgah Haqverdiyev 1987-ci ildən etibarən Xankəndi şəhərində yaşayan erməniəsilli şəxslər tərəfindən azərbaycanlı əhaliyə qarşı milli ayrı-seçkilik zəminində təzyiqlər başlandığını bildirib.
O, Robert Koçaryanın (Ermənistanın keçmiş prezidenti – red.) bu proseslərdə fəal olduğunu vurğulayıb.
D.Haqverdiyev 1988-ci ilin fevral ayından sonra ermənilərin azərbaycanlıları aşkar şəkildə qovmağa başladığını, həmin ilin sentyabr ayında Xankəndi şəhərində yaşayan azərbaycanlıların fərdi yaşayış evlərinin yandırıldığını bildirib. Həmin vaxt Xankəndi şəhərinin mərkəzi meydanında ermənilər tərəfindən keçirilən mitinqdən sonra silahlı ermənilər Kərkicahan qəsəbəsinə hücum edib, bir neçə evi yandırıblar.
Zərərçəkmiş bildirib ki, 1991-ci ildən başlayaraq Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayda xidmət edən erməniəsilli hərbçilərin iştirakı ilə, həmin alayın silahlarından, texnikalarından istifadə etməklə qəsəbə atəşə tutulub. Dekabrın 28-də isə kəndə hücuma keçən ermənilər Kərkicahanı işğal edib. Həmin vaxt azərbaycanlılara məxsus bütün evlər yandırılıb.
“İşğaldan əvvəl zəng vurub bizi təhqir edirdilər, deyirdilər çıxın gedin, Qarabağ Ermənistana birləşdirilməlidir, burada ancaq ermənilər yaşamalıdır. Hücum edəndə isə qışqırıb deyirdilər ki, azərbaycanlılar rədd olub getməlidir, bura Ermənistan ərazisidir”, - deyə zərərçəkmiş şəxs bildirib.
O, əlavə edib ki, işğal zamanı əhali çox çətinliklə meşə yolu ilə kənddən çıxaraq Şuşa şəhərinə gedib. İşğala kimi Kərkicahan qəsəbəsində əhalinin sayı 1796 nəfər olub. Kərkicahan qəsəbəsində işğaldan əvvəl azərbaycanlılara məxsus 350 fərdi yaşayış evi, orta məktəb binası və s. olub.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
7-07-2025, 13:49
Moskva ilə Bakı tərəfdaş və müttəfiq olaraq qalmalıdır - Peskov


Moskva ilə Bakı tərəfdaş və müttəfiq olaraq qalmalıdır - Peskov

Rusiya diplomatları Azərbaycan tərəfi ilə daim əlaqə saxlayır və saxlanılan rusların maraqlarını müdafiə edirlər,
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov RİA Novosti-yə deyib.
Peskov Rusiya ilə Azərbaycan arasında dialoqun səviyyəsi ilə bağlı sualı cavablandırarkən deyib:
“Səfirliklərimiz və diplomatik idarələrimiz Azərbaycan tərəfi ilə daimi təmasdadır və saxlanılan rusiyalıların maraqlarını müdafiə edir, qanunun verdiyi bütün imkanlardan və mövcud diplomatik təcrübədən istifadə edir”.
Onun sözlərinə görə, Rusiya Federasiyasının İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin və Rusiya Federasiyasının baş prokuroru İqor Krasnov Azərbaycanın baş prokuroru Kamran Əliyevlə əlaqə saxlayırlar.
O qeyd edib ki, ikitərəfli münasibətlərin ümumi ruhuna uyğun gəlmək üçün yaranan problemlər şübhəsiz ki, konstruktiv şəkildə həll edilməlidir. Peskov əlavə edib ki, Moskva və Bakı tərəfdaş və müttəfiq olaraq qalmalıdır. "Biz tərəfdar olaraq qalırıq. Hesab edirik ki, məntiq yalnız bir şeyi deyir: Rusiya və Azərbaycan ən yaxın tərəfdaşlar, müttəfiqlər və ortaq tarix, ümumi bu gün və ümumi gələcəklə birləşən ölkələrdir və belə də qalmalıdır".
7-07-2025, 13:16
"Sumqayıt"a yeni baş məşqçi təyin olundu


"Sumqayıt"a yeni baş məşqçi təyin olundu

"Sumqayıt" futbol komandası yeni baş məşqçisi Saşa İliçin təyinatını açıqlayıb.
Bu barədə "gənclik şəhəri" təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Saşa İliç son olaraq Rusiyada "Pari NN" komandasında işləyib.
7-07-2025, 12:47
Sabah 35 dərəcə isti olacaq


Sabah 35 dərəcə isti olacaq

İyulun 8-də Azərbaycanda əsasən havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, iyulun 7-dən 8-nə keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-70 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturugecə 20-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 5-10° isti, gündüz 18-23° isti olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!