Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
1-08-2025, 18:08
AFFA-nın mətbuat katibi işdən çıxdı


AFFA-nın mətbuat katibi işdən çıxdı

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsində struktur dəyişikliyi həyata keçirilib.
AFFA-dan verilən məlumata görə, şöbə rəisi Elnur Məmmədli ilə əməkdaşlığa yekun vurulub
Ona fəaliyyət dövründə göstərdiyi xidmətlərinə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.
Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri vəzifəsinin icrası müvəqqəti olaraq Murad Axundova həvalə olunub.
1-08-2025, 17:42
7 avqustdan sonra hər şey dəyişəcək - Dünya Trampın bu qərarından danışır


7 avqustdan sonra hər şey dəyişəcək - Dünya Trampın bu qərarından danışır

ABŞ Prezidenti Donald Trampın imzaladığı yeni tarif qərarı 7 avqust gecədən etibarən qüvvəyə minəcək.
Qərar 70-ə yaxın ölkəni əhatə edir və ABŞ Gömrük və Sərhəd Xidmətinə dəyişiklikləri tətbiq etmək üçün bir həftəlik texniki hazırlıq müddəti verilib. Yeni rejimə əsasən, ABŞ-a daxil olan məhsullara tətbiq ediləcək minimal tarif 10% təşkil edəcək. Ən yüksək tarif isə 41 faizlə Suriya üçün nəzərdə tutulub.
Trampın tariflərə dair sərəncamı bazarlarda ani reaksiya doğurub.
ABŞ dolları möhkəmlənib, neft qiymətləri artıb, Asiya birjaları isə itkilərlə bağlanıb. CNN yazır ki, yeni sistemdə ölkələr üç əsas qrupa bölünüb. Belə ki, ABŞ-ın ixracının idxalı üstələdiyi ölkələrə 10%-lik baza tarifi, kiçik ticarət kəsiri olan 40-a yaxın ölkəyə 15%-lik tarif, ticarət sazişi olmayan və ya ciddi kəsir yaranan ölkələrə isə daha yüksək tariflər tətbiq olunacaq.
Açıqlanan siyahıda Rusiya yer almayıb. Maliyyə naziri Skott Bessentin sözlərinə görə, ABŞ-ın Rusiya ilə rəsmi ticarət əlaqələri olmadığı üçün bu ölkəyə tarif tətbiq olunmur. Kanada isə gözlənilən 25% əvəzinə 35%-lik tariflə qarşılaşıb, amma bu addım Kanadanın valyutasına ciddi təsir etməyib.
Ekspertlər deyir ki, Avropadan idxal edilən dərman preparatlarının qiymətinin artacağı gözlənilir. Cənubi Koreya isə Tramp administrasiyası ilə razılaşaraq əvvəl planlaşdırılan 25% yerinə 15%-lik tarif əldə edib. Bu tarif həm də Cənubi Koreya avtomobillərinə şamil ediləcək. "Hyundai Motor" isə cavab olaraq ABŞ-da 21 milyard dollarlıq sərmayə yatıracağını və Corciya, Alabama və Luizianada istehsal güclərini artıracağını açıqlayıb.

Yeni dünya ticarəti

"Reuters"in analitikləri qeyd edirlər ki, Trampın bu addımı "yeni qlobal ticarət rejiminin başlanğıcı" ola bilər. Hərçənd ki, tariflərin siyahısı və rəqəmləri açıqlansa da, onların arxasında yatan məntiqin qeyri-şəffaf qalması vurğulanır.
Agentlik qeyd edir ki, bu siyasət Tramp administrasiyası üçün siyasi cəhətdən qələbə sayıla bilər, lakin ekonomik baxımdan ciddi nəticələr doğuracaq. Bura qiymət artımı (inflyasiya), tədarük zəncirlərinin pozulması, ixracat və idxalat balanslarının dəyişməsi və qlobal iqtisadi artımın ləngiməsi daxildir.
Ekspertlərin fikrincə, Trampın bu addımı yalnız Birləşmiş Ştatlar üçün deyil, bütün dünya üçün yeni iqtisadi mərhələnin başlanğıcı ola bilər. Tariflər vasitəsilə ticarət tərəfdaşlarına təzyiq göstərmək siyasəti əvvəlki dövrlərdə də sınaqdan çıxıb, lakin bu dəfə daha təşkilatlanmış və miqyasca böyük paket tətbiq edilir.
İstər Avropa dərmanları, istərsə də Asiya texnologiyaları üçün bu qərarlar qiymət artımı, bazar daralması və iqtisadi strategiyaların yenilənməsi deməkdir...
1-08-2025, 17:36
İstanbulda üçtərəfli zirvə görüşü - FOTO


İstanbulda üçtərəfli zirvə görüşü - FOTO

İstanbulda Türkiyə-İtaliya-Liviya üçtərəfli zirvə görüşü keçirilir.
Görüş Dolmabağça sarayında təşkil edilib.
Danışıqlar çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın Baş naziri Giorcia Meloni və Liviyanın hökumət başçısı Abdulhamid Dibeybe ilə görüş keçirib.



1-08-2025, 17:16
Putindən Trampa üstüörtülü mesaj - Əgər kimsə məyus olubsa...


Putindən Trampa üstüörtülü mesaj - Əgər kimsə məyus olubsa...

Rusiya Prezidenti Vladimir Putin Moskvanın Ukrayna ilə daha çox sülh danışıqları aparmaq istədiyini bildirib, lakin müharibənin gedişatının Rusiya üçün əlverişli olduğunu vurğulayıb.
Putin bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə birlikdə Ladoga gölündə yerləşən məşhur Valaam monastırında görüş zamanı danışıb.
Rusiya televiziyası liderlərin ibadət zamanı şam yandırdığını və monaxlarla görüşdüyünü də yayımlayıb.
Putinin bu çıxışı ABŞ Prezidenti Donald Trampın ultimatumundan sonraya təsadüf edib. Tramp bəyan edib ki, əgər Rusiya avqustun 8-dək 3,5 ildir davam edən müharibəyə son qoymasa, Kremlə və onun enerji məhsullarını alan ölkələrə, xüsusilə Çin və Hindistana qarşı yeni sanksiyalar tətbiq olunacaq.
Putin Trampın xəbərdarlığına birbaşa toxunmasa da, İstanbuldakı danışıqlar çərçivəsində keçirilmiş üç görüşün müəyyən müsbət nəticələr verdiyini və danışıqların davamını gözlədiklərini bildirib:
“Əgər kimsə məyus olubsa, bu, şişirdilmiş gözləntilərin nəticəsidir. Əsas məsələ məsələni sakit və detallı şəkildə müzakirə etməkdir, bu da açıq arenalarda deyil, danışıqlar masasının sakitliyində baş verməlidir.”
Putin Rusiyanın cəbhənin bütün xətti boyunca hücumda olduğunu və təşəbbüsün öz əllərində olduğunu bildirib. Müdafiə Nazirliyinin açıqlamasına istinad edən Putin Rusiya qüvvələrinin 16 ay davam edən döyüşlərdən sonra Çasov Yar şəhərini ələ keçirdiyini söyləyib. Ukrayna tərəfi isə bu məlumatı təkzib edir və şəhərin tam nəzarətdə olmadığını bildirir.
Ukrayna Prezidenti Volodimir Zelenski bir daha Putinə birbaşa görüş təklif edib: “Rusiya ilə sülh üçün qərarı kimin verə biləcəyini biz də, dünya da anlayır. Biz bu müharibənin bitməsini istəyirik və Putinlə üz-üzə danışıqlara hazırıq.”
Zelenski həmçinin qeyd edib ki, ABŞ bu təşəbbüsü dəstəkləyir və Ukrayna bu təklifi qəbul edib, indi yalnız Rusiyanın razılığına ehtiyac var.
Kreml isə bu mövqeyə cavab olaraq bildirir ki, liderlərin görüşü yalnız əvvəlcədən razılaşdırılmış sənədlərin imzalanması üçün keçirilə bilər.
Putin sonda bildirib: “Biz uzunmüddətli və etibarlı sülh istəyirik, bu, həm Rusiya, həm Ukrayna, həm də bütün Avropa üçün təhlükəsizlik məsələsidir.”
1-08-2025, 16:31
Bu küçədə hərəkət məhdudlaşdırılır


Bu küçədə hərəkət məhdudlaşdırılır

Bakının Yasamal rayonunun Əbdürrəhim bəy Haqverdiyev küçəsinin Mətbuat prospektindən İnşaatçılar prospektinə qədər olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, sabah saat 08:00-dan avqustu 3-ü saat 22:00-a qədər nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
"Aparılacaq cari təmir işləri ilə əlaqədar olaraq, sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur", - deyə məlumatda qeyd olunub.
1-08-2025, 16:07
Qarabağa səfər edənlər "E-Polis"dən icazə ala bilərlər


Qarabağa səfər edənlər "E-Polis"dən icazə ala bilərlər

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşların rahatlığını və dövlət xidmətlərindən istifadədə məmnunluğunu artırmaq məqsədilə E-Polis mobil tətbiqi davamlı olaraq təkmilləşdirir.
Bu barədə DİN-dən məlumat verilib.
Bildirilib ki, artıq bu yeniliklər sayəsində işğaldan azad olunan bölgələrə səfərlərdə icazə prosesi daha sürətli və rahat təşkil olunur:
"Mobil tətbiqə yeni əlavə edilən funksiya vasitəsilə Qarabağa getmək üçün icazəni elektron qaydada ala bilərsiniz. Bunun üçün tətbiqə daxil olub ana səhifədəki “Qarabağa icazə” və ya “Xidmətlər” siyahısından “İşğaldan azad olunmuş ərazilərə buraxılış icazəsinin alınması” xanasını seçirsiniz. Açılan pəncərədə “Müraciət et” düyməsini sıxdıqdan sonra bildirişlərin sizə vaxtında çatması üçün əlaqə vasitələrinizi daxil edirsiniz. Növbəti mərhələdə səfər etmək istədiyiniz əraziləri və tarixləri seçirsiniz. Nəzərə alın ki, icazə maksimum 5 gün müddətinə verilir".
Məlumata görə, səfər zamanı istifadə edəcəyiniz avtomobilin dövlət qeydiyyat və şəhadətnamə nömrələri tətbiqə daxil edildikdən sonra nəqliyyat vasitənizdəki oturacaq yerindən asılı olaraq maksimum 9 nəfərin getməsinə icazə veriləcək:
"Onu da nəzərinizə çatdıraq ki, sərnişinlər həm yerli, həm də müvafiq sənədləri olan əcnəbi vətəndaşlar ola bilərlər. Ən sonda məlumatları yoxlayıb “Təsdiqlə” düyməsini sıxmaqla müraciətinizi tamamlaya bilərsiniz. Bildirişlər şəxsi elektron kabinetiniz varsa birbaşa ora, yoxdursa SMS vasitəsilə mobil nömrənizə göndəriləcək".

1-08-2025, 15:19
Azərbaycan qazı Suriyaya çatır


Azərbaycan qazı Suriyaya çatır

Sabahdan Azərbaycan təbii qazının Türkiyə ərazisindən keçərək Suriyaya ixracına başlanılacaq.
Türkiyənin Kilis şəhərində rəsmi tədbirlə ixrac prosesi başlaycaq.
“TRT Haber” telekanalının məlumatına görə, Azərbaycandan təbii qazın tədarükü sayəsində Suriya əhalisi sutkada on saat elektrik enerjisi ilə təmin olunacaq, halbuki bu gün suriyalıların evləri gündə cəmi 3-4 saat işıqlandırılır.
Telekanal xatırladır ki, uzunmüddətli silahlı münaqişə zamanı Türkiyə ilə Suriya arasında zədələnmiş qaz kəməri mayın sonunda bərpa edilib və bu, qonşu ölkəyə ildə 2 milyard kubmetrə qədər qaz nəql etməyə imkan verir.
“Azərbaycan qazının tədarükü Hələb əyalətindəki elektrik stansiyasına 1200 meqavata qədər elektrik enerjisi istehsal etməyə imkan verəcək ki, bu da Suriyada elektrik enerjisi istehsalını iki dəfə artıracaq”, -deyə telekanal diqqətə çatdırır.
Xatırladaq ki, bu ilin iyul ayında Suriya Prezidenti Əhməd Əl Şaraa Azərbaycana rəsmi səfər edib. Bundan əvvəl isə Antalya Diplomatiya Forumu çərçivəsində Prezident İlham Əliyevlə görüş keçirilib. Görüşlər zamanı Azərbaycan tərəfi Suriyanın münaqişədən sonrakı dövrdə inkişafına və bərpa-quruculuq proseslərinə töhfə verməyə hazır olduğunu bəyan edib.
Prezident İlham Əliyevin tapşırığına əsasən Baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də Xarici İşlər Nazirliyinin nümayəndələri Suriyada səfərdə olub, ölkənin iqtisadi dirçəlişinə Azərbaycanın göstərə biləcəyi dəstək imkanları müzakirə edilib.
1-08-2025, 14:05
Ali Məhkəmədən qalmaqallı məktəb direktoru barədə qərar


Ali Məhkəmədən qalmaqallı məktəb direktoru barədə qərar

Ali Məhkəmə Samux rayonu İnstitut qəsəbə tam orta məktəbinin işdən çıxarılan direktoru Gülsafa Abbasovanın iddiasını təmin etməyib.
Bu barədəbMÜTDA-dan xəbər verilib.
Qeyd edək ki, ötən il Samux rayonunun İnstitut qəsəbəsindəki məktəbdə bu il keçirilən "Son zəng" tədbirində kriminal xarakterli musiqinin ifa edilməsini əks etdirən görüntülər sosial şəbəkələrdə yayılmış və müzakirələrə səbəb olmuşdu. Bu səbəbdən direktor işdən kənarlaşdırılmışdı.
MÜTDA-nın “Son Zəng” tədbirlərinin keçirilməsi qaydalarını tənzimləyən təlimatın müvafiq bəndini (tədbirdə istifadə olunan musiqilərdə bayağı ifadələrin işlədilməməsi) pozduğuna görə agentliyin əmrinə əsasən Gülsafa Abbasova ilə bağlanmış əmək müqaviləsinə 24.06.2024-cü il tarixdə xitam verilib.
Məktəb direktoru qərarla razılaşmamış və məhkəməyə üz tutmuşdu.
1-08-2025, 13:59
İnformasiya agentliklərinə dair yeni tələblər qoyuldu


İnformasiya agentliklərinə dair yeni tələblər qoyuldu

İnformasiya agentliklərinə dair yeni tələblər müəyyənləşir.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Media haqqında" qanuna dəyişiklikdə əksini tapıb.
İnformasiya agentliyinin azı 20 (iyirmi) media subyekti ilə informasiya verilməsi (əldə edilməsi) haqqında müqaviləsi olmalı, azı 5 (beş) xarici ölkədə jurnalisti akkreditasiya olunmalı, həmçinin hər ay 20 (iyirmi) gün ərzində gündəlik dərc etdiyi kütləvi informasiyanın ümumi həcminin azı 80 (səksən) faizi bu Qanunun 60.5-ci maddəsində nəzərdə tutulan tələblərə cavab verməlidir.
Qeyd edək ki, qanunun 60.5-ci maddəsinə əsasən, onlayn media subyekti redaksiyaları) hər ay 20 (iyirmi) gün ərzində gündəlik azı 20 (iyirmi) kütləvi informasiya dərc etdikdə onun fəaliyyəti davamlı hesab olunur.
1-08-2025, 13:51
Muğam sənəti yaşadıqca Arif Babayev məktəbi də yaşayacaq - Adil Kərimli


Muğam sənəti yaşadıqca Arif Babayev məktəbi də yaşayacaq - Adil Kərimli

"Xəstəxanada Arif Babayevlə görüşəndə, onun gözündəki razılığı gördük”.
Bu sözləri mədəniyyət naziri Adil Kərimli Xalq artisti Arif Babayavlə Beynəlxalq Muğam Mərkəzində keçirilən vida mərasimində çıxışı zamanı deyib.
“Arif Babayevlə bağlı minlərlə, milyonlarla insanın qəlbində xatirə var. Çünki o milyonlarln sevimlisi, milyonların sənətkarı idi”.
Nazir bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən nekroloq imzalanıb.
“Azərbaycan dövləti daim Arif Babayev şəxsiyyətinə və yaradıcılığına xüsusi diqqət göstərib. Ulu Öndər Heydər Əliyev görkəmli sənətkara qarşı xüsusi qayğı və ehtiram nümayiş etidirib. Prezindent İlham Əliyev və Mehriban Əliyeva da böyük sənətkarın sənətini yüksək qiymətləndirmişdir”.
“Heydər Əliyev Fondu Xalq artisti Arif Babayevin səhhətində yaranan problemdən dərhal sonra məsələni nəzarətə götürdü” - deyə o qeyd edib.
A.Kərimli bildirib ki, Arif Babayev üçün həkimlərimiz əllərindən gələn bütün imkanları səfərbər etmişdilər.
Adil Kərimli qeyd edib ki, Azərbaycan böyük oğlunu, böyük bir sənətkarını itirib.
“Azərbaycan muğam sənəti yaşadıqca Arif Babayev sənəti də, məktəbi də yaşayacaq. Biz fəxr edirik ki, belə sənətkarlarımız var”- deyə nazir çıxışının sonunda bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!