Türkiyədə təyyarə qəzası - yaralılar var .....                        Kollektorda ata və oğul boğuldu .....                        Tramp Medvedevin sözlərinə görə atom sualtı qayıqları göndərir .....                        Can Azərbaycana böhtan atan siz deyildinizmi? - Ərdoğan .....                        Azərbaycanda klinika direktoru bütün orqanlarını bağışladı .....                        Azərbaycanda yeni nazir müşaviri TƏYİN EDİLDİ .....                        "Qırmızı Xaç" Azərbaycanı tərk edir - Tarix MƏLUM OLDU .....                        Avtomobilini qəsdən yandıran şəxs həbs olundu .....                        Əli Əsədov nazirləri topladı: tapşırıqlar verildi .....                       
Dünən, 23:35
Türkiyədə təyyarə qəzası - yaralılar var


Türkiyədə təyyarə qəzası - yaralılar var

Türkiyədə özəl şirkətə məxsus təlim təyyarəsi qəzaya uğrayıb.
Hadisə Adana şəhərində qeydə alınıb.
Hadisə nəticəsində pilot və ekipajın daha bir üzvü isə ağır yaralanıb.
Onlar xəstəxanaya yerləşdiriliblər.
Qəzanın səbəbi məlum deyil.
Dünən, 22:37
Kollektorda ata və oğul boğuldu


Kollektorda ata və oğul boğuldu

Baş Şirvan kollektorunda iki nəfər boğulub.
Hadisə kollektorun Şirvan şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Suda ata və övladının boğulduğu bildirilir.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Dünən, 22:19
Tramp Medvedevin sözlərinə görə atom sualtı qayıqları göndərir


Tramp Medvedevin sözlərinə görə atom sualtı qayıqları göndərir

“Rusiyanın sabiq prezidenti, hazırda Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının sədr müavini olan Dmitri Medvedevin son dərəcə təxribat xarakterli bəyanatlarına əsaslanaraq, bu axmaq və qızışdırıcı bəyanatların real addıma çevrilməsi halına qarşı müvafiq regionlarda iki atom sualtı qayığının yerləşdirilməsi üçün göstəriş vermişəm.”
Bu sözləri ABŞ prezidenti Donald Tramp sosial media hesabında bildirib.
“Sözlər çox vacibdir və çox vaxt gözlənilməz nəticələrə səbəb ola bilər. Ümid edirəm ki, bu, o hallardan biri olmayacaq.”, - deyə Tramp əlavə edib.
Dünən, 21:51
Can Azərbaycana böhtan atan siz deyildinizmi? - Ərdoğan


Can Azərbaycana böhtan atan siz deyildinizmi? - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib hökumətinə qarşı irəli sürülən ittihamlara sərt cavab verib.
O, çıxışında xüsusilə Yaxın Şərqdə baş verən hadisələrə toxunub..
“Bizim Fələstinlə bağlı həssaslığımızı sorğulamaq kimin nə haqqıdır? Dünən öz torpaqlarını müdafiə edən Qəzzə sakinlərinə "terrorçu" deyən siz deyildinizmi?” - deyə Ərdoğan bildirib.
O, illərlə Suriyada davam edən qanlı müharibə və insanlıq faciələrinə də toxunub: “1 milyon insan qətlə yetirilərkən, suriyalı qardaşlarımız zülm görərkən harada idiniz? Hələb, Dəra, Hums və Hamada günahsız insanların üzərinə varil bombaları yağdırılanda niyə səsiniz çıxmadı?”
Ərdoğan Qarabağ məsələsinə toxunaraq bəzi çevrələrin Azərbaycana qarşı ittihamlarını da xatırladıb: “Qarabağ azadlıq uğrunda mübarizə apararkən, işğalçıların təbliğatını tirajlayaraq Can Azərbaycana böhtan atan siz deyildinizmi?”
Prezident bildirib ki, hökumət üzvlərinə qarşı səviyyəsiz ifadələr işlədənlər nə edirlərsə etsinlər, bu kampaniyalarla nəticə əldə edə bilməyəcəklər: “Nazirlərimizə dil uzadaraq, bizə qara yaxa bilməyəcəksiniz. Türk xalqının bu coğrafiyada yenidən ayağa qalxmasına, qardaşları ilə kucaqlaşmasına mane ola bilməyəcəksiniz. Siz istəsəniz də, istəməsəniz də tarix bizim haqlı və dik duruşumuzu yazır. Türkiyənin apardığı bu çətin mübarizə inanan qəlblərdə iftixarla yaşayır.”
Dünən, 20:09
Azərbaycanda klinika direktoru bütün orqanlarını bağışladı


Azərbaycanda klinika direktoru bütün orqanlarını bağışladı

Yeni Klinikanın direktoru Barat Yusubov bütün orqanlarını bağışlayıb.
O, həyatının ən önəmli qərarını verdiyini bildirib.
“Bu gün bəlkə də hayatımın ən önəmli qərarını verdim – bütün orqanlarımı bağışladım. İnanılmaz sevincliyəm çünki ölümümlə kimlərəsə həyat bəxş edəcəm”, – deyə Barat Yusubov qeyd edib.
Qeyd edək ki, hazırda Azərbaycanda 910 nəfər orqan transplantasiyası (böyrək, qaraciyər, sümük iliyi və buynuz qişasının transplantasiyası) üçün növbədədir. Bu barədə Səhiyyə Nazirliyi Orqan Donorluğu və Koordinasiya Mərkəzindən bildirilib.
Məlumata əsasən, onlardan 298-i böyrək, 123-ü qaraciyər, 464-ü sümük iliyi, 25 nəfəri isə buynuz qişa transplantasiyası üçün növbə gözləyir.

Dünən, 19:40
Azərbaycanda yeni nazir müşaviri TƏYİN EDİLDİ


Azərbaycanda yeni nazir müşaviri TƏYİN EDİLDİ

Kənd təsərrüfatı naziri Məcnun Məmmədova yeni müşavir təyin edilib.
Bu vəzifə Pərviz Yusifova həvalə olunub.
Qeyd edək ki, P.Yusifov bundan öncə "Agro Food Investments" MMC-nin törəmə şirkəti olan "GrandAgro-Invitro" MMC-nin baş icraçı direktoru vəzifəsində işləyib.
Dünən, 18:55
Gülgəz Nur yazır: Qayalarla üz-üzə...

Qayalarla üz-üzə...

"...küləklər talayar, dalğalar yalayar...
qış olar, yaz olar qara, boz qayalar..."

(ANAR)

Qaya kimi mətin... qaya qədər susqun... qaya misalı əzəli, əbədi... Kim qoyub bu yükü məhvərini yerin ta təkindən alan qayaların üzərinə? Ümumiyyətlə, bu məsuliyyət yükü təqdir olunandırmı? Qayanın həyati inikası varmı? Onun əsl missiyası nədən ibarətdir? Suallar çox və tale yüklüdür. Mənə görə isə qayalar dağların sələfi, onların tarixi sədası, ruh yoldaşıdır. Sanki ərköyün balasının daşlaşmış, qoruyucu mələyi, nigaran baxışlı Anası, pasibanı, həm də sabahının sükuta dönüşmüş əks-sədasıdır. Onlara rast gəlinən yerlərə diqqət etsək, görərik ki, ya nəhrlərin astanası, ya da zamanında çağlayan, indi isə artıq quraqlaşmış kimi görünən məkan aşırımlarıdır ünvanları. Demək ki, qayalar dəryaların əzəli və əbədi mirvarisi, təmənna tanımayan bir eşqlə baxan bəbəkləridir. Qayaların zirvəsi də missiyası qədər möhtəşəmdir... fəqət... bütün tarixləri üstələyən və dünyanın özü ilə rəqabətə çıxmağa qadir addımlarının ətrafı İnsan oğlu üçün təhlükəli, aldanış doludur. Nədir bu təhlükə? Əbədiyyən Dərya Sonası ilə iltifatda olan qayaların açıq qucağı əsasən və əksərən sahildə olsa da, göz qapaqlarının altı uçurumlu və dərindir. Bu da amansız suların onların köksünü sanki durmadan ovundurmağa və... aşındırmağa çalışmasındandır, şübhəsiz. Bəli, bu -- Dərya-Qaya sevgisi... əhd-peymanı... arxadaşlığıdır. Bunun heç bir halda təbiətən arxasına arxa çevirən insan amilinə şans verəcək bir vergülü, nidası yoxdur. Bu üzdən, təbiətin təbi, ruhu onunla həmahəng döyünənçün ana məhəbbətli, cəngi-cidala çıxmağa hazır olan üçün isə konkret, hətta amansızdır. Sənsə, İnsan Oğlu, o susqun ruhlu daşları sev, onları duymağa, anlamağa çalış. Sev ki təbin təbiətdən, ruhun aləmdən ayrı düşməsin. Belə olarsa, bütün yollar sənə, sən isə dünyanın Özünə ismarlanarsan.

Gülgəz NUR
Dünən, 18:44
"Qırmızı Xaç" Azərbaycanı tərk edir - Tarix MƏLUM OLDU


"Qırmızı Xaç" Azərbaycanı tərk edir - Tarix MƏLUM OLDU

Avqustun 1-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) missiyası yekunlaşan Azərbaycan Nümayəndəliyinin rəhbəri Draqana Koyiçi ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
XİN-dən bildirilib ki, nazir Ceyhun Bayramov xanım Draqana Koyiçə Azərbaycanda fəaliyyəti müddətində əməkdaşlığın inkişafı istiqamətində göstərdiyi səylərə görə təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Tərəflər görüşdə BQXQ-nın ölkəmizdəki son 33 illik fəaliyyəti, Azərbaycanla-Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, mina təhdidi, itkin düşmüş şəxslərin aqibəti kimi məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə qarşı tərəf Azərbaycan Hökuməti tərəfindən təşkilatın fəaliyyətinə göstərilən dəstəyə və əməkdaşlığa görə məmnunluğunu ifadə edib.
Nümayəndəliyin fəaliyyətini cari ilin sentyabr ayının əvvəli dayandırmasından sonra da BQXQ ilə Cenevrədə yerləşən baş qərargah vasitəsilə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Dünən, 18:33
Avtomobilini qəsdən yandıran şəxs həbs olundu


Avtomobilini qəsdən yandıran şəxs həbs olundu

İyulun 27-də Sabunçu rayonu ərazisində paytaxt sakininə məxsus “VAZ-2109” markalı avtomobilin yanması barədə polisə məlumat daxil olub.
DİN-dən verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə avtomobilini qəsdən yandırılması müəyyən olunub. Həmin əməli törətməkdə şübhəli bilinən Məmməd Cabarov və əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş Ruslan Xəmmədov saxlanılıblar.
Onlar ifadələrində nəqliyyat vasitəsini qaçırmaq istədiklərini, lakin niyyətlərinin baş tutmadığını görüb, avtomobili qəsdən yandırdıqlarını bildiriblər.
Faktla bağlı araşdırma aparılır.
Dünən, 18:15
Əli Əsədov nazirləri topladı: tapşırıqlar verildi


Əli Əsədov nazirləri topladı: tapşırıqlar verildi

İqtisadi Şuranın növbəti iclası keçirilib, büdcə-vergi siyasəti müzakirə olunub
İqtisadi Şuranın növbəti iclası keçirilib, büdcə-vergi siyasəti müzakirə olunub
İqtisadi Şuranın avqustun 1-də növbəti iclası keçirilib, büdcə-vergi siyasəti müzakirə olunub.
Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, İqtisadi Şuranın sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində “2026-cı il və sonrakı üç il üçün dövlət və icmal büdcələrinin proqnozları”nın hazırlanması üçün mühüm əhəmiyyət kəsb edən büdcə-vergi siyasəti, “Azərbaycan Respublikasının Vergi Məcəlləsi”nə ediləcək dəyişikliklər və cari iqtisadi məsələlər yer alıb.
Gündəlikdə olan məsələlər üzrə maliyyə naziri Sahil Babayevin, iqtisadiyyat naziri Mikayıl Cabbarovun və əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin təklifləri dinlənilib və İqtisadi Şuranın üzvləri tərəfindən müzakirələr aparılıb.
İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla aidiyyəti dövlət orqanlarına müvafiq tapşırıqlar verilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!